Son zamanlarda, xüsusilə xarici mətbuatda Türkiyə əleyhinə sistemli olaraq təbliğat aparılır. Gəzi hadisələri ilə birlikdə artan Türkiyə əleyhdarı xəbərlər ABŞ-ın İŞİD müdaxiləsi və Kobani hadisələri ilə birlikdə ən üst səviyyəyə çıxmışdır. Bu xəbərlər araşdırılanda Türkiyəyə yönəlmiş ittihamları müəyyən başlıqlar altında toplamaq mümkündür:
1. Türkiyənin Aİ-na girmək hədəfindən, demokratikləşmə cəhdindən və Qərbdən uzaqlaşdığı,
2. Başda ifadə azadlığı olmaqla azadlıqların məhdudlaşdırılmağa başladığı,
3. Qadına dəyər verən, müasir, ziyalı, mütərəqqi anlayışın zəiflədiyi.
Türkiyə əleyhindəki “Qərbdən qopur” iddiasının təməl nöqtələrindən biri Aİ-da yaşananlardır. Bir çox siyasi dairə Türkiyənin Aİ-na üzv olmaq üçün əvvəlki kimi istəkli olmadığını iddia edir. Bu tənqidlərin əskik yönü Aİ-nın Türkiyəyə yönəlmiş ədalətsiz mövqeyinə heç toxunmamalarıdır. Bütün bunlara baxmayaraq, Türkiyənin üzünün hər zaman Qərbə çevrilməsi bölgənin və bütün İslam aləminin də ehtiyacıdır. Türkiyənin daha müasir, daha ziyalı, daha demokrat, daha mütərəqqi olması sadəcə millətimizin deyil, bütün İslam cəmiyyətlərinin ehtiyacıdır. Demokratiya, insan haqları, insana dəyər vermək, həyat şərtlərini yaxşılaşdırmaq, sənəti qiymətləndirmək, məkanları gözəlləşdirmək kimi Şərqdə əskik olan yönlər Qərbə meyillənməklə daha asan möhkəmlənə bilər. İslam əxlaqının təməlində olan bu gözəlliklərin həyata keçirilməsi mövzusunda Avropa İttifaqındakı model əsas götürülə bilər. Türkiyə də bu mövzuda bütün İslam ərazisinə örnək ola bilər.
Lakin Türkiyə əleyhində aparılan bu təbliğatda daha fərqli bir vəziyyət yaranmışdır. Avropa solu və dərin Amerika Yaxın Şərqdə Türkiyə yerinə, yeni bir modeli önə çıxarmağa çalışır. Heç bir gerçəkliyi olmamasına baxmayaraq, PKK Qərbin ittifaq edə biləcəyi “müasir aktyor” olaraq göstərilir və əsl tədbir alınması lazım olan təhlükə də budur.
Qərb mətbuatı dərindən araşdırılanda PKK-nın müasir və ziyalı kimi göstərilməyə çalışıldığı, bunun üçün də, xüsusilə, “qadın” ünsürünün ön plana çıxarıldığı görüləcək. Qadın terroristlərin, üz qabığında reklam olunduğu jurnallar, xəbərlərdə sıx-sıx yer verilən qadın terroristlərin həyatı, PKK rəhbərlərinin nitqlərindəki “qadını önə çıxaran” açıqlamalar Qərb mətbuatını bəzəyir. Türkiyə haqqında meydana gətirilən mənzərədə isə “qadını ikinci təbəqəli görən və əzən”, “hamilə qadınların küçəyə çıxmasını belə doğru olaraq qəbul etməyən”, “dekolte geyinən, bikini ilə dənizə girən xanımlara təzyiq edən” bir anlayış görünür və təəssüf ki, bu mənzərə Türkiyədəki bəzi şəxslər tərəfindən edilən qəribə açıqlamalarla da dəstəklənir.
Başda hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Baş Nazirimiz Əhməd Davudoğlu olmaqla, bir çox rəhbərimiz sıx-sıx başı açıq olanın da, örtülü olanın da bərabər olduğunu, hamısının eyni dərəcəli vətəndaş olduğunu, hamısının dəyərli olduğunu vurğulayır. Bu açıqlamalar həyatın fərqli sahəsindəki təşəbbüslərlə də dəstəklənməlidir.
Məclisdə, partiya rəhbərliyində, ictimaiyyət qurumlarında qadınların daha çox xidmət alması, başı örtülü xanımların olduğu qədər, açıq və dekolteli xanımların da siyasətin və sosial həyatın ön planında olmasının təmin edilməsi vacibdir. Məsələn, Partiya mitinqlərində və ya iclaslarında kişilərdən daha çox, qadınların iştirak etməsi bu qadınların arasında hər rəngdən insanın olması çox gözəl bir model təşkil edəcək. Xüsusilə, hökumətdə və Ədalət və İnkişaf Partiyası rəhbərliyində həm açıq və dekolteli xanımların, həm də başı örtülü xanımların daha çox sayda yer alması Qərb mediasında tənqidləri bir qələmdə susdurucaq.
Amerika, Rusiya və Avropada bəzi çevrələrdə ümumi olaraq inkişaf edən anlayış “İslamçı rəhbərlər yerinə, xalq tərəfindən qəbul edilməsə də, diktator rəhbərlərin hakimiyətə gətirlməsi” istiqamətindədir. Bu yanaşmanın hakim olmasında “asan idarə edilə bilən rəhbərlərə” üstünlük vermək düşüncəsi də təsirlidir. Lakin bəzi İslam ölkələrində nümunəsi sıx-sıx görünən və geniş olaraq təbliğatı aparılan “mühafizəkar, qatı, müasirlikdən uzaq” üsulların da təsiri böyükdür. Türkiyə demokratik, müasir bir respublikadır və bəzilərinin iddia etdiyi kimi islamçı deyil, dürüst Quran müsəlmanlığı anlayışına malikdir. Bu həqiqətin həyatdan örnəklərlə, şəxsən həyata keçirilməsi ilə dünyaya göstərilməsi lazımdır ku, bu yolla əleyhdəki təbliğat aradan qaldırılsın.
PKK qadına zərrə qədər dəyər vermədiyi, qadını istifadə ediləcək bir vasitə olaraq gördüyü, bir çox qadın terroristi edam etdiyi halda qadının müdafiəçisi kimi görünə bilir. Dinsiz olduğu və dindarlara, hətta özündən fərqli düşünən sekulyar qruplara belə yaşamaq hüququ vermədiyi halda, dünyəvi kimi özünü önə çıxarır. PKK kimi stalinist, təzyiqçi, proletariya diktatorluğu hədəf alan bir təşkilatın azadlıq tərəfdarı, demokratik, qadını önı çıxaran, ekoloji tarazlığı qoruyan bir sistem kimi təqdim edilməsi tarixin ən əsassız təbliğatlarından biridir.
Bu təbliğata səssiz qalmaq, ya da klassik siyasi ifadələrlə yola verməyə çalışmaq da tarixi bir xəta olar. Qadına dəyər verməyin mənasını bilən, müasir, ziyalı, demokrat hökumətimiz bu mövzuda daha aktiv olmalı, meydanı PKK-nın əlinə verməməlidir. Hökumətimiz canlı, dinamik, ziyalı, müasir, dünyanın bütün imkanlarını ən ağıllı şəkildə istifadə edən mənəvi şüurla da PKK-nın təbliğatını darmadağın etməlidir.