Üzərində yaşadığımız dünyada çox fərqli inanclara sahib insanlar vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdır. İnsanları Allahın dininə gözəlliklə, sülh və xoş rəftarla dəvət etmək, iman edənlərin üzərinə düşən məsuliyyətdir.
İnsanların düşüncə və həyat azadlığını təmin edən bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) qadağan etmişdir. İslam terror və şiddət qəti olaraq qarşı olduğu kimi, insanların üzərində ən kiçik bir təzyiq göstərilməsini də qadağan etmişdir.
İnsanların bir dinə inanması və ya o dinin ibadətlərinə yerinə yetirməyə məcbur edilməsi, İslamın özünə və ruhuna ziddir. Çünki İslam da səmimi iman, azad iradə və vicdani qəbul ilə mümkündür. Əlbəttə müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə insanlara izah edilməsi, bütün iman edənlərin üzərinə düşən məsuliyyətdir. İman edənlər “...Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır...” (Nəhl surəsi, 125) bu ayənin əmri ilə din əxlaqının gözəlliklərini izah edir, ancaq “Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah, dilədiyini hidayətə çatdırar.” (Bəqərə surəsi, 272) əmrinə uyğun davranarlar. Heç vaxt insanlar üzərində maddi ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyazla kimsəni, adamı din əxlaqının tətbiqinə yönəltməzlər. Təbliğlərinə qarşılıq, mənfi bir cavab aldıqlarında, müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun surəsi, 6) şəklində olar.
Bu dünyada xristian və yəhudilərlə yanaşı buddist, hindli, ateist, deist, bütpərəst kimi fərqli inanclara sahib insan cəmiyyətləri vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, sülhlə və xoş rəftarla dəvət etmək iman edənlərin üzərinə düşən məsuliyyətdir. Doğruları yerinə yetirib yetirməmək, iman edib etməmək qərarı isə qarşı tərəfə aiddir. Bir adamı iman etməyə məcbur etmək, bəzi şeyləri məcbur qəbul etdirməyə çalışmaq, Quran əxlaqına zidd bir rəftardır.
İnsanları ibadət etməyə məcbur edən bir cəmiyyət modeli İslam dininə tamamilə ziddir. Çünki inanc və ibadət, yalnız Allaha yönəlir və insanların öz seçimi ilə əlaqəlidir. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edərsə, bu vəziyyətdə insanlar sırf o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə, vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.
Allah günahsız insanların öldürülməsini haram buyurmuşdur
Bir insanı günahsız yerə öldürmək, Qurana görə ən böyük günahlardan biridir:
Yuxarıdakı ayədə göründüyü kimi, günahsız insanları haqsız yerə öldürən kəslər, böyük bir əzabla təhdid edilmişlər. Allah tək bir adamı öldürməyin, bütün insanları öldürmək qədər ağır bir günah olduğunu xəbər vermişdir. Allahın sərhədlərini qoruyan bir insanın deyil minlərlə günahsız insanı qətl etmək, tək bir insana belə zərər vermə ehtimalı yoxdur. Dünyada ədalətdən qaçaraq, cəzadan xilas olacağını zənn edənlər, öldükdən sonra, axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan heç vaxt qaça bilməyəcəklər. Bu səbəblə öldükdən sonra Allaha hesab verəcəklərini bilən möminlər, Allahın sərhədlərini qoruyurlar.
Allah, möminlərə mərhəmətli olmalarını əmr edər
Ayələrdə müsəlman əxlaqı belə izah edilir:
Allahın, axirət günü qurtuluşa çatanlardan olmaları, rəhmətinə və cənnətinə qovuşa bilmələri üçün qullarına endirdiyi əxlaqın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, ayədə göründüyü kimi “mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq” dır.
Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi, Onun yaratdığı varlıqlara qarşı ürəyində bir istilik hiss etməsinə səbəb olar. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı bir məhəbbət və yaxınlıq hiss edər. Özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və bağlılıq səbəbilə, Quranda əmr edildiyi kimi insanlara qarşı gözəl əxlaqlı davranar. Bu gözəl əxlaqı yaşaması sayəsində həqiqi mərhəməti üzə çıxar.
Möminlərin ayələrdə təsvir edilən bu gözəl əxlaqları, Allaha olan dərin sevgilərindən irəli gəlir. Bu bağlılığa görə də Allahın əmr etdiyi Quran əxlaqını tətbiq edərlər. Möminlər, göstərdikləri mərhəmətdən, etdikləri köməyə görə heç kimə minnət etməz və bir təşəkkür qədər belə qarşılıq gözləməzlər. Onların əsl hədəfləri, yaşadıqları gözəl əxlaqla Allahın razılığını qazana bilməkdir. Çünki onlar, axirət günü bu əxlaqlarına görə sorğuya çəkiləcəklərini bilirlər.
Allah xoşsifət və bağışlayıcı olmağı əmr etmişdir
Quran-i Kərimin Əraf surəsinin 199-cu ayəsindəki “Sən bağışlama yolunu tut” sözləri ilə ifadə edilən “bağışlayıcılıq və xoşsifət” anlayışı, İslam dininin təməl qaydalarından birini əmələ gətirir.
İslam tarixinə baxdıqda, müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyata necə keçirdiklərini çox açıq bir şəkildə görərik. Müsəlmanlar çatdıqları hər nöqtədə, azad və xoşsifətli bir mühit meydana gətirmişdir. Din, dil və mədəniyyət baxımından bir-birinə zidd olan xalqların eyni dam altında sülh və əmin-amanlıq içərisində yaşamalarını təmin etmiş, özlərinə qarşı səmimi olanlara sülh və əmin-amanlıq vermişlər. Böyük bir coğrafiyaya yayılmış olan Osmanlı İmperatorluğunun varlığını əsrlər boyu davam etdirə bilməsindəki ən əhəmiyyətli səbəblərdən biri, İslamın gətirdiyi xoşniyyət və anlayış mühitinin yaşanması olmuşdur. Əsrlərdir xoşniyyətli və şəfqətli simaları ilə tanınmış olan müsəlmanlar, hər vaxt dövrlərinin ən mərhəmətli və ən ədalətli şəxsləri olmuşlar. Bu çox millətli quruluş içərisindəki bütün etnik qruplar, mənsubu olduqları dinləri azad şəkildə yaşamışlar, hətta öz dinlərinin hüququna görə haqlarına sahib olmuşlar.
Bütün bunlar, İslamın insanlara tövsiyyə etdiyi əxlaq -dünyaya sülh, dinclik və ədalət gətirəcək xüsusiyyətlər olmuşdur. İndi dünya gündəmində olan və adına “terror” deyilən barbarlıq isə, Quran əxlaqından tamamilə uzaq, cahil insanların, həqiqətdə isə dinlə heç bir əlaqəsi olmayan canilərin əsəridir. İşlədikləri vəhşilikləri nə cür olursa olsun din adı altında icra etməyə çalışan bu adam və qruplara qarşı tətbiq olunacaq mədəni həll, həqiqi İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa bir deyişlə, İslam dini və Quran əxlaqı, terrorizmin və terroristlərin dəstəkləyicisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq çarədir.