Hazırda müsəlmanların yaşadığı coğrafiyaya nəzər saldıqda Qərbi Afrikadan Uzaq Şərqə qədər geniş əraziləri əhatə etdiyini görürük. Zəngin yeraltı sərvətlərə malik olan bu torpaqlarda sərmayə və infrastruktur baxımından yüksək inkişaf etmiş ölkələr də mövcuddur. Əkinçiliyə yararlı bərəkətli torpaqlar göz işlədikcə uzanır. Eyni zamanda əhalinin artım səviyyəsi də qənaətbəxşdir. Lakin İslam ölkələri bu qədər böyük imkanlara sahib olsa da dünyanın iqtisadi və siyasi arenasında heç bir lider mövqeyə yiyələnə bilmirlər.
Bütün bu çatışmazlıqlara baxmayaraq, İslam torpaqlarındakı cahillik və xurafat imicini dəyişən bir ölkə var: Türkiyə
Təxminən 80 il əvvəl müasir Türkiyənin memarı olanMustafa Kamal Atatürk ilə başlayan çiçəklənmə dövrü son 12 ildə xeyli inkişaf yolu qət etdi. Hazırda Türkiyədə daha əvvəl heç bir İslam ölkəsində müşahidə edilməyən inkişaflara şahid oluruq. Ölkənin hər tərəfinə uzanan şosse yollar, Asiyanı Avropaya bağlayan dəniz altı tunellər, kosmosa buraxılan peyklər, sülhü qoruyub saxlamaq məqsədi ilə öz təyyarəsini, vertolyotunu istehsal edən güclü ordu...
Şübhəsiz ki, sülhsevər olması türk ordusunun ən səciyyəvi xüsusiyyətidir. Türk Silahlı Qüvvələri müsəlmanların çətinliklərə düçar olduğu ölkələrdə təhlükəsizliyin və sülhün zəmanəti hesab olunur. Belə ki, Əfqanıstanda hərbi xidmətdə olan çoxmillətli orduda yalnız türk əsgərləri silahlarını hazır vəziyyətdə saxlamadan rahat gəzə bilirdilər.
Əfqanıstanda, Somalidə, Bosniyada, Kosova və Livanda xidmətdə olan türk əsgərləri təkcə təhlükəsizliyi təmin etmirdilər, eyni zamanda əhali üçün sobalar qurur, yolları düzəldir, körpüləri təmir edir, məktəblər tikirdilər. Bunlar İslam dünyasında dincliyin və inkişafın türk əsgəri üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.
Ordusu kimi türk millətinin də ürəyi İslam dünyası üçün döyünür. Türkiyənin Pakistandakı sel fəlakətində bütün imkanlarını səfərbər etməsi buna gözəl nümunədir. Arakanda müsəlmanlara edilən zülmə qarşı səsini yüksəldən tək İslam ölkəsi Türkiyədir.
Türkiyə 10 ildən çoxdur ki, müsəlman ölkələrində tüğyan edən çətinlik və münaqişlərin həlli yolunutapmaq üçün fasiləsiz çalışır. Vəziyyətə uyğun olaraq bəzən tərəflərə təkliflər verir, bəzən xəbərdarlıq edir, bəzən də dəstəkləyir.
Türkiyənin hamiyəti İslamiyyəsinin güclü olması ilə yanaşı diqqəti cəlb edən başqa xüsusiyyətləri də var. Əvvəla ölkədə demokratiya hakimdir. Türkiyə çox partiyalı parlament sisteminin uzunömürlü olması ilə seçilən İslam ölkələrindən biridir. Eyni zamanda Avropa Birliyi ilə müzakirələr aparan yeganə müsəlman ölkəsi Türkiyədir. Uğurlu demokratik siyasətin yürüdülməsinin səbəblərindən biri də ölkənin radikalizmə şərait yaratmayan müasir quruluşudur.
Bu gün başda Əfqanıstan olmaqla əksər İslam ölkələri üçün ciddi təhlükə təşkil edən radikal amillər Türkiyəyə bata bilmədilər. Şübhəsiz ki, alınan tədbirlərin əhəmiyyəti böyükdür. Məsələn, məktəblərdə qızlarla oğlanlar birlikdə təhsil alırlar. Bununla yanaşı Türk hökuməti dini azadlıqların qarşısındakı maneələrin qalxması üçün də fasiləsiz çalışır.
Hökumət dini azadlıqları dəstəkləyərkən tək tərəfli siyasət yürütmür. Məsələn, əvvəllər ələ keçirilmiş kilsə mallarını və ərazilərini xristianlara qaytarır, ölkədəki sünnilərdən sonra ən böyük müsəlman qrupu olan şiələrin problemlərinin həlli üçün çalışır. Türkiyədəki demokratik siyasi həyat və fanatizmdən uzaq İslam anlayışı məzhəblərarası münaqişələrin qarşısını alır.
Qadın və ya kişi, xristian və ya müsəlman, şiə və ya sünni, bütün Türkiyə vətəndaşları qanun qarşısında bərabərdir.
Qadınlar kişilərlə birlikdə oxuyur, işləyir vəsəyahət edirlər. Geyimlərinə görə ayrı-seçkiliyə məruz qalmırlar. Bu ölkədə insanların dindarlığı geyimlərinə görə müəyyən edilmir. Başı açıq qadın başı örtülü qadınla eyni hüquqlara və ibadət azadlığına sahibdir.
Bir tərəfdə Əfqanıstanı yerlə-yeksan edən, bütün ictimai və mədəni strukturları yox edən qatı İslam anlayışı, digər tərəfdə Türkiyəni Avropaya yaxınlaşdıran fərqli dinlərin və məzhəblərin qardaşlıqla birgə yaşamasına səbəb olan müasir İslam anlayışı. Türkiyə bütün bu uğurları ilə fanatikliyin, xurafatların hakim olduğu İslam anlayışına qarşı ən gözəl nümunədir. Türkiyənin bu xüsusiyyəti tək Avropa ölkələrinin deyil, bütün İslam coğrafiyasının da diqqətini çəkir.
İngilis araşdırma qurupu olan YouGov-un 2012-ci ildə keçirdiyi və Ərəb dünyasının Türkiyəyə baxışını ölçdüyü sorğu bu diqqətin dəlilidir.
Sorğunun nəticələrinə əsasən iştirakcıların 72%-i Türkiyənin siyasi sisteminin Ərəb dövlətləri üçün müvəffəqiyyətli model olacağını söyləyir. 50%-i isə Türk modelinin Səudiyyə və Amerikan modellərindən daha uğurlu olacağını bildirir. Sorğuda iştirak edənlər Türkiyəni dəstəkləmələrinin səbəblərini də qeyd ediblər:
1. Türkiyə Ərəb dünyasına mədəni, dini və ənənəvi baxımdan daha yaxındır.
2. Türk modeli Türkiyəni dünyanın hörmətlə yanaşdığı ölkəyə çevirdi.
3. Türk modeli İslamı siyasətin xaricində tutmur və bu da Ərəb dünyasına lazım olan siyasi sistemdir.
Sorğuda iştirak edənlərin 75%-i Türkiyənin demokratik ölkə olduğunu düşünür. Şimali Afrikada isə bu rəqəm 82%-ə çatır. Sonda iştirakçıların 85%-i Türkiyəni nümunə ölkə kimidəyərləndiriblər.
Beləliklə, dünyaya sülh vədinclik gətirəcək İslam Birliyinin yaranmasında Türkiyənin əhəmiyyətli rolunu açıq-aşkar görürük. Türkiyə İslam dünyasında dar məzhəbi deyil, dünya müsəlmanlarının böyük əksəriyyətinin izlədiyi Əhli Sünnə inancını təmsil edir. Həmçinin anlayışlı və mülayim bir yol izləyir. Bütün bunlar Türkiyəni İslam Birliyinə mənəvi liderliyə namizəd edən əhəmiyyətli xüsusiyyətlərdir.
Milli və dini anlayışların daha böyük əhəmiyyət kəsb etdiyi və mədəniyyətlərarası münaqişələrin qızışdığı bu dövürdə Türkiyənin timsalında qurulacaq İslam Birliyi bütün anlaşılmazlıqlara nöqtə qoyacaq. Allah`ın izni ilə bu gözəl dirçəlişlə bütün dünya aydınlanacaq.
Adnan Oktarın “Times of Oman”da nəşr olunan məqaləsi:
http://www.timesofoman.com/Columns/1937/Turkey-is-all-set-to-lead-the-Islamic-world