Allah'ın Quranda münafiqləri çox geniş şəkildə tanıtması və izah etməsi müsəlmanlar üçün həm çox dəyərli məlumat, həm də çox böyük nemətdir. Bu xüsusiyyətləri çox yaxşı bilən müsəlman, bənzər vəziyyətlə qarşılaşdıqda da qarşısındakı hadisəni, Allah'ın izni ilə, doğru analiz edə bilər.
Müsəlmanların bir münafiqlə qarşı-qarşıya olduqlarını anlaya biləcəkləri ən əhəmiyyətli əlamətlərdən biri isə bu şəxslərin Allah yolunda mübarizədən qaçmalarıdır. Münafiqlər Allah'ın ayədə xəbər verdiyi kimi, Allah yolunda mübarizə aparmağı çirkin görürlər:
Münafiq Allah'ın dinini yaymaq üçün heç bir işə maddi və ya mənəvi dəstək olmaz, ətrafındakıları da passivliyə istiqamətləndirmək istəyər. Türk İslam Birliyinin qurulması, İttihadi İslamın reallaşması, İslam əxlaqının yayılması mövzularında əsla iş görmədiyi kimi, bu mövzuların eyham olaraq belə bəhs edilməsini, eşidilməsini, danışılmasını istəməz. Hətta tam əksinə bu gözəl idealların heç bir zaman reallaşmayacağı, bunların guya boş vədlər olduğu yönündə açıq və gizli təlqinlər verər.
Ağılsız olduqları halda, möminlərə ağıl verərək, yol göstərməyə çalışaraq, onları da mübarizədən çəkindirmək istəyirlər. Bəzisi ayədə xəbər verildiyi kimi, "Bu istidə (döyüşə) çıxmayın" (Tövbə surəsi, 81) deyir. Bəzisi sanki mübarizə aparmaq istəyirmiş, lakin imkanları yoxmuş təqlidi edərək, "Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik" (Ali İmran surəsi, 167) deyirlər. Bir qismi də "Həqiqətən evlərimiz açıq qalıb" deyə bəhanələr irəli sürərək elmi mübarizədən geri qalmaq istədiklərini ifadə edirlər. Halbuki, Allah onların əsl niyyətlərini xəbər vermişdir. Onlar yalnız qaçmaq istəyirlər:
Amma münafiqin bunu edərkən unutduğu, bəlkə də heç düşünmədiyi bir sirr var. O istəsə də, istəməsə də Allah dinini şübhəsiz hakim edəcək, müsəlmanlara olan vədini mütləq yerinə yetirəcək. İslam əxlaqının hakim olması, hz. Mehdinin (ə.s.) zühuru, hz. İsanın (ə.s.) gəlişi, Türk İslam Birliyinin qurulması Allah'ın vədidir və şübhəsiz reallaşacaq. Münafiqin möminlərə mane olmaq, onları passivləşdirmək, mübarizədən geri saxlamaq məqsədilə etdiyi hər cəhd isə müsəlmanların elmi mübarizə əzmini daha da gücləndirəcək, həyəcanlarını və şövqlərini artıracaq, Allah'ın izni ilə, Allah yolundakı işlərində qatbaqat bərəkət qazanmalarına səbəb olacaq.