İslam qardaşı qardaşa düşmən etməz!
ucgen

İslam qardaşı qardaşa düşmən etməz!

369

Ərəb dünyası bəlkə də monqol işğalından bu yana ən böyük iğtişaşlarından birini yaşayır. Bu dəfə iğtişaşların baş aktyoru ərəblərin özüdür. Ramazan ayı müsəlmanların bir-birinə yaxınlaşdığı ay olduğu halda, Yəmən Ramazan ayına 24 saat qalmış baş verən dörd ayrı terror aktı ilə girdi. Ramazan ayı ərəfəsində meydana gələn hücumlar bir müsəlmanın özünü ən təhlükəsiz hiss etməli olduğu yerdə -məscidlərin qarşısında baş verdi. Paytaxtın müxtəlif bölgələrində baş verən bombalı hücumlarda ən azı 30 nəfər öldü.

Ramazanda yəmənlilərin yaşadığı çətinliklər yalnız məscidlərdə partlayan bombalarla məhdud deyil. Dünyanın ən zəngin ölkələri ilə əhatə olunmasına baxmayaraq, dünyanın ən kasıb ölkələrindən biri olan Yəmən indi daha da yoxsuldur. Yəmən xalqı Ramazan ayına aclıq və ölüm təhlükəsinin kölgəsində girir. Yəmən xalqının 80%-i hazırda yardıma möhtacdır.

Qarşısında yenə özü ilə eyni vəziyyətdə olan başqa bir yəmənli ilə vuruşur. Aralarındakı yeganə fərq inanclarıdır. Əslində soruşsanız, ikisi də "dinimiz İslam" deyir. Eyni Allaha, eyni Kitaba, eyni peyğəmbərlərə inanırlar. Qiblələri də birdir. Eyni istiqamətə yönəlib, eyni şəkildə namaz qılırlar. Bəs, necə olur ki, məscidə ibadət üçün gedən qardaşlarını qətl edəcək qədər qəddarlaşırlar?

"Düzgün həll yolları problemlərin dəqiq müəyyən edilməsi ilə mümkündür" başlıqlı yazımızda Yəmənin hazırkı vəziyyətinin səbəblərinin nələr ola biləcəyi üzərində dayanmışdıq. O yazıda bir çox siyasi və ictimai amillər olmaqla iki əsas səbəbi dilə gətirmişdik. Bunlardan birincisinin müsəlmanların öz aralarında ittifaq olmadığını vurğulayıb, bu problemin necə həll edilə biləcəyini açıqlamışdıq.

İkinci səbəb kimi isə "İslamın, Quranda yeri olmayan dəyərlərlə eyniləşdirilərək yaşandığını" demişdik. Bu da yanlış bilinən İslamdır. Bu gün Yəmən daxil olmaqla müsəlmanların yaşadığı bir çox ölkədə hakim olan bu yanlış İslam anlayışında demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, dostluq, fədakarlıq kimi anlayışlar yoxdur. Bu dinin adı İslam deyil, xurafatdır. Şiə də, sünni də eyni batil dini müdafiə edir: "Sənin fikrinə dözümüm yoxdur! Ya mənimkini qəbul et, ya da yox ol"!

Xüsusilə son dövrlərdə bu dözümsüz və xurafatçı anlayış İslam dini kimi adlanmağa başladı. Bəzi çevrələr xurafat dininə, İslam adını qoydular. Xurafat dininə qarşı olan qorxularını İslama qarşı yönəltdilər və beləliklə, İslam düşmənçiliyi yayıldı. İnsanlar qorxularının İslamdan deyil, xurafatdan qaynaqladığının fərqində belə olmadılar. Xurafatçıların yaratdığı dinin İslam adına ortaya çıxdığını görmədilər. Çünki heç kəs onlara İslamın bu olmadığını izah etməyib. Nə İslam adına ortaya çıxan sünni və şiə radikallar, nə də bu radikallardan qorxan islamofoblar həqiqi İslamın bu xurafat, qorxunc, sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını göstərə bilmədi.

İslam dininin radikalları bütün dünyaya, ən çox da müsəlmanlara zərər verməyə başladı. Bu gün Yəməndə, İraqda, Əfqanıstanda, Misirdə və Liviyada baş verənlərin səbəbi budur.

"Mülayim İslam" ifadəsi də bu səbəbdən ortaya atıldı və radikalların vəhşiliyinə qarşı mübarizə aparan müsəlmanlar "mülayim müsəlman" olaraq adlanmağa başlandı. İslam əleyhinə səslər mülayim İslamın tərəfdarlarını təqdir etdilər, amma radikallara qarşı onları gücsüz gördülər. Onların yanlış inanclarına görə, fanatiklərin müdafiə etdiyi din həqiqi İslamdır və mülayim olanlar tərəfindən yumşaldılmağa çalışılır (İslam bütün bu bənzətmələrdən tənzih edirik). Hətta buna İslamda islahat, mülayim İslam tərəfdarlarına da reformist dedilər. Halbuki bu, bir islahat deyil. İslamın Peyğəmbərimiz (əs) dövründə olduğu kimi yaşanması tələbidir. İslam dininə sonradan əlavə olunan bütün xurafatların tərk edilməsi və səhabə dövründəki İslama geri qayıdılması üçün səy göstərilməsidir.

Həqiqi Müsəlmanlar illərdir İslam adı altında dünyaya yayılan bir yalanı elmlə yox etməyə, Qurandan dəlillərlə İslamın həqiqətini göstərməyə çalışırlar. Məqsədləri illərdir İslam adına ortaya çıxan radikalizmi, fanatizmi, xurafatı və İslamla əlaqəsi olmayan xurafat dinini ortadan qaldırmaq və xurafatçılar tərəfindən İslama qarşı atılmış ən böyük böhtana son qoymaqdır.

İslamın adı xurafatdan xilas edildiyi gün Yəmənin xilas olduğu gün olacaq. O gün sünnilər, husiləri sünni etməyə çalışmayacaq. Husilər sünniləri öldürməyəcək. Ərəblərdən ibarət koalisiya qüvvələrinin təyyarələri Yəmənin üzərinə bomba yağdırmayacaq. Qadınlar Yəmən küçələrində sərbəst gəzərkən rahatlıqla "mən müsəlmanam" deyə biləcək. Yəmənin zəngin qonşuları kef etmək əvəzinə yəmənli yetimlərə kömək edəcək.

 

Adnan Oktarın «National Yemen» də dərc olunan məqaləsi:

http://nationalyemen.com/2015/06/22/islam-does-not-set-brother-against-brother/

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr