İslam aləmindəki münaqişələri sonlandıracaq beynəlxalq model mümkündür
ucgen

İslam aləmindəki münaqişələri sonlandıracaq beynəlxalq model mümkündür

459

Yəməndə koalisiya qüvvələrinin 26 martda başlatdığı "Qətiyyət Fırtınası" adlı hava hərəkatı aprelin 21-də sona çatmış və Yəmən xalqı üçün artıq "Ümidə Dönüş" əməliyyatının başladığı bildirilmişdi. Sonra da atəşkəs elan edilmişdi. Müharibənin təzyiqinin azalmasına baxmayaraq, koalisiya qüvvələrinin bombardmanı fasilələrlə davam edir. Digər tərəfdən, tərəfləri uzlaşdırma səyləri də davam edir.

Səudiyyə Ərəbistanı və koalisiya ortaqlarını husilərə qarşı əməliyyat aparmağa sövq edən ABŞ indi də husilərlə sülh yaratmaq üçün danışıqlar aparır. Yəməndə Hadi hökumətinin sözcülərindən Recih Bədi ABŞ-ın husilərlə Omanda görüşdüyünü irəli sürdü. Bədi, «Reuters» xəbər agentliyinə verdiyi bəyanatda ABŞ-ın şiə husilərlə Omanda görüşdüyünü irəli sürdü. Bədi, "Amerikalıların istəyi ilə xüsusi Amerika təyyarəsi ilə Muskada aparılan husilərlə müzakirələr aparıldığı məlumatını aldıq. Biz bu danışıqlarda hər hansı bir formada iştirak etmirik" deyə bildirdi. [ı]

Bu iddianın ardından ABŞ Xarici İşlər Nazirliyi Strateji Kommunikasiya müşaviri Mariya Harf və Yaxın Şərq münasibətlərindən məsul diplomat Anna Patterson Omanda husilərdən bir qrupla da görüşdüyünü təsdiqlədi. [ıı]

Husilərin yüksək səviyyəli rəsmisi Deyfullah Şamı hərəkatın vətəndaş müharibəsini sona çatdırılmasını qarşısına məqsəd qoyan və BMT-nin vasitəçiliyində 14 iyunda Cenevrədə keçiriləcək sülh danışıqlarında ön şərtsiz iştirak edəcəklərinə dair bəyanat verdi.

Yəmən də daxil olmaqla, Liviyadan Əfqanıstana qədər torpaqlarda son illərdə baş verənləri nəzərə alıb qiymətləndirdiyimiz zaman çox nəzərə çarpan bir gerçəklə qarşılaşırıq.

Ərəb-İslam dünyasını təsiri altına alan qüvvələr bu regionda bir tərəfdən böyük dağıntılara yol açıb, digər tərəfdən sülhü təsis edici, nizam qurucu rolunu oynayırlar. Ərəb-İslam aləmi o qədər aciz vəziyyətə düşüb ki, bir-birlərini öldürmələri sayəsində iqtisadi - siyasi güc və mənfəət əldə edən ölkələrdən sülh umacaq hala gəliblər. Bu böyük ziddiyyət Ərəb - İslam aləminə silah sataraq və ya neftlərini istifadə edərək güc əldə edənlərin yaratdıqları sülhün yeni qarşıdurmalar doğuracağı, qalıcı həll yolları gətirməyəcəyinin açıq göstəricisidir.

Münaqişələri dayandırmağın yeganə yolu İslam aləminin öz arasında qalıcı razılığa gələrək birlik yaratmasıdır. Unutmamaq lazımdır ki, Allah müsəlmanlara birlik olmalarını Quranda əmr etmişdir: "Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə və böyük bir fəsad olar". (Ənfal surəsi, 73)

 

Bəs bu birlik necə olacaq?

Bir çox insan İslam aləmindəki qarışıqlığa və münaqişələrə baxdıqda bu torpaqlarda razılaşma əldə etməyin, birlik yaratmağın mümkün olmadığını güman edir. Halbuki dünya ölkələri necə neft üçün, hətta futbol üçün birlik olurlarsa, müsəlmanlar da Allah əmr etdiyi üçün qardaş olduqlarını xatırlayıb birlik ola bilərlər.

Məsələn, necə ki, Avropa Birliyi iqtisadi, siyasi, hərbi, mədəni, sosial hər sahədə geniş əməkdaşlıq edirsə, eynilə İslam Birliyi də dünya səviyyəsində qəbul edilmiş şərtlərdə bir araya gələ bilər. Hətta burada aralarında qəlb birliyi qurmuş, bir-birilərini ayədə bildirildiyi kimi, qardaşlar kimi görən müsəlmanların quracağı ittifaq iqtisadi maraqlara əsaslanan Avropa Birliyindən daha güclü olacaqdır. Bu baxımdan İslam Birliyi dünyada hamının həsrətini çəkdiyi möhtəşəm bir sülh birliyi nümunəsi olacaq.

İslam Birliyinə qoşulacaq bütün İslam ölkələri sahib olduqları ortaq məkanda dövlətlərin müstəqilliyinə, suveren bərabərliyinə və suveren hüquqlarına hörmət etmək öhdəliyini götürməlidir. Yəni bir ölkənin hegemonluğu olmayacaq, bəzi ölkələr bəzi ölkələrə iqtisadi və ya siyasi mənfəət əldə etmək üçün hökm etməyəcək. Beləliklə, ittifaqa üzv ölkələr öz dövlət quruluşlarını qoruyacaq, qərarlaşdırılmış əməkdaşlıq məsələlərində isə xaricə qarşı birgə və vahid millət kimi olacaqlar.

Üzv ölkələrin sərhədlərinin toxunulmazlığı, daxili məsələlərində hər bir ölkənin müstəqil olması əsas olacaqdır. Uyğunsuzluqları hərbi yolla həll edən beynəlxalq siyasətlər əvəzinə dinc yollar əsas götürüləcəkdir. Güc tətbiq etmə və təhdidə əl atma əvəzinə sevgi siyasəti ilə problemlərin həll edilməsi bu birliyi daha da gücləndirəcəkdir.

Bunun mümkün ola bilməsi üçün ittifaqda və üzv ölkələrin hər birində fikir, vicdan, din və əqidə azadlıqları də daxil olmaqla insan hüquqları və azadlıqlarına hörmət edilməsi təminat altına alınmalıdır. Bu sayədə birliyin dünya miqyasında tanınıb, nəzərə alınması da təmin edilmiş olacaq.

Müntəzəm olaraq bir araya gələrək birgə inkişaf proqramları aparan belə bir birliyin yaradılması üçün İslam ölkələri arasında qəlb birliyinin qurulmasına istiqamətli siyasət aparılmalıdır. Bunun üçün Yəmən də daxil olmaqla, bütün media qurumlarında, təhsil müəssisələrində müsəlmanların düşmən deyil, qardaş olduğuna dair proqramlar işlənib hazırlanmalıdır. Ölkələrin liderləri bu proqramlara uyğun müsahibələr verərək, ittifaqın qurulmasını təmin edəcək mühitə şərait yaratmalıdırlar.

Bunlar edildiyi təqdirdə sənətkarlıqla inşa edilmiş İslam şəhərlərində, keyfiyyətin ən yüksək səviyyəyə çatdığı mühitdə müsəlmanların sülh və əmin-amanlıqla yaşadıqları İslam aləmi təsis etmək mümkün olacaq.

[ı] http://www.aljazeera.com.tr/haber/abd-husilerle-gorustu

[ıı] http://www.radikal.com.tr/dunya/abd_yemen_yonetimindeki_husilerle_gorusuldugunu_itiraf_etti-1371624

Adnan Oktarın «National Yemen»də dərc olunan məqaləsi:

http://nationalyemen.com/2015/06/17/an-international-model-to-put-an-end-to-the-conflict-in-the-islamic-world-is-possible/


PAYLAŞIN
logo
logo
logo
logo
logo