Müsəlmanlar arasındakı qarşıdurma və ya dağılma onları mənəvi cəhətdən gücdən salır. Bu, Allah'ın Quran'da iman gətirənlərə bildirdiyi sirlərdən biridir və bununla vacib bir həqiqətə də diqqət çəkilir. İxtilaflar və qarşıdurmalar müsəlmanları mənəvi cəhətdən necə gücdən salırsa, birlik və həmrəylik də müsəlmanlara o qədər güc qazandırar. Allah Quran'da iman gətirənlərin “haqqlarının tapdanması” halında buna birləşərək mane olmalarını buyurmuşdur.
Və o kəslər üçün ki, onlar zülmə məruz qaldıqda birlik olub mane olarlar. (Şura surəsi, 39)
Bu, iman gətirənlərə İlahi əmrdir və bir çox hikməti vardır. İnkarçı ideologiyaların fikrən yox edilməsi də yalnız müsəlmanların birləşməsi ilə mümkündür.
Ancaq, əlbəttə, unutmaq olmaz ki, iman gətirənlərin birliyini güclü edən əslində onların imanları və ixlasıdır. Əsl dostluq və birlik ancaq səmimi imanla qurulur. Möminlər bir-birlərini heç bir mənfəət güdmədən təmiz niyyətlə və sadəcə Allah rizası üçün sevir, Allah rizası üçün dost olur və Allah rizası üçün birləşirlər. Dünyadakı ən sağlam mənbəyə, Allah sevgisinə və Allah qorxusuna əsaslanan bu birliyin pozulması, dağılaraq süqut etməsi Allah'ın istəyi olmadan heç cür mümkün deyil. Belə güclü birlik müsəlmanlara xüsusi güc qazandıracaq. Rəbbimiz "... Neçə-neçə az saylı dəstələr Allahın iznilə çox saylı dəstələrə qalib gəlmişdir! (Bəqərə surəsi, 249) ayəsində uğur əldə etmək üçün sayca çox olmağın əhəmiyyəti olmadığına işarə edir. Müsəlmanların iman və ixlas üzərində qurduqları birlik onlara çox böyük uğurlar əldə etmələrinə kömək edən şövq və iradə qazandıracaq.
Səmimiyyət üzərində, təmiz niyyətlə qurulmamış birliklər nə qədər həmrəy görünsələr də, əslində dağınıq haldadırlar. Çünki onların birlikləri bir növ mənfəət birliyidir və mənfəətlərinə zərər toxunduqda bu cür birlik dərhal dağılır. Müsəlmanlar Allah'ın Quran'da bildirdiyi bu sirdən agahdırlar. Müsəlmanların birliyi, dünyəvi itkilərdən sarsılmaz, əksinə, daha da güclənər. Bu ruh və şüur müsəlman ittifaqını daha da gücləndirər. Böyük İslam alimi Said Nursi də müsəlmanların ixlas və səmimiyyətlə quracaqları birliklə nə qədər böyük qüvvət qazanacaqlarını bu misalla ifadə etmişdir:
Əlbəttə, dörd nəfərdən min yüz on bir mənəvi qüvvət verən ixlas sirrini qazanmaq ilə həmrəyliyə və həqiqətə inanmağa möhtacıq və məcburuq. Bəli, üç əlif birləşməsə, üç qiyməti var. Rəqəmlərin sirri ilə birləşsə, yüz on bir edər. Dörd dəfə dörd ayrı-ayrı olsa da, on altı qiyməti edər. Əgər qardaşlıq sirri, birlik qayəsi və birləşmə vəzifəsi ilə üst-üstə düşərək bir xətt üzərində çiyin-çiyinə olsalar, onda dörd min dörd yüz qırx dörd qüvvətində və dəyərində olduğu kimi həqiqi ixlas sirri ilə on altı fədakar qardaşın dəyər və mənəvi qüvvətinin dörd mindən keçməsinə bir çox tarixi hadisə şahidlik edir.
Bu sirrin sirri budur ki, həqiqi, səmimi birlikdə hər bir fərd digər qardaşların gözü ilə də baxa və qulaqları ilə eşidə bilir. On nəfər həqiqi birləşmiş adamın hər biri iyirmi gözlə baxır, on ağılla düşünür, iyirmi qulaqla eşidir, iyirmi əllə işləyir və mənəvi qiyməti və qüvvətləri var.