Hər il ABŞ-da orta hesabla 200 min, Almaniyada 4 min, Fransa və İngiltərədəisə 5 mindən çox insan İslamla şərəflənir. Digər Avropa ölkələrində də minlərlə insan İslamı qəbul edir. Qərbdə müsəlmanların sayının artması ilə yanaşı, məscid və İslam mərkəzlərinin də sayı sürətlə artır. Ancaq yenə də məscidlər kifayət etmir.

Amerikada olan 1209 məscidin böyük əksəriyyəti son zamanlarda tikilib. Almaniyada 2200-dən çox, İngiltərədə 2000, Fransada 1900, İtaliyada 450, Avstriyada 330, Belçikada isə 240 məscid və İslam mərkəzi fəaliyyət göstərir.