Musiqi müəllimi olan Cohanna Seqariç 11 sentyabr hadisəsindən sonra İslam dini ilə maraqlandığı üçün araşdırmağa qərar vermiş və bir neçə ay sonra kəlmeyi-şəhadət gətirərək müsəlman olmuşdur.
Cohanna Seqariç “Hafinqton Post”a verdiyi açıqlamada belə deyir: “Mən orta yaşlıyam, Yutada anadan olmuşam, professional musiqi müəllimiyəm. Çox azad və müasirəm, indi İslamı qəbul edirəm”.
Seqariçdən başqa, Ancela Kolins Telles də 11 sentyabr hadisəsindən sonra bəzi yerlərdə əmələ gələn anti-İslam fikirlərə görə, İslam dinini araşdırmağa və müsəlman olmağa qərar vermişdir. Telles ölkəsindəki bəzi insanların müsəlmanların terrorist və qadına təzyiq göstərən insanlar olduqlarını düşündüklərinə görə, müsəlmanları müdafiə etmək ehtiyacı hiss edərək İslamı araşdırmağa başlamışdır. Apardığı hərtərəfli araşdırma Tellesin İslamla şərəflənərək müsəlman olmasına səbəb olmuşdur.
Telles: “Bilirdim ki, Allahı tapmışam və istədiyim də elə bu idi”, – deyir və sözlərinə belə davam edir: “Allahın varlığı ən gözəl şeydir və bu, mənim inancıma tamamilə uyğundur”.
Kolins Telles indi həyat yoldaşı ilə birlikdə Braziliyada yaşayır. Həyat yoldaşı da onunla tanış olduqdan sonra İslamı qəbul edib.
Çikaqolu Kelli Kaufmann da eyni şəkildə müsəlmanların sülh əleyhdarı olduğu iddialarına görə, müsəlmanları müdafiə etmə ehtiyacı hiss etmiş və İslamı araşdıraraq müsəlman olmuşdur.
Trişa Skuayers 11 sentyabr hadisəsindən sonra İslamı araşdıran və beləliklə, müsəlman olan başqa bir amerikalıdır.
Tədqiqatlara əsasən, hər il təxminən 20.000 amerikalı İslamı qəbul edir. Mütəxəssislər 11 sentyabr hadisələrindən sonra müsəlman olanların əksəriyyətini qadınlar təşkil etdiyini deyirlər.
Buna görə, Amerikada bir çox məscid yeni müsəlman olanların namaz, imanın əsasları və gözəl davranışlar kimi İslamın bir çox şərtləri ilə bağlı məlumatlanmalarına xidmət edir.
Uilminqtondakı İslam mərkəsinzdə yeni müsəlman olanlar üçün dərslər verən Vaqar Şarif olduğu məsciddə hər ay ən az dörd-beş nəfərin İslamı qəbul etdiyini açıqlayır.