Peyğəmbərimiz bir hədisində ən doğru yolun Allah’ın və Rəsulunun yolu olduğunu bildirmişdir:
“Şübhəsiz, ən gözəl söz Allah’ın kitabıdır. Ən gözəl yol da Muhammədin yoludur”.
İnsanlara Allah’ın varlığından, kainatı əhatə edən yaradılış dəlillərindən, yəni Allah’ın və Rəsulun yolundan bəhs etmək bütün iman sahiblərinin, Allah’dan qorxan bütün müsəlmanların ən başlıca vəzifələridir. İslam əxlaqının insanlar arasında yayılması üçün hər insan əlindən gələni etməlidir. Əvvəla, öz əxlaqını Allah’ın razı olacağı şəklə salmalı, sonra da yaxınlarından başlayaraq insanlara Allah’ın sonsuz güc və qüdrətə sahib olduğunu izah etməlidir. Çünki Quranda möminlərin insanları xeyirə və yaxşılığa çağırmaq və pisliklərdən çəkindirməklə məsul olduqları bildirilir:
(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)
Bu ayədə göstərildiyi kimi, müsəlmanlar həm bir-birlərini, həm də digər insanları Allah’ın bəyənəcəyi əxlaqa yönəltməyə çalışmalıdırlar. Quranda möminlərə “ən gözəl şəkildə” danışmaq əmr edilir. Bu səbəbdən iman gətirənlər ağılla düşünər və vicdanla danışar, qarşılarındakı insanlara ən faydalı söz söyləməyə çalışarlar. Bu şəxslərin əskik və ya xətalı xüsusiyyətlərinin Quran əxlaqından uzaq olduğundan, məlumatsızlıq və ya cahilliklərindən qaynaqlandığını bilərək onlara şəfqət və mərhəmətli üslubla yanaşarlar. Özlərinin də Quran əxlaqını öyrənmədən əvvəl xətalı olduqlarını və ancaq Allah’ın rəhməti sayəsində gözəl əxlaqa yiyələndiklərini unutmazlar. Bundan başqa, din əxlaqını izah edərkən heç vaxt qarşı tərəfi məcbur etməyə çalışmazlar.
Quranın
“Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim (güc və təzyiq tətbiq edən) deyilsən!” (Ğaşiyə surəsi, 21-22)
ayələrində bildirildiyi kimi, müsəlmanlar vəzifələrinin sadəcə gözəl sözlə öyüd vermək olduğunu, hidayət verənin isə Allah olduğunu bilərək danışarlar. Bir ayədə, “İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...” (Nəhl surəsi, 125) hökmü ilə bildirildiyi şəkildə “ən gözəl üslubda” danışmağa çalışarlar.
Başqa bir ayədə isə “... onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!” (Nisa surəsi, 63) şəklində bildirildiyi kimi müsəlmanlar xətaya düşən insanların nəfsləri haqqında açıq və təsirli sözlər deyərək düzgün yolla qarşı tərəfin vicdanına təsir etməyə çalışarlar. Olduqca hörmətli və təvazökar bir üslubdan istifadə edər, qarşı tərəfə faydalı və xeyirli nöqteyi-nəzərdən yanaşarlar. Bu şəxsləri ağıllı və səmimi olmağa sövq edən söhbətlər edərlər. Düşdükləri xətalı vəziyyətdən çıxmaq, daha gözəl tərzdə yaşamaları üçün axirəti, hesab gününü, Allah’ın deyilən hər sözü eşitdiyini, hər hərəkəti gördüyünü xatırlayaraq onları Allah’dan qorxub-çəkinməyə dəvət edərlər.
Peyğəmbərimizin (səv) bir hədisində isə yaxşılığı əmr edib pisliklərdən çəkinməyin vacibliyi bu cür bildirilir:
“Adəm övladının yaxşılığı əmr etmək və ya pisliklərdən çəkindirmək və ya Allah-Təalanın zikri xaricində bütün sözləri lehinə deyil, əleyhinədir.” (Kütub-i Sittə, 16-cı cild, səh. 381)
Siz, İslam əxlaqını izah etmək üçün səmimi şəkildə cəhd edə bilərsiniz, ancaq bütün cəhdinizə baxmayaraq, qarşı tərəf bunları anlamaya bilər və ya qəbul etməyə bilər. Buna görə ümidsizliyə qapılmayın. Sizin vəzifəniz Allah’ın bir ibadət olaraq bildirdiyi təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirməkdir; verilən öyüdlərə əməl edib-etməməyin məsuliyyəti isə sadəcə öyüd-nəsihət verilən şəxsə aiddir. Əgər bu şəxs izah edilənləri qəbul etmirsə, bunda bir xeyir olduğunu bilməlisiniz. Quranda, “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir!” (Qəsəs surəsi, 56) şəklində bildirildiyi kimi, hidayəti verən Allah’dır.
HARUN YƏHYANIN ƏSƏRLƏRİ İSLAMI TƏBLİĞ EDƏRKƏN İSTİNAD EDƏCƏYİNİZ ƏN DƏYƏRLİ MƏNBƏDİR
Allah’ın seçdiyi üstün qulu Peyğəmbərimiz hədislərində insanların gözəl əxlaqlı olmasını buyurmuşdur. İnsanlarla yaxşı davranmaq, yaxşılığı əmr edib pislikdən çəkindirmək çox vacib ibadətdir, hər kəs öz imkanı daxilində və gücü yetdiyi qədər bu ibadəti yerinə yetirməklə cavabdehdir. İnsan hansı imkana sahib olursa-olsun, hansı şəraitdə yaşayırsa-yaşasın, Allah rizası üçün əlindən gələni etməlidir. Vicdanlı surətdə əsla aza qane olmamalı, daim bütün gücü ilə xidmət etməlidir. Belə ki, Allah xəstələrin və ya zəiflərin vəzifələrini asanlaşdırmış, ancaq onlara “xeyirə çağırmağı” əmr etmişdir. Bu, bir Quran ayəsində belə bildirilir:
Allah’a və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadangəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!(Tövbə surəsi, 91)
Belə olduğu halda imkanın az və ya çox olmasından asılı olmayaraq, xeyirə çağırmaq hər insanın üzərinə düşən məsuliyyətdir. Harun Yəhyanın əsərləri İslam əxlaqını müqəddəs Peyğəmbərimizin (səv) hədisləri və Quran ayələri əsasında izah edən, insanları dinsizliyin kabusu ilə xəbərdar edən dəyərli mənbədir. Bu əsərləri dəstəkləmək və mümkün qədər daha çox insana çatdırmaq hər insanın “xeyirə çağırma” ibadətinə və yuxarıdakı ayənin hökmünü yerinə yetirməsinə Allah’ın iznilə vəsilə ola bilər. Bu səbəbdən hər kəs gücü çatdığı qədər buna dəstək verməlidir. Allah bir ayəsində belə buyurur:
Onlar Allah’a, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)
Allah bir Quran ayəsində dininə kömək edənlərə belə buyurur:
... Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Həcc surəsi, 40)
Peyğəmbərimiz (səv) də bir hədisində xeyirli iş görməklə bağlı belə buyurur:
Dostların xeyirlisi Allah’ın dinində dostuna xeyirli olandır. Qonşunun xeyirlisi isə Allah’ın dinində qonşuya xeyirli olandır. (Ramuz-el Ehadis, səh. 280)
Peyğəmbərimiz (səv) başqa bir hədisində xeyir iş görənin mütləq əvəzini görəcəyini belə bildirmişdir:
Kim zərrə qədər xeyir iş görərsə, onun əvəzini görər. Kim də zərrə qədər şər iş görərsə, onun əvəzini görər. (Ramuz-el Ehadis, səh. 237)
Belə olduğu halda bu əsərlərin yayılmasına, oxunmasına, daha çox insana çatdırılmasına vəsilə olmaq, belə bir xeyirə vasitəçi olmaq insana Allah’ın iznilə böyük bir əcr olaraq geri qayıdacaq. Bu etdikləri, eyni zamanda, insanın digər müsəlmanlara olan sevgisini və mərhəmətini göstərir. İnsan bu yolla iman sahiblərinin mənəvi cəhətdən inkişaf etməsinə, Allah’a yaxınlaşmasına vəsilə olur. Onların Allah’ı daha çox zikr etməsini, ölümü, axirəti daha çox düşünməsini, vicdanlarının və şüurlarının açılmasını, dövlətə və millətə bağlı vətəndaş olmasını təmin edir. Müsəlman qardaşının axirətini düşünüb qorxu duyan insan daima bu cür xeyirli işlər görür. Peyğəmbərimiz başqa bir hədisində möminlərin bu xüsusiyyətini belə bildirmişdir:
Möminləri mərhəmət, xoşsöhbət və bir-birinə yardım edən bir vücud kimi görərsən. Becə ki, bir əza xəstələndiyində digərləri qızdırma və yuxusuz olduğu kimi, bu da elədir. (Ramuz-el Ehadis, səh. 250)
Xeyirə vəsilə olmağın vacibliyini İslam alimləri də əsərlərində bildirmişlər. Məsələn, İmam Qəzali xeyirli iş görməyin vacibliyini bir əsərində belə ifadə etmişdir:
Ömrün davam etdikcə, xeyirli iş görməyi əlindən qoyma. (İmam Qəzali, Hüccət-ül İslam, səh. 88)
Bu halda, insan kiçik-böyük demədən gücü çatdığı qədər İslama xidmət etməlidir. Bu çox vacib məsuliyyət və mühüm bir ibadətdir. Buna görə hikmətləri və xeyirləri ilə diqqət çəkən Harun Yəhyanın əsərlərini daha çox insana çatdırmaq, bu əsərlərə töhfəsini vermək və bütün dünyaya yaymaq üçün aparılan hər cür xeyirli fəaliyyət çox vacibdir.
Allah bir Quran ayəsində Onun rizası üçün edilən hər xeyirli işin mütləq bir əvəzi olduğunu belə bildirir:
... İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allah’dan bir mükafat olaraq,əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır! (Ali-İmran surəsi, 195)
İnsan nə xeyirli iş görsə, əslində, öz axirəti üçün görər. Bunun üçün atdığı hər addım, danışdığı hər kəlmə, sərf etdiyi enerji və əmək, xərclədiyi pul ona savab olaraq yazılacaq. Hər insan buna möhtacdır. Buna görə hər kəs xeyir üçün etdiklərini artırmalı və xeyirli işlərdə yarışmalıdır. Xeyir işlərdə yarışmaq Allah’ın Quranda bildirdiyi əmridir:
Onlar Allah’a, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 114-115)
Harun Yəhyanın əsərləri insanların xeyirli işlər görməsinə vəsilə olan tədqiqatlardır. Bu əsərləri oxuyanlar vicdanlı davranaraq imkanları daxilində fəaliyyət göstərməlidirlər. Bunun bir çox yolları vardır.
KİTAB OXUMAQ, SƏS KASETLƏRİNİ DİNLƏMƏK, SƏNƏDLİ FİLMLƏRƏ BAXMAQ VACİBDİR
Peyğəmbərimiz bir hədisində Allah’ı zikr etməyin vacibliyini belə bildirmişdir:
... Möminin ən xeyirli zamanı Allah’ı zikr etdiyi zamandır. (Ramuz-el Ehadis, səh. 254)
Harun Yəhyanın əsərlərinin ən vacib xüsusiyyəti Allah’ı xatırladan, içində çoxlu Quran ayəsi və Peyğəmbərimizin (səv) hədisləri olan, Quranın ruhunu və məntiqini ən gözəl şəkildə əks etdirən əsərlər olmasıdır. Bu səbəbdən bu əsərləri mümkün qədər çox oxumaq, seyr etmək və ya dinləmək insanın həm Allah’a yaxınlığını, həm dinə bağlılığını, həm də məlumatını artırmaq lazımdır. Bu əsərləri oxumaq, dinləmək və ya seyr etmək insanın Allah’ı çox zikr etməyini təmin edir. Allah’ı zikr etmək isə vacib bir ibadətdir. Allah Quranda Onun zikr edilməsini belə əmr etmişdir:
Ey iman gətirənlər! Allah’ı çox zikr edin! (Əhzab surəsi, 41)
Allah Quranda insanları Quranı düşünməyə və Qurandan öyüd almağa çağırır. Bu əsərlərin bir məqsədi var: Allah’ın iznilə insanların Quran haqqında düşünməsini və Qurandan öyüd almasını təmin etmək. Mövzu ilə bağlı ayələr belədir:
Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allah’dan qeyrisi tərəfindən olsaydı,əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar. (Nisa surəsi, 82)
And olsun ki, Biz Quranı (ondan ibrət almaq) (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! (Qəmər surəsi, 17)
Harun Yəhyanın əsərlərini oxumaq insanın Allah’ı daha yaxşı tanımasına, Allah’ın ucalığını və böyüklüyünü təqdir etməsinə və imanının artmasına vəsilə olur. Bu, çox vacibdir. Allah bir Quran ayəsində, “Ey iman gətirənlər! Allah’dan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!”(Maidə surəsi, 35) şəklində buyurur. Harun Yəhya külliyyatı da insanların Allah’a yaxınlaşmalarına vəsilə olmağı hədəf etmişdir.
HARUN YƏHYA KİTABLARI İLƏ ELMDƏ DƏRİNLƏŞMƏK
Rəbbimizin kainatı əhatə edən yaradılış dəlilləri üzərində düşünmək çox vacib ibadətdir. Allah möminlərin bu xüsusiyyətini Quranda belə bildirir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran surəsi, 191)
Harun Yəhyanın elmi və imani əsərləri də insanları göydəki və yerdəki yaradılış dəlilləri üzərində düşünməyə sövq edir. Bu tədqiqatlar insanın elmi cəhətdən dərinləşməsini, məlumatının artırmasını, daha çox mövzuda biliyə yiyələnməsini təmin edən əsərlərdir. Tamamilə Qurana və elmə əsaslanan bu əsərlər aid olduqları mövzularda mənbə olduğu üçün oxucunu həmin mövzuda peşəkar edir. Elmdə dərinləşmək isə müsəlmanlar üçün çox vacibdır. Peyğəmbərimiz (səv) aşağıdakı hədislərində bu mövzu ilə bağlı belə buyurur:
Elmə yiyələn. Şübhəsiz ki, elm möminin dostu, helm vəziri, ağıl rəhbəri, əməl mühafizəçisi, rifq atası, mülayimlik qardaşı, səbr də əsgərinin sərkərdəsidir. (Ramuz-el Ehadis, 2-ci cild, səh. 319/6)
Ey insanlar! Elm ancaq çalışmaqla öyrənilər. Fiqh də cəhd etməklə əldə edilir. Kimə Allah xeyir nəsib etsə, onu dinində “Fəqih” qılar. Qulları içində Allah’dan ancaq alimlər qorxarlar.(Ramuz-el Ehadis, 1-ci cild, səh. 183/7)
İnsanların xeyirlisi onların ən gözəl oxuyanı, Allah’ın dinində isə ən fəqih olanı, Allah’dan ən çox qorxanı, pis əməllərdən çəkinib yaxşılığı əmr edəni və qohumları ziyarət etməkdə ən qabaqda olanıdır. (Ramuz-el Ehadis, səh. 280)
BOŞ VƏ LAZIMSIZ SÖHBƏTLƏRDƏN ƏL ÇƏKİB İNSANLARA ALLAH’IN DİNİNDƏN VƏ İSLAM ƏXLAQINDAN DANIŞIN
İnsanların həyatlarının çox hissəsi danışmaqla keçir. Ancaq bu söhbətlərin böyük hissəsi boş və lazımsızdır. Zaman isə insan üçün çox dəyərlidir. Hər insanın düşünəcəyi və heç vaxt unutmayacağı çox vacib mövzular vardır. Bunları düşünüb insanların bir-birlərinə bu mövzuları xatırlatmaq yerinə? lazımsız söhbətlərlə vaxt itirmələri çox böyük xətadır. Ancaq hər şeydən vacib olanı Allah’ın insanlara boş söhbətlərdən üz çevirməyi əmr etməsidir. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz); (Furqan surəsi, 72)
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; (Müminun surəsi, 3)
Göründüyü kimi, Allah müsəlmanları boş və lüzumsuz sözlər danışmaqdan çəkindirir. Bunun ən yaxşı yolu daim Allah’ı anmaq, Quran ayələrini zikr etmək və xeyirli şeylər danışmaqdır. Beləliklə, öyrəndiklərinizi danışaraq çox xeyirli bir fəaliyyət göstərəcəksiniz. Allah’ı xatırlamağın çox vacib bir ibadət olduğu bir Quran ayəsində belə xəbər verilir:
... Allah’ı zikr etmək (Allah’ın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir! (Ənkəbut surəsi, 45)
İslam əxlaqından bəhs edən, din əxlaqından uzaq cəmiyyətlərdə yaşanan sıxıntıları örnək göstərən əsərləri oxuyub danışan insan özü də gözəl əxlaq qaydalarına riayət etmək istəyəcək, əsərlərdə göstərilən xətalardan, ibrət olaraq verilən nümunələrdən hər vəchlə çəkinəcək. Gözəl əxlaqdan bəhs etmək insanın vicdanına təsir edir. Beləliklə, bu, oxuyan insan üçün də, dinləyən insan üçün də çox böyük xeyirə vəsilə olur. İnsan faydalı bir fərdə çevrilir, ailənin vacibliyinə, millətin və dövlətin bütövlüyünə dəyər verir. Allah bir Quran ayəsində vicdanlı davranmaq barədə belə buyurur:
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki, özünüz kitabı oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? (Bəqərə surəsi, 44)
Digər bir Quran ayəsində isə Rəbbimiz belə buyurur:
Allah’ın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır! (Əhzab surəsi, 34)