Allah tarix boyu hər qövmü lideri ilə birlikdə yaratmışdır. Bu, Adətullahın tələbidir. Hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.), hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) və hz. Muhəmmədin (s.ə.v.) dövründə Allah'ın mübarək elçiləri iman gətirənlərin lideri olaraq İslam cəmiyyətlərinin başında olmuşdur. Hz. Talut, hz. Zülqərneyn dövründə də müsəlmanların lideri olmuşdur. Peyğəmbərimizin (s.ə.v.) ardınca da müsəlmanlar yaxın tarixə qədər heç vaxt başsız qalmamışlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması Allah'ın təqdir etdiyi hz. Mehdinin (ə.s.) gəliş əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün bir gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrün ardınca onları çox üstün əxlaqlı, çox mübarək, sevgi və şəfqət dolu, müsəlmanları çox sevən, hamiyyəti İslamiyyəsi çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1.5 əsrdir başsız olan İslam aləmi, Allah'ın təqdir etdiyi qədərin tələbi olaraq, bu əsrdə hz. Mehdinin (ə.s) mənəvi liderliyi altında birləşəcək.
Aşağıda Quranda olan birlik ayələrindən bəziləri göstərilmişdir:
Dünyadakı zülmün dayanmasını istəyən müsəlmanların edəcəkləri şey səmimi qəlbdən İttihad-i İslamı istəməkdir
Allah Quranın bir çox ayəsində möminlərin bir-birlərinin vəliləri olduqlarını bildirmişdir. "Vəli" sözünün mənası dost, qoruyucu, köməkçi və dəstəkçidir. Buna görə müsəlmanların bir-birləri ilə dost olmaları, bir-birlərini qorumaları və bir-birlərinə dəstək olmaları Allah'ın onlara əmridir.
Allah bir ayəsində möminlərin bir-birləri ilə dost olmalarının vacib olduğunu belə ifadə edir:
Bir sonrakı ayədə isə Allah möminlərin bir-birlərinə dost və vəli olduqları təqdirdə inkarçılara qarşı davam etdirdikləri fikri mübarizədə mütləq qalib gələcəklərini belə bildirir:
Bu ayədən və Quranın daha bir çox ayəsindən aydın olur ki, möminlər bir-birlərini sevib dost olsalar, bir-birlərinə dəstək olsalar inkarçıların inananlara tətbiq etdikləri pisliklərə qəti olaraq son qoyacaq və Allah'ın əmr etdiyi gözəl əxlaqı yer üzündə hakim edəcəklər. Aydındır ki, hal-hazırda dünyanın birçox yerində yaşanan ədalətsizlikləri, zülm və haqsızlıqları dayandıracaq güc bütün müsəlmanların bir-birlərinə qardaşlıq münasibəti bəsləmələri, aralarındakı uzaqlıqları ortadan qaldıraraq bir an əvvəl birləşmələri və İttihad-i İslamı meydana gətirmələridir. Möminlərin birləşmədikləri təqdirdə meydana gələcək mühiti isə Allah bir ayəsində belə xəbər verir:
Heç şübhə yoxdur ki, Allah'dan qorxan, vicdan sahibi heç bir müsəlman qardaşlarından üz çevirməyin və qardaşları ilə birlik olmamanın qarşılığında ortaya çıxan qarışıqlığın və zülm mühitinin meydana gətirdiyi fitnənin günahını yüklənmək istəməz. Müsəlmanların birləşməsi üçün cəhd göstərməyən hər kəs şahid olduğu zülm və haqsızlıqlardan, müharibələrdən məsul olacaq.
Zülmün dayanmasını istəyən qardaşlarımız "Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl yarat" deyə dua etməlidirlər
Allah'ı, Peyğəmbərimizi (s.ə.v.) və mömin qardaşlarını sevən hər müsəlman dünyanın dörd tərəfində əsarət altında yaşayan milyonlarla məzlum insanın, zülm görən, işgəncəyə məruz qalan, evlərindən sürgün edilən, yoxluq içində yaşamaq məcburiyyətində qalan qardaşlarının məsuliyyətini üzərində hiss etməli və onların dinclik və təhlükəsizliyə qovuşmaları üçün İslam dünyasının bir an əvvəl birləşməsini istəməlidir. Belə ki, zərər çəkmiş qardaşlarımızı içində olduqları vəziyyətdən xilas etməyinən qısa, ən təsirli, ən qəti yolu İttihad-i İslamın təmin edilməsidir.
Müsəlman dünyasının qurtuluşu üçün İttihad-i İslamı istəyən qardaşlarımız "Ya Rəbbi, İttihad-i İslamı bir an əvvəl yarat", "İttihad-i İslamı dərhal meydana gətir" deyə Allah'a dua etməlidirlər. Allah möminlərin dualarına cavabverəndir. Bu gözəl və xeyirli duanı edən qardaşlarımız inşaAllah qısa müddət sonra dualarının qəbulolduğunu görəcəklər. İsrarla bu duanı edən, bu dua ilə bağlı fəaliyyətlərdə olan möminlər heç şübhəsiz böyük savab qazanacaqlar.