Xurafatçılar və müşriklər nə üçün dinin asan olmasını istəmirlər?
Xurafatçıların hz. Mehdini (ə.s) dəstəkləməmələrinin səbəbi nədir?
Rəbbimizin şəfqət və mərhəmətinin nəticəsi olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər həmişə asan tətbiq edilən hökmlərdən ibarət olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmiş və “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir…”(Bəqərə surəsi, 185) ayəsi ilə də bu həqiqəti xəbər vermişdir.
Allahın hədlərinə riayət edən insan həm də yaradılışına uyğun olan gözəl həyatı yaşayan insandır. Ancaq tarix boyu din əxlaqını əslindən uzaqlaşdıran və üstün əxlaqın yaşanmasına mane olmaq üçün müxtəlif üsullara əl atanlar dinə bir çox xurafatlar qatmağa çalışmışdır. Bunun nəticəsində də insanların qəsdən və ya bilməyərək din əxlaqından uzaqlaşmalarına səbəb olmuşlar. Yəhudilik məhz bu şəkildə təhrif edilmişdir. Çünki bəzi insanlar xurafatlarla və ya əlavələrlə yəhudiliyi yaşana bilməyəcək hala gətirmişdir. Hətta indi də yəhudiliyin xurafatlarla çətinləşdirilmiş hökmlərini yerinə yetirə bilən bir yəhudi yoxdur. Çünki insanlar yəhudiliyin hökmlərini o qədər çətinləşdirmişlər ki, heç bir insan ona riayət edə bilmir. Məhz hz. İsa (ə.s) insanların təhrif etdiyi yəhudiliyin hökmlərini Allahın əmrilə yüngülləşdirmək və rahatlaşdırmaq üçün gəlmişdir. Bu mənada xristianlıq hz. İsa (ə.s) vasitəsilə xürafatlardan təmizlənmək üçün göndərilmişdir. Ancaq yenə də bəzi ruhanilər xristianlığı təhrif etmişdir. Quranda belə xəbər verilir:
”Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir” (Hədid surəsi, 27)
Halbuki, Allah bizə din əxlaqının yaşanmasının səmimi insanlar üçün çox asan olduğunu bildirir.
Onu da qeyd etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağrıldığını belə xəbər verir:
”Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir” (Rum surəsi, 30)
Rəbbimiz Rəsulullah (s.ə.v) vasitəsilə İslam dinini göndərmiş, təhrif edilmiş xristianlıq və yəhudiliyin insanlar üzərində meydana gətirdiyi ağır təzyiqləri aradan qaldırmışdır. Ayədə bu həqiqət belə bildirilir:
”O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri Elçinin – yazıb-oxumaq bilməyən Peyğəmbərin, ardınca gedərlər. O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır” (Əraf surəsi, 157)
Xurafatçılar tarix boyu xurafatların aradan qaldırılmasından çox narahat olmuşlar
Fanatizm insanların ağlını bulandıran, din əxlaqını yaşamağa mane olan bir sistemdir. Tarix boyu xurafatçılığın insanlar üzərində yaratdığı təxribat dinsiz, ateist insanların təxribatlarından daha şiddətli olmuşdur. Çünki xurafatçılar Allahın əmr etdiyi din əxlaqına riayət etmədikləri üçün çox cahil olurlar. “Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə surəsi, 50) ayəsində xəbər verildiyi kimi, cahil olanlara Allahın hökmlərini izah etmək çox çətindir. Onların təcavüzkar və vəhşi xüsusiyyətləri olur. Heç vaxt məqbul danışmır, dinin gerçək hökmlərini yaşamaq istəmirlər. Xurafatçıların bu xüsusiyyəti tarixən var olmuşdur. Belə ki, hz. İsaya (ə.s) bəzi yəhudi ravvinlərin şiddətli münasibətinin səbəbi hz. İsanın (ə.s) dini xurafatlardan təmizləməsi idi. Hətta öz aralarındakı söhbətlərində (hz. İsanı (ə.s) tənzih edirik) hz. İsanı (ə.s) dinlərini “öldürdüyünü” demişlər. Halbuki, Rəbbimiz Quranda hz. İsanın (ə.s) təhrif edilmiş Tövratı xurafatlardan təmizləmək üçün və haqq dini təsdiqləyici olaraq göndərdiyini belə bildirir:
"Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik”"(Maidə surəsi, 46)
Bu həqiqət bir başqa ayədə də belə bildirilir:
"İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allahdan qorxun və mənə itaət edin!” (Zuxruf surəsi, 63)
Rəsulullah (s.ə.v) da eyni şəkildə müşriklərin çətinləşdirdiyi dinin bütün hökmlərini aradan qaldırmışdır. Quranda bu mövzudakı nümunə belədir:
"Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz” (Ənam surəsi, 144)
Ayədə bildirildiyi kimi, Quranda hökmlərin asanlaşdırılması müşriklərin və xurafatçıların xoşlarına gəlmir. Çünki Allah namaz, dəstəmaz kimi bütün ibadətləri asanlaşdırdığı kimi, dini gündəlik həyata keçirəcək qədər asanlaşdırmış, xurafatçıların və müşriklərin qoyduğu haramları halala çevirmişdir. Xurafatçılar və müşriklər Peyğəmbərimizə (s.ə.v) dinin asan olmasına qarşı təzyiq etməyə başlamışlar. Peyğəmbərimiz (s.ə.v) onların qoyduğu ağır hökmlərin Quranda olmadığını söyləmiş, onlar isə “Sən özün bir hökm gətir, belə din olmaz, çox sadədir, hökmləri ağırlaşdır, biz o dinə itaət edəcəyik, amma bu sadə hökmlərdə din görünüşü yoxdur” kimi sözlərlə Peyğəmbərimizə (s.ə.v) təzyiq etmişlər.
İman gətirənlər Allahın insanlara əmrlərini yerinə yetirməli və qadağalarından çəkinməlidirlər. Allah hər şeyi insanlar üçün asanlaşdırarkən dini çətinləşdirməyə çalışanlar axirətdə bunun məsuliyyətinə yüklənərək hesab verəcəklər.
Hər şeydə olduğu kimi, bu mövzuda da Peyğəmbərimizin (s.ə.v) həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində Peyğəmbərimiz (s.ə.v) Allahın hədlərindən ayrılmamağı və eyni zamanda da, həddi aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu ifadə etmişdir:
”Din asandir. Heç kim dinə qarşı sərt ola bilməz. Çünki dinə məğlub olar. Davranışınızı doğruldun, (hüduda) yaxın olun.” (Ramuz el-hadis, 1. cild, səh. 98)
İnsanların dinini Peyğəmbərimizin (s.ə.v) yuxarıdakı hədisində bildirdiyi kimi qiymətləndirmək lazımdır. Yəni Allahın aydın şəkildə bildirdiyi, asan tətbiq oluna bilən hökmlərini bəzi şəxslərin çətin göstərməyə çalışmaları böyük səhvdir. Belə ki, Allah Quranda bildirdiyi hökmləri hər şərait və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır.
Axırzamanda dini xurafatlardan təmizləyən insan hz. Mehdi (ə.s)-dır
Axırzamanda özlərini alim kimi xarakterizə edən bəzi şəxslər İslam adı ilə ortaya çıxacaq və dində olmayan ağır hökmləri dinə yerləşdirməyə çalışacaqlar. Hədislərdə bu həqiqət belə xəbər verilir:
”ELM ALİMLƏRİN QALDIRILMASI (vəfat etmələri, Allahın qatına alınmaları) İLƏ ORTADAN QALXAR. ORTALIQDA HEÇ BİR ALİM QALMAZ. NƏHAYƏT İNSANLAR CAHİLLƏRİ RƏHBƏR VƏ ÖNDƏR EDƏRLƏR, MƏSƏLƏLƏRİNİ ONLARDAN SORUŞARLAR. ONLAR ELMƏ ƏSASLANMADAN XALQA FƏTVA VERƏRLƏR. HƏM ÖZLƏRİ AZAR VƏ HƏM DƏ XALQI AZDIRARLAR”. (Buhari, nr. 100, 7307; Müslim, İlim 13 (nr. 2673); Tırmizi, İlim 5 (nr. 2652); Nesai, es-Sünenü’l-Kübra, nr. 5907; İbn Mace, Mukaddime 8 (nr. 52); Ahmed, el-Müsned, 2/162, 190; Darimi, es-Sünen, Mukaddime 26; İbn Hibban, es-Sahih, nr. 4571, 6719, 6723).
Hz. Mehdi (ə.s) də Peyğəmbərimiz (s.ə.v) kim xurafatçıların din üzərində meydana gətirdiyi xurafatları ortadan qaldıracaq, dini əslinə qaytaracaq və bidətlərdən təmizləyəcək, yəni dində təhfifat edəcək. Hədislərdə hz. Mehdinin (ə.s) əsas vəzifələrindən birinin bu olduğu, axırzamanın bu müqəddəs şəxsinin xurafatçı insanlarla çətin mübarizəsinin olacağı açıq şəkildə izah edilmişdir.
Muhyiddin Ərəbi “Fütuhat əl-Məkkiyyə” adlı əsərində belə bildirir:
"Onun (hz. Mehdinin (ə.s)) açıq düşmənləri füqəha (fiqh alimləri) olacaq. Çünki xalq arasında bir imtiyazları qalmayacaq. Hətta ehkam barəsində elmləri də azalacaq. Bu imamın (hz. Mehdinin (ə.s)) gəlişi ilə alimlərin hökmlərdəki anlaşılmazlıqları da aradan qaldırılacaq … ƏGƏR ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI, FƏQİHLƏR ONUN (HZ. MEHDİNİN (Ə.S.)) ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin cənabi-Haqq onu (hz. Mehdini (ə.s)) kərəmi ilə və qılınc (qardaşları ilə) ilə təthir edəcək (təmizləyəcək), ONLAR ONA (hz. Mehdiyə (ə.s)) İTAƏT EDƏCƏKLƏR. (Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, səh. 187, Pamuk Yayıncılık)
Başqa bir hədisdə isə hz. Mehdinin (ə.s) dinə sonradan qarışan bütün səhv inanc və tətbiqlərdən təmizləyərək İslam dinini Peyğəmbərimiz (s.ə.v) dövründə yaşandığı kimi əslinə çevirəcəyi, fanatik və mühafizəkar xurafatçılara qarşı dəyanətlə mübarizə aparacağı belə bildirilmişdir:
Rəsulullah (s.ə.v) belə buyurur: “HƏR ZAMANDA ÜMMƏTİM ÜÇÜN ƏHLİ-BEYTİMDƏN BİR ƏDALƏTLİ VARDIR. ONLAR AZDIRANLARIN TƏHRİFLƏRİNİ, BATİL ƏHLİNİN BATİLİNİ, CAHİLLƏRİN ŞƏRHİNİ BU DİNDƏN UZAQLAŞDIRARLAR, bilin ki, doğrusu sizin imamlarınız sizi Allaha aparan elçilərdir, elə isə yaxşı baxın ki, sizin elçiləriniz kimlərdir”. (Savaik’ul Muhrika, İbn-i Hacer, s. 148, Muhammediyye mat. ve s. 90, Meymeniye mat. Mısır. / Yenabi’ul Mevedde, Kunduzi Hanefi, s. 226, 326, 327, Haydariye mat. S. 191, 271, 273 ve 297, İstanbul. / Zehair’ül Ukba, Muhibbiddin Taberi Şafii, səh.17)
”İNSANLAR HAQQA DÖNƏNƏ QƏDƏR MÜBARİZƏSİNƏ DAVAM EDƏCƏK”. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)
”PEYĞƏMBƏR (S.Ə.V) ƏVVƏLDƏ İSLAMA NECƏ DƏSTƏK OLDUSA, HZ. MEHDİ (Ə.S) DƏ SONDA EYNİ ŞƏKİLDƏ İSLAMA DƏSTƏK OLACAQ”. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 27)
Allah tarix boyu bütün insanlara doğrunu tapmaları, qəti məlumata yiyələnmələri və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablarla bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara doğru yolu göstərən rəhbər olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:
“Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir” (Ali-İmran surəsi, 4)
Hz. Mehdi (ə.s) bütün məzhəbləri ortadan qaldıraraq dini əslinə çevirəcək
Hz. Mehdinin (ə.s) əhəmiyyətli xüsusiyyətləri arasında ən böyük mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi) və ən böyük müctəhid (ehtiyac yarandıqda ayələrdən hökm çıxaran böyük İslam alimi) xüsusiyyətləri də vardır. Bu xüsusiyyətdəki böyük şəxslər İslam cəmiyyətlərinə nümunə olmuş, yol göstərmiş öndərlərdir. Müsəlmanlar da onlara itaət etmişlər. Bütün sünnə əhli dörd məzhəb imamının verdiyi hökmlərə əməl etmişdir. Bu müctəhid və mücəddidlərin ən böyüyü isə hz. Mehdi (ə.s) olacaq. Bu da hz. Mehdinin (ə.s) ictihad edən (Quran və hədislərdən istifadə edərək hökm verən) səlahiyyətli şəxs olacağını, bütün məzhəbləri aradan qaldıracağını göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə digər məzhəbləri aradan qaldırmalıdır. Dövründə hər kəsin ona itaət edəcəyinin bildirilməsi də bunu təsdiqləyir. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə “Fütuhat əl-Məkkiyyə” adlı əsərində bu mövzuda belə məlumat vermişdir:
”… MEHDİ (Ə.S) DİNİ PEYĞƏMBƏRİN (S.Ə.V) ZAMANINDA OLDUĞU KİMİ EYNİLƏ TƏTBİQ EDƏCƏK. YER ÜZÜNDƏN MƏZHƏBLƏRİ QALDIRACAQ. XALİS HƏQİQİ DİNDƏN BAŞQA HEÇ BİR MƏZHƏB QALMAYACAQ”. (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 186-187)
Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq əslindən uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranı qiyamət gününə qədər qoruyacağını belə bildirmişdir:
”Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (Hicr surəsi, 9)”Nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir” (Fussilət surəsi, 42)