Hörmətli Adnan Oktar bundan qısa müddət əvvəl etdiyi açıqlamalarda, BAV və Milli Dəyərləri Qoruma Vəqfinin Türk İslam Birliyinin qurulması və çətinlik içindəki bütün müsəlmanların hüzura və təhlükəsizliyə qovuşması üçün böyük mədəni təşəbbüsə liderlik edəcəyini müjdələmişdi. İctimaiyyətin, Türk İslam Birliyinin əhəmiyyəti və təcililiyi, necə bir birlik olacağı, mövcud problemlərə nə şəkildə həll gətirəcəyi kimi mövzularda məlumatlandırılmasını və şüurlandırmasını əhatə edən bu mədəni iş təsirlərini göstərməyə başladı. Qafqazda və Yaxın Şərqdə yaşanan vacib hadisələrlə yanaşı, uzun müddətdir unudulmağa başlayan Şərqi Türküstanda son vaxtlarda Türk mətbuatında yenidən gündəmə gəlməyə başladı.
Hörmətli Adnan Oktar 2008-ci il iyun ayında Şərqi Türküstan “Asiya RFA” radiosuna verdiyi müsahibədə bunları söyləmişdi:
Asiya RFA: Bəli, indi siz kommunist Çinin zülm siyasəti və Şərqi Türküstan kitabınızda da bəhs edirsiniz. Çində 49-cu ildən sonra edam edilən öz vətəndaşından başqa müsəlmanların sayı milyonlarla sayılır, amma bu gün ABŞ-ın İraqa girməsi, Əfqanıstan, sonra Fələstin məsələsi burada biz dünya mediasında görürük. Amma ən pis olan bu gün Şərqi Türküstanda yalnız kitab yazdığı üçün, şeir yazdığı üçün içəridə olan, edam edilən minlərlə insan var. On minlərlə insan var, amma dünya buna qarşı səssizdir. Niyə?
Adnan Oktar: Bu mövzuda TÜRK İSLAM BİRLİYİ DÜŞÜNCƏSİNİ MÜDAFİƏ EDƏN HƏR KƏSİN YERİ YERİNDƏN OYNATMASI LAZIMDIR. BİZİM ÖNÜMÜZDƏKİ GÜNLƏRDƏ BU İSTİQAMƏTDƏ BİR İŞİMİZ BAŞLAYIR. İlk növbədə Azərbaycan ilə başladıq. İndi növbə Şərqi Türküstandadır, ŞƏRQİ TÜRKÜSTANI MƏTBUATDA GÜNDƏMƏ GƏTİRƏCƏYİK... (“Asiya RFA”, 14 iyun 2008)
Son bir neçə aydır həm Hörmətli Adnan Oktarın mövzu ilə əlaqədar açıqlamaları, həm də fəxri prezidenti olduğu Milli Dəyərləri Qoruma Vəqfinin müxtəlif qəzetlərə verdiyi Şərqi Türkistan mövzusu ilə əlaqədar elanlar nəticəsini verməyə başladı. Mətbuatda yenidən Şərqi Türküstanla əlaqədar xəbərlər nəşr olunmağa, xalqımız bu torpaqlarda qardaşlarımızın yaşadığı çətinlik və əziyyətlərdən xəbərdar edilməyə başlandı. Bu məlumatlar, Türk İslam Birliyinin qurulmasının nə qədər təcili olduğunu bir daha gündəmə gətirməkdə və bu vəsilə ilə bu yolda atılan addımları sürətləndirməkdədir. Allahın icazəsi ilə Şərqi Türkistanın rifaha və işıqlığa qovuşması da Türk İslam Birliyi sayəsində olacaq. Türk İslam Birliyinin qurulması ilə həm Şərqi Türküstan, həm də Çin rahatlayacaq, gərginliyin, qorxunun və narahatlığın yerini sülh, sevgi və rahatlıq alacaq. Türk İslam Birliyinin zəmanəti, Çində yaşayan milyonlarla müsəlman ilə əlaqələrini qüvvətləndirəcək. Qəlbən Türk-İslam Birliyinə bağlı Şərqi Türküstanın Çinin də mənfəətinə uyğun olduğu aydındır.
Adnan Oktar: Şərqi Türküstanda nəfis insanlar vardır. Çox təmiz əxlaqlı, xalis müsəlmanlar vardır. Qadınlar, gənclər, bunların hamısı qüsursuz bir İslam əxlaqına sahibdirlər… Türküstana gedəndə hadisəni heyrətlə qarşılayırıq, yəni son dərəcə dürüst, əfəndi, tərtəmiz insanlarla qarşılaşırıq. Kommunizm tam əksinə təsir etmişdir. Bu da Allahın bir lütfüdür. Yəni çox təmiz qalıblar. Yaxşı qorunublar. Və heç kim onlara zərər verə bilməmişdir. BU TƏMİZ BİRLİK ÖNÜMÜZDƏKİ 10 İL, 15 İL İÇƏRİSİNDƏ RAHATLIQLA MEYDANA GƏLƏCƏK KİMİ GÖRÜNÜR. (“Asiya RFA”, 14 iyun 2008)
“Timetürk” internet xəbər saytı, 23 sentyabr 2008
Adnan Oktar: Artıq Çin əlini bu ölkədən çəkməli, bu insanları rahat buraxmalıdır. Bir də adam öldürmək, yazı yazdı deyə adam öldürmək, havaya baxdı deyə, yerə baxdı deyə adam öldürmək... Bu zülm, ən vicdansız insanın belə edəcəyi bir şey deyil. Çin bunu etməklə özünü dünyada alçaldır. Özünü hörmətdən salır. Hər şeyini hörmətdən salır. Millətini hörmətdən salır, dövlətini hörmətdən salır, bunu etməsin. Bunu bir dürüstlük anlayışı içərisində, bir ağıl, əfəndilik anlayışı içində etsin, düşünsün. Çəkilsin, bu ölkədən əl çəksin, Şərqi Türküstan azad olsun. Baxın, o zaman dünya Çinə necə açılır. Türkiyənin mövqeyi nə qədər gözəl olur. Məsələn, Türkiyədən Çinə işçilər gedər. Çalışmağa gedərlər, bura gələnlər olar.
Tam fərqli bir siyasət olar. Amma bu qanayan yara olduğu müddətcə, bütün millətin ürəyində bir hirs meydana gələcək. Yəni sırf bu nifrətə görə bir çox insan, bir çox iş adamı Çinə iş qurmağa gedə bilmir. Çünki bu qədər insanı öldürən, bu qədər cinayət işləyən bir ölkəyə, insan rahatlıqla gedə bilərmi? İnsan qanı ilə dolu yerlərdir. Çində insan qanına basaraq gedəcəksən. İnsan qanının üstündə müsəlman gedə bilməz. O qanı yerdən təmizləyəcəklər. Bu cinayətləri dayandıracaqlar, bu zülm qalxacaq. Buraxsınlar Şərqi Türküstan demokratik olsun. Dünyəvi olsun. Dünyada müstəqil bir ölkə olaraq gözəl yer alsın. Çin bundan qat-qat zəngin olar. Yəni bundan itkisi olar deyə düşünməməlidir. Nüfuz itirməz, bundan nüfuz qazanar. Bu qürur məsələsi ediləcək bir şey deyil. (“Asiya RFA”, 14 iyun 2008)
“Önce Vatan”, 23 iyul 2008
“Vakit”, 13 iyul 2008
Adnan Oktar: Bu birliyin Çinə də fayda gətirəcəyini Çinə gözəl bir üslubla izah etmək lazımdır. Yəni Çin dövlətinə bunu çox gözəl bir üslubla izah etmək lazımdır. Çin bəlkə bu birliyin əleyhinə olacağını düşünə bilər. Çinin lehinədir, bu, Çini qurtarar, yəni hər tərəfdən qurtarar. Hərbi yöndən də qurtarar, bir hücuma qarşı da qurtarar. İqtisadi yöndən də qurtarar. Müasirləşməsini təmin edər, təəssüf ki, Çində öz xalqı da sürünür. Mən qəzetlərdə görürəm, kiçik, tövlə kimi yerlərdə yaşayırlar. Milləti sürünür. O insanlarda fərahlayar, rahatlayarlar. ÖZ MİLLƏTİNİN QURTULUŞU ÜÇÜN DƏ ÇİN TÜRK İSLAM BİRLİYİNİ DƏSTƏKLƏMƏLİDİR. Bu birlik bir işğal birliyi deyil, bir eqoist birlik deyil. Bu sevgi birliyi, dostluq birliyi, köməkləşmə birliyi anlayış, xoşgörüş, mülayim və dünyəvi zəmində olacaq.
Yəni zəmini dünyəvi zəminə oturacaq, bu, çox əhəmiyyətlidir. Dünyəvi olduqdan sonra, sülh olduqdan sonra, demokratiyanı müdafiə edən bir sistem olduqdan sonra Çinin bundan çəkinməsi üçün bir səbəb yoxdur. Çini də bu mövzuda razı salmaq üçün, əlbəttə, bu daha çox vətəndaş cəmiyyəti quruluşlarının işi ilə ola bilər. Amma önümüzdəki günlərdə bu yöndə bizim ciddi fəaliyyətimiz olacaq. ÇİNİ BU GƏRƏKSİZ QORXULARINDAN QURTARACAQ, BU KLASSİK DÖVLƏT SİYASƏTLƏRİNDƏN İMTİNA ETMƏSİNİ TƏMİN EDƏCƏK BİR DÜŞÜNCƏDİR. Çünki klassik dövlət siyasətində nə olur? Mənfəəti olan bir yeri işğal edir, adamları da əzir və orada yaşayır. Yəni qan əmərək yaşamağa ehtiyac yoxdur. Bu sevgi ilə olar, dostluqla olar. Yəni qan əmərək yaşamaq yarasaya oxşayar. Bu, Çinə yaraşmaz. (“Asiya RFA”, 14 iyun 2008)
Adnan Oktar: Bu, Şərqi Türküstanın qurtuluş vaxtının gəldiyinə bir işarədir. Yəni bu dövrü çox yaxşı qiymətləndirə bilərik. Çünki Şərqi Türküstan, dünyanın ən təmiz müsəlmanlarının, bəlkə ən alicənab insanlarının yaşadığı bir yerdir. Ən mötəbər insanların yaşadığı bir yerdir. Mən bunu şəxsən özüm müşahidə etdim, bilirəm, yəni əminəm. Ona görə bu insanların bu zülmdən bir an əvvəl qurtarılması son dərəcə həyatidir, bu, bütün dünyanın namusudur. Bütün dünyanın üzərinə düşün namus borcudur. Mütləq Çinin əlindən bu böyük Türk dövlətini qurtarmaq lazımdır. Burada Çinin müdaxiləsi heç bir vicdanın qəbul edəcəyi kimi deyil.
Yəni buraxsın Şərqi Türküstan öz imkanları ilə öz dövlətində istədiyi kimi azad yaşasın. Çin ticarət etmək istəyirsə gəlsin ticarətini etsin. Çinə Şərqi Türküstanın hücum edəcəyi bir vəziyyət ola bilməz. Bəs Çinin istədiyi nədir? Yəni nə mənfəəti var. Əgər bir gəlir istəyirsə, bu bir ticarət ola bilər, Şərqi Türküstan Çinlə ticarət etsin. İstismar etmək istəyirsə buna kimsə icazə verməz, bundan başqa bir ölkəni əsir etməyin nə mənası var? Yəni Çin Şərqi Türküstandan nə istəyir və əsir olunca əlinə nə keçəcək. Buradan necə xoşbəxt olacaq. Yəni ürəyinə nə cür sevinc verəcək. Bu, bir zəfərdirmi.
Şərqi Türküstandan tamamilə çəkilsin. Oradakı insanlar azadlıq içində məscidlərinə getsinlər, fabriklərinə getsinlər. Söhbət etsinlər, bayram sevincinə dönsün. Çin artıq burada bir gözəllik etməlidir. Bunun vaxtı gəldi. Açıqca meydana çıxsın, biz burada səhv etdik. Bu ölkə müstəqilliyə layiq olan ölkədir. Biz bura gərəksiz müdaxilə etdik. Heç bir məqsədi də yoxdur, heç bir məntiqi də yoxdur. Bu, 21-ci əsrə yaraşacaq bir şey deyil. “Biz buradan ordumuzu da çəkirik. Siyasi təzyiqimizi də qaldırırıq. Bu dövləti azad elan edirik” desə, Çin bütün dünyada sevilər. Hər kəs hörmət edər. Çin artıq bu gözəlliyi etməlidir. (“Asiya RFA”, 14 iyun 2008)
“Türkiye”, 7 sentyabr 2008
Adnan Oktar: Çin bu soyuq müharibə dövründən əl çəkməlidir. Əgər Şərqi Türküstandan çəkilsə. Bununla əlaqədar razılaşmalar da aparıla bilər. Yəni onlara daha çox elektrik verilə bilər, neft verilə bilər. Onsuz da onları müşkül vəziyyətdə buraxacaq bir şey olmaz. Yəni onlara elektrikin satılması, neftin satılması, enerji satılması İslam ölkələrinin istədiyi bir şeydir. Yəni bu onların lehinə olar. Lazım olsa, ucuz da satılar. Amma yetər ki, bu insanların yaxasını buraxsın. Yəni istədiyi neft olsun, istədiyi elektrik olsun, istədiyi təbii qaz olsun, amma bunun üçün bu qədər milyonlarla insanı əsir edib əzməyin bir mənası yoxdur. Bu qarşılıqlı razılaşmalarla da edilə bilər.
Məsələn, Türkiyə ilə də razılaşma edə bilər. Çin ölkələrlə razılaşma edə bilər. Bütün Türk dövlətləri toplanıb Çin ilə bu mövzuda razılaşma apara bilər. Biz səni təbii qaz cəhətdən, elektrik cəhətdən, enerji cəhətdən, neft cəhətdən tam təmin edəcəyik. Amma sən bu tərtəmiz insanlardan əl çək. Məsələn, 50 illik müqavilə bağlayaq deyilər. Və həqiqətən də, neft satılar. Çinin istədiyi neft olsun. (“Asiya RFA”, 14 iyun 2008)
Adnan Oktar: ŞƏRQİ TÜRKÜSTAN, TÜRK DÖVLƏTLƏRİ VƏ İSLAM ÖLKƏLƏRİNİN AZADLIĞI ÜÇÜN CƏHD GÖSTƏRƏCƏYİK, amma əlbəttə, daha təcili olan var. Prioritet Azərbaycan ilə Türkiyənin təcili birləşməsidir, çünki onlar bu an ən uyğun mövqedədirlər… Amma sonra Şərqi Türküstan təcilidir. Çünki əsir mövqeyindədir. Yəni əsirlik şiddəti birinci plana alınmağı tələb edir. Çünki harada zülm çoxdursa, prioritet oraya verilməlidir. Prioritet oradadır… Ona görə, mətbuat yolu ilə bir daha mövzunu çox gündəmə gətirmək, ictimailəşdirmək lazımdır. Çini ictimai təzyiq də çox qorxudar. Böyük mətbuatda, böyük elanlarla, böyük xəbərlərlə, köşə yazıları ilə, televiziya xəbərləri ilə küncə sıxışdırmaq lazımdır, önümüzdəki günlərdə bu yöndə işlərimiz olacaq. (“Asiya RFA”, 14 iyun 2008)
“Önce Vatan”, 13 iyul 2008
Adnan Oktar: Ediləcək şey mədəniyyətdir. Çox keyfiyyətli bir gənclik yetişdirmək lazımdır. Çox dindar, şüurlu, anti-darvinist, anti-marksist, anti-kommunist, başı çox yaxşı çalışan, professorlar, elm adamları, həkimlər, hüquqçular, Çin bu gücə tab gətirə bilməz. Yəni qarşısı alınmaz güc vardır, mədəniyyət. Onun qarşısında ikiqat olar. Mədəniyyətə çox əhəmiyyət versinlər. Mənim saytlarıma girsinlər, bütün kitablarımı oxusunlar, pulsuz yüklənilir. Hamısını oxusunlar, şüurları açılsın, Çinin gözünün içinə mənalı-mənalı baxsınlar. Çin geri çəkiləcək. Edə bilməz, yəni gücü çatmaz. Mədəniyyət qarşısında heç bir güc tab gətirə bilməz. Yəni sən deyirsən ki, Günəş doğulmuşdur. Mən inanmıram deyir.
Pərdənin kənarını açırsan, bağlayırsan, bir saniyədə bitdi. Orada yüz adam varsa yüzü birdən düşər, mövzu bağlanar. Darvinizmin olmadığını çox yaxşı mənimsəmiş Şərqi Türküstan gəncliyi, bunu çox gözəl izah edən mütəxəssisləşmiş Şərqi Türküstan gəncliyi, hər getdiyi yerə bunu izah etsə, şərqi Türküstan polad qala olar. Çin əsgəri orada gəzsə nə olar, hoppansa nə olar? Yəni aslanın üstünə quş qonmuş kimi olar. Yəni bütün məsələ Şərqi Türküstanı aslanlaşdırmaqdadır, onun üstünə 4 ədəd qarğada qonsa, amma o aslan yenə gedər. İstədiyi qədər gedər, yəni istədiyi yerə gedər. Aradakı qardaşlıq bağını gücləndirmək, mədəniyyətdən imtina etməmək, bu təmiz hallarını daha da gücləndirmək. Və bu şəkildə davam etmək. (“Asiya RFA”, 14 iyun 2008)
“Vakit”, 7 sentyabr 2008
“Önce Vatan”, 9 avqust 2008
Asiya RFA: Son olaraq şərqi Türküstanlılara nə demək istəyərsiniz? Nə mesaj göndərmək istəyərsiniz?
Adnan Oktar: Onlar mənim canım, ciyərim, möhtərəm qardaşlarım, çox sevdiyim insanlardır, UŞAQLIĞIMDAN BƏRİ ONLARIN QURTULUŞU ÜÇÜN DUA EDİRƏM. Və cəhd göstərirəm. Bu önümüzdəki 10-15 il onların qurtuluş illəridir, inşaAllah. BÜTÜN ƏSİR TÜRKLƏR, ƏSİR MÜSƏLMANLAR XİLAS OLACAQLAR, İNŞAALLAH. Özlərini çox inkişaf etdirsinlər. Mədəniyyətlərini artırsınlar, imanlarını artırsınlar, Allahdan qorxularını artırsınlar. Allaha sevgilərini artırsınlar. Özlərini anti-darvinist yetişdirsinlər. Darvinizmin oyunlarını, saxtakarlıqlarını öyrənsinlər. Mənim saytlarıma girsinlər, onlara baxsınlar. Bir-birlərinə sevgilərini artırsınlar. Degenerasiyaya qarşı çox diqqətli olsunlar. Milli mədəniyyəti çox möhkəm mühafizə etsinlər. Gerisinə qarışmasınlar. Qurtuluşları çox yaxındır, inşaAllah. (“Asiya RFA”, 14 iyun 2008)