Niyə İslam Birliyi?
ucgen

Niyə İslam Birliyi?

1477

Dünyada sülh və təhlükəsizliyin bərqərar olunmasının İslam aləminin gələcəyi ilə birbaşa bağlı olduğu bir çox İslam aliminin müştərək fikridir. Ümumilikdə 1.6 milyard əhalisi olan müsəlman ölkələri zəngin yeraltı və yerüstü sərvətləri, əlverişli relyefi ilə güclü mövqeyə sahibdir. II Dünya müharibəsinə qədər müstəmləkə olan bəzi müsəlman dövlətləri müharibə başa çatdıqdan sonra müstəqillik qazandı və bununla da İslam coğrafiyası yenidən formalaşdı. Lakin əsl dəyişiklik soyuq müharibənin başa çatması ilə başladı. Bu dövrə qədər Afrika-Asiya ərazisi kimi bilinən İslam dünyası Albaniya və Bosniyadan tutmuş Çeçenistan və Tacikistana qədər uzanan Avrasiya ərazisini əhatə edirdi. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan yeganə müsəlman ölkəsi Türkiyə idisə, bu gün artıq 9 müsəlman ölkəsi bu təşkilatın üzvüdür.

Bütün bu dəyişikliklər İslam dünyasının demoqrafik bölgüsünə də təsirsiz ötüşmədi.  20-ci əsrin əvvəllərinə qədər müsəlmanlar qısa müddətli işğallar istisna olmaqla İslam torpaqlarında, yəni müsəlmanların hakimiyyəti altında yaşamışdılar. 20-ci əsrin ilk dövrlərindən etibarən isə öz istək və iradələri ilə müxtəlif Avropa ölkələrinə və Amerikaya köç edərək burada əhalinin mühüm tərkib hissəsinə çevrildilər. Bu gün Amerika və bir çox Avropa ölkəsində İslam ən sürətli yayılan dindir və qərbdəki müsəlmanların sayının artması müsəlman təşkilatlarının ictimai və siyasi həyatda təsirini artırır. Beləliklə İslam coğrafiyası təkcə müsəlmanların hakimiyyəti altında olan və ya əhalisinin böyük bir qismi müsəlman olan ölkələrlə məhdudlaşmayan çox böyük anlayışa çevrildi.  

Qafqazdan Tanzaniyaya, Mərakeşdən Ficiyə qədər geniş ərazilərə yayılan müsəlmanlar mühüm tarixi mədəni ocaqların oratya çıxdığı və inkişaf etdiyi bölgələrdə yaşayırlar. Geosiyasi, mədəni və iqtisadi amilləri ilə bu torpaqlar beynəlxalq əlaqələrdə və dünya siyasətində əhəmiyyətli mərkəzə çevrilmişdir.

Dünya ticarət yollarının mühüm kəsişmə nöqtələrinin İslam torpaqlarından keçməsi; Qara dənizi Aralıq dənizinə,  Aralıq dənizi və Bəsrə (Fars) körfəzini Hind Okeanına qovuşduran boğaz və kanalların, Hind Okeanındakı asas keçid məntəqələrinin müsəlmanların hakimiyyəti altında olduğunu nəzərə alsaq İslam dünyasının qlobal tarazlıqdakı rolunu aydın görərik. Neft və  təbii qaz kimi yeraltı sərvətləri ilə İslam torpaqları dünyanın ən zəngin bölgələrindəndir. Bütün bu amillər müsəlmanlar üçün güclü strateji mövqe yaradır və bu amillərin düzgün istifadəsi müsəlmanların dünya siyasətindəki fəaliyyətini artıracaqdır.

Bu gün baş verən hadislərin gedişatı da 21-ci əsrdəmüsəlmanların birbaşa və ya bilavasitə vacib bir mövqeyə yiyələnəcəyindən xəbər verir. Lakinəsas məsələ bu rolun başda İslam dünyası olmaqla, bütün bəşəriyyət üçün faydalı olmasıdır.Şübhəsiz ki, müsəlmanlar bu məsuliyyəti boynuna götürəcək gücə və ağıla sahibdirlər. Ancaq hazırda İslam dünyasında tüğyan edən despotik rejim, istər texnoloji, istərsə də iqtisadi sahədə zəif inkişaf nəzərdən qaçmır. Dünya siyasətində lider mövqelərdən birini tutmağa hazırlaşan İslam ölkələri bu və buna bənzər problemləri dərhal həll etməlidir.

Lakin bütün bunlardan əvvəl ümmətin ən mühüm və ilkin vəzifəsi birləşməkdir. Hazırda İslam aləmində baş verən xaosun, zülmün və bütün problemlərin səbəbi dünya müsəlmanlarının güclü və fəal İslam Birliyini qura bilməmələridir. Bu birlik qurulsaydı bütün bu problemlər ya heç baş verməyəcək ya da qısa müddətdə öz həllini tapacaqdı.

Nəzərinizə çatdıraq ki, İslam aləminin parçalanmasında tək səbəb plüralizm, yəni fərqli məzhəb və əqidələr deyil. Müsəlmanların birləşməsi məzhəb və əqidələrinin ortadan qaldırılması demək deyil. Buradakı əsas məqsəd müxtəlif əqidələri inanc, plüralizm, tolerantlıq və həmrəylik altında birləşdirməkdir. Müxtəlif əqidə və fərqliliklərin hər kəs tərəfindən qəbul edilməsi və onlara hörmətlə yanaşılması Quran əxlaqının tələbidir. Bütün cəmiyyətlərdə, hətta kiçik topluluqlarda belə əqidə,fikir fərqlilikləri mütləq vardır. Lakin irqi, dili, vətəni və məzhəbindən asılı olmayaraq,bütün müsəlmanlar qardaş olduqlarını əsla unutmamalıdırlar. İslam aləmi fərqlilikləri zənginklik kimi dəyərləndirməli, bu amillər müsəlmanları münaqişə və parçalanmaya səbəb olaraq əsas məsələlərdən, həlli vacib olan problemlərdən uzaqlaşdırmamalıdır.

Parçalanmanın səbəbləri

İslam aləmi 20-ci əsrinəvvəllərindən etibarən parçalanmağa başladı. Daha əvvəl fərqli məzhəblərdən, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam ölkələrində dinc və təhlükəsiz şəraitdəyaşayırdılar.Burada ən diqqətə layiq nüans isə bu dövrdə müsəlmanların daha güclü olmasıdır.

Ancaq 19-cu əsrin ən böyük cərəyanlarından biri olan radikal milliyyətçilik İslam dünyasına da təsirini göstərdi. Müsəlmanların bir qisimi təsir altında qalaraq onlara təlqin edilən qərb ideologiyalarını mənimsədilər. Bu dövrdə İslam imperiyalarının zəifləməsi ilə müsəlman ölkələrinin əksəriyyəti Qərbin müstəmləkəsinə çevrildi. Qərb öz qüvvələrinin İslam torpaqlarından çıxararkən belə süni sərhədlər yaradıb müxtəlif dövlətlər meydana gətirdi. Bu vəziyyət radikal milliyyətçilik hərəkatları ilə birləşdikdə böyük xaos yarandı. Etnik fərqliliklər konfliktlərin zəmininə çevrildi. Bir az əvvəl bu  torpaqlarda qardaş kimi yaşayan xalqlar arasında sərhədlər yarandı, konflikt və anlaşmazlıqlar meydana gəldi. Hər bir ölkə ilə qonşusuarasında başda sərhəd problemləri olmaqla, müxtəlif mübahisələr yarandı. Bu anlaşmazlıqların bir qismi İran-İraq müharibəsi kimi iki müsəlman dövlətin düşmən kəsilməsinə səbəb oldu. Beləliklə İslam aləmi bir əsr davam edən qeyri-stabil dövrə qədəm qoydu.

Nəzərinizə çatdıraq ki, millət və vətən sevgisi, müstəqillik tələbi hər kəsin haqqıdır və qanunidir. Milliyyətçilik sevgisi ehtirasa çevrildikdə qanun çərçivəsini aşır. Bir insan millətini sevib digər millətlərə səbəbsiz kin bəsləyirsə, öz millətinin mənfəətləri naminə başqa millətlərin və xalqların hüquqlarını tapdalayırsa, torpaqlarını ələ keçirməyi, mallarını yağmalamağı hədəfləyirsə bu, qeyri-qanunidir. Yaxud millət sevgisi irqçiliyə çevrildikdə, yəni insan millətinin irsən daha üstün olduğunu iddia edərsə bu nə əxlaq, nə də qanun çərçivəsinə sığmır. Milliyyətçiliyin irqçi ideologiyaya çevrilib iki müsəlman cəmiyyəti arasındakı "qardaşlığı" zədələməsi, nifrət toxumları səpəcək şəkildə təbliğ edilməsi səhv addımdır.

Quranda "cahiliyyə lovğalığı" adlandırılan bu düşüncə cahillik xüsusiyyəti kimi izah edilir:

“Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi) rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir.”(Fəth surəsi, 26)

Ayədə Allah`ın "cahiliyyə lovğalığı"na qapılanlardan fərqli olaraq möminlərə güvən və rahatlıq duyğusu nazil etdiyi bildirilir. Gördüyümüz kimi, öz cəmiyyətinə (tayfasına və ya millətinə) duyduğu sevgi nəticəsində digər cəmiyyətlərə nifrət bəsləmək və təcavüzkar yanaşmaq Quran əxlaqına ziddir. 19-cu əsrdə Avropada inkişaf edən və daha sonra müsəlman cəmiyyətlərinə də yayılan qəzəb və şiddət dolu milliyyətçilik materialsit düşüncənin bir təzahürüdür.  Bu, təkcə İslam dünyasında deyil, demək olar ki, bütün dünyada xaosa, konfliktlərə və siyasi qeyri-stabilliyə səbəb olmuşdur.

Halbuki, insanlar arasında nəsil və irqi ayrı-seçkilik etmək, etnik fərqlilikləri böyük problemə çevirmək Quran əxlaqına qəti şəkildə ziddir. Rəbbimiz bir ayədə belə bildirir:

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və soy baxımından deyil), təqvada ən irəlidə olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.”(Hucurat surəsi, 13)

 

Allah "Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır" (Rum surəsi, 22) ayəsində insanların fərqli irqvə millətlərdən olmasının ayələrindən biri olduğunu bildirmişdir. Bu fərqliliklər konflikt və ədavətə səbəb deyil, əksinə zənginlikdir, gözəllikdir.

Tarix İslamın etnik qrupları uzlaşdırma nümunələri ilə doludur. Hz. Muhəmməd (s.ə.v) səhabələri irq və qəbilə ayrı-seçkiliyi etməkdən, insanları millətlərinə, cinsiyyətlərinə, dillərinə, tayfalarına görə parçalamaqdan, hətta eyni cəmiyyət içində insanları maddi imkanlarına görə təsnif etməkdən də qəti şəkildə çəkindirmişdir. Peyğəmbərimiz vida xütbəsində "Ey İnsanlar! Şübhəsiz ki, Rəbbiniz və atanız da birdir. Hamınız Adəmdən, Adəm də torpaqdandır. Allah yanında ən üstün olanınız Ondan ən çox qorxanınızdır. Ərəbin əcəmə (ərəb olmayana), əcəmin də ərəbə, ağın qaraya, qaranın da ağa üstünlüyü yoxdur, təqva istisna olmaqla." sözləri ilə müsəlmanları bu mövzuda diqqətli olmağa dəvət etmişdir.

Peyğəmbərimizin (s.ə.v) və dörd xəlifənin dövründə İslam dünyasının sərhədləri şərqdən qərbə doğru genişlənmiş, müxtəlif millətlərin mənsubları İslam bayrağı altında birləşmişdir. Qəbilə qarşıdurmalarına, bitib-tükənmək bilməyən qanlı döyüşlərə boğulmuş Yaxın Şərq, İslam əxlaqı ilə dincliyə qovuşmuş, təkcə ərəb dünyasındakı deyil, müsəlmanların fəth etdikləri bütün torpaqlardakı qarşıdurmalar da sona çatmışdır. Xristian məzhəbləri arasında olan çəkişmələr də İslamın hakim olduğu torpaqlarda sülhlə nəticələnmişdir. Bir-biri ilə döyüşən qəbilələr, bir-birlərini amansızlıqla məhv etməyə çalışan qruplaşmalar İslamın təsiri ilə bir-birlərinin hüquqlarını tanıyır və hörmət göstərirdilər.

Müasir müsəlmanların dünyagörüşüdə bu istiqamətdə olmalıdır. Müsəlmanlar üçün əsas meyar bir insanın irqi, etnik mənşəyi, dili, sahib olduğu imkanları, vəzifəsi deyil, imanı və gözəl əxlaqıdır. Səmimi iman gətirənlərin sevgisi Allah qorxusu, Rəbbimizə qarşı olan dərin sevgi, saleh əməl, gözəl əxlaqa əsaslanır.Əgər bir insan həyatını Allah`a həsr etdiyini bütün rəftar və davranışları ilə sübut edir, hər anında Allah`ın rizasını və rəhmətini güdərək gözəl əxlaq göstərirsə, möminlər o insana qarşı sevgi və hörmət bəsləyirlər, bu insanın dərisinin rəngi, mənsub olduğu milləti, maddi imkanları möminlər üçün meyar deyil. Eyni zamanda müsəlman cəmiyyətləri arasındakı əlaqələrdə də bu meyarlar əsas götürülməlidir. Belə ki, Quranda müsəlmanların bir-birlərinin köməkçisi və vəlisi olduğu bildirilir.

İslam dünyasında parçalanmanın ən ümdə səbəblərindən biriQuran əxlaqının tətbiq edilməməsi, dinsiz ideologiya və düşüncələrin geniş vüsət almasıdır. Bəzi ziyalılar qərbdə geniş yayılmış dindən kənar fəlsəfə və ideologiyaların İslam aləmində inkişafa səbəb olacağını güman edirdilər. Bu tarixi səhvin nəticələri isə göz qabağındadır.  Ədaləti, fədakarlığı, mərhəməti, nəzakəti, açıqsözlülüyü, uzaqgörənliyi əmr edən Quran əxlaqının yerinə azğın fəlsəfə və ideologiyaların cəmiyyətə mənimsədilməsi nəticəsində  müsəlman dünyasındakı nizam və həmrəylik xaos və parçalanma ilə əvəzləndi. Bu xaosu dayandırmaq üçün bəzi ölkələrdə yenə Quran əxlaqına zidd olan sistem yaradılmışvə xalqı amansızlıqla əzən despotik rejimlər qurulmuşdur.

Bu gün İslam dünyasının gələcəyi naminə hər hansı addım atarkən mütləq tarixə nəzər yetirməli, eyni səhvləri təkrarlamamalıyıq. Tarix göstərir ki, İslam aləmi öz dəyərlərinə yiyələnsə sürətlə inkişaf edər.Bu dəyərlərdən ən əhəmiyyətlisi Quran əxlaqı və Peyğəmbərimizin (s.ə.v) sünnəsi üzərində qurulan birlikdir, İslam Birliyidir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr