“24 yaşlı, Nairobi hüquq fakültəsi məzunu, yaxşı ailədən olan, yüksək çinli dövlət məmurunun oğlu, yaraşıqlı, zəngin, zəkalı, məsəniyyətli, şən, çalışqan, baxımlı, gözəl və bahalı geyimləri, bilyard oynamağı sevən bir gənc...”
Abdirahim Mohammed Abdullahi tanışlarının dediyinə görə belə bir gəncdir. Yaxın dostları onu “Ababmo” ləqəbi ilə çağırırlar. Zehinlərdəki əli qanlı qatil və ya terrorist imicinə tamamilə zidd bir profili var. Halbuki 2 apreldə Keniyanın Qarissa universitetində əksəriyyəti tələbə olan 148 nəfəri öldürən terroristlərin lideridir. Əş-Şəbabqruplaşmasına bağlı digər yaraqlılarla birlikdə universitetdə tələbələri amansız şəkildə qətl etdikdən sonra ölü olaraq ələ keçirildi.
O dəqiqə ağlımıza müxtəlif suallar gəlir. Gözəl gələcəyi ola bilən bir gənc necə bu şəkildə dəyişə bilər? Ölməyə və öldürməyə proqramlanmış terroristə necə çevrilə bilər? Niyəözü ilə eyni yaşdakıməzlumtələbələriamansızca qətl edəcək qədər kin və nifrət doludur?
Əş-Şəbab son illərdə insanlıqdan kənarəməlləri ilə adını eşitdirən Somali mərkəzli qruplaşmadır. Yaraqlıları qonşu ölkə Keniyanı hər fürsətdə təhdid edir. «Keniyalıları ən çox nə incidirsə, oradan vuracayıq, şəhərlərini qəbiristanlığa çevirəcəyik, qandan çaylar axacaq» kimi sözlərini qətiyyətlə həyata keçirməyə çalışırlar. Universitetə hücum Keniya hərbçilərinin Somali ərazisindəki əməliyyatlara görə intiqam idi. Ancaq bu, qanlı hücumun sadəcə görünən səbəbi idi. Əsl səbəbi isə Əş-Şəbabın radikal ideologiyasında axtarmaq lazımdır. Gənclərin terroristlərə çevrilməsi bu qatı və xurafatçızehniyyət müstəvisində baş verir.
Əş-Şəbabın əsas hədəfi gəncləri döyüşçülərə çevirməkdir. Üstəlik təkcə Somalidə yox, Keniyanın şəhərlərində də müsəlman gəncləri öz sıralarına qatmağa davam edirlər. Qarissa qətliamındakı Abdullahi bunlardan təkcə biridir. Həmin gənclərin profilinə baxdıqda təəccüblü bir gerçək o dəqiqə hiss olunur. Bunlar məktəblərini tərk etmiş, təhsilsiz, kasıb, işsiz, qaçqın düşərgələrində böyümüş vəya əzab-əziyyət görmüş insanlar deyil. Əksinə ictimai həyatın hər sahəsində yer alan gənclərdir.
Radikal terror təşkilatlarına qoşulan keniyalı gənclər maddi mənfəət güdmürlər. Belə ki, mallarından, kariyeralarından və dünyaya aid bütün məqsədlərindən imtina ediblər. Əş-Şəbab daxilində döyüşərək, ölərək və öldürərək Allah'ın rizasını, rəhmətini və cənnətini qazana biləcəklərini düşünürlər. Ancaq çox böyük yanılqı içindədirlər.
Əş-Şəbab istər ideoloji, istərsə də əməliolaraq əl-Qaidə və İŞİD-i özünənümunə götürür. Somali hökumətini devirərək yerinə öz ideologiyalarının tələbi olan xurafatçı və despot dövlət qurmaq istəyirlər. Bu məqsədlə məzlum insanları qətl etməyi, şiddəti və hər cür vəhşiliyi mübah görürlər. Bunu Allah'ın əmri və İslamın tələb etdiyini düşünürlər. Halbuki yanlış ideologiyalarının əsl mənbəyi xurafatlar və yanlış hədislərdir. Xurafat zehniyyətli «islam alimləri» bunlara əsaslanaraq kin, nifrət və vəhşilik toxumları əkirlər. İslam və Quran haqqında bilgisi kifayət qədər olmayan bu insanlar İslamın həqiqətən də qan tökməyi təşviq etdiyini, qadına dəyər vermədiyini, elm və sənəti rədd etdiyini düşünürlər. Halbuki bunların hamısı müsəlmanların müqəddəs kitabı Quranla tamamilə ziddiyyət təşkil edir. Quranda müsəlmanların bağışlayıcı olmaları, elmlə məşğul olmaları, qadınları üstün görüb onlara qarşı şəfqətli və qoruyucu olmaları tələb edilir. Ancaq müsəlmanların əksəriyyəti Quranı tərk edib xurafatları əsas aldıqları üçün bunlardan xəbərsizdirlər.
Keniya hökuməti Qarissa hücumunu Mohamed Kuno adında bir Əş-Şəbab yönəticisinin planlaşdırdığını açıqladı. Kuno Somali əsillikeniyalıdır. İlk baxışda diqqət çəkən bir xüsusiyyəti var. 2007-ci ilə qədər Qarissada bir mədrəsəninmüdiri olmuş, daha sonra Somaliyə gedib radikal silahlı qruplaşmalara qoşulmuşdur. Kunonun radikal terrorist yetişdirməyəistiqamətlənən fanatik təhsil sistemini buradan təxmin etmək çətin deyil.
Keniya hökuməti universitet hücumundan dərhal sonra radikal terrora qarşı bəzi tədbirlərgörməyə başladı. Bunlar arasında Somali sərhədində yüzlərlə kilometrlik divar hörmək və ya Əş-Şəbab düşərgələrini bombalamaq kimi silahlı mübarizə metodları var. Keniya ərazisindəki qaçqın düşərgələrinin bağlanması da düşünülür ki, bu həyatlarını böyük çətinliklər içində davam etdirən yüz minlərlə somalili qaçqın üçün böyük bir fəlakət olar. Təhdidlər, bombalar və çətinliklər fanatiklərin fikirlərini əsla dəyişdirməyəcək, əksinə bu kimi tədbirlər onları daha da əzmli edəcək.
Keniya dövlət rəhbərləri nifrət və intiqam hissinə məğlub olmayıb, ağıllı davranmalıdırlar. Əş-Şəbabın radikal ideologiyasına qarşı yeganə mübarizə metodu gənclərə əsl İslamın anladılmasıdır. Gənclər sevgini, hörməti, mərhəməti əsas alan Quran əxlaqı ilə böyüməlidirlər. Xurafatçı İslam anlayışının müdafiə etdiyi dəyərlərin Qurana uyğun olmadığıöyrədilməlidir. İslam təhsili verən qurumlarda xurafatlardan təmizlənmış, sadəcə Qurana əsaslanan təhsil verilməli, xalqın geri qalan hissəsinə də Qurandakı İslamın radikalizmlə heç bir şəkildə bağlı olmadığı izah edilməlidir. Bu təkcə radikalizm təhlükəsini aradan qaldırmayacaq, eyni zamanda müsəlman cəmiyyətini sülhsevər, demokratik, dünyəvi, keyfiyyətli və sənətkar insanlar halına gətirəcək. Radikalizm və terrorist qrupların güclənməsinin qarşısını almağın tək yolu budur. Əgər bütün bunlar diqqətə alınmaz və nəticə verməyən siyasətdə təkid edilərsə, Əş-Şəbaba qoşulanlar artacaq və oxşar terror hadisələri yenə dəbaş verəcək.Radikalizm daha da güclənəcək, Keniya və Somali xalqlarının yaşayacağı acılar bitməyəcək.
Adnan Oktarın «Diplomacy Pakistan»da nəşr olunan məqaləsi:
http://www.diplomacypakistan.com/africa/the-young-recruits-of-al-shabaab-and-radical-terrorism/