Faşizmin müdafiəçilərinə "terrora görə terror" psixologiyası hakimdir. Kobud və amansız hərəkətlərə qarşı daxili pərəstiş duyan faşistlər bu hərəkətlərin hər hansı bir şüurlu məqsədi olmasa da, böyük simpatiya bəsləyirlər. Dolayısıyla terror vasitə deyil, əsaslı şəkildə bir məqsəddir; çünki faşistin ruhundakı şiddət meylini təmin edir. Faşizm terroru müəyyən bir ideologiya adı altında tətbiq edilir. Bu ideologiyanın ən əhəmiyyətli ünsürü isə irqçilikdir. Lakin faşizm terrorunun səbəbi yalnız ideologiya deyil. Çünki bu terroru tətbiq edənlər əksərən terrordan özləri üçün əhəmiyyətli bir mənfəət da əldə edirlər. Dolayısıyla bir çox faşist təşkilatlanmada ideologiya mənfəətləri kamuflaj etmək üçündür. Əvvəl terror tətbiq olunur sonra da bu terroru sözdə məqbul göstərəcək ideoloji fikir yaradılır. Bu səbəbdən faşist ideoloji fikirləri son dərəcə dayaz və primitivdir.
Dünyanı qana bulayan faşizmin zorakılıq sevgisi
Faşizmin müdafiəçiləri zorakılıq və vəhşiliyi bir məqsəd olaraq ucaldırlar. Bunda darvinizmi mənimsəmələrinin böyük rolu var. İnsanın inkişaf etmiş heyvan olduğunu və həyatın da yalnız güclülərin yaşaya bildiyi mübarizə yeri olduğunu iddia edən darvinizm cəmiyyətdəki əxlaqi dəyərləri ortadan qaldırmışdır. Şəfqət və mərhəmətin yerinə munaqişə, intiqam və mübarizə hissləri təlqin edilmiş və bu, elmi bir zərurət kimi insanlara göstərilmişdir.
Faşistlərin zorakılığa meyl etməsində cahil dünyagörüşlərinin də təsiri böyükdür. Buna görə də Hitlerin irqçi rejimində ziyalılara deyil, döyüşçülərə ehtiyac duyulmuşdur.
Nasistlərin törətdiyi zorakılıq hadisələri bu məqsədlə yaradılan təşkilatlar tərəfindən icra olunmuşdur. Bunlardan ilki olan "SA" (Sturmableitung, yəni "Fırtına Birlikləri") 1920-ci ildə qurulmuş, 1921-ci ildə yarı əsgəri səviyyəyə çatmışdı.. SA "Nasist" partiyasının güclənməsi üçün 1920-ci illər ərzində saysız-hesabsız terror hadisəsi təşkil etdi. İqtidar olduqdan sonra onların yerinə daha professional və əsgəri bir intizama sahib olan SS (Schutzstaffel, yəni "Gözətçi Qitələri") təşkilatının ulduzu yüksəldi. Mussolini "Təmizləmə Düşərgəsi"nə yığdırdığı 35 min adamdan 18 minini qətl etdirmişdi. Bunun xaricində İtaliyada faşist iqtidarı dövründə ölən, terrorda öldürülən, ya da itkin düşən bir çox insan vardı. Mussolini bir nitqində "Faşizm azadlıq deyil, zalımın hakimiyyətidir. Millətin dayağı deyil, xüsusi mənfəətlərin müdafiəsidir. Bunu hər kəs bilirdi..." deyərək faşizmin zalımlığını etiraf etmişdir. (John P. Diggins, Mussolini and Fascism, s. 15)
Bu ideologiya uğrunda Mussolini həm öz xalqına, həm də işğal etdiyi ölkələrin insanlarına böyük ağrı-acı yaşatmışdır. "Roma İmperatorluğunu diriltmək" xəyalları ilə 1935-ci ildə Həbəşistanı işğal etmiş və bu ölkədəki 15 min günahsız müsəlmanı amansızcasına qətl etmişdir. Törətdiyi vəhşiliklərə Franco nümunəsində də rast gəlmək mümkündür. Franco hələ müharibənin başlanğıcında amansız üsulları ilə diqqət çəkmişdi. Sevilla yaxınlığında 11.000-lik əhalisi olan bir qəsəbə, Loro deş Rio-da faşistlər 300-dən çox adamı öldürdülər. Şəhərlərdə təzyiq daha şiddətli idi. Belə ki, bu günə qədər öldürülənlərin dəqiq sayı bilinmir. (Charlie Hore, Duncan Hallas, Andy Durgan, İspanya 1936 Baharı , Z yayınları, çev: Melike Çakırer, s. 37)
Franco İspaniyanı böyük vətəndaş müharibəsinə sürüklədi. Qardaşı qardaşa, atanı oğula qarşı vuruşdurdu. Bu vətəndaş müharibəsində gündə təxminən 500 adam ölürdü. Zorakılıq hadisələri, qırğınlar, kütləvi işgəncələr və insanlıqdan kənar cinayətlər bitmək bilmirdi. İspaniya vətəndaş müharibəsində təxminən 600.000 nəfər adam öldü.
Həm almanlara, həm də digər millətlərə böyük fəlakətlər gətirən faşist ideologiyası və onun alovlandırdığı II Dünya Müharibəsi nəticəsində 55 milyon insanın ölümü ilə nəticələnən bu terror faciəsi faşizmin XX əsrə atdığı ən qanlı imzadır.
Faşizmdə batil müqəddəslər uğrunda adam öldürülür
Faşist əxlaqın başqa bir xüsusiyyəti də özünə təyin etdiyi "müqəddəs" hədəf uğrunda minlərlə günahsız insanı göz qırpmadan fəda edə bilməsi və bunu ideal hal kimi görməsidir. "Hədəflər vasitələri məqbul edir" məntiqi ilə düşünən faşistlər əslində heç bir şəkildə məqbul olmayan bir hədəf uğrunda hər cür vəhşiliyi reallaşdıra bilirlər. Halbuki, Quranda insanlara haqsız yerə hücum etmənin, günahsız insanları öldürmənin çox böyük bir günah olduğu bildirilmişdir. Faşizmə görə, insan həyatının heç bir dəyəri yoxdur, amma dinə görə, tək bir insanın belə həyatı çox önəmlidir. Allah belə buyurur:
...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar.. (Maidə surəsi, 32)
Yalnız bir insanın belə günahsız yerə öldürülməsi bütün insanların öldürülməsinə bərabər ikən faşistlərin törətdikləri cinayət, qırğın və soyqırımların nə qədər böyük bir günah olduğu açıqdır. Allah faşistlərin bu zalım xarakterinin axirətdəki qarşılığını belə bildirir:
"Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.." (Şura surəsi, 42)