Hz. Əli (ə.s) belə buyurur: "...ALLAH HZ. MEHDİNİN YARDIMÇILARINI QORUYAR, ONLARA NİŞAN VƏ ƏLAMƏTLƏRLƏ KÖMƏK EDƏR və ONLARI DÜNYANIN BÜTÜN İNSANLARINA QALİB EDƏR. Beləliklə, insanlar istər-istəməz haqq dinə yönələrlər.
O (HZ. MEHDİ), YER ÜZÜNÜ ƏDALƏT, NUR VƏ AÇIQ-AYDIN DƏLİLLƏRLƏ DOLDURACAQ. Bütün ölkələr ona itaət edəcək və onun qarşısında baş əyəcək. Belə ki, bütün kafirlər iman gətirəcək və pis insanların hamısı saleh qullar (pis insanlar hidayət tapıb səmimi müsəlman) olacaq."
(İsbat-ul Hudat, c. 7, s. 49)
Allahın Hz. Mehdi və onunla birlikdə olanlara "NİŞAN VƏ ƏLAMƏTLƏRLƏ" kömək edəcəyi bildirilmişdir. Hz.Mehdinin Peyğəmbərimizin (s.ə.v) hədislərində bütün detalları ilə xəbər verilən fiziki əlamətləri və çıxış əlamətləri insanların onun hz. Mehdi olması barədə zənni-qalib (böyük ehtimal) qənaətinə gəlmələrinə vəsilə olacaq. Bu əlamətlər sanki hz. Mehdinin öz kəraməti kimi olacaq və Allahın möcüzəsi kimi görüləcək. Bu, insanların imanının daha da artmasına vəsilə olacaq və dolayısı ilə bu möcüzə hz.Mehdiyə təbliğ fəaliyyətlərində (Allahın iznilə) daha da güc qazandıracaq.
Allah hz. Mehdini "dünyanın bütün insanlarından SÖZÜN ƏSL MƏNASINDA ÜSTÜN VƏ QALİB EDƏCƏK". Hz.Mehdi ateizmə, materializmə, darvinist fəlsəfəyə tamamilə qalib gələcək. Quranı elə yaxşı açıqlayacaq, onlara qarşı elə qəti və dəqiq şərhlər irəli sürəcək ki, insanlar hz. Mehdinin səmimiyyəti və ortaya qoyduğu dəlillərinin gücü qarşısında, Allahın diləməsilə, istər-istəməz dinə axışacaqlar.
Peyğəmbərimizin (s.ə.v) hədislərində "ƏDALƏTanlayışınınhz. Mehdininəhəmiyyətlixüsusiyyətiolacağı" bildirilmişdir. Allahın iznilə hz. Mehdinin çıxışı ilə bərabər bütün dünyada tayı-bərabəri olmayan ədalət hakim olacaq.
"Hz.Mehdinin bütün dünyanı NURla dolduracağı" xəbər verilmişdir. Hz.Mehdinin tabe olduğu Qurani-Kərim bir nurdur. Qurani-Kərimin nurunun bütün dünyaya yayılacağına işarə vardır. Hz.Mehdinin özü də nurludur, tələbələri də nurludur. Hz.Mehdi ətrafına da nur saçacaq, bütün dünyanı nurlandıracaq, ətrafındakı insanlara sevgi, şəfqət və məhəbbət yayacaq.
Bundan başqa, Hz.Mehdinin öndəri olan, onun gəlişinə mühit hazırlayan Səid Nursiyə və onun möhtəşəm əsəri olan Risaleyi Nur Külliyyatına da işarə vardır. Çünki Səid Nursinin adında da, əsərlərində də nur vardır. Əsərləri nurlu əsərlərdir. Bu əsərlərin də bütün dünyaya yayılacağına, dünyaya nur saçacağına dair işarə vardır.
Hz.Mehdi bütün dünyaya "AÇIQ-AYDIN DƏLİLLƏR" göstərəcək. Əsərlərini çox açıq, inkarolunmaz Quran və elmi dəlillərlə açıqlayacaq, bu dəlillər qarşısında bütün inkarçı düşüncə sistemlərini fikrən məğlub edəcək.