Darvin “insan mübarizə aparan heyvandır” fikrini irəli sürərək şiddət anlayışını adi hala çevirdi
İnsanların çoxu elə zənn edir ki, təkamül elmi faktlara, müşahidə və təcrübələrə əsaslanaraq, Çarlz Darvin tərəfindən irəli sürülən nəzəriyyədir. Halbuki, nə nəzəriyyənin banisi Çarlz Darvindir, nə də elmi faktlara əsaslanılır. Nəzəriyyə, antik ideologiya olan materializmin təbiətə tətbiqindən ibarətdir. Hələ də nəzəriyyəni dəstəkləyən elmi faktlar olmamağına baxmayaraq, sırf materialist düşüncələrə görə kor-koranə müdafiə edilir.
Bu fanatizm dünyaya çox böyük bəlalar gətirib. Çünki “insan nədir?” sualının cavabı darvinizm və ona əsaslanan materializm ilə dəyişib. Əvvəllər bu suala “insan Allah tərəfindən yaradılan gözəl əxlaqlı varlıqdır” cavabını verənlər daha sonra düşüncələrini dəyişərək “insan təsadüflərlə mövcud olmuş mübarizələrlə təkmilləşmiş heyvandır” cavabını veriblər. Bu yanılmanın qarşılığı isə çox ağır oldu. İrqçilik, faşizm, kommunizm kimi vəhşi ideologiyalar və bir çox barbar, münaqişəçi düşüncələr bu ideologiyadan ilham alıb.
Bu məqalədə darvinizmin cəmiyyətə gətirdiyi bəlanı nəzərdən keçirərək, bunun dövrümüzün ən aktual problemi terrorizmlə əlaqəsini açıqlayacağıq.
Darvinizmin yalanı: həyat mübarizədir
Darvin “Canlıların inkişafı təbiətdəki mübarizədən asılıdır. Bu mübarizədə güclülər qalib gəlir. Zəiflər isə əzilib yox olmağa məhkumdur.” fərziyyəsi ilə nəzəriyyəsini təkmilləşdirmişdir.
Darvinin fikrincə təbiətdə mərhəmətsiz həyat mübarizəsi, daim münaqişələr vardır. Güclülər həmişə zəifləri məğlub edirdi və inkişaf da elə bunun nəticəsində baş verirdi. “Növlərin mənşəyi” kitabına qoyduğu ikinci başlıq da onun bu fikrini ümumiləşdirirdi. “Növlərin mənşəyi, təbii seleksiya və həyat mübarizəsində qorunub saxlanmış irqlərin dəstəklənməsi vasitəsilə”
Hətta Darvin həyat mübarizəsinin insan irqləri arasında olduğunu da iddia etmişdi. Bu iddiaya görə üstün irqlər bu mübarizədə qalib gəlirdi. Darvinin fikrincə bu irqlər ağdərili avropalılar idi. Afrika və Asiyadan olan irqlər isə bu mübarizədə məğlub olublar. Darvin hətta bu irqlərin dünyadakı mübarizədə tezliklə yox olacaqlarını iddia etmişdi:
“Bəlkə də yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən, insanabənzər meymunlar da... şübhəsiz aradan çıxarılacaq. Beləcə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. Bu sayədə ortada indiki avropalı irqlərdən daha mədəni irqlər və indiki zəncilərdən, Avstaliya yerlilərindən və qorillalardan belə daha geridə olan əntər növünə aid meymunlar qalacaq.”
Hindli antropoloq Lalita Vidyarthi Darvinin təkamül nəzəriyyəsinin irqçiliyi sosial elmlərə necə qəbul etdirdiyini belə açıqlayır:
“"Darvinin irəli sürdüyü “ən güclülərin həyatda qalması" düşüncəsi, insanın mədəni təkamül keçirdiyinə və ən son dərəcənin Ağ adamın mədəniyyəti olduğuna inanan alimlər tərəfindən coşğuy ilə qarşılandı. Nəticədə, 19-cu əsrin ikinci yarısındakı Qərb alimlərinin çox böyük bir qismi irqçiliyi mənimsədilər."
Darvinin nəzəriyyəsini əsaslandırdığı əsas mənbə: Maltusun mərhəmətsizlik nəzəriyyəsi
Darvin Maltusun mərhəmətsizlik nəzəriyyəsindən təsirlənmişdi.
Darvinin bu mövzudan ilham aldığı mənbə ingilis iqtisadçı Tomas Maltusun “Populyasiya prinsipi üzrə bir yazı” (An Essay on the Principle of Population) adlı kitabı idi. Maltus insanların sayının sərbəst buraxılarsa, çox sürətlə artacağını hesablamışdı. Ona görə əhalinin sayını tənzimləyən ən yaxşı amillər müharibə, qıtlıq, xəstəlik kimi fəlakətlər idi. Bir sözlə, bu qəddar iddiaya görə insanların bir qisminin yaşaya bilməsi üçün digərləri ölməli idi. Yaşamaq üçün davamlı mübarizə etməli idin.
19-cu əsrdə Maltusun fikirləri olduqca geniş yayılmışdı. Xüsusilə də yuxarı sinfə mənsub ziyalılar bu zalım fikirləri dəstəkləyirdilər. “Nasist elminin arxa planı” adlı məqalədə Avropada 19-cu əsrdə Maltusun populyasiya ilə əlaqədar fikirlərinə verdiyi əhəmiyyət belə əks olunur:
"19. əsrin 1-ci yarısında Avropada idarəçi sinfin üzvləri, yeni kəşf edilən 'əhali artımı problemi'ni müzakirə etmək və kasıbların ölüm nisbətlərini artırmaq üçün Maltusun fikirlərini tətbiq etməyi planlamaq üçün yığışdılar. Əldə etdikləri nəticə qısaca belə idi: "Kasıblara təmizliyi tövsiyə etmək əvəzinə, daha pis vərdişlərə təşviq etməliyik. Şəhərimizdəki küçələri daha dar etməliyik, daha çox insanı evlərə doldurmalıyıq və vəbanı yaymağa çalışmalıyıq. Kəndlərimiz durğun sulara yaxın olmalıdır, bataqlıqlarda yaşamağı təşviq etməliyik və s... "
Bu mərhəmətsiz üsulların nəticəsində həyat mübarizəsində güclü olanlar zəif olanları əzəcək və beləliklə, sürətlə artan əhali də tənzimlənmiş olacaqdı. İngiltərədə 19-cu əsrdə "kasıbları əzmə" proqramı həqiqətən tətbiq olundu. 8-9 yaşlı uşaqların gündə 16 saat kömür ocaqlarında işlədildikləri və minlərlə pis şərtlər səbəbindən öldüyü bir sənaye nizamı quruldu. Maltusun nəzəri olaraq zəruri hesab etdiyi "həyat mübarizəsi" İngiltərədə milyonlarla kasıb insana müsibətlər yaşatdı.
Darvin, məhz bu fikirlərdən təsirlənərək mübarizə fikrini bütün təbiətə tətbiq etdi və həyat mübarizəsində güclü olanların və ən yaxşı uyğunlaşanların qalib gələcəyini iddia etdi. Hətta bəhs edilən həyat mübarizəsinin təbiətin dəyişməz bir qanunu olduğunu iddia edirdi. Bir tərəfdən də yaradılışı inkar edərək insanları dini inanclarından imtina etməyə dəvət edir və beləcə həyat mübarizəsinin mərhəmətsizliyinə mane ola biləcək bütün əxlaqi meyarları hədəf almış olurdu.
Fərdləri mərhəmətsizliyə və zalımlığa istiqamətləndirən bu həqiqətdən kənar fikirlərin yayılması ilə 20-ci əsrdə əsrdə bəşəriyyətin ödəyəcəyi bədəl ağır olacaqdı.
Birinci Dünya müharibəsinin başlamasında Darvinin rolu
Nasistlərin irqi ayrıseçkilik və mübarizə inancı Darvinin nəzəriyyəsindən qaynaqlanırdı.
Darvinizm Avropa mədəniyyətinə hakim olduqdan sonra həyat mübarizəsi fikri də təsirini göstərməyə başladı. Əvvəla müstəmləkəçi Avropa dövlətləri işğal etdikləri ölkələri təkamüldə geridə qalmış irqlər adlandırdılar və darvinizmə əsaslanaraq bu fikirlərini müdafiə etdilər.
Darvinizmin siyasətə ən qanlı təsiri 1914-cü ildə baş verən Birinci Dünya Müharibəsi oldu.
Məşhur İngilis tarixçi professor Ceyms Col (James Joll) “1870-ci ildən bəri Avropa” (Europe Since 1870) adlı kitabında I Dünya Müharibəsinə səbəb olan amillərdən birinin o dövrdəki avropalı idarəçilərin darvinist düşüncələrə olan inancı olduğunu izah edir. Məsələn, Avstriya-Macarıstanın baş komandanı General Franz Baron Konrad fon Hoyçendorf (Conrad von Hoetzendorff) müharibədən sonrakı xatirələrində belə yazmışdır:
"Sevgiyə əsaslanan dinlər, əxlaqi təlimlər və (bu kimi) fəlsəfi təlimlər, bəzən həqiqətən bəşəriyyətin həyat mübarizəsini zəiflədə bilər. Amma heç bir zaman bu mübarizənin dünyadakı əsas amil olmağını əngəlləməyəcək... Dünya müharibəsinin böyük fəlakəti bu prinsipə uyğun həyata keçirilmişdir. İnsanların və dövlətlərin həyatlarının əsas gücü ilə meydana gələn bu müharibə, eynilə ildırım çaxması kimi təbiətin bir qanunudur."
Dünya müharibəsini başladan Avropa liderləri Sosial Darvinizmin təsiri ilə müharibənin təbii ehtiyac olduğuna inanırdılar.
Konradın niyə Avstriya-Macarıstanı müharibəyə təşviq etdiyini anlamaq çətin deyildi. Belə düşüncədə sadəcə hərbi şəxsiyyətlər deyildi. Alman kansleri Teobald fon Besman-Holvegin (Theobald von Bethman-Hollvegin) fərdi məsləhətçisi və yaxın dostu Kurt Riezler 1914-cü ildə belə yazmışdır:
"Mütləq və əbədi düşmənçilik, insanlar arasındakı əlaqələrin təbiətində vardır. Hər yerdə gördüyümüz daimi nifrət... insan təbiətinin pozulmasından qaynaqlanmır, əksinə təbiətin və həyatın mənbəyinin özündə onsuz da bu vardır."
Dünya müharibəsinin generallarından Fridrix fon Bernardi isə müharibə və təbiətdəki döyüş qanunları arasındakı əlaqəni belə qurmuşdur:
Müharibə təbii ehtiyacdır, təbiətdəki ünsürlərin münaqişəsi qədər lazımdır, bioloji cəhətdən yerində nəticələr verir, çünki bu nəticələr varlıqların ümumi funksiyaları ilə əlaqədardır.6
Gördüyümüz kimi, I Dünya müharibəsi döyüşməyi, qan tökməyi, əzab çəkməyi və çəkdirməyi bir növ "inkişaf" olaraq görən, bunları dəyişməz bir "təbiət qanunu" hesab edən avropalı mütəfəkkir, general və idarəçilərin ucbatından baş verdi. Bütün nəsilləri yanlış fikirləri ilə məhvə sürükləyən ideoloji mənbə isə,Darvinin "həyat mübarizəsi" və "üstün irqlər" anlayışı idi.
Birinci Dünya müharibəsi nəticəsində 8 milyon ölü, yüzlərlə xarabaya dönmüş şəhər və milyonlarla yaralı, şikəst, evsiz və işsiz insan qaldı.
Bundan 21 il sonra başlayan və təxminən 55 milyon insanın öldüyü faşist müharibəsinin təməli də darvinizmə dayanırdı.
Meşə qanunlarının açdığı yol: Faşizm
19-cu əsrdə darvinizm irqçiliyin genişlənməsinə səbəb oldu. 20-ci əsrdə isə darvinizm daha bir qanlı ideologiyanın yaranması üçün zəmin hazırladı. Bu ideologiya nasizm idi. Nasistlər darvinizmdən ilham alaraq irqçi nəzəriyyəyə və münaqişəyə inanırdılar.
Nasist ideologiyasına darvinizmin təsiri çox olmuşdur. Adolf Hitler və Alfred Rozenberq tərəfindən yaradılan bu nəzəriyyəni araşdırdıqda, “təbii seleksiya”, “çarpaz cütləşmə”, “irqlər arasında həyat mübarizəsi” kimi Darvinin Növlərin Mənşəyi kitabında dəfələrlə təkrarlanan anlayışlara rast gəlinir. Hitler məşhur kitabı “Mənim Mübarizəm”in (Mein Kampf adını da Darvinizmin həyatın bir mübarizə meydanı olduğu və bu mübarizədə üstün gələnlərin həyatda qaldıqları prinsipindən ilhamlanaraq qoymuşdur. Kitabında xüsusilə irqlər arasındakı mübarizədən bəhs etmiş və belə demişdir:
“Tarix təbiətin öz-özünə meydana gətirəcəyi yeni bir irqi iyerarxiya nəticəsində bənzərsiz imperatorluq yaradacaq.”
1933-cü ildə məşhur Nuremberq mitinqində isə “üstün irqin zəif irqləri idarə etdiyini”, bunun təbiətdə adi hal olduğunu, hətta məntiqi cəhətdən ən doğru hal olduğunu iddia edirdilər.
Nasistlərin Darvindən təsirləndikləri dövrümüzün tarixçilərinin demək olar ki, hamısı tərəfindən qəbul edilən həqiqətdir. "Faşizmin Yüksəlişi" (The Rise of Fascism) adlı kitabın yazıçısı Peter Krisp də bu həqiqəti belə ifadə edir:
“Çarlz Darvinin insanların meymunlardan əmələ gəldiyini iddia etdiyi nəzəriyyəsi ilk dəfə nəşr olunanda istehza edilmiş, lakin daha sonra geniş yayılaraq qəbul edilmişdir. Nasistlər Darvinin nəzəriyyəsini ... müharibə və irqçiliyi haqlı göstərmək üçün istifadə etdilər.”
Tarixçi Hikmən də Hitlerin darvinizmdən təsirləndiyini belə ifadə etmişdir:
“Hitler qatı təkamülçü idi. Psixozun dərinlikləri nə olursa olsun, “Mənim Mübarizəm” kitabında təkamülçü fikirlərini nümayiş etdirir, xüsusilə də ən uyğunların həyat mübarizəsi və daha yaxşı cəmiyyət üçün zəiflərin öldürülməsi fikirlərinə yer verir.”
Bu fikirlərlə ortaya çıxan Hitler dünyanı misli-bənzəri olmayan bir vəhşiliyə sürüdü. Başda yəhudilər olmaqla, bir çox etnik və ya siyasi qrup, faşist ölüm düşərgələrində faciəvi bir zülmə və qırğına məruz qaldı. Faşistlərin işğalları ilə başlayan İkinci Dünya Müharibəsi isə düz 55 milyon insanın ölümünə səbəb oldu. Dünyanın gördüyü bu ən böyük fəlakətin arxa planında darvinizmin “həyat mübarizəsi” anlayışı var idi.
Qanlı ittifaq: Kommunizm və Darvinizm
Marksın dialektik materializm fəlsəfəsinə görə zorakılıq etmək və qan tökmək adi hal idi.
Sosial darvinizmin sağ qolunda faşistlər, sol qolunda isə kommunistlər var. Darvin nəzəriyyəsinə ən çox maraq göstərən və bunu ən çox müdafiə edənlərdən biri də kommunistlərdir.
Darvinizm və kommunizm arasındakı bu əlaqə hər iki “izm”in əsasını qoyanlara qədər gedib çıxır. Kommunizmin əsasını qoyan Marks ve Engels Darvinin “Növlərin Mənşəyi” kitabı nəşr edilən kimi oxuyub və kitabdakı diyalektik materialist anlayışını çox bəyəniblər. Marks və Engelsin məktublaşmaları ikisinin də Darvin nəzəriyyəsini təbiət elmləri baxımından kommunizmin təməli kimi gördüklərinin isbatıdır. Necə ki, Engels Darvindən təsirlənərək yazdığı “Təbiətin Dialektikası” adlı kitabında Darvini tərifləmiş və əsərin “meymundan insana çevrilməsində əməyin rolu” adlı hissəsində təkamül nəzəriyyəsinə əlavələr etməyə çalışmışdır.
Marks və Engelsin davamçısı Plekanov, Lenin, Trotski (Trotsky) və Stalin kimi rus kommunistlərin hamısı Darvinin təkamül nəzəriyyəsini mənimsəmişdilər. Rus kommunizminin yaradıcısı hesab edilən Plekanov (Plekhanov) “Marksizm darvinimin sosial elmlərə tətbiq edilməsidir” sözü ilə məşhurdur.
Trotskinin (Trostsky) isə “Darvinizm dialektik materializmin ən böyük qələbəsidir” deyərək öz fikrini bildirmişdir.
Kommunist kadrların yaranmağında darvinizm təliminin rolu çoxdur. Məsələn, Stalinin gənc vaxtlarında dindarkən, sonradan Darvinin əsərlərindən təsirlənərək ateist olduğunu tarixçilərin bildiyi və ən çox vurğuladıqları həqiqətdir”
Çində kommunist rejim yaradan və milyonlarla insanı qətl edən Mao bu rejimin fəlsəfi dayağını “Çin sosializmi Darvinə və təkamül nəzəriyyəsinə əsaslanır” deyərək fikrini açıq şəkildə bəyan etmişdir.
Harvard universitetindən tarixçi Ceyms Riv Puseyin (James Reeve Pusey) “Çin və Çarlz Darvin” (China and Charles Darwin) adlı kitabında darvinizmin Mao və Çin kommunizminə təsiri haqqında ətraflı izah edir.
Qısası, təkamül nəzəriyyəsi ilə kommunizm arasında möhkəm əlaqə vardır. Təkamül nəzəriyyəsi canlıların təsadüf məhsulu olduğunu iddia etməklə guya ateizmə elmi dayaq yaratmışdır. Tamamilə ateist ideologiya olan kommunizm bu səbəbdən kommunizmdən asılıdır. Üstəlik, təkamül nəzəriyyəsi təbiətdəki inkişafın mübarizə ilə (həyat mübarizəsi) mümkün olduğunu iddia edərək kommunizmin əsası olan dialektik materializmi dəstəkləyir.
Kommunizmin bu dialektik münaqişə anlayışının 20-ci əsr ərzində təxminən 120 milyon insanı qətl edən cinayət mexanizması olduğunu düşünsək, darvinizmin dünyanı nə hala saldığını daha rahat təsəvvür edə bilərik.
Darvinizm və terrorizm
Darvinizm 20-ci əsrdə zorakılıq tərəftarı, fəlakətlərə səbəb olan ideologiyanın mənbəyidir. Ancaq darvinizm bu ideologiyalardan başqa həm də insanların düşüncələrinə təsir edən əxlaqı təlqin edir. Bu əxlaq anlayışına görə özündən olmayanla mübarizə aparmalısan.
Daha açıq desək: Dünyada fərqli inanclar, fərqli fikirlər, fərqli fəlsəfələr var. Bunlar bir-birlərinə iki fərqli yöndən nəzər yetirə bilərlər:
1) Özlərindən olmayanlara hörmətlə yanaşa bilərlər, onlarla əlaqə saxlayıb daha humanist ola bilərlər.
2) Onlarla münaqişə edərək, zərər verərək üstünlük əldə edə bilərlər, yəni aqressiv münasibət göstərərlər.
Terrorizm adlandırdığımız fəlakət bunlardan ikincisidir, yəni aqressiv üsuldur.
Bu iki fikir arasındakı fərqi araşdıranda darvinizmin insanların şüuraltına təlqin etdiyi “insan mübarizə aparan heyvandır” təlqininin çox təsirli olduğunu görürük. Bəlkə də münaqişə tərəftarı olanların çoxu darvinizmdən və bu ideologiyanın qanunlarından xəbərsizdir. Amma nəticə etibarilə fəlsəfi dayağı darvinizm olan ideologiyanı mənimsəyirlər. Əsası darvinizmdən qaynaqlanan “güclülər qalib gələr”, “böyük balıq kiçik balığı udar”, “münaqişə etmək doğrudur”, “insanlar münaqişə etdikcə ucalar” kimi fikirlərə görə onlar bunun doğruluğuna inanır. Bu şüarların əsas səbəbkarı əslində darvinizmdir.
Darvinizm məhv olsa, qarşıdurma fəlsəfəsi də yox olar. Dünyada insanların əksəriyyətinin inandığı üç din (xristianlıq, yəhudilik və islam) qarşıdurmaya qarşıdır. Hər üç dində də dünyada sülhün, rahatlığın, əmin-amanlığın təmin edilməyi əsas məqsəddir. Günahsızların öldürülməyinə, zülm və işgəncələrə məruz qalmasına qarşı çıxılır. Münaqişə, zorakılıq Allah’ın bəyəndiyi əxlaqa zidd, arzuolunmaz məfhum kimi dəyərləndirilir. Halbuki, darvinizm zorakılığı, münaqişəni adi və təbii hal kimi qəbul edir.
Buna görə də kimsə çıxıb islam, yəhudilik, ya da xristianlıq adına bu dinlərin simvollarından istifadə edərək terror törətsə, münaqişə yaratsa, bilməliyik ki, onlar müsəlman, xristian, yaxud da yəhudi deyil, sosial darvinistdirlər. Din pərdəsi altında gizlənirlər, amma səmimi inancları yoxdur. Din üçün etdiklərini desələr də, həqiqətdə dinə də, dindarlara da düşməndirlər. Çünki dində qadağan edilmiş günahı dinə ləkə yaxaraq din adına, vəhşi üsullarla edirlər.
Bu səbəbdən baş verən terrorun mənbəyi hansısa dində deyil, dinsizlikdə, dinsizliyin əsas mənbəyi darvinizmdə, materializmdə gizlənib.
Qeydlər:
1. Çarlz Darvin, The Descent of Man, 2.Nəşr, New York, A L. Burt Co., 1874, s. 178
2. Lalita Prasad Vidyarthi, Racism, Science and Pseudo-Science, Unesco, France, Vendome, 1983. s. 54
3. Theodore D. Hall, The Scientific Background of the Nazi Race Purification Program, http://www.trufax.org/avoid/nazi.html
4. James Joll, Europe Since 1870: An International History, Penguin Books, Middlesex, 1990, s. 164
5. James Joll, Europe Since 1870: An International History, Penguin Books, Middlesex, 1990, s. 164
6. Henry Morris, The Long War Against God, 1989, s. 78
7. Witness History Series,The Rise Of Fascism, Peter Chrisp, s. 6.
8. Hickman, R., Biocreation, Science Press, Worthington, OH, pp. 51-52, 1983; Jerry Bergman, "Darwinism and the Nazi Race Holocaust", Creation Ex Nihilo Technical Journal 13 (2): 101-111, 1999
9. Robert M. Young DARWINIAN EVOLUTION AND HUMAN HISTORY, Historical Studies on Science and Belief, 1980
10. Alan Woods and Ted Grant. "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London, 1993
11. Alex de Jonge, Stalin and The Shaping of the Soviet Uninon, William Collins Sons & Limited Co., Glasgow, 1987, s. 22
12. Mehnert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt, 1977
13. James Reeve Pusey, China and Charles Darwin, Cambridge, Massachusetts, 1983