Bütün insanlara göndərilmiş haqq kitab olan Quranın insanlara bəxs etdiyi gözəlliklərdən xəbərdarsınız?
Quran hər dövrə xitab edən kitabdır. Quranda insanın həyatı boyu ehtiyac duyduğu mövzuların hamısı mövcuddur. Allahın qullarına göndərdiyi bu kitabda ibadətlər, müsəlmanın ruh halı, gözəl əxlaq, ani vəziyyətlər və cətin anlardakı gözəl davranış, fiziki və mənəvi cəhətdən sağlam yaşamağın yolları, ölüm anı, hesab günündə yaşanan hadisələr, insanları gözləyən cənnət və cəhənnəm yazılıdır.
Allah insanı yaratmış və Öz Qatından göndərdiyi Quran vasitəsilə hər mövzu ilə bağlı ən faydalı həll yollarını göstərmiş, hər cür yol göstərici məlumatı vermişdir. Dolayısı ilə istənilən mövzunu araşdırarkən, Allah’ın ayələrinə və ayələrin göstərdiyi düşüncə metodlarına görə davranmaq lazımdır. Bir insan nə qədər təcrübəli olursa olsun və ya nə qədər yüksək mədəni səviyyəyə malik olursa olsun, məlumatı yenə də məhduddur. Çünki bütün məlumat Allah’a aiddir, insan ancaq O’nun dilədiyi və təqdir etdiyi qədər məlumata sahib ola bilər.
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən! (Bəqərə surəsi, 32)
Dünya həyatında gözəl yaşamaq istəyən insan hər şeyin ən doğrusunu bilən və hər şeyin yaradıcısı olan Allah’ın endirdiyi Quran əsasında yaşamalıdır.
Bu səbəbdən, biz, təmizlik anlayışını öyrənmək üçün Allahın sözü olan Qurana yönələcəyik.
Çünki təmizlik Allah’ın bir hökmüdür və möminlərin ruhlarına və yaradılışlarına ən uyğun olan davranış formasıdır. Buna görə də bir ibadət olaraq həyata keçirilən təmizlik möminlərə bir yandan da çok böyük zövq və rahatlıq verir. Allah möminlərin maddi və mənəvi yöndən təmiz olduqlarına bir çox ayəsində diqqət çəkmişdir. Quranda möminlərin təmizliyi ilə bağlı diqqət çəkilən mövzulardan bəziləri aşağıdakılardır:
Ruhda yaşanan təmizlik
Quranda diqqət çəkilən təmizlik anlayışı cahiliyyə cəmiyyətinin bu mövzudakı anlayışlarından olduqca fərqlənir. Qurana uyğun olan təmizlik əvvəl ruhda yaşanır. Qurana uyğun olmayan bütün əxlaqi xüsusiyyətlərdən, məntiqi düşüncələrdən və həyat tərzindən tamamilə uzaqlaşıb arınmaq insana mənəvi təmizlik bəxş edir. Dolayısı ilə insanlar ruhlarındakı arınmanı maddi və mənəvi şəkildə bütün həyatlarına tətbiq edir və bu şəkildə də əxlaqlarında yaranan təmizliyi əks etdirmiş
Fiziki təmizlik
İnanan bir insanın istəyi dünyada da cənnət mühitinin bənzərini yaratmaqdır. Möminlər Allah’ın cənnətdə olacağını vəd etdiyi hər şeyi dünyada da mümkün qədər yaşamaya çalışırlar. Belə ki, cənnətlə bağlı verilən xəbərlərdən biri də oradakı insanların fiziki təmizlikləridir. Cənnətdəki insanlardan bəhs edən ayələrdə onların “...qorunub saxlanılan mirvari kimi” olduqları xəbər verilmişdir(Tur surəsi, 24). Bundan başqa, cənnətdə insanlar üçün “pak zövcələr” olduğu da bir çox ayədə müjdələnmişdir (Bəqərə surəsi, 25).
Quranda Allah hz. Yəhyaya “...paklıq bəxş etdik...” deyərək möminlərin təmizliyinə diqqət çəkmişdir(Məryəm surəsi, 13).
Bədən və geyim təmizliyi
Quranda möminlərin yalnız bədən təmizliyinə deyil, geyindikləri paltarların da təmiz olmasının vacibliyinə diqqət çəkilmişdir. Ayədə belə bildirilir:
Libasını təmizlə. Pis şeylərdən uzaqlaş. (Müddəssir surəsi, 4-5)
Təmizlik və baxım mövzusunu vacib edən xüsusiyyətlərdən biri də insanın həm özünə, həm də möminlərə olan hörmətini əks etdirməsidir. Bu dərin hörmət diqqəti də özü ilə bərabər gətirir. Mömin sadəcə pislikdən çəkinməklə kifayətlənməz, həm də içində yaşadığı dərin hörməti vurğulayan incəliklər də göstərər. Məsələn, bir insan çox təmiz bir paltar geyinərək qarşısındakı insana olan hörmətini göstərər. Allah Quranda belə buyurur:
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin... (Əraf surəsi, 31)
Bu ayədən də məlum olur ki, daim təmiz və baxımlı olmaq və hər mövzudakı kimi ən yaxşısını axtarmaq Allah’ın bəyəndiyi bir davranışdır. Əksi ancaq cahiliyyə cəmiyyətinin insanlarına məxsusdur.
Yaşanan yerlərin təmiz saxlanılması
Özlərini və geyimlərini təmiz saxlayan müsəlmanlar yaşadıqları mühitin təmizliyinə qarşı da son dərəcə diqqətli olarlar. Quranda bu mövzuda verilən nümunələrin biri hz. İbrahimlə bağlıdır. Allah hz. İbrahimə Kəbəni orada ibadət edən möminlər üçün təmiz saxlamağı əmr etmişdir:
Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” (Həcc surəsi, 26).
Ayədən məlum olur ki, Allah o məkandan istifadə edən və orada Allah’ın rizasını qazanmaq məqsədilə ibadət edən şəxslər üçün həmin yerin təmizlənilməsini əmr
Yeməklərin təmiz olması
Möminlərin bu əxlaqlarının tələbi olaraq diqqət etdikləri başqa bir mövzu da yeməklərin təmiz olanlarını seçmələridir. Bu, Allah’ın Quranda möminlərə bildirdiyi əmridir. Bu mövzuya diqqət çəkən bir çox ayədən bir neçəsi belədir:
“Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– (dedik)... (Bəqərə surəsi, 57)
Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə surəsi, 168)
Allah möminlərin təmiz yeməkləri seçdiklərinə Əshabi-Kəhfdən bəhs etdiyi qissədə də işarə etmişdir. Ayələrdə Kəhf əhlinin alış-verişdə təmiz qidalara yönəldiyi belə xəbər verilmişdir:
Dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin... (Kəhf surəsi, 19)