Mayyaların yaşadığı ərazilərdə aparılan araşdırmalar onların dişli çarx mexanizminə malik alətlər düzəltdiklərini göstərir.
Mayyaların əhəmiyyətli şəhərlərindən biri olan Kopanda çəkilmiş arxa səhifədəki foto şəkil bunun dəlillərindən biridir. Dişli çarx mexanizmindən istifadə edən bir cəmiyyət maşınqayırma haqqında biliyə sahib olduğuna görə, qüvvət və hərəkətin qarşılıqlı təsirini bilməli idi.
Bu biliklərə sahib olmayan bir insanın dişli çarx mexanizminin meydana gətirməsi mümkün deyil. Məsələn, sizdən bu şəkillərə bənzər bir mexanizm düzəltmənizi istəsələr, lazımı təlim görmədən bu mexanizmi düzəltmək və qüsursuz işləməsini təmin etmək qeyri-mümkün olar.
Halbuki, mayyalar bunu bacarırdılar. Bu da mayyaların bilik səviyyəsinin əhəmiyyətli bir göstəricisidir və təkamülçülərin iddia etdiyi kimi, keçmişdə yaşayanların geridə qalmış olmadıqlarının isbatıdır.
Buraya qədər əldə edilən məlumatlarda bizə keçmişdə yaşamış cəmiyyətlərin inkişaf etmiş sivilizasiyalarından bir neçə kiçik misal çəkilir. Bu misallar olduqca vacib bir həqiqəti göstərir. İllərlə təkamülçü zehniyyətlə təlqin edilən keçmişdə yaşamış cəmiyyətlərin geridə qalmış, ibtidai və sadə həyat tərzi sürməsi fikri doğru deyil. Tarixin hər dövründə müxtəlif sivilizasiya səviyyələrində müxtəlif mədəniyyətlərə sahib olan cəmiyyətlər yaşamışdır. Lakin heç biri digərindən təkmilləşməmişdir. Bundan 1000 il əvvəl bəzi geridə qalmış sivilizasiyaların yaşamış olması tarixin təkmilləşdiyini, cəmiyyətlərin ibtidaidən aliyə doğru inkişaf etdiyini göstərən bir vəziyyət deyil. Çünki bundan min il əvvəl bu geri cəmiyyətlərlə bərabər, elm və texnologiyada inkişaf etmiş köklü sivilizasiyalar quran son dərəcə inkişaf etmiş cəmiyyətlər də yaşamışdır. Cəmiyyətlərin inkişaf etməsində mədəniyyətlərin bir-birilərinə olan qarşılıqlı təsiri, mədəniyyətlərin bir-birinə ötürdüyü biliklər bazası, şübhəsiz ki, vacib rol oynayır. Amma bu təkmilləşmə deyil.
Qurani-kərimdə də keçmişdə yaşamış cəmiyyətlərdən misallar verilərkən bunların bəzilərinin inkişaf etmiş bir sivilizasiya qurduqları xəbər verilir:
Quranda xəbər verilən bu həqiqətlər arxeoloji tapıntılarla da dəstəklənir. Yer üzərindəki bir çox arxeoloji tapıntı və keçmiş cəmiyyətlərin yaşayış yerləri tədqiq edildikdə, həqiqətən də, bu cəmiyyətlərin əksəriyyətinin günümüzdəki bəzi cəmiyyətlərdən daha inkişaf etmiş bir səviyyədə yaşadıqları və inşaat texnologiyasında, astronomiyada, riyaziyyatda, tibdə çox yüksək səviyyəyə çatdıqları görünür. Bu da darvinistlərin tarixin və cəmiyyətlərin təkamülü nağılını yenə də əsassız edir.