Gör­dü­yü iş­lər­lə lov­ğa­lan­maq, eləcə də, həqiqətən et­mə­di­yi iş­lər­lə öyün­mək cə­miy­yət­də­ki bir çox in­san­larda müşahidə olunan ümumi bir haldır. Hal­bu­ki «Ali-İm­ran» su­rə­si­nin 188-ci ayə­sin­də bu dav­ra­nı­şın Al­lahın dər­ga­hın­da bə­yə­nil­mə­yən bir əx­laq ol­du­ğu bil­di­ri­lir. Ayə­də be­lə buy­ru­lur:
 

«Et­dik­lə­ri əməl­lə­rə gö­rə se­vi­nən və gör­mə­dik­lə­ri iş­lə­rə gö­rə tə­rif olun­ma­ğı se­vən kim­sə­lə­rin əzab­dan xi­las ola­caq­la­rı­nı gü­man et­mə. On­la­rı şid­dət­li bir əzab göz­lə­yir!» (Ali-İm­ran su­rə­si, 188)

 
Be­lə dav­ra­nı­şın tə­mə­lin­də in­sa­nın öz əmə­li he­sab et­di­yi, əs­lin­də isə, yal­nız Al­la­h'ın di­lə­mə­si və ya­rat­ma­sı ilə baş ve­rən iş­lə­ri özü­nə aid et­mək və bun­lar­la öz nəf­si­ni ucalt­maq ki­mi çir­kin cəhd­lər da­ya­nır. Hal­bu­ki in­san is­tər bir işi özü et­sin, is­tər­sə də et­mə­sin, əs­lin­də, o işi ya­ra­dan qüv­və son­suz güc və elm sa­hi­bi olan Al­lah'­dır.
 
Heç bir in­sa­nın özü­nə aid müs­tə­qil bir qüv­və­si yox­dur. Hər şey və hər bir ha­di­sə yal­nız Al­la­h'ın iz­ni və di­lə­mə­si ilə baş ve­rir. Bu­na gö­rə də, in­sa­nın sər­bəst şə­kil­də gü­cü­nün çat­ma­ya­ca­ğı bir şe­yə gö­rə lov­ğa­la­nıb öyün­mə­si onun əs­lin­də bu şe­yi ya­ra­dan Al­la­h'ı la­zı­mın­ca qiy­mət­lən­dir­mə­di­yi­ni gös­tə­rir. Bu da in­sa­nın öz nəf­si­ni ilah he­sab et­mə­si (Allah’ı tənzih edirik) və nəf­si­ni Al­la­h'a şə­rik qoş­ma­sı mə­na­sı­na gə­lir. Al­lah Öz ayə­lə­rin­də O'na şə­rik qoş­ma­ğın ən bö­yük gü­nah ol­du­ğu­nu, bun­dan əl çə­kməyən in­san­la­rı ba­ğış­la­ma­ya­ca­ğı­nı bil­dir­miş­dir. Elə bu sə­bəb­dən də, Rəb­bi­mi­zin sonsuz gücünü qiy­mət­lən­dir­mək əvə­zi­nə, öyü­nüb özü­nü yük­səlt­mək is­tə­yən in­san­lar Quran­da şid­dət­li əzab­la müj­də­lən­miş­lər.