Əksər təkamülçü mənbələrdə tez-tez insan və meymunun 99% nisbətində oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil əmələ gətirdiyi iddiaları yer alır. Bu təkamülçü iddia xüsusilə də şimpanzeyə aid edilir. Bu canlının meymunlar arasında insana ən yaxın növ olmasından, beləliklə də insanla qohum olmasından bəhs edilir. Əslində bu, təkamülçülərin cəmiyyətin bu barədə olan məlumatlarının əskikliyindən istifadə edərək ortaya atdıqları saxta bir dəlildir.
99% oxşarlıq iddiası insanları yanıltmaq məqsədilə aparılan təbliğatdır.
Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99% oxşarlıq iddiası sadəcə insanları inandırmaq məqsədini daşıyır.
İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olmasını iddia etmək üçün insanınkı kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, qarşılaşdırılaraq müqayisə edilməli və bundan nəticə əldə edilməlidir. Halbuki, belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat hələ aparılmamışdır.
Zamanla gündəmə gətirilən insan və meymun genlərinin 99% oxşarlıq iddiası əslində illər əvvəl ortaya atılmış təbliğat xarakterli bir şüardır. Bu oxşarlıq iddiası insan və şimpanzedə olan 30-40 əsas zülaldakı amin turşusu düzülüşünun oxşarlığına əsaslanaraq aparılmış ifrat dərəcədə şişirdilmiş bir yanaşmadır.
Halbuki, insanda 30 minə yaxın gen və bu genlərin kodlaşdığı 100 minə qədər zülal mövcuddur. Buna görə də 100 min zülaldan sadəcə 40-nın oxşar olmasına əsasən, insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etməyin heç bir elmi əsası yoxdur. Bəhsi keçən 40 zülala gəldikdə isə, hətta onların üzərində aparılmış DNT-nin tədqiqi mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və "Molecular Evolution" (Molekulyar təkamül) jurnalında dərc edilmişdir.(say 26, s. 99-121) Ancaq sonradan bu iki bioloqun verdiyi faktları tədqiq edən Sariç adlı alim istifadə etdikləri üsulun etibarlılığının mübahisəli və faktların şişirdilmiş olduğu qənaətinə gəlmişdir. (Sarich et al. 1989. Cladistics 5:3-32)
İnsan DNT-si soxulcan, milçək və ya toyuq DNT-nə də bənzəyir
Yuxarıda bəhs etdiyimiz əsas zülallara gəlincə isə, bu zülallar digər müxtəlif canlılarda da ortaq həyati molekullardır. Təkcə şimpanzedə deyil, bütün fərqli canlılarda olan eyni növ zülalların quruluşu insandakı zülallarla çox oxşardır. Məsələn, “New Scientist” jurnalında verilən genetik təhlillər nematod soxulcanları ilə insan DNT-ləri arasında 75% oxşarlıq olduğunu ortaya çıxarmışdır.22 Əlbəttə ki, bu, insanla nematod soxulcanı arasında yalnız 25% fərqin olduğu anlamına gəlmir!
Türk mətbuatında da öz əksini tapan digər tapıntı isə, Drosophila növünə aid meyvə milçəklərinin genlərinin insan genləri ilə müqayisə edildikdə 60% oxşar olduqlarının aşkara çıxdığı barədədir. (Hürriyet, 24 Fevral 2000)
İnsanla meymun arasındakı genetik oxşarlıq barədə təkamülçü mənbələrdə göstərilən digər misal isə, insanda 46, şimpanzedə isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamül əlaqəsinə bir dəlil kimi göstərirlər. Bu məntiq əsaslıdırsa, insana şimpanzedən daha yaxın qohumun varlığı qəbul edilməlidir: Kartof! Çünki kartofun da insan kimi 46 xromosomu var.
İnsandan başqa digər canlılar tədqiq edildiyi zaman təkamülçülər tərəfindən mövcudluğu iddia edilən qohumluq əlaqələrinin molekulyar səviyyədə olmadığı görünür.24 Bu həqiqət genetik oxşarlıq anlayışının təkamül nəzəriyyəsinə dəlil vermədiyini göstərir.
Oxşarlıqlar nə üçün təkamülə dəlil ola bilməz?
Təkamülçülərin şimpanze ilə insan arasında 99 % oxşarlıq olduğu barəsində irəli sürdükləri iddiaları göründüyü kimi şişirdilmiş bir iddiadır. Lakin iki fərqli növdən olan canlılar 99 % oxşasa belə, bu ikisi arasında təkamül əlaqəsi qurula bilməz. Çünki genetik tədqiqatlar növlərin xüsusi genetik kodlara malik olduqlarını göstərir. Bu kodlarda meydana gələn ən kiçik dəyişiklik belə o növə ölümcül nəticələr gətirə bilər. Bir də ki, canlılardakı bu xüsusi quruluş genetik şifrənin funksionallığı ilə əlaqədardır.
Bunu başa düşmək üçün bir-birinə bənzəyən iki canlı növü ilə bir-birinə bənzəyən iki binanı müqayisə edək. Təkamülçülərin iddiası genetik oxşarlıq olduğuna görə bunu bir növ canlının layihəsi kimi qiymətləndirək. İki canlının və iki binanın layihələrinin 99% eyni olduğunu qəbul edək. Sonra da bu layihələrə əsaslanıb ortaya çıxan canlıların formalarını və binaların quruluşlarını bir-biri ilə müqayisə edək. Nəticədə genetik quruluşları 99% eyni olan canlılar arasında əvəz edilməsi mümkün olmayan quruluş və funksiya fərqliliyinə baxmayaraq, layihələri 99% eyni olan binalar bir-birinə bənzəyəcəkdir.
Həm canlılar, həm də binaların layihələrində 1%-lik fərq olmasına baxmayaraq, nə üçün binalar bir-birinə çox bənzəyir, ancaq canlılar bənzəmir? Bunun səbəbi genetika qanunlarının mövcudluğudur. Pleiotropi adlanan genetika qanunu haqqında bilgilər bu mövzuya açıqlama gətirir. Bu qanuna görə canlı orqanizmlərdə mövcud olan bir gen birdən çox əlaməti müəyyən edir; bir əlamət isə birdən çox gen tərəfindən idarə edilir.25
Bu o deməkdir ki, iki canlı növünün genetik quruluşları arasındakı fərq 1% də olsa, bu kiçik fərq növün üzə çıxan əlamətlərdə özünü daha güclü göstərir. Çünki bina layihəsindəki 1% fərq tikintidə 1% fərq edirsə, canlı layihəsi, yəni genetik quruluşları arasındakı 1% fərq o iki canlının quruluşu arasında çox böyük fərqin olmasına gətirib çıxarır. Çünki canlıların fərqli olan 1 %-lik genetik hissələri oxşar olan 99 %-lik genetik quruluşda kodlanan əlamətlərə də müdaxilə edir.
Oxşarlıqların səbəbi: "Ortaq yaradılış"
Əlbəttə, insan bədəninin digər canlılarla molekulyar oxşarlıqları olmalıdır. Çünki eyni molekullardan əmələ gəlir, eyni sudan və havadan istifadə edir, eyni molekullardan əmələ gələn maddələrlə qidalanır. Əlbəttə ki, maddələr mübadiləsinin və dolayısı ilə də genetik quruluşlarının bənzəməsi təbiidir. Ancaq bu “ortaq xammal” bir təkamülün deyil, “ortaq yaradılışın”, yəni bunların hamısının eyni plan üzrə yaradıldıqlarının nəticəsidir.
Bir misal mövzunu daha da açıqlaya bilər: dünyadakı bütün körpülər də oxşar xammal ilə (kərpic, dəmir, sement və s.) ilə tikilir. Ancaq bu, körpülərin bir-birilərindən “təkamül keçirərək əmələ gəlməsi” demək deyil. Ortaq xammaldan istifadə olunaraq ayrı-ayrı inşa edilirlər. Canlıların vəziyyətini də buna bənzətmək olar. Ancaq əlbəttə, canlıların quruluşu körpülərlə müqayisə edilməyəcək qədər mürəkkəbdir.
Həyat təkamül nəzəriyyəsinin iddia etdiyi kimi şüursuz təsadüflərlə deyil, sonsuz bilik və ağıl sahibi olan uca Allahın yaratması ilə meydana gəlmişdir.