Terrorizmi İslama aid etməyə çalışan zehniyyət, terrorizmin əsl qaynağı olan darvinist zehniyyətdir
ucgen

Terrorizmi İslama aid etməyə çalışan zehniyyət, terrorizmin əsl qaynağı olan darvinist zehniyyətdir

125

Keçdiyimiz günlərdə Amerikanın Texas əyalətindəki bir hərbi bazada meydana gələn qətliam da daxil olmaqla dünyada İslamla uyğunlaşdırılmağa çalışılan terrorist hərəkətlərin hamısı darvinist, leninist, stalinist və marksist zehniyyətin məhsuludur. Bu qırğınları reallaşdıranların İslam dini ilə bir əlaqələri yoxdur. Bu kəslər, Avropada, Amerikada darvinist və marksist təhsil almış, mənşəyi leninizmə, stalinizmə əsaslanan şəxslərdir. Marksist, leninist və darvinist zehniyyətdəki bir adam üçün qarşıdurma, inandığı fəlsəfənin təməlini təşkil etdiyindən, ölən insanlar yalnız bir heyvan olaraq xarakterizə edildiyindən və təbii seleksiyaya görə seçilməli və yox edilməli olduqlarına inanıldığından, bu zehniyyətdəki kəslər üçün belə qətliamların reallaşdırılması son dərəcə adidir.

Qətliamları İslam dininə aid etməyə çalışanlar isə, xüsusilə müsəlmanlar və xristianlar arasında ayrılıq yaratmaq istəyən, səmimi dindarların gücünü qırmağı məqsəd qoyan, bütün dünyaya zülm, qarışıqlıq və müharibələri gətirməyi hədəfləyən azğın masonik mərkəzlərdir. Dəccali sistemin nümayəndəsi olan masonlar, sevgi və barış dini olan İslamı tamamilə fərqli bir görünüşdə insanlara tanıtmaq və bunu edərək dindar insanların İslama ön mühakiməli baxmalarını təmin etmək məqsədindədirlər. Halbuki İslamda haqsız yerə bir cana qıymaq haramdır. Rəbbimiz Quran ayələrində bunu qəti hökm olaraq bildirmişdir:

 

... kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)

Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)

 

Allah bir adamı öldürməyin, bütün insanları öldürmək qədər ağır bir cinayət olduğunu xəbər vermişdir. Allahın sərhədlərini qoruyan bir insanın, deyil minlərlə günahsız insanı qətl etmək, tək bir insana belə zərər vermə ehtimalı yoxdur.

Ayrıca İslama görə heç kimsə, öz qənaətinə əsaslanaraq “layiq olan”, “layiq olmayan” seçimini edə bilməz. Çünki bu seçim Quran ilə qəti olaraq təyin olunmuşdur. Quranda bildirildiyi şəkildə İslam dinində hücum deyil, yalnız müdafiə olunma vardır. Bir müsəlman, ancaq özünün və ya yaxınlarının canına qəsd edildisə, müdafiə olunma məqsədli olaraq hücuma qarşı çıxa bilər. İslama görə ancaq belə bir vəziyyətdə qarşı tərəfə istiqamətli müdafiə olunma məqsədli bir “hücum haqqı” yaranmış olar. Lakin qarşı tərəf hücumu kəsdisə, o zaman o da müdafiə olunmağı dayandırmaqla məsuldur. Allah, qəti hökm olaraq bunu ayələrində bildirmişdir:

 

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.  

Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. 

Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir! (Bəqərə surəsi, 190-192)

 

Dünyada məhkəmələrdən qaçaraq cəzadan xilas olacağını sananlar, öldükdən sonra, axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Məhz bu səbəblə ölümlərinin ardından Allaha hesab verəcəklərini bilən səmimi müsəlmanlar Allahın sərhədlərini qorumaqda böyük bir həssaslıq göstərərlər. Gerçək səmimi, dindar bir müsəlmanın, Allahın haram etdiyi bir cana qıyması, toplu qırğınlar reallaşdırması, İslamın əsasını meydana gətirən şəfqət, sevgi, bağışlayıcılıq xüsusiyyətlərindən uzaqlaşaraq insanlara zərər verə bilməsi mümkün deyil. Terrorist hərəkətləri İslama aid etməyə çalışan zehniyyət, dünyanı dinsizliyə sürüməyə çalışan darvinist, marksist, materialist zehniyyətdir. Bu zehniyyətin qoruyuculuğunu da dəccal sistemi olan masonluq boynuna götürmüşdür. Ancaq dəccalın hiyləgər oyunu, Allahın icazəsi ilə hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxış dövrünə çox yaxınlaşdığımız bu günlərdə açıq şəkildə deşifrə olmuş və təxribata uğramışdır. Artıq dəccal sistemi olan masonluq insanları əvvəlki kimi aldada bilməməkdə, bu azğın zehniyyətin İslama və səmimi dindarlara istiqamətli çirkli oyunları tamamilə müvəffəqiyyətsizliyə düçar olmaqdadır.

 

Cənab Adnan Oktarın 6 noyabr 2009-cu ildəki reportajından:

ADNAN OKTAR: İslami terror yoxdur, darvinist materialist yetişdirilmiş, terrorist yetişdirilmiş müsəlman mənşəli insanlar vardır. Məsələn, bir insan Türk mənşəlidir, şəxsiyyət vəsiqəsində Türk yazar, amma Türklüyə qarşı mübarizə mübarizə aparan adamdır. İddia edilən Ergenekon təşkilatı kimi. Amma şəxsiyyət vəsiqəsinə baxsan, Türk yazır. Dini xanasında müsəlman yazılması onun müsəlman olduğunu göstərməz. Müsəlman olması üçün şəfqətli, mərhəmətli, bağışlayıcı, xoşgörüşlü və humanist olmalıdır. Xoşgörüş deyərkən, yəni biri cinayət törədir və sən onu anlamazlıqdan gəlirsən mənasında deyil, yəni bu söz bağışlayıcılıq mənasındadır. Bu səbəbdən İslami terror deyilən, dünyada edilən bütün terrorist hərəkətləri edən kəslərin hamısına baxın, hamısı darvinist təhsildən keçmiş insanlardır. Darvinist, materialist, marksist düşüncədədirlər. Che pərəstişkarıdır. Ya da Ho Shi Minh pərəstişkarıdır. Yəni terrorla iç-içə yetişmiş insanlardır. Bunun səbəbi də hələ Fələstin yeni kommunist düşüncədən xilas oldu, Suriya yeni xilas oldu. İraq yeni xilas oldu. Bunlar hamısı stalinist, terrorist düşüncədə idilər. Bu səbəbdən köhnə düşüncələr indi istifadə edilir. Köhnə düşüncənin törətdiyi kəslərdir bunlar.

ADNAN OKTAR: Baxın, mən sizə söyləyirəm, bu tərz hərəkət edən şəxslərin lider heyətlərinin hamısı Avropada yetişmişdir, Amerikada yetişmişdir. Qatı darvinist təhsildən keçmişlər. Marksist, leninist düşüncəni və stalinist düşüncəni yaxşıca mənimsəmiş, onu İslama aid edərək tətbiq edən şəxslərdir. Hətta onlara bir ara yaşıl kommunist deyərdilər. Yəni kommunistliyə heyran müsəlmanlar. Guya müsəlmandırlar. Müsəlmanlıq saf bir dindir. Təmiz bir dindir və heç bir şey qarışdırılmaz İslamiyyətin içinə. Nədirsə İslamda o vardır, əlavə olmaz.

ADNAN OKTAR: Bu marksist şəxslərin etdiyi terrorun məqsədi, müsəlmanlarla xristianları bir-birinə qırdırıb boşluq meydana gətirib o boşluğa masonik, marksist sistemi oturtmaqdır. Çünki tezis, antitez, sintez Marksın da Darvinin də müdafiə etdiyi bir düşüncədir. Darvin canlıların dialektikasını müdafiə etmişdir. Tarixin dialektikasını bir başqa dəstə müdafiə etmişdir. Təbiətin dialektikasını da başqa. Bu üçünü birləşdirdiyimizdə marksist dialektika ortaya çıxır. Bunda da həmişə qarşıdurma düşüncəsi vardır. Yəni insanlar ancaq qarşıdurma ilə mükəmmələ gedə bilər düşüncəsi var. Qarşıdurma onsuz da bir Marksistin imtina edə bilməyəcəyi xüsusiyyətidir. Yəni hətta Marksizm olsa belə deyir onlar, yenə bir antitez inkişaf edəcək, yenə bir sintez meydana gələcək, yenidən o öz antitezini meydana gətirəcək. Qarşıdurma davamlı dünyanın xüsusiyyətidir deyir. İndi bunun tətbiq olunması üçün terror lazımdır. Bu çox şeytani bir plandır. Marksistlərin, masonların, əgər tətbiq olunmuş olsa həqiqətən çox müvəffəqiyyətli olacaq bir planlarıdır. Amma mən bu planlarını pozdum. Yəni bu anda darvinist, marksist nəzəriyyənin gərəyini edirlər. Biz də darvinizmi yıxaraq, bu nəzəriyyənin bir oyun olduğunu da insanlara isbat edərək, müsəlmanlarla xristianları bir-birinə salma oyununu pozmuş oluruq.

ADNAN OKTAR: Marksizmi insanlara qəbul etdirərkən, “siz çıxıb sadəcə adam öldürəcəksiniz” desə kimsə Marksist olmaz, təbii ki, insancıl bir görünüş olacaq. Yəni maska qisiminin insan ruhuna insan mənliyinə çox müsbət təsir edən istiqaməti olması lazımdır. O zaman insanlar bunlara yanaşa bilərlər. Amma baxın Marksizmdə qarşıdurma nəzəriyyəsi var. Yəni qarşıdurma nəzəriyyəsi nə deməkdir, tezis antitez sintez davamlı bu işləyəcək demək nə deməkdir? Davamlı qan töküləcək deməkdir. Yəni prolaterya diktatorluğundan bəhs edilir, bu qandır, gözyaşıdır, iztirabdır. Amma buna qarşı mütləq qarşı tezislər olacaq deyirlər. Məhz bunun qarşı tezisi faşizmdir. Faşizmlə kommunizmin zidd düşəcəyini və bundan yenidən bir sintez meydana gələcəyini və bunun yenə əleyhdar antitezinin meydana gələcəyini, yəni tam bir qarışıqlıqdan bəhs edirlər və anarxiyadan bəhs edirlər. Bu dünyanın qanunudur deyir və bunu Darvinin təkamül nəzəriyyəsinə əsaslandırırlar. Təbiətin dialektikası, canlıların dialektikası, tarixin dialektikası. Buna inanan bir insanın onsuz da Marksist olmaqdan başqa bir yolu yoxdur, çox səmimiyyətsizdir onlar. Darvinist bir insanın marksist olmaqdan başqa heç bir yolu yoxdur. Canlıların dialektikası əgər doğrudursa onun inancına görə, təbiətin dialektikası da doğrudur, tarixin dialektikası da doğrudur. Və bir dialektik fəlsəfə vardır. Dialektik fəlsəfəyə inanan insanlar da qarşıdurmanı qəbul etməlidirlər.

 

Yəni tezis antitez sintezi qəbul etməlidir. Və dolayısilə terror və anarxiyanı qəbul etməlidir. Lenin nə üçün deyirdi gedib “bankları bombalayın polisləri öldürün, əsgərləri öldürün, bankları soyun” nə üçün deyirdi. Bunu nə üçün istəyir,  məhz bu hadisə odur. Tezisə, antiteze, sintezə çatmaq üçün insanların belə bir mübarizə içində olmalı olduğunu ifadə etmiş olur. 

 

ADNAN OKTAR: Bu şeytani bir oyundur, İslam adına terror edə bilməz. Çünki İslamda insan öldürmək haramdır. Dində məcburiyyət yoxdur, haramdır. Məcbur etmə haramdır. Mən cihad edirəm, mən mücahidəm. Cihad cəhd mənşəli, səy mənşəlidir. Onların etdiyi kıtal, qətliamdır. Quran kıtal demir. Quran cəhd deyir, cihad, dini yaymaq, izah etmək. Peyğəmbərimiz şəfqətlə, sevgiylə, mərhəmətlə isbat edərək dəlillərlə dini izah edirdi. Din təklifdir insan qəbul edər və ya etməz. Əgər sən ona zorla qəbul etdirsən münafiq meydana gəlir. Münafiq nə deməkdir bilirsinizmi, dünyanın ən alçaq insanını yaratmış olarsınız. Münafiq kafirdən qat-qat betərdir. 

 

APARICI: Din uğruna adam öldürmək vardırmı? 

 

ADNAN OKTAR: Din uğruna özünü müdafiə edə bilərsən. Sənin evinə girərlər, uşağını öldürməyə çalışarlar, səni öldürməyə çalışarlar, nəfs müdafiəsi vardır. Orada, əlbəttə ki, nəfsini müdafiə edərsən, yəni, əlbəttə ki, gəl öldür deyə bilməzsən. Allah onda da həddini aşmayın deyir. Tam misliylə cavab verin və dayandırın deyir, dayandıqlarında da buraxın deyir. Hücumları dayandığında buraxın deyir. İrəli getməyin deyir. 

PAYLAŞIN
logo
logo
logo
logo
logo