Adnan Oktarın Adıyaman Asu TV-dəki canlı reportajı (24 yanvar 2011)
ADNAN OKTAR: Məsələn, ən başda belə bir qarışıqlıq çıxmaz. Çıxmış olsa belə, Mehdi (ə.s)-ın tək bir sözü ilə sakitləşər. Tək bir sözü ilə dərhal mövzu bitər. Baxın, Mehdi (ə.s)-ın olmaması, minlərlə insanın vəfatına, minlərlə insanın şəhid olmasına, qan axmasına, quruda, havada, hər yerdə fəsad çıxmasına səbəb olur. Baxın, indi ayədə deyir ki; Rum surəsi, 41 "İnsanların öz əlləriylə qazandığına görə, quruda və dənizdə fəsad çıxdı." Fitnə çıxdı. "Ümid edilər ki, dönərlər deyə (Allah) onlara etdiklərinin bir qismini özlərinə daddırdır." Rum surəsi, 41. "Quruda və dənizdə fəsad ortaya çıxdı." Əbcədi 1851 tarixini verir. 1851 tarixi, Darvinin Allahsızlığını elan etdiyi tarixdir. Və dəniz canlılarının təkamüllə meydana gəldiyinə dair şərhini etdiyi tarixdir. Baxın, "quruda və dənizdə fəsad çıxdı." 1851-ci il ilk ortaya qoyduğu azğın fikirlər və ilk yanlış fikirləri ortaya atdığı zamandır. O zamandan azdılar, ondan sonra hadisələr başladı. Ayənin 1851 tarixinə diqqət çəkməsi, "quruda və dənizdə fəsad çıxdı." ayəsinin 1851 tarixini verməsi möcüzədir. Quranda bir çox mövzu bu şəkildə kodlaşdırılmışdır. Baxın, adam "balıqqulağının dəyişən şərtlər qarşısında, funksiyalarının dəyişə biləcəyini, dəniz canlılarının təkamül keçirdiyi" iddiasını ilk dəfə o zaman ortaya qoyur. Və 1851-də eyni zamanda Allahsızlığını elan edir. Peyğəmbərimiz (s.ə.v) bir şeyi üç dəfə söyləmişdir, əhəmiyyətli olduğu üçün mən də bir neçə dəfə vurğulayıram.