Ötən əsrin xüsusilə son dördəbirində artan terror və zorakılıq hadisələri bu gün yalnız müəyyən bir ölkənin və ya regionun məruz qaldığı bir problem olmaqdan çıxmış və dünyanın demək olar ki, hər yerində təhlükəyə çevrilmişdir. Terrorun son dayanacağı isə Avropadır. Avropada ard-arda baş verən terror hadisələri bütün dünyanın gündəmindədir.
Bu ilin əvvəlində Charlie Hebdo işçisinin öldürülməsindən sonra Avropanın müxtəlif yerlərində meydana gələn terror hadisləri bütün qitəni təşvişə saldı. Hökumət binalarının, qəzet və jurnalların, metro stansiyalarının, alış-veriş mərkəzləri ilə yanaşı sinaqoq, məscid, vəqf kimi terroristlərin ilkin hədəfi olduğu düşünülən yerlərdə geniş təhlükəsizlik tədbirləri alındı. Ən son Danimarkanın Kopenhagen şəhərində Charlie Hebdoda həyatını itirənləri yad etmək üçün təşkil edilən mərasimə terror hücumu da Avropanın qarşı-qarşıya olduğu problemin ciddiliyini bir daha gözlər önünə sərmiş oldu.
Bir nəfərin həyatını itirdiyi və üç polisin yaralandığı hücumdan dərhal sonra bir sinaqoqa edilən ikinci hücumda iki polis işçisi və bir mülki şəxsin yaralanmasının ardından Danimarkada çok böyük təhlükəsizlik tədbirləri alınarkən, başda Belçika və Almaniya olmaqla bir çox Avropa ölkəsində terror təbili çalındı və mümkün hücumlara qarşı yeni tədbirlər alındı.
Bütün bunlar baş verərkən və sanki bir nifrət burulğanına çevrilən dünyada terror gündən-günə artarkən baş verənlərdən ən çox təsirlənən və ən böyük zərəri görənlər şübhəsiz ki, sadə və məzlum insanlardır. Belə ki, əsrimizin ən böyük fəlakəti olan terror, axarxiya və zorakılıq təkcə təhlükəsizlik qüvvələrinin deyil, məzlum insanları hədəf alır, hüquqlarına və canlarına qəsd edir. Qardaşı qardaşa qırdırır, bir-birinə düşmən edir, millətləri və dövlətləri parçalayır.
Terror səbəbindən maddi və mənəvi ziyan görənlərin başında şübhəsiz müsəlmanlar gəlir. Xüsusilə 11 sentyabr hücumundan sonra beynəlxalq cəmiyyətin əsas mövzularından biri halına gələn və güya «İslami terror» olaraq xarakterizə edilən radikal terror hadisələri başda ABŞ və Avropa olmaqla bütün dünyanı bədbəxt edir. İslamdan çox uzaq, xurafatçı zehniyyətə sahib olduqları halda, İslam adına ortaya çıxan və özlərini İslamın təmsilçiləri olaraq qələmə verən radikal terror təşkilatlarının insanlıqdan kənar hərəkətləri ucbatından müsəlmanlar bütün Qərbdə potensial şübhəli şəxs qismində olur. İnsan hüquqları zədələnir və alçaldıcı münasibətə məruz qalırlar.
Bəs dünyanı yaşanmaz bir yer halına çevirən radikal terrorun bir an öncə sona çatması üçün nə etmək lazımdır?
Həqiqət budur ki, təhlükəsizlik qüvvələrinin aldıqları tədbirlər bəzən terror təşkilatlarına qarşı uğur əldə edilməsinə vasitəçi olsa da onların yox olmasını təmin etmir. Əsas olaraq terrorla mübarizə zehniyyətinin dəyişməsi, problemin təkcə güc tətbiq edərək həll edilə bilməyəcəyinin fərqinə varılması şərtdir.
Yanlış ideologiyanı yox etməyin tək yolu doğrunu öyrətməkdən keçir. Radikal terroru yox etməyin yeganə yolu zorakılıq və nifrətin əsası olan ideologiyanı fikri yolla aradan qaldırmaqdır. İlk növbədə radikalizm və İslamı bir-birindən ayırmaq lazımdır.
Uydurma hədislərə və xurafatlara əsaslanaraq meydana gətirilən radikal din anlayışında sevgiyə, qardaşlığa, şəfqət və mərhəmət duyğularına, qadına dəyər vermək, qadını üstün tutmaq kimi bir anlayışa, sənətin və elmin təşviq edildiyi bir quruluşa yer yoxdur. Başqa sözlə, xurafatçı və radikal din anlayışında insanlara sevinc gətirən və dünyalarını aydınladan heç bir şey yoxdur. Əksinə əncaq təzyiq, məcbur etmə, zorakılıq və qəddarlıq var. Radikalzim və xurafat insanları sanki ölmədən məzara qoyan, bütün gözəllikləri əllərindən alan bir sistemdir.
Halbuki İslam digər bütün haqq dinlər kimi insanlığa sevgi gətirməyi hədəf alıb. İslamın mənbəyi olan Quranda nifrət, qəzəb və ya öldürmə arzusu yoxdur. Əksinə sülh var, qardaşlıq var. Birlik və bərabərlik ruhu, sevgi ilə birlikdə yaşamaq var. Zorakılıq və nifrətin sona çatması üçün radikalizmin İslamla heç bir şəkildə əlaqəsinin olmadığı və radikal din anlayışının müdafiə etdiyi dəyərlərin Quranla üst-üstə gəlmədiyi gerçəyinin izah edildiyi maarifləndirmə siyasətinin tətbiq edilməsi şərtdir. Xurafatçı zehniyyət mövcud olduğu müddətcə İslam torpaqlarını pilotsuz təyyarələrlə bombalamaq, regiona əsgər göndərmək, terror təşkilatlarının liderlərini öldürmək, qısası, şiddətə şiddətlə qarşılıq vermək terroru yox etməz. Əksinə daha da artırar və daha böyük təhlükəyə çevirər. Silahların deyil, fikirlərin hakim olduğu bir mühit yaratmaq lazımdı. Zorakılığa əsas olaraq irəli sürülən hədislərin uydurma olduğu, müsəlmanların Qurandakı sevgi dolu, ağıllı, etidallı əxlaqa tabe olmaqla məsul olduqları İslam cəmiyyətlərinə ətraflı şəkildə izah edilməlidir. Gənclər sevgini və sülhü əmr edən həqiqi İslamla tanış olduqda "İslamı izah edirəm" deyərək onları zorakılığa istiqamətləndirən radikalların bütün yolları bağlanmış olar və geniş miqyaslı maarifləndirmə ilə xurafatçı zehniyyət qısa müddətdə fikri yolla aradan qaldırılar. Həsrətini çəkdiyimiz sülh, qardaşlıq və sevgi dünyaya ancaq o zaman hakim olacaq.
Adnan Oktarın «Arabian Gazette»də nəşr olunan məqaləsi:
http://www.arabiangazette.com/when-will-radical-terror-western-world-end-20150629/