Son günlərdə mətbuatda Qüds və ətrafında aparılan araşdırmalar zamanı Hz. İsa dövrünə, yəni 2000 il bundan əvvəllə aid kubok tapıldığı dərc olundu. Üzərində " Rəb, geri döndüm" yazısı olan kubokun Hz. İsanın 2000 il bundan əvvəl istifadə etdiyi şəxsi əşyası olması ehtimalı çox böyükdür. O dövrdə istifadə edilən dildə yazılmış bu yazı, kubokun Hz. İsanın əvvəlki həyatına dair əşya olduğunu göstərir:
"Son dövrdə ən çox diqqət çəkən məsələlərdən biri isə, bir müddət əvvəl Siyon Dağında kəşf edilən və üzərində "Rəb, geri döndüm" yazılan iki min illik kubokun tapılması oldu. Arxeoloqları təəccübləndirən isə, bu sözün Ölü Dəniz Perqamentlərindəkinə bənzər şifrə ilə yazılmış olması idi." (Vətən Qəzeti, 2 Avqust 2010)
Yaşadığımız hicri 1400-cü il, Peyğəmbərimiz (s.ə.v.)in xəbər verdiyi kimi, Allahın izni ilə Hz. İsanın dünyaya geri dönəcəyi dövrdür. Peyğəmbərimiz (s.ə.v.)in hədislərindən və İslam alimlərinin şərhlərindən məlum olur ki, Hz. İsa hal-hazırda dünyaya geri dönüb və fəaliyyət göstərir. Qarşıdan gələn 10-20 il içində isə, Allahın izni ilə, bütün insanlıq Onun nurlu üzünü yenidən görəcək.
Belə bir dövrdə Hz. İsanın 2000 il bundan əvvəl istifadə etdiyi şəxsi əşyasının tapılması isə çox önəmlidir. Hörmətli Adnan Oktar, hədislərə və böyük İslam alimlərinin sözlərinə əsasən, daha əvvəl verdiyi açıqlamalarda Hz. İsanın yenidən dünyaya qayıtdığında üzərində 2000 il budan əvvəlki paltarı olacağını, yanında o dövrə aid şəxsi əşyaları ilə birlikdə gələcəyini söyləmişdir. Hörmətli Adnan Oktarın mövzuyla əlaqədar açıqlamalarından bəzi nümunələr bu şəkildədir:
Hörmətli Adnan Oktar
Kral Qaradəniz, 23 Avqust 2009
Adnan Oktar: O gözəllər gözəli Hz. İsa Əleyhissalamın çox gözəl göz rəngi var. Şabalıdı xatırladan qızılı rəngli saçı çiyinlərinə tökülür, yuyunmadığı halda saçı yaş kimi görünür. Təsvir edilə bilməyəcək qədər nurlu üzü var. Baxanın nəfəsini kəsir, Dəccalın nəfəsini kəsib onsuzda. Sırf baxışı yetər, başqa bir şeyə ehtiyac yoxdur inşaAllah. Amma əlbəttə ki, anlayan anlayar, bir çox şeyə ehtiyac var təbii ki. O, onsuz da vəzifəlidir. Allahı izah etməklə mükəlləfdi, elə deməyim, səhv başa düşülə bilər, Allah bağışlasın. Lakin çox cəlbedicidi, uzun boylu deyil, orta boylu, geniş çiyinli, atletik bədənlidir Hz.İsa Məsih. Eynilə göyə alındığı yaşda gələcəkdir o gözəllər gözəli, həmin paltarla. Amma sonradan əlbəttə ki, paltarını dəyişəcək, lakin orijinal paltarını görəcəyik, yəni göyə alındığı andakı paltarını görəcəyik, göyə alındığı zaman geyindiyi ayaqqabısını, YANINDAKI BƏYLİK, KİÇİK ƏŞYALARI, çox az pulu, hamısını görəcəyik inşaAllah. Zamandan çıxmışdır, bir an zamandan çıxmışdır, yenidən zamanın içinə girəcək.
Kaçkar TV, 26 Fevral 2009
Adnan Oktar: Hz. İsa ilk dəfə gəldiyi zaman Xristian camaat içinə gələcək, amma bu müsəlmanlığı xatırladan bir Xristian camaatı olacaq. Allah onu yatmış vəziyyətdə onlar olan otağa qoyacaq. Həmin şəxslər Hz. İsayla qarşılaşdıqlarında yalnız şübhə edəcəklər, yəni əmin ola bilməzlər. Yəni kim olduğunu bilməyəcəklər. Yalnız keçmişini xatırlamayan bir insan olaraq tapacaqlar. O paltarlarına da xüsusi bir məna verməzlər. Yəni, yalnız qəribsəyərlər, yəni çaşarlar. Hz. İsa həmişə o paltarı geyinəcək deyə bir şey yoxdu. İlk gəldiyi anda o paltarla. Lakin o paltarlar saxlanacaq, yəni tələbələri saxlayacaq. MƏSƏLƏN O DÖVRDƏ İSTİFADƏ ETDİYİ DƏMİR PULLAR, İSTİFADƏ ETDİYİ ƏTRİ, ƏTİR QUTUSU, GÜZGÜSÜ, ONA BƏNZƏR MÜƏYYƏN ƏŞYALAR, üstündə, yəni cibində olan paltarlar, üstündəki paltarlar göyə alındığı andakı paltarlardı, o şəkildə göyə alınıb, o şəkildə də geri qaytarılacaq inşaAllah.
Paytaxt TV, 13 Fevral 2009
Adnan Oktar: Həm də necə bir sevinc. Əvvəla, insanlar ölümdən diriləcəklər. Yəni, itirdikləri sevgini geri qazanacaqlar, kor olan insanın gözü görməyə başlayacaq, qulağı eşitməyən insan eşitməyə başlayacaq. Ən böyük neməti itirmişdi insanlar, bu nemət onlara geri veriləcək. Sevgini qazanacaqlar. Allah sevgisini, Allah qorxusunu qazanacaqlar. Dinin gerçəyini görəcəklər, Quranın möcüzələrini görəcəklər. Hz. İsanın enişi nə deməkdir, çox böyük bir hadisə, yəni 2000 əvvəl göyə alınan bir peyğəmbər yenidən geri gəlir, eyni orijinal paltarı ilə gələcək və görəcəklər. Eyni başmağıdır ayağındakı başmaq, eyni cübbəsidir. Üzərindəki ətiri hər şeyi orijinaldır. Eyni şəkildə də gələcək. Bu dəhşətli möcüzədir. Çox təəccüblü bir şeydir. Mehdi ən incə detalına qədər təsvir edilmişdir. Eyni ilə təsvir edilən həmin Mehdini görəcəklər. Eynisini görcəklər. Mehdinin edəcəyi hadisələri bir-bir görəcəklər.
Kanal 35, 14 Mart 2009
Adnan Oktar: Məni niyə tərk etdin, əxlaqsızlıq etdin Allah da bəlanı verdi. Hz. İsa o anda göyə çəkildi, eyni paltarla, üzərindəki az miqdarda pulu, güzgüsü, ətir qutusu, barmağının arasından keçən rezinli ayaqqabısı vardı onun. Uzun paltarı, cübbəsi onunla göyə çəkilmişdir, eyni vəziyyətdə. Gələndə də eyni vəziyyətdə gələcəkdir. Yəni, şirinlərin şirini, gözəllərin gözəlidir, insanlar çox çaşacaqlar. Amma təbii ki, küfrdən bir insan onu görsə tanıya bilməz. Yəni Səid Nursi deyir; "yaxın, seçkin tələbələri, onu imanın nuruyla tanıyacaqlar" deyir. Yoxsa şüurunu itirmiş, keçmişini bilməyən bir insan zənn edəcəklər tanımayanlar, anlaya bilməyənlər. Bir Xristian camaat içərisinə buraxılacağını söyləyir Səid Nursi Həzrətləri amma müsəlmanlığı xatırladan bir Xristian camaat. Yəni onların olduğu kilsə və yaxud onların olduğu böyük bir ev də ola bilər, orada onu yatmış vəziyyətdə buraxacaq Allah. O orada yuxudan oyananda heç bir şeyi bilmir, onlar da onun yaddaşını itirmiş insan olduğunu zənn edəcəklər. İlk öncə anlaya bilməyəcəklər amma onun fövqəladə ağıllı olması və çox ağıllı olduğuna görə qısa müddətdə bütün dilləri öyrənəcək, Tövratı öyrənəcək, Quranı öyrənəcək, İncili öyrənəcək. Onlar oxuyan kimi əzbərləyərlər. Səid Nursi Həzrətləri də elə idi, bizim Peyğəmbərimiz də elə idi. Hz. İbrahim, İshak, Yaqub hamısı elədir. Çox güclü yaddaş gücü var Peyğəmbərlərin, xüsusi elə yaradılırlar. Vəlilərdə də vardır bu məsələn Səid Nursi Həzrətləri kimi, onlarda da güclü yaddaş olur. Əvvəl gizlədəcəklər Hz. İsanı (ə.s.), amma vaxtı gəldiyində möcüzə göstərəcək yəni, əsl möcüzə. Hətta möcüzənin şiddətindən və gücündən "ona iman etməyən heç bir şəxs qalmayacaq" deyir Cənabı Allah, Əhli Kitabdan. Yəni gözəlliyi, nuru, gözəl danışmaları. Peyğəmbərdir çünki. Ulül-Azm böyük Peyğəmbərdir. Amma o gözəlliyinə baxmayaraq, o şirinliyinə baxmayaraq Hz. Mehdini özünə imam təyin edir, sən mənim liderimsən deyir. Vəhyə əsasən edəcək təbii bunu. Mehdi şiddətlə etiraz edəcək, hətta namaza onu itələyir, Mehdi geri çəkilir, siz gəlin əfəndim deyir. Bu zaman da düz kürəyindən itələyir Hz. İsa, sən keçəcəksən deyir ondan sonra Mehdi imamlığa keçir. Bundan sonra Mehdi bütün dünyanın lideri olacaq, həm Xristian aləminin, həm İslam aləminin lideri olacaq. Buna çox az qalıb, yəni Mehdini zənn edirəm 2014-cü illərdən sonra çox dəqiq xalq anlamış olacaq. Amma 2021-ci illərdə ictimai hala gələcəyi üçün yəni mənim çox təsvir etməyimə ehtiyac qalmaz deyə zənn edirəm. inşaAllah inşaAllah.
Çay TV, 23 Yanvar/ocaq 2009
Adnan Oktar: Çox iti baxışlıdır Məsih. Gəldiyində eynilə dediyim kimi görəcəksiniz. İki dənə sarı paltarı vardı üstündə göyə alındığında, biri üstdə, biri altında. Biri cübbə kimi, bir də uzun paltar idi, maşlah kimi uzun paltar. Ayağında ayaqqabısı, barmaq arası, baş barmaq arasından keçən başmaq tərzində, ona çarık da deyilir. Dəridən ayaqqabısı var. BƏYLİK ƏŞYALARI FİLAN. EYNİYLƏ ORİJİNAL VƏZİYYƏTDƏ. 33 yaşında yenidən, dünyaya yenidən göndəriləcək. Zamanın və məkanın xaricinə çıxmışdır. Yenidən zamanın və məkanın içərisinə qayıdacaq. Ona bəlkə bir saniyə kimi gələcəkdir o. O 2000 il. Gəldiyi zaman onsuzda rəftarından, üslubundan, şəxsiyyətindən dərhal insanlar onu tanıyar. Səid Nursi Həzrətləri deyir, "Məsih gəldiyi vaxt özü belə özünü bilməz" deyir. "Yaxın və seçkin tələbələri onu imanın nuruyla tanıyarlar" deyir.
Kon TV, 1 Fevral 2009
Adnan Oktar: Bu çox dəqiqdir. Hz. İsanın nüzulu da həmçinin. Yəni bir insanın çıxıb mən Hz. İsa olacağam deyə iddia etməsiylə olmayacaq. Hz. İsa göydə və Allahın Qatındadır. O yuxu halında endiriləcək, iddia ilə olmayacaq. Yəni həqiqətən İsa olduğu üçün o vəzifəyə başlayacaq. 2 min il əvvəlki paltarıyla gələcək, 2 min il əvvəlki ayaqqabısıyla, 2 min il əvvəlki qoxusu üzərində olacaq. O öz gözəl qoxusuyla gələcək. Mehdi də. Yəni, Peyğəmbərimizin tam təsvir etdiyi kimi bütün fiziki xüsusiyyətləriylə eyni insandır və qədərdə olduğu kimi ortaya çıxacaq.