ABŞ Xarici İşlər naziri Con Kerrinin ifadəsi ilə desək, 20000-dən çox insan keçən yaz aylarından etibarən İŞİD-ə qoşuldu. 100-dən çox ölkədən, yəni dünyanın demək olar ki, hər yerindən bu məqsədlə Suriyaya və İraqa getdi. Müqayisə ilə desək, Sovet ordusuna qarşı Əfqanıstanda xaricdən gələn 20000 nəfər əsgər 10 il ərzində toplana bildi. Kerinin bu sözləri Ağ Evdə 17-19 fevralda keçirilən ekstremizmlə mübarizə Zirvəsindəndir. Amerikalı rəsmi nümayəndələrin, 60 ölkədən olan təmsilçilərin yer tutduğu zirvədə nümayəndələr çıxış etdilər. Üç gün davam edən iclaslarda “radikal İslam təşkilatlarına, daha doğrusu İŞİD-ə qoşulmalara necə mane olarıq?” sualına cavab axtarıldı. İŞİD-ə olan marağı aradan qaldırmaq üçün müxtəlif fikirlər irəli sürüldü.
Ağ Ev zirvəsi terror və radikal zorakılıqla mübarizədə tutarlı bir həll yolu gətirmədi. Bunu sadəcə yaxşı niyyətlə həll edilməyə çalışılan bir cəhd kimi dəyərləndirmək olar. Nəticəsiz qalması isə təəccüblü deyil, çünki dünya siyasətinə istiqamət verənlər hələ də radikal terrorun mənbəyinin haradan qaynaqlandığını anlaya bilməyiblər. Zirvə bu həqiqəti bir daha açıq şəkildə göstərdi.
Kerri həmin çıxışında belə dedi: “ Səmimi olaq. İŞİD üçün əsgər toplayanlar dindar və İslamın qanunları barədə məlumatlı insanlar axtarmırlar. Terroristlərin gözəl həyat yaşadıqlarına inanacaq qədər saf, özlərinə deyilən hər şeyi edəcək qədər həlim və qalib gələcəklərinə mütləq inanan insanlar axtarırlar.”[i]
Bu sözlərdən anladığımız kimi, İŞİD mənsubları və tərəftarları barəsində Con Kerri yanlış düşüncədədir. İŞİD-ə qatılanlar Suriya və İraqda başlarına gələcək bütün çətinliklərdən xəbərdardırlar. Heç biri rahat və xoş güzəran yaşamaq təmənnasında deyil. Əksinə hər an ölməyə, gözlərini qırpmadan öldürməyə hazırdırlar. Bu “səmimi” qərarlarının səbəbi isə öz aləmlərində İslam zənn etdikləri, lakin tamamilə yanlış qaynaqlara isnad edən fikirlərdir. Əsrlər boyunca uydurulan xurafatlara əsaslanan dini İslam zənn ediblər. Xurafatlarla dolu olan bir çox mənbə, internet və sosial media vasitəsi ilə əldə etdikləri qaynaqlar guya dini məlumatlardır. Zorakılıqlarının mənbəyi elə məhz bu xurafat fikirlərdir. Bunlar qətiyyən Quranda olmayan, Qurana tamamilə zidd olan, ancaq sünni İslam mədəniyyətinin əsərlərində yer tutan yanlış inanclardır. Bu səbəbdən problemin mənbəyi Kerrinin fikirlərindən fərqli olaraq daha əhatəli və dərindir.
ABŞ prezidenti Barak Obama isə zirvədəki çıxışında İŞİD və buna bənzər təşkilatların yaranmasını iqtisadi problemlərlə (ii) əlaqələndirdi.Zorakılıqla mübarizəyə qarşı tələb bu iqtisadi problemlərlə ciddi məşğul olmağın zəruriliyini irəli sürdü. Eyni fikir ABŞ-ın Xarici İşlər nazirinin spikeri Maire Harf tərəfindən daha ciddi şəkildə dilə gətirildi. Harf İŞİD-ə müraciətin çox olmasının səbəbinin işsizlik olduğunu bildirdi.
Radikalizm probleminin həll edilməsini çətinləşdirən şeylərdən biri də onun işsizlik, ya da maddi imkansızlıqdan qaynaqlandığını düşünməkdir. Bu bir gerçəkdir ki, bütün radikal qruplarda olduğu kimi İŞİD-ə qatılanlar da demək olar ki, hər iqtisadi, sosial, mədəni və etnik qrupdan gələn insanlardır. Bir çoxu zəngin ailələrin fərdidir, kariyera sahibi insanlardır. Başqa sözlə desək, bu insanlar sadəcə kasıb zümrəyə aid insanlar deyillər. Çoxunun rahat həyatlarını qoyaraq qanlı müharibə içinə girdiyini hamı bilir. Problemi sadəcə iqtisadiyyatla əlaqələndirmək isə problemin həllindən uzaqlaşdırmaqdan başqa bir işə yaramır.
Zirvədə İŞİD barəsində başqa açıqlamalar da edildi. Obama zirvədəki bağlanış nitqində ekstremizmin yalançı vədlərinə də toxundu. (v) Prezidentin bildirmək istədiyi radikal terror təşkilatının liderlərinin mənfəət dalınca qaçan insanlar olduqları və müdafiə etdikləri ideologiyaya əslində inanmadıqları idi. Bu fikri Obamanın İŞİD üzrə xüsusi nümayəndəsi general Con Allen də təsdiqlədi. Allen 25 fevralda ABŞ senatosundakı nitqində İŞİD-i kriminal banda və ölüm təriqəti kimi təsvir etdi. Dünya ictimaiyyətində eyni fikrə sahib çox insanın olduğu da aşkardır.
Qərb liderlərinin etdiyi yanlışlardan biri də İŞİD hərəkatını banda, ya da mənfəət güdən kriminal təşkilat kimi görməkdir. Ortada yanlış olsa da, bir ideologiyası olan və inandığı yanlış dəyərlər üçün hər şeyi etməyi gözə alan bir təşkilat var. Onun üzvləri bunun üçün canlarını və mallarını fəda etməyə səmimiyyətlə hazır və qərarlıdır. Bandalar isə mənfəət güdərək birləşən birliklərdir və hansısa ideologiyaları yoxdur.
Qrupların yanlış ideologiyaları ilə mübarizədə onların mənfəətlərinə zidd bir şey etmək, ya da ölümlə hədələmək həmişə əks nəticələr yaradıb. Yanlış ideologiyanı məhv etməyin tək yolu onlara doğrunu öyrətməkdir.
Nəticədə ABŞ və ümumiyyətlə Qərbin İŞİD kimi radikal təşkilata yönəlmiş analizləri həmişə yanlış olub və bunun nəticəsində davamlı yanlış üsullarla səhv həll yolları axtarılıb. Bu yanlış üsullar radikalizmi daha da şiddətləndirib, həmçinin gerçək səbəbini tapmaq və beləliklə, gerçək həll yolunu tətbiq etməyin vaxtı gəlib. İŞİD, ya da onun kimi radikal terror təşkilatları ilə mübarizə apara bilməyin tək yolu var: yanlış ideologiyanı aradan qaldırmağa kömək edəcək təlimlər aparmaq.
Mediyada İŞİD-in sadə insanları necə soyuqqanlı cinayətkara və ölüm maşınlarına çevirdiyi barədə xəbərlər tez-tez dilə gətirilir. İŞİD nümayəndələrini bu hala gətirən isə xürafələrdir. İslam aləmini hakimiyyəti altına alan xurafat bataqlığında formalaşan fikirlər vəhşilik tərəfdarı olan bir zehniyyəti sözsüz ki, yaradacaqdır. Bunun nəticəsində isə Qurana tamamilə zidd və yanlış inanclarla hərəkət edən cəmiyyətlər yaranır.
Gerçək budur: qarşımızda bir fikir və ideologiya prolemi var. Yanlış fikrə gözəl və doğru fikirlə qarşılıq vermək lazımdır. İdeologiyaya qarşı hərbi əməliyyatar etməklə nəticə əldə etmək olmaz,məntiqli bir yol deyil bu. Öldürülən hər bir İŞİD- nümayəndəsinin yerinə kin və intiqam hissi ilə yanıb-tutuşan yeniləri gəlir və radikalizm daha da alovlanır. İŞİD-ə qoşulanların qarşısı ancaq təlimlə alına bilər. İnsanları gerçək İslamla, Quranla tanış etmək lazımdır. Sadəcə bu yolla nəticə əldə edilə bilər.
[i] “Let’s be honest: Those recruiting for Da’esh (ISIS) are not looking for people who are devout and knowledgeable about the tenets of Islam. They’re looking for people who are gullible enough to believe that terrorists enjoy a glamorous lifestyle, and pliable enough to do whatever they are told, and who are attracted by the perception of success.”
[ii] “economic grievances”
[iii] “So if we’re serious about countering violent extremism, we have to get serious about confronting these economic grievances.”
[iv] “lack of opportunity for jobs is one of the most prominent root causes.”
[v] “false promises of extremism”
[vi] “ISIL is little more than a criminal gang and death cult.”
Adnan Oktarın English Pravda & New Straits Times'da yayımlanan məqaləsi:
http://wsemir.com/xeberler/din/35009-bir-nec-ildn-sonra-tamamil-frqli-bir-dunya.html
http://azeriturk.az/?emr=xeberoxu&id=9739
http://koseyazilarimiz.com/index.php?newsid=142
http://edebiyyat-az.com/?p=11757
http://gundelik.info/index.php?newsid=1685
http://english.pravda.ru/opinion/columnists/19-03-2015/130067-violent_extremism-0/