İnsanların tez-tez yol verdiyi səhvlərdən biri də, hər hansı bir çətinliklə qarşılaşdıqlarında dərhal pessimizmə qapılmalarıdır. Bir çox insan, belə vəziyyətlərdə "mütləq bu vəziyyəti düzəldəcək bir çıxış yolu vardır" deyə düşünməkdənsə, nədənsə əvvəlcə "ediləcək bir iş yoxdur", "bura qədərmiş", "artıq bu mövzu burada dirəndi" kimi məntiqlərlə hərəkət edib bütün həll yollarının tükəndiyinə inanmağa meyl edirlər.
Halbuki şərtlər nə qədər çətin və mövcud imkanlar hər nə qədər məhdud olursa olsun və insan hər nə qədər alına biləcək bütün tədbirləri alırsa alsın, mütləq yeni bir çıxış yolu ola biləcəyinə hər zaman inanmalı və ümidini heç vaxt itirməməlidir.
Allah Quranda, Allaha inanan bir kimsənin heç bir mövzuda heç vaxt ümidini kəsməyəcəyini belə bildirmişdir:
"Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!" (Yusuf Surəsi, 87)
(Mələklər:) “Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!” – dedilər.(Hicr Surəsi, 55)
Bu səbəbdən mömin hansı hadisə ilə qarşılaşırsa qarşılaşsın, heç vaxt ümidsizliyə, pessimizmə və ya mənfi düşüncələrə qapılmamalıdır. Bu, Allahın Müsəlmanlara olan əmridir.
Nəfs, bu cür bir vəziyyətlə qarşılaşdıqda, adamı müsbət yöndə düşünməkdən əvvəl, -sanki bir refleks kimi- dərhal mümkün ola biləcək ən mənfi ehtimalları düşünməyə yönəldər. Haradasa bütün insanlar övladı ilə olan münasibətlərdən tutmuş, -Quran əxlaqını mənimsəyənə qədər- hər bir hadisəyə bu dünyagörüşüylə yanaşar. Bunun mənfi nəticələrini və zərərlərini düşünmədiyi üçün də, bu refleksə etiraz edib onu dəyişdirməyə ehtiyac hiss etməz. Çətin bir vəziyyətlə qarşılaşdığda insanların ilk anda ağızlarından çıxan sözlərin əksəriyyətinin "əfsuslar olsun", "təəssüf ki," kimi ifadələr olması da bu səbəbdəndir.
Həmçinin pessimizmin, daim mənfi ehtimallarla düşünməyin, çarəsizliyə inanmağın insana verdiyi əzab çox şiddətlidir. Bu duyğulara qapılan insanların sahib olduğu ruh halı, Allahın bəyənmədiyi bir əxlaqı yaşadıqları üçün, Allahın onlara dünyada verdiyi bir qarşılıqdır.
Hansıki bunun tam tərsi olan İslam əxlaqını yaşamaq çox asandır. İnsanın, sonsuz ağıl sahibi, sonsuz ədalətli, sonsuz mərhəmətli, bağışlayıcı və sonsuz yaratma gücünə sahib olan Allahı tanıması, insan üçün çox böyük bir lütfdür. Allah dilədiyi an dilədiyini yaratmağa qadirdir və Allah Quranda, (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər…" (Bəqərə surəsi, 186) buyurmuşdur. Quranda insanların, Allahdan dilədikləri hər şeyi istəyə biləcəkləri bildirilmişdir. İnsan, istədiyi an istədiyini yaratma gücünə sahib olan Allahdan hər şeyi istəyə bildiyinə görə, çıxılmaz vəziyyətə düşməsi, çarə yollarının tükənməsi, çıxış yolunun qalmaması kimi ehtimallar içində yaşaması da tamamilə həqiqətdən uzaqdır. Çünki Allahın diləməsi və köməyi ilə insanın hər mövzuda yolu açıqdır. Allahın bu gücünü və mərhəmətini bilməsi də, insanın istənilən vaxt, istənilən mövzuda ümidvar olmasını təmin edər.
Bu əxlaq, Allahın Quranda əmr etdiyi əxlaqdır və Allahın bu əmrini tətbiq etmək, insanlar üçün böyük bir nemətə çevrilir. İnsanın pessimizm yerinə, belə bir ümidvar əxlaq içində yaşaması, daha gözəl, güvən verici və daha rahatdır. Əks təqdirdə insan həmişə narahat, qorxu içində, mənfi təxminlərlə zehnini yoraraq yaşayar. Allahın Quranda bildirdiyi əxlaqa uyğun yaşayan insan isə, ən çətin şərtlər altında belə Allahın köməyini, rəhmətini, yaxınlığını, daim Ona ümid etməyin rahatlığını, sevincini yaşayar.
Bu məqamda düşünülməsi lazım olan digər mövzu isə, bəzi insanların nemət, bolluq, dinclik və təhlükəsizlik içində yaşadıqları müddətcə Allaha güvənməsi və bütün bunların Allahın sonsuz gücü sayəsində reallaşdığını bilməsi; amma bütün bunlarda bir əskiklik meydana gəldiyində isə, Allahın gücünün nə qədər sərhədsiz və sonsuz olduğunu unutmasıdır. Quranda bu vəziyyətdəki insanların göstərdiyi əxlaq belə bildirilmişdir:
İnsanlara bir mərhəmət daddırdığımız zamanona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar. (Rum Surəsi, 36)
İnsan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümidsizliyə qapılıb məyus olar. (Fussilət Surəsi, 49)
Belə bir insan, neməti bəxş edən Allahın yenidən təkrar olaraq, istədiyi hər vaxt və dilədiyi qədər çox verməyə Qadir olduğunu təqdir edə bilməz. Həyatındakı bütün gözəlliklərin, özü bir yol tapıb əldə etdiyi üçün deyil, Allah belə dilədiyi və ona lütf edib o imkanı verdiyi üçün mövcud olduğunu düşünməz. Sahib olduğu nə varsa, bütün bunlar yoxdan var edilərək yaradılmışdır. Bax, çətinlik meydana gəldiyində də vəziyyət bundan fərqli deyil: hər şeyi yoxdan yaradan Allah, ortada heç bir çıxış yolu görünməyən bir vəziyyət olsa belə, yenə yoxdan yaradacaq və insana yol göstərəcək.
Allah Quranda, "... Rəbbinin sənəbir rəhbər, bir mədədkar olması kifayət edər!" (Furqan Surəsi, 31) buyurmuşdur. Allahın yol göstərməsi, insan üçün, Allahın izni ilə istənilən mövzunu həll edə biləcəyi çox böyük bir nemətdir və üstəlik insan onsuz da öz-özünə bir çıxış yolu tapacaq gücə sahib deyil. Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyən aciz bir varlıqdır. Allahın ona çıxış yollarını, çarələri, doğruları göstərməsinə möhtacdır. Bu səbəbdən insanın etməsi lazım olan əsas işin Allaha çox güvənmək, Allaha çox səmimi olub, ümidlə kömək istəmək və ağılını, vicdanını ən yaxşı şəkildə istifadə edərək əlindən gələn hər cür səyi göstərməkdir. Ancaq buradakı sirr, insanın ümidlə və reallaşa biləcəyinə qəti inanaraq Allahdan istəməsidir. Nəticəni onsuz da Allah yaradacaq və Allah, möminlər üçün dünyada və axirətdə hər vaxt ən gözəlini yaradandır.
Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinədua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. (SəcdəSurəsi, 16)
İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı vəhər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla birlikdə olanların hamısını xilas etdik. (Şuəra Surəsi, 61-65)