ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT: YAŞANMIŞ QƏDƏRİNİZİ İZLƏYİRSİNİZ
ucgen

ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT: YAŞANMIŞ QƏDƏRİNİZİ İZLƏYİRSİNİZ

1386

Bir atom zərrəciyinin harada və hansı sürətlə hərəkət edəcəyini 43 saniyə əvvəldən təsbit edən bir model hazırlayan hollandiyalı fizikı Hooft qədərin varlığını elmi cəhətdən sübut etdi.

Qədər Allahın keçmiş və gələcək bütün hadisələri bilməsidir. "Yaşanmamış hadisələr” bizim üçün yaşanmamış hadisələrdir. Allah isə zamana və məkana bağlı deyil, bu anlayışlardan münəzzəhdir, çünki bütün bunları yaradan Uca Rəbbimizdir. Buna görə də Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir. Bu vəziyyət yalnız təbiət hadisələri, doğum, ölüm, xəstəlik və ya müharibə kimi müəyyən mövzularla məhdud deyil. İnsanın öz həyatı və davranışlar ilə bağlı ən kiçik təfsilat da qədərində müəyyən edilmişdir. Allah Quranda insanların yaşadıqları hər şeyin əvvəldən bir kitabda yazılı olduğunu belə bildirir.

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

 

Qədər həqiqətinin elmi sübutu

Bu mövzu ilə bağlı aparılan bir tədqiqatın olduqca təəccüblü elmi nəticələri bu günlərdə Amerikanın dünya şöhrətli New Scientist jurnalının əsas mövzusu oldu. Nobel mükafatına layiq görülmüş Gerard Hooft 10 il davam edən elmi araşdırmasını yekunlaşdırıb qədər anlayışını konkret elmi dəlillərlə açıqladı. Bu tədqiqatın nəticələri elm aləmində böyük əks-səda doğurdu. Tədqiqatın diqqət çəkən digər bir tərəfi isə qədər anlayışına qarşı çıxan elm adamlarının söykəndikləri nəzəriyyəni sarsıtması idi.

Araşdırma zamanı Hooft “bir hissəciyin harda və hansı sürətlə hərəkət etdiyini” eyni anda təyin etməyə imkan verən bir model ixtira etdi. Gerard Hooft bir atomun 43 saniyə sonra necə hərəkət etdiyini əvvəlcədən müəyyənləşdirmə imkanı əldə etdi.

New Scientist jurnalının dünyanın ən güclü riyaziyyatçılarından ikisi kimi təqdim etdiyi John Conway və Simon Kochen bu tədqiqatı “azad iradə” anlayışının ölümü kimi şərh etdilər. Princeton Universitetinin mütəxəssisi Conway belə deyir:

“Əgər Hooft kimi bir şəxs atomun vəziyyətini və hərəkətini eyni zamanda təyin edə bilirsə, üstün bir zəkaya sahib bir varlıq kainatdakı bütün hissəciklərin qarşılıqlı təsirini izləyə bilər. Başqa sözlə, azad iradəmizlə etdiyimiz seçimlərin naməlumluğunun arxasında məlum bir nizam durur”.

Kochen isə mövzunu bu nümunə ilə izah edir:

"Qarşınıza həm şokoladlı, həm də çiyələkli keks gətirildiyini düşünün. Şokoladlı keksi yeməyə başladığınızda bunun öz seçminiz olduğunu düşünürsünüz. Halbuki şokoladlı keksi yeməyiniz onsuz da əvvəlcədən bəlli idi. Biz azad olduğumuzu düşünürük. Əgər Hooftun modeli yalnış deyilsə azadlığımız məhdud bir illuziyadan ibarət ola bilər".

Qədər həqiqətinin aydın olmasının vacibliyi

Uca Rəbbimizin bizə Quran ayələri ilə bildirdiyi və yuxarıda bəhs etdiyimiz tədqiqatın nəticələrindən də göründüyü kimi, qədərin varlığı açıq həqiqətdir. Bu həqiqətdən uzaq yaşayan insanlar bütün həyatlarını narahatlıq və qorxu içində keçirirlər. Qədərə iman edənlər, bütün həyatlarını bu həqiqət üzərində quranlar isə böyük üstünlüyə sahibdirlər. Məsələn, qədəri düşünmədən yaşayan insanlar uşaqlarının gələcəyi barədə təvəkkülsüzlük göstərib narahat olurlar. Oxuyacağı məktəbi, yiyələnəcəkləri sənəti, həyatlarını, sağlamlıqlarını düşünüb daim düşüncəli olur, qorxurlar. Əlbəttə, bütün bunları edərkən hər şeyin qədərdə yaşandığını unutmadan müxtəlif tədbirlər görmək və planlar qurmaq normaldır. Amma unudulmamalıdır ki, hər kəsin hələ hüceyrə olduğu andan tutmuş oxuyub-yazmağı öyrəndiyi günə qədər, qəbul imtahanında yazdığı cavablardan tutmuş hansı şirkətdə və hansı vəzifədə işləyəcəyinə, hansı sənədləri imzalayacağına, hansı gün hansı yeməyi yeyəcəyinə, hansı gün harda və necə öləcəyinə qədər hər dəqiqəsi Allah qatında məlumdur. Sadalanan hadisələrin hər biri Allahın sonsuz hafizəsində gizli şəkildə mövcuddur. Məsələn, bu an bir şəxsin ana bətnindəki halı, ibtidai sinifdəki və universitetdəki halı, 35 yaşını qeyd etməsi, işə başladığı ilk günü, ölüm anında mələkləri görməsi, dəfn edilməsi və Allaha axirətdə hesab verməsi − hamısı Allahın qatında tək bir an kimi mövcuddur.

Odur ki, hər anı Allah qatında yaşanmış, görülmüş və hələ də Allahın hafizəsində var olan həyat üçün narahat olmaq, qorxu duymaq, kədərlənmək və bu həyatı öz səyi ilə dəyişdirəcəyini düşünmək qəflətdir. İnsan hər nə qədər əlləşib-vuruşsa da, nə özü, nə övladları, nə də başqa yaxınları üçün Allah qatında var olan həyatı dəyişdirə bilməz. Ona görə də ağıl və vicdan sahibi insan bu həqiqəti dərk edib Allaha və Onun yaratdığı qədərə səmimi qəlbdən təslim olmalıdır.

Qədər Allahın sonsuz elminin və qüdrətinin təcəllisidir

İnsanın bütün həyatının film olduğunu düşünsək, bu filmi video kassetdən bir izləyici kimi seyr edərik və bu kassetdəki görüntülərə müdaxilə edə bilmərik. Uca Rəbbimiz də eynilə bu film kimi bizim bütün həyatımızı eyni anda görür və bilir. Bu filmin bütün təfərrüatını müəyyənləşdirib yaradan da Allahdır. Bizim eyni anda xətkeşin əvvəlini, ortasını və sonunu gördüyümüz kimi, Allah bizim bağlı olduğumuz zamanı başdan sonadək hamısını tək bir an olaraq yaratmışdır. İnsanlar yalnız vaxtı gələndə bu hadisələri müşahidə edib yaşayırlar. Bu, dünyadakı bütün insanların qədərləri üçün belədir. Bu günə qədər yaradılmış olan və bundan sonra yaradılacaq bütün insanların həm dünya, həm axirət həyatları bütün anları ilə Allah qatında hazırdır və yaşanmışdır. Allahın sonsuz “hifzində” milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, əşyaların, bitkilərin qədərində yazılmış hadisələr də qətiyyən azalmadan və itmədən mövcuddur. Qədər həqiqəti Allahın Hafiz sifətinin (Mühafizə edən, Qoruyan), sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindəndir.

Qədər deyildikdə heç bir fərq olmadan, böyük-kiçik bütün hadisələrin, davranışların və ya qərarların əvvəlcədən müəyyənləşdirilməsi başa düşülməlidir. Qədərinizdə çay içmək varsa, çay içəcəksiniz, keks yemək varsa, keks yeyəcəksiniz. Etdiyiniz seçim sizə bu barədə verilən bir hissdən qaynaqlanır. Ömür boyu bunun kimi saysız seçimlər edirsiz. Anadan olmağınız, keçirdiyiniz xəstəliklər, evliliyiniz və ya ölümünüz Allah qatında bəlli olduğu kimi, etdiyiniz seçimlərin hər biri Allahın istəyi ilə edəcəyiniz və etmədən əvvəl Onun qatında bilinən seçimlərdir.

Yalnış qədər inancına diqqət!

Burada yanlış qədər anlayışı nəzərdən qaçırılmamalıdır. Bəzi insanlar: “Onsuz da qədərimdə nə var, o olacaq, mənim bir şey etməyimə ehtiyac yoxdur”, - deyə yanlış bir qədər anlayışı irəli sürürlər. Yaşadıqlarımızın hamısının qədərimizdə bəlli olduğu doğrudur. Hələ biz o hadisəni yaşamamışdan əvvəl həmin hadisə Allah qatında yaşanıb və bütün məlumatları bütün təfsilatı ilə Allah qatındakı Lövhi-Məvhuz adlı kitabda yazılıdır. Amma Allah hər kəsə sanki hadisələri dəyişdirmə, öz qərarlarına, seçimlərinə görə davranma imkanı varmış kimi bir hiss verir. Məsələn, su içmək istəyən insan “qədərimdə varsa içəcəm” deyə oturub gözləməz. Bunun üçün qalxıb fincanı götürər və suyunu içər. Həqiqətən də, qədərində olan fincanda və qədərində olan qədər su içər. Amma bunları etdikdə öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar. Bu hissi ömrü boyu, bütün etdiyi işlərdə hiss edər. Allaha və Allahın onun üçün yaratdığı qədərə təslim olmuş kəs ilə bu həqiqəti qavramayan biri arasındakı fərq ondan ibarətdir ki, təslimiyyətli insan öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısının Allahın istəyi ilə etdiyini bilir. Digər insan isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini düşünərək yanılır.

Məsələn, xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan bunun qədərində olduğunu bildiyinə görə çox təvəkküllü davranır: “Allah bunu qədərimdə yaratdığına görə mütləq böyük bir xeyir var ” deyə düşünür. “Əgər qədərimdə sağalmaq varsa, sağalacam” deyib əlini qoynuna qoyaraq gözləmir. Əksinə, lazım olan hər şeyi edir; həkimə gedir, yeməyinə nəzarət edir, dərmanlarını qəbul edir. Amma getdiyi həkimin, həkimin yazdığı dərmanların, dərmanların ona təsirinin, sağalıb-sağalmayacağının, başqa sözlə, xəstəliyinin bütün təfərrüatının qədərində olduğunu unutmur. Bütün bunların Allahın hafizəsində hələ o, dünyaya gəlməmişdən əvvəl mövcud olduğunu bilir.

Böyük-kiçik hər bir hadisənin Allahın izni ilə reallaşdığı, kitabda yazılmış olduğu bir ayədə belə bildirilir:

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunus surəsi, 61)

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid Surəsi, 22)

Qədər deyildikdə heç bir fərq olmadan, böyük-kiçik bütün hadisələrin, davranışların və ya qərarların əvvəlcədən müəyyənləşdirilməsi başa düşülməlidir. Qədərinizdə çay içmək varsa, çay içəcəksiniz, keks yemək varsa, keks yeyəcəksiniz. Etdiyiniz seçim sizə bu barədə verilən bir hissdən qaynaqlanır. Ömür boyu bunun kimi saysız seçimlər edirsiz. Anadan olmağınız, keçirdiyiniz xəstəliklər, evliliyiniz və ya ölümünüz Allah qatında bəlli olduğu kimi, etdiyiniz seçimlərin hər biri Allahın istəyi ilə edəcəyiniz və etmədən əvvəl Onun qatında bilinən seçimlərdir. 

 

Mənbə:

http://www.vatanim.com.tr/root.vatan?exec=haberdetay&tarih=10.05.2006&Newsid=77482&Categoryid=30

2012-06-05 14:03:55 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr