Hz. Mehdi (ə.s) imanı, zadəganlığı, heybəti, təmkini, nəcib davranışları, gözəl əxlaqı, heç kimdən hədiyyə almaması, əksinə hədiyyəni paylayan olması, bütün insanlara İslamı heç bir ödəniş istəmədən təbliğ etməsi, etdiyi Qurani xidmətlərdən heç bir şəkildə qarşılıq gözləməməsi və hər rəftarıyla İslama faydalı olmasıyla tanınacaq. Müsəlmanlar, Peyğəmbərimiz (s.ə.v)-in onun haqqında bildirdiyi bu fəzilətlərini hər yerdə danışacaqlar və bu da hz. Mehdi (ə.s)-ın tanınmasında ayrı bir sübut meydana gətirəcək.
Əbul Carud deyər ki: İmam Məhəmməd Baqir əleyhissalama: "... İMAM (HZ. MEHDİ (Ə.S)) NƏ İLƏ TANINAR?" deyə soruşanda belə buyurdu: "HİDAYƏT VƏ HEYBƏTİ İLƏ VƏ ALİ MƏHƏMMƏDİN, ONUN (HZ. MEHDİ (ə.s)-IN) FƏZİLƏTLƏRİNİN TƏSDİQİ İLƏ."(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 284)
Həris ibn Muğayre-i Nasrı deyər ki: İmam Cəfəri Sadiq əleyhissalama, "İMAM (HZ. MEHDİ (Ə.S)) NƏ İLƏ TANINAR?" deyə soruşduqda belə buyurdu: HEYBƏT VƏ TƏMKİN İLƏ. BAŞQA NƏ İLƏ TANINAR? HƏMÇİNİN, HALAL VƏ HARAM İLƏ XALQIN ONA OLAN EHTİYACI İLƏ VƏ ONUN HEÇ KİMSƏYƏ MÖHTAC OLMAMASINDAN TANINAR... (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 283)