Ailə, ətraf mühit, həyat şərtləri kimi təsirlərdən yaranan bir çox KİŞİ XARAKTERLƏRİnə rast gəlmək mümkündür. Bunlardan bəzilərini belə sıralaya bilərik:
Əvvəlki məqalədə bəhs etdiyimiz kişi xarakterinin tam əksini yaşayan insanları isə cahil cəmiyyətdə "arvadağız kişi" adlandırırlar. Cahil cəmiyyətdə bu xarakterdəki insanlar öz haqqlarını qoruya bilməyəcək qədər çox passivdirlər. Bu insanlar "kişi dediyin..." və bunun kimi məsəllərə məhəl qoymurlar. Üstün olduqlarını iddia etmək yerinə, ümumiyyətlə qadınların, ya da başqalarının hakimiyyəti altında yaşamağı seçən bu insanlar cahil cəmiyyət tərəfindən hər zaman alçaldılırlar. Şəxsiyyətsiz, gücsüz və öz dediklərinə görə "ana uşağı" kimi tanınırlar.
Cahil cəmiyyətdə son illərdə tez-tez rast gəlinən digər xarakter də "maço"dur və bu insanlar "kişinin üstün olduğuna" və "qadının da zəif" olduğuna inanırlar. Qadının hər hansı bir əşya kimi kişinin malı olduğuna, buna görə də, istər yaxşı, istərsə də sərt davrana biləcəyini düşünürlər. Sərt və əsəbi hərəkətlərin, kobud davranışların və qısa müddətdə tərs xarakter göstərmələrinin özlərini daha cəlbedici göstərdiyini düşünürlər. Onsuz da, qadınların özlərinə bu xarakterdə bir həyat yoldaşı axtardıqlarından əmindirlər və buna görə də, bu rəftarları ilə çox cəlbedici olduqlarına inanırlar.
Cahil cəmiyyətin "axşamlar əylənən" adlandırdığı kişi xarakteri də vardır ki, bu insanlar həyatın ən mühüm əyləncəsinin xüsusi olaraq hazırlanan süfrələrdə içki içib, "sərxoş olmaq" olduğunu zənn edirlər. Özləri ilə eyni inancda olan digər yoldaş qrupları ilə birlikdə demək olar ki, hər "axşam" bu vərdişlərini təkrarlayırlar.
Səhərə qədər davam edən bu söhbətlərdə demək olar ki, heç bir faydalı və hikmətli mövzu danışılmır. Sərxoş olduqlarına görə saatlarla boş mövzulardan danışır, bir-birlərinə həyat dərsləri verirlər. Bəzən gecənin yarısında mübahisə etməyə başlayır və ətraflarındakı insanlar tərəfindən zorla sakitləşdirilirlər. Bu insanlar, adətən, gündəlik həyatlarında da axşamlar yaşadıqları bu sərxoş xarakterin bütün xüsusiyyətlərini əks etdirirlər.
Bu saydıqlarımız cahil cəmiyyətdə yaşanan KİŞİ XARAKTERLƏRİndən sadəcə bir neçəsidir. Təməli Quran əxlaqına uyğun olmadığı üçün cahil cəmiyyətdə yaşanan bütün bu xarakterlər səhv anlayış əmələ gətirir. Diqqətlə izlədikdə bu həyatı və xarakteri yaşayan insanların özlərinin də bundan məmnun olmadıqları açıq şəkildə görünür.