MEHDİ (Ə.S)-IN HÖKMRANLIĞI DÖVRÜNDƏ ZALIMLARIN VƏ TƏKƏBBÜRLÜLƏRİN HÖKMRANLIĞI, MÜNAFİQLƏRİN VƏ XAİNLƏRİN … NÜFUZU NABÜD OLACAQ (SONA ÇATACAQ)-DIR. (əl-Mehdiyy-il Məvud, c. 1, səh. 252)
Əli ibn Əbi Talibin (kərramallahu vəchəh) bildirdiyinə görə Rəsulullah (sallallahu əleyhi vəsəlləm) belə buyurmuşdur: "Mən ümmətimə görə bir mömin ya da müşrikdən qorxmuram. ÇÜNKİ MÖMİNİN İMANI (PİSLİYƏ) MANE OLAR.MÜŞRİKİ DƏ, KÜFRÜ DƏ RƏDD EDƏR. LAKİN ƏSL DİLBAZ MÜNAFİQDƏN NARAHATAM. ÇÜNKİ O, SİZİN XOŞUNUZA GƏLƏN ŞEYLƏRİ DEYƏR, AMMA XOŞUNUZA GƏLMƏYƏN İŞLƏRİ EDƏR." (Hədisi Tabərani, əl-Mucəmül-əvsat və əl-Mucəmus-sağir, Elm Kitabı, Münafiqin polemiki, səh. 512)
Əsbağ İbn Nəbatə deyər ki: Əmirəlmöminin Əli əleyhissalam belə buyurdu: "...BELƏ Kİ, SİZDƏN YALNIZ GÖZDƏKİ SÜRMƏ QƏDƏR VƏ YA YEMƏKDƏKİ DUZ QƏDƏR QALACAQDIR VƏ MƏN SİZƏ BİR NÜMUNƏ VERƏCƏYƏM: BİR NƏFƏRİN BİR MİQDAR BUĞDASI VARDIR. ONU TƏMİZLƏYƏR VƏ BİR EVƏ QOYAR, UZUN BİR MÜDDƏT SONRA GERİ DÖNDÜYÜNDƏ ONUN QURDLANDIĞINI GÖRƏR, ONU TƏKRAR AYIRD EDƏR VƏ TƏMİZLƏYƏR SONRA TƏKRAR EVİNƏ QOYAR. UZUN BİR MÜDDƏT SONRA DÖNDÜYÜNDƏ ONUN TƏKRAR QURDLANDIĞINI GÖRƏR. YENƏDƏ ONU AYIRD EDƏR VƏ TƏMİZLƏYƏR VƏ HƏMİŞƏ EYNİ İŞİ TƏKRARLAYAR. SONUNDA QURDLARIN HEÇ ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ MÖHKƏM BUĞDA QALAR. MƏHZ SİZ DƏ BELƏSİNİZ. SONUNDA İÇİNİZDƏ FİTNƏLƏRİN ƏSLA ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ BİR QRUP QALACAQDIR." (Eyni hədisi Əhməd İbn Muhəmməd İbn Səid də nəql edər.)
Əbu Basardan:
İmam Cəfəri Sadiq əleyhissalam " 'Günahkarlar çöhrələrindən tanınacaq' (Muhəmməd Surəsi, 30), ayəsi haqqında belə buyurdu: ALLAH ONLARI TANIYAR, LAKİN BU AYƏ QAİM (HZ. MEHDİ (Ə.S)) HAQQINDA NAZİL OLMUŞDUR. HZ. MEHDİ (Ə.S) ONLARI (MÜNAFİQLƏRİ) ÇÖHRƏLƏRİNDƏN TANIYACAQ VƏ SƏHABƏLƏRİ İLƏ BİRLİKDƏ ONLARI (MƏNƏVİ) DARMADAĞIN EDƏCƏKDİR." (Şeyx Muhəmməd b.İbrahimi Numani, Qaybəti Numani, səh. 283)
MÜNAFİQLƏRİN FİTNƏKAR VƏ QATI ÜRƏKLİ OLMASI
HEÇ BİR ŞEY SƏNİ ONA BEYƏT ETMƏKDƏN (ONUN TƏLƏBƏSİ OLMAQDAN, ONA TABE OLMAQDAN) SAXLAMASIN, SƏNƏ MANEƏ TÖRƏDƏNLƏR HƏR VAXT FİTNƏYƏ SIĞINANLARDIR. ƏGƏR DANIŞSALAR ŞƏR DANIŞARLAR, əgər susayarlarsa fasid və fasiqdirlər. (Şeyx Muhəmməd b. İbrahimi Numani, Qaybəti Numani, səh. 252)
HZ. MEHDİ (Ə.S), HZ. MEHDİ (Ə.S) CAMAATINDAKI MÜNAFİQLƏRİN DƏCCALIN ARXASINDAN GEDİŞİ
… MƏDİNƏ ŞƏHƏRİ SAKİNLƏRİYLƏ BİRLİKDƏ ÜÇ DƏFƏ TİTRƏYƏCƏKDİR, BUNDAN SONRA (MƏDİNƏDƏ OLAN) MÜNAFİQ KİŞİLƏR VƏ QADINLARDAN HEÇ KİM QALMAYIB HAMISI ONUN YANINA GEDƏCƏKLƏR VƏ BELƏCƏ DƏMİRÇİ KÖRÜYÜNÜN DƏMİRİN ÇİRKİNİ, PASINI ARADAN QALDIRIB ATDIĞI KİMİ MƏDİNƏ DƏ PİSLİYİ (YƏNİ XƏBİS İNSANLARI) ATACAQ VƏ O GÜNƏ QURTULUŞ GÜNÜ DEYİLƏCƏKDİR. (İbni Macə Cild 10, səh. 331-335)
MÜNAFİQLƏRİN GETMƏSİNDƏN SONRA HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU
Süleyman İbn Bilal deyib ki: İmam Cəfəri Sadiq əleyhissalam atasından, o da babasından nəql edib ki, Hz. Hüseyn əleyhissalam belə buyurdu: Bir gün bir nəfər əmirəlmöminin Əli əleyhissalamın yanına gələrək: "Ey əmirəlmöminin! Bizə bu Mehdinizdən bəhs edərsənmi? -deyə ifadə etdikdə belə buyurdu: " MÖMİNLƏR AZALDIQDA VƏ FİTNƏKARLAR GETDİKDƏ BAX ORADA (YƏNİ UZAQ BİR YERDƏ ZÜHUR EDƏCƏK.)" (Şeyx Muhəmməd b.İbrahimi Numani, Qaybəti Numani Səh. 250)
HZ. MEHDİ (Ə.S) VƏ CAMAATI AYRILIB GEDƏNLƏRƏ GÖRƏ TƏSİRLƏNMƏYƏCƏK, MƏYUS OLMAYACAQLAR
Hz. Müaviyə (r.ə) –dan rəvayət edilmişdir: "ÜMMƏTİMDƏN BİR TAYFA HƏR KƏSİN ÜZƏRİNƏ HAKİM OLMADIQCA QİYAMƏT QOPMAZ. ONLAR ÖZLƏRİNİ TƏRK EDƏNLƏRƏ GÖRƏ KƏDƏRLƏNMƏZ VƏ ÖZLƏRİNƏ KÖMƏK EDƏNƏ DƏ MƏMNUN OLMAZLAR.
(Ramuz əl-hədis, 476 (İbni Macə)) Hz. Cabir (r.ə)-dən rəvayət edilmişdir: BU İŞ ONDAN AYRILANLARA BAXMAYARAQ MÜZƏFFƏR OLARAQ DAVAM EDƏCƏKDİR. MÜXALİFLƏRİN VƏ AYRILANLARIN ONA ZƏRƏRİ OLMAZ. (Ramuz əl-hədis 487) Səvban (r.ə)-dan rəvayət edilmişdir; Rəsulullah (s.ə.v) buyurdu ki: ÜMMƏTİMDƏN BİR CAMAAT, ALLAHIN ƏMRİ REALLAŞANA QƏDƏR BATİLƏ QƏLƏBƏ ÇALARAQ HAQQ ÜZRƏ DAVAM EDƏCƏK VƏ ONLARI KÖMƏKÇİSİZ BURAXANLAR ONLARA ZƏRƏR VERƏ BİLMƏYƏCƏKLƏRDİR. (Sünəni Tirmizi, 4/91)
HZ. MEHDİ (Ə.S) CAMAATININ MÜNAFİQLƏRDƏN ARALANIB TƏMİZLƏNMƏSİ
Abdullah İbn Öməri Yeməni, nəql edər ki, imam Məhəmməd Baqir əleyhissalam belə buyurdu: "GÖZDƏKİ SÜRMƏNİN TƏMİZLƏNDİYİ KİMİ TƏMİZLƏNƏCƏKSİNİZ ... Və gözün sahibi, sürməni gözünə nə vaxt çəkəcəyini bilər amma nə vaxt sürməni siləcəyini bilməz. BAX EYNİ ŞƏKİLDƏ SƏHƏR BİZİM ŞƏRİƏTİMİZƏ VƏ ƏMRİMİZƏ UYAN AXŞAMÜSTÜ İSƏ ONDAN AYRILIB ÇIXACAQDIR. AXŞAM BİZİM ŞƏRİƏTİMİZƏ VƏ ƏMRİMİZƏ UYAN SƏHƏR ONDAN ÇIXACAQDIR. Səh. 241 (Qaybəti Numani)
1. "... TƏMİZLƏNƏCƏKSİNİZ, EYNİLƏ QIZILIN SEÇİLDİYİ KİMİ VƏ EYNİLƏ QIZIL KİMİ AYIRD EDİLİB SAF OLACAQSINIZ." (Şeyx Muhəmməd b.İbrahimi Numani, Qaybəti Numani səh. 236)