Allahın yaratdıqlarından ən çox sevmədiyi iki adam: Birisi dəlalətə düşmüş, doğru yolda getməkdən imtina etmiş, həqiqi yoldan azmış, başıboş bir hala gəlmişdir. Sonradan uydurulan şeyləri tərifləyər, onlarla əylənər, xalqını da azğınlığa sürükləyib yoldan çıxarar. Özünə uyub azanlar üçün bir fitnədir, özündən əvvəlkilərin yolundan azmışdır. Yaşayarkən də, ölümündən sonra da özünə uyanları azdırar. Həm başqalarının günahlarını, həm də öz günahlarını daşıyır. O birisi də, məlumatsızlığı, cahilliyi nəfsində yığmış kəsdir ki, məlumatsızların, cahillərin yollarını azdırar. Uzlaşdırmada kordur, haqqı görmür. Tanımayanlar ona mütəfəkkir (düşünən) adını qoyarlar. Halbuki, məlumatdan xəbəri belə yoxdur. Gecəni səhərə qədər oyaq qalıb xeyri az olan şeyləri toplamışdır. Sonunda murdar, iylənmiş suyla qarınını şişirər, dəyərsiz şeyləri yığar və yığdıqlarını xəzinə zənn edər. İnsanların arasında, özündən başqalarını şübhəli şeylərdən qurtarmağı vəzifəsi bilərək hökm verməyə çalışar. Barəsində bilmədiyi şeylər haqqında soruşulduqda axmaq sözlər deməyə başlayar. Özü şübhə içində ola-ola qəti hökm verər və düşdüyü hal, hörümçək toruna düşmüş ağcaqanada bənzəyər. Verdiyi hökmün doğru və ya səhv olduğunu özü də bilməz. Doğru hökm veribsə, səhv olmasın deyə qorxar, səhv hökm veribsə, doğru olmasını ümid edər.
Məlumatsızdır, məlumatsızlıq zülmətində səndələyərək yeriyib gedər. Heç bir məlumata diş vurmayıb (maraqlanmayıb), dişi heç bir məlumat tikəsini kəsməyib.. Küləyin düzənlikdəki quru otları sovurduğu kimi, məlumatsızlıq üzündən uydurduğu rəvayətləri sovurub aparar. And olsun Allaha ki, özünə soruşulan şeylərdə hökm verməyə gücü olmadığı kimi özüylə məsləhətləşilən işə də bələd deyil. İnkar etdiyi şeyi başqasının da bilməyib inkar etdiyini sanar, özünün tapdığı yoldan başqa bir yol olmadığına, başqalarının ayrı bir rəy sahibi ola bilməyəcəyinə inanar. Özünə qaranlıq görünən bir şeyi, yaxud bilmədiyi bir şeyi kiminsə bilməsini istəməz. Onun hökmündəki əzab-əziyyət üzündən tökülən qanlar, fəryad edər, qan ağlayar. Miraslar haqsızlığından şikayətlənər, inləyər. Məlumatsız (bilgisiz) yaşayanlardan, azğınlıqda ölənlərdən Allaha şikayət edirəm. Haqqıyla oxunduğu təqdirdə onların qatında kitabdan daha dəyərsiz bir əmtəə yoxdur, amma sözləri, söylədiyi yerlərdən alınar, mənası dəyişdirilsə, satışda onlarla daha ucuz qazanc gətirən, dəyərdə daha üstün olan bir əmtəə yoxdur. Onlarla yaxşılıqdan daha pis bir şey ola bilməz, pislikdən də daha yaxşı bir şey ola bilməz.. (Nəhcül Bəlağa, 4-cü hissə)