Cahil qadınların xoşladıqları xüsusiyyətlərdən biri də Quran əxlaqına tamamilə zidd olan duyğusallıqdır. Duyğusallığın həyatlarına rəngarənglik qatacağına inanırlar. Cahil cəmiyyətin qadından gözlədiyi xarakter də budur. Onların düşüncəsinə görə qadın hər zaman sığınan, qorunulan və gücsüz mövqedə olmalıdır.
Evdar qadınlar bu təlqinlərin də təsiri nəticəsində çətin anlarda duyğusallığa qapılmaqdan heç çəkinmirlər. Bunu zəiflik olaraq görmürlər, əksinə bununla özlərinə şəfqət duyulacağını və maraq göstəriləcəyini düşünərək duyğusallığa daha çox meyil edirlər. Hətta bu tərz duyğusallığa cəmiyyət tərəfindən də təşviq olunurlar. Cahiliyyə sistemində duyğusal insana həqiqətən də rəğbət göstərilir və beləcə bu rəftarı tətbiq edən insan istədiyi nəticəyə çatmış olur.
Bununla yanaşı, cahil qadınlarda daha şiddətli duyğusallıq növü də vardır ki, bu mənfəət əldə etmə məqsədinə görə insanın bütün xarakterinə hakim olmuşdur. Yaşadığı hüzursuz mühitdən və Allah’a, qədərə təslim olmamasından qaynaqlanan bu duyğusallıq növü qadının bütün həyatına əks olunur. Beləliklə, duyğusal fikirlərinə görə əsla sağlam düşünə bilmir, doğru qərarlar qəbul etmir və məntiqli hərəkət edə bilmirlər. Hadisələrin həmişə mənfi tərəflərini görür, həmişə əzildiklərini düşünür, hətta bu mövzuya aid duyğusal ssenarilər quraraq bu ruh halına daha çox meyil edirlər . Evliliklə bağlı xəyallarının gözlədiyi kimi reallaşmaması, ilk günlərdəki həyəcanlarını, sevgilərini və hörmətlərini itirdiklərini görmənin verdiyi xəyal qırıqlığı onları bu ruh halına yönəldir. Bunu içlərində saxlaya bilmirlər və tez-tez gözləri dolur, kədərlənir və bədbəxt görünürlər. Məsələn, diqqətlə hazırladıqları yeməklərin təriflənməməsi, yeni alınan paltarın hiss olunmaması, ya da istəklərinin yerinə yetirilməməsi dərhal duyğusallıq etmələrinə səbəb olur. Səhvən deyilən bir söz və ya zarafat, hətta çox vaxt bir söz belə ağıllarında qalır və bu, onların duyğusallaşmalarına kifayət edir. Gün ərzində bu hadisəni unuda bilmirlər və zehinlərində tez-tez bu mövzunu fərqli tərzlərdə canlandırırlar. Halbuki, ortada heç bir şey yoxdur və bəlkə də qarşı tərəf istifadə etdiyi bu sözün fərqində belə deyil. Amma duyğusallığı şəxsiyyətinin bir parçası olaraq mənimsəmiş cahil qadınların mühakiməsi bunu görə bilməyəcək dərəcədə zəifdir.
Bunun nəticəsində cahil qadınların həyatlarına hakim olan xüsusiyyətlərdən biri də ağlamaqdır. Evdə baş verən hər hadisə onlar üçün kədərlənməyə və ağlamağa səbəb olur. Ailəni dolandıra bilməmək, uşaqların böyüdülməsi zamanı qarşıya çıxan çətinliklər, duyğusal seriallar və bunlara bənzər bir çox səbəblər bu əxlaqın yaşanmasına səbəb olur. Xüsusilə də uşaqları böyüdükcə, həyat yoldaşları tərəfindən ikinci plana atıldıqları təəssüratına qapılırlar və hər dəfə ilk olaraq uşaqlarını düşünmələrinə bir tərəfdən sevinir, bir tərəfdən də kədərlənərək duyğusallıq edirlər. Hətta bu xarakterdəki insanlar o qədər duyğusallaşırlar ki, olduqları mühit sıxıcı olmasa belə ağlayacaq, kədərlənəcək mövzu tapa bilirlər. Məsələn, televizorda baxdıqları serialda roluna uyğun davranaraq ölən bir insanın arxasından saatlarca ağlaya bilir və ya 10 il əvvəl dostları ilə dinlədikləri musiqini eşitdikdə birdən-birə kövrəlirlər. Buna bənzər çoxlu nümunələr göstərmək olar.
Cahil qadınların yaşadıqları bu əxlaq çox qısa müddət ərzində həm ruhi, həm də fiziki cəhətdən məhv olmalarına səbəb olur. Əlbəttə ki, bu, Quran əxlaqını yaşamaq əvəzinə cahil cəmiyyətin həyat tərzini seçdiklərinə görə Alllah’ın onlara bu dünyada verdiyi qarşılıqdır. Allah Quranda insanların ancaq Özünü andıqları, Ona təslim olduqları, axirətə hazırlaşdıqları müddət ərzində dünyada gözəl həyat yaşaya biləcəklərini və qəlbən hüzur və rahatlıq tapacaqlarını xəbər vermişdir. Ancaq burada təsvir etdiyimiz insanlar özlərini yaradan sonsuz güc sahibi Allah’ı unutduqları üçün böyük çətinliklə qarşılaşırlar. Dünyada yaşadıqları müddətcə tez-tez kədərlənib ağlayacaq mövzular tapa bilən bu insanlar unutmamalıdırlar ki, Allah’ın insanlar üçün yaratdığı bütün nemətlər qarşılığında Allah’a nankorluq etdikləri üçün axirətdə də sonsuza qədər ümidsizlik və məyusluq içində yaşaya bilərlər.