Şərqdən başları keçəl qövmlər çıxacaq. Dilləri ilə Quran oxuyacaqlar, (lakin) boğazlarından aşağı keçməyəcək. Onlar dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. (Râmûz-ul Ehâdîs, Hədis №: 6294) |
Peyğəmbərimiz (s.ə.v.) axırzamanda Quranı çox yaxşı bilən, başları keçəl bəzi insanların ortaya çıxacağını xəbər vermişdir. Ancaq bu insanlar izah və açıqlamaları ilə dini müdafiə edən kimi görünsələr də, danışıqları, açıqlamaları, dinə əlavə etdikləri bidət və yanlış din anlayışları ilə oxun yaydan çıxması kimi İslam dinindən uzaqlaşacaqlar. Bu anlayışları ilə Qurana və səmimi müsəlmanlara qarşı mücadilə edəcəklər.