Din əxlaqından uzaq yaşayan mühitlərdə fərqli bir din anlayışı mövcuddur. Belə bir mühitdə yaşayıb böyüyən insanlar dini sadəcə eşitdiklərinə əsasən qavrayır, səhv məlumatlarla öyrənirlər. Allahı və Allahın əmr etdiyi gözəl əxlaqı tanımırlar. Bu səbəbdən də hər kəsin din adına fərqli fikirləri, qaydaları və bir-biri ilə uyğun olmayan yanlışları olur. Əslində həqiqi dinin öyrənilə biləcəyi mənbə Quran və Peyğəmbərimizin (səv) sünnətidir. Quran, bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.
Quran hər kəsin başa düşə biləcəyi bir üsluba və bərabəri olmayan bir hikmətə sahibdir. Ancaq buna baxmayaraq, Allaha və dinə qarşı qeyri-səmimi, hətta düşmənçilik bəsləyən bəzi insanlar öz yanlış məntiq düşüncələri ilə əlaqədar olaraq ayələri dəyişdirirlər. Kimiləri də dini qəsdən çətin göstərmək üçün bir çox batil inanc, xurafat yaradırlar. Quranı bilən və Peyğəmbərimizin (səv) həyatını tanıyan imanlı insanlar isə bunların bir xurafat olduğunu başa düşür və etibar etmirlər. Ancaq Allahı və Quranı tanımayanlar cahillikləri ucbatından bu xurafatların təsirində qalır, təməli Qurana söykənməyən bu batil dini gerçək din zənn edib təsirinə düşürlər. Quranı və hədisləri oxumadıqları üçün də Allahın seçib bəyəndiyi dinin gözəlliklərini görmürlər.
Bu xətalı yolu izləyən insanların çoxu, Allahın bütün insanlara bir hidayət rəhbəri olaraq endirdiyi Quranda yazılanlarla maraqlanmırlar. Dinlə əlaqəli maraqlı mövzuları öyrənmək istədikdə, Quran xaricində bir çox yanlış mənbəyə baxırlar, Quranı oxumurlar. Bu vəziyyət Quranda, “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək”( Furqan Surəsi - 30) ayəsində ifadə edilir. Əslində dinin mənbəyi olan Quran ayələri və Quranda əmr edilənləri ən gözəl şəkildə yerinə yetirən Peyğəmbərimizin (səv) sünnəsi, yəni sözləri, hərəkətləri yerinə yetirilməlidir. Allah Quranı, insanların oxuyub başa düşmələri, içində yazılanları öyrənmələri, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri üçün göndərmişdir. Allahın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq ...” (Ənam surəsi, 38) ayəsi ilə də bildirildiyi kimi, Quran ən hikmətli şəkildə açıqlanmışdır. Allah, “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə də bizlərə bu həqiqəti bildirir.
Bu kitab, Quranın Allahın sözü və insanlara bir hidayət rəhbəri olduğunu, bütün dünyadakı hər insana xitab etdiyini, hökmlərinin endirildiyi zamandan indiyə qədər bütün dövrləri əhatə etdiyini, hər insanın müraciət etməsi lazım olan ən vacib mənbə olduğunu bildirmək məqsədi ilə hazırlanmışdır.
İslam dininin doğru anlaşılması və Quran ayələrinin lazımınca qavranılması, insanların doğru yolu tapmaları üçün zəruridir. Bu mövzunun bütün insanlara çatdırılması isə ağıl və vicdan sahibi hər müsəlmanın ən vacib vəzifələrindən biridir.
Qurani-Kərim haqq kitabdır.
Adnan Oktar : Allah üç din yaradıb: Musəviyyat, İsəviyyat və muhammədiyyat. Muhammədi dini, yəni islam dini haqq dindir. İmtahanın bu da bir şərtidir. İncil, yəni səmimi olaraq deyirəm, baxan kimi təhrif olunduğu başa düşülür. Bir dəfə təslis inancı olması, yəni bir insana Allah deyilməsi çox böyük bir zülmdür. Xristianlara qarşı çox böyük bir zülm və çox böyük oyun oynamış.
Müxbir: Hocam kitablar dəyişdirilib?
Adnan Oktar: Çox dəyişdirmişlər. Yəni, onsuz da inkar etmirlər. “ Doğru” deyirlər inşaAllah. Amma haqq olan hissələr var, təbii ki, onlar pozulmamış olaraq qalmışdır. Qalanları biz onsuz kitab halına gətirmişik. Yəni Quranla uyğun olan hissələri. Quran tam bir həqiqətdir. İndi burada bu qədər uzadılacaq bir tərəfi yoxdur. Bu çox büyük bir nemətdir, Allaha çox şükür. Məsələn, bax axirəti biz bilməyəcəkdik və təfsilatlarını bilməyəcəkdik. Tövrata görə bilməyəcəkdik, İncildə də çox az var axirətin təfsilatları. Çox az. Çox tam izahlar var. Quran son dərəcə düzgündür. Allah Quranda çox gözəl bildirmiş. Belə ki, Allahın varlığı və Quran çox açıqdır, yəni insanların mübahisəyə girəcəyi kimi deyil.
( Adnan Oktarın 13 Mart 2010 tarixli www.HarunYahya.TV reportajından)