Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (12 dekabr 2011, 22:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Ənam surəsi, 144-145- "heç bir məlumata əsaslanmadan", ey xurafatçılar, diqqətlə dinləyin, "heç bir məlumata əsaslanmadan". Quran ayəsi varmı? Yox, "insanları azdırmaq üçün, Allaha qarşı yalan uydurub böhtan atandan daha zalım kimdir?" Hökm çıxardırsınız, dayanmadan hökm çıxardırsınız.
Peyğəmbərimiz (s.ə.v)-ə: "De" deyir, xurafatçılara cavab olaraq, "mənə vəhy olunanlar arasında", yəni Quran ayələri arasında, "yeyən bir kimsənin yeyəcəyi (şeylər) üçün, ölü əti, tökülən qan, donuz əti (belə ki, bu həqiqətən murdardır) və ya Allahdan başqası adına kəsilmiş günahdan başqa, haram edilmiş bir şey tapa bilmirəm". Başqa yoxdur deyir. Siz nə deyirsiniz? Bol-bol var deyirsiniz, Allah "yoxdur" deyir, siz "vardır" deyirsiniz. Biz Allaha inanırıq, sizə mi inanacağıq?