Terror təşkilatları şiddəti, zorakılığı, döyüş və qarşıdurmanı müqəddəs anlayışlar kimi qəbul edirlər. Quran əxlaqını yaşayanlar isə həyatlarında sülhü, sevgini və xoşməramı əsas götürərlər. Çünki Allah möminlərdən gözəl əxlaqlı olmalarını istəyir. Hər Müsəlman özünə pislik edildiyində belə, buna yaxşılıqla cavab verməyə məsuldur.
Terrorizm 20-ci əsrdə dünyaya zülm, acı, gözyaşı gətirmişdir və 21-ci əsrdə də təsirlərini artıraraq davam etdirir. Dünyanın bir çox yerində terror hərəkatlarına qarşı alınan bütün tədbirlər öz nəticəsini verməyib, güclü dövlətlər belə terror qarşısına aciz qalıblar.
Din əxlaqından tamamilə uzaq böyüdülmüş, özünü və digər insanları bir az inkişaf etmiş heyvan növləri kimi görən, həddindən artıq məsuliyyətsiz, başıboş və təcavüzkar insanları yola gətirmək, onlara hakim olmaq, onların tamamilə qarşısını almaq qeyri-mümkündür. Bu gün bir çox ölkədə hələ də davam edən bu təcavüzkarlığın və zülmün qarşısını almağın tək yolu insanlara İslam dininin gətirdiyi gözəl əxlaqı başa salmaqdır.
Terrorizm sülhün, dostluğun, qardaşlığın, uzlaşmanın və xoşməramın qarşısını alan qaranlıq fikir və ideologiyaların bir tətbiqidir. İslam dininin əsasını isə bu gözəl əxlaq xüsusiyyətləri təşkil edir. Bu səbəbdən, terrorizm İslam dini ilə tam olaraq ziddiyyət təşkil edən bir üsuldur.
Terror kommunizm, faşizm, irqçilik kimi ideologiyaların tez-tez tətbiq edildiyi bir vəhşilik sistemidir. Təxribatçılığı əsas götürərək güc yolu ilə mövcud nizamı yıxamağı, yerinə öz ideologiyasına uyğun yeni bir rəhbərlik sistemi təsis etməyi hədəfləyər. Terrorun ən diqqətə çarpan xüsusiyyəti isə şiddətə olan meylidir. Terror təşkilatları şiddəti, zorakılığı, döyüş və qarşıdurmanı sanki müqəddəs anlayışlar kimi qəbul edərlər.
Qurana uyğun həyat yaşayan insanın belə hərəkət etməsi isə əsla mümkün deyil. Allah möminlərdən gözəl əxlaqlı olmalarını istəyir. Quranda bu əxlaqın necə olacağı da təsvir edilir. Məsələn, Müsəlman özünə pislik edildiyində belə yaxşılıqla cavab verməyə məsuliyyətlidir. Bu mövzudakı ayələrdən birində Allah belə buyurur:
“Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et. O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.” (Fussilət Surəsi, 34)
Yuxarıdakı ayədə bildirildiyi kimi hərəkət edən bir insanın terrorizmin məntiq və üsullarına rəğbət bəsləməsi, bu qanlı ideologiyaya ən kiçik bir meyl göstərməsi belə, əlbəttə, mümkün deyildir.
Hisslərinə qapılaraq göstərilən bu şiddət Quranın əmrlərinə tamamilə zidddir. Quranda Müsəlmanlar hirsləndikləri zaman bunu məğlub edən, ağılllı, şüurlu və mülayim insanlar olaraq təsvir edilir. Qarşılaşdıqları heç bir hadisə onların hiddətlənmələrinə və təcavüzkarlaşmalarına səbəb ola bilməz:
“O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Al-i İmran Surəsi, 134)
Terrorizmə istiqamət verən başqa bir xüsusiyyət də kütlə psixologiyasıdır. Dünyanın bir çox ölkəsində terror qrupları içində iştirak edən bir çox ağılsız və cahil insanlar nəyi nə üçün etdiyini belə bilmədən kütlənin və alovlu şüarların təsiri ilə hisslərinə qapılar, sürü psixologiyası içində öz iradəsi ilə etməyəcəyi kütlə cinayətlərinində iştirak edər. Tanımadığı bir insana səbəbsiz yerə hücum edə bilər, insanları kütləvi şəkildə qətl edə bilər, hətta özünü belə ölümə atmaqdan çəkinməz... Terrorda iştirak edənlərin əksəriyyətinin iradə və vicdanları zəif olduğu üçün kütlə psixologiyasında özlərini itirib “sürü” halına gələ bilərlər.
Anarxiya, terror, təbiət etibarı ilə, din əxlaqının gətirdiyi sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, yardımlaşma, qənaətkarlıq kimi əxlaqi dəyərlərə tamamilə zidd bir quruluş irəli sürür. İlahi dinlər tərəfindən lənətlənmiş olan “ zalimlik” anlayışı anarxiyanın əsasında vardır və bu zalimlik, terror qrupları tərəfindən müntəzəm olaraq təriflənilir, qanuni göstərilir və təşviq edilir.
Həqiqət budur ki, bütün dünyada yaşanan daxili çatışmalardan, şiddəti gün keçdikcə artan qanlı terror hadisələrindən insanlıq olaraq xilas olmaq lazımdır. (Harun Yahya: Həll Yolu Quran Əxlaqıdır)
"Terror" anlayışının gündəlik dildə istifadə edilən mənasından daha geniş istifadə dairəsi var. Hal-hazırda Türk dilində terror anlayışı radikal ideoloji qruplar tərəfindən həyata keçirilən silahlı mübarizə mənasını ifadə edir. Halbuki, terror anlayışını ümumi mənada götürsək, “uzunmüddətli qorxu və dəhşətli vəziyyət” deməkdir. Terror güclü və sistematik bir qorxunu və bu qorxuya səbəb ola biləcək hər cür şiddət hərəkətlərini özündə ehtiva edir. Ancaq hər iki vəziyyətdə terrorun əsas hədəf aldığı bilvasitə ya da birbaşa xalqın özüdür.
Terror təşkilatları dəstəklədikləri ideologiyaya bağlı olaraq haqsızlıq və zülm etdiyini düşündükləri rəhbərliyi və idarəçiləri aradan qaldırmağı, beləcə daha xoşbəxt və ədalətli bir həyat tərzini yaratmağı qarşılarına məqsəd qoyarlar. Halbuki, bu heç də doğru bir yanaşma deyil. Allah, Bəqərə Surəsinin ilk ayələrində bu cür anlayışa sahib olanlar üçün belə buyurur:
“Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma (bunu) başa düşmürlər.” (Bəqərə Surəsi, 11-12)
Terrorun istifadə etdiyi əsas vasitələr və üsullar inkişaf edən və dəyişən dünya şərtləri ilə birlikdə daha da dəyişir. Xüsusilə, inkişaf edən texnologiyanın əldə etdiyi yeni imkan və qabiliyyətləri ilə təsirini və gücünü hər keçən gün artırır.
Terror qrupları hərəkat taktikaları və həyata keçirtdikləri gizli fəaliyyətlərinə uyğun olaraq hədəf seçkilərində və göstərdikləri terror təşəbbüslərində sərhəd tanımırlar. İstifadə etdikləri üsulların müxtəliflikləri səbəbilə, terror hərəkatlarının zamanından əvvəl xəbər alınaraq qarşısı alınması və ya terrorçuların tutulması çətinləşir və bu da terrorun mənfi təsirlərini artırır.
Bundan başqa, terroristlər hərəkatlarında heç bir əxlaqi və ya insani dəyərlərə hörmət etmədiklərinə görə, zalımcasına və mərhəmətsizcəsinə öz hədəflərinə yönəlirlər.
Bu məqamda terrorun iki fərqli strategiyası, ya da hərəkat taktikası ortaya çıxır: Birincisi, təhlükəli gördükləri müxaliflərin ortadan qaldırılması ya da susdurulmasıdır. İkincisi isə, cəmiyyət üzərində təsir meydana gətirəcəyi düşünülən hədəflərə edilən hücumlarla, cəmiyyəti istənən şəkildə istiqamətləndirməkdir. Yəni təxribat...
Bu səbəblə, bəzən əhəmiyyətli bir ictimai şəxs öldürülər, bəzən də təsadüfi toplu cinayətlər işlənər. Burada tək məqsəd, insan öldürmək deyil; öldürülən insanlardan istifadə edərək cəmiyyətin düşüncəsini dəyişdirməkdir.
Bir sözlə, terror, terror təşkilatları tərəfindən vəhşi bir üsul olaraq dünyanın dörd bir tərəfində tətbiq olunur. Məqsədlər fərqlidir, amma istifadə edilən üsullar ortaqdır.
Bu gün dünyanın hər yerində vicdan sahibi insanların lənətlədiyi terror bəlası, İslam dininin gətirdiyi gözəl əxlaqın, sülhün, uzlaşmanın, sevgi və şəfqətin gözəlliklərlə, Allahın izni ilə, tarixin dərinliklərinə qərq olacaqdır.
Anarxiyanın bir digər xüsusiyyəti də, sözdə adlandırdıqları “müqəddəs” hədəf uğrunda minlərcə günahsız insanları göz qırpmadan fəda etməsi və bunu bir qəhrəmanlıq olaraq görməsidir. "Hədəflər vasitələrə bəraət qazandırar" məntiqi ilə düşünən anarxistlər hər cür terror hadisələrini rahatlıqla reallaşdıra bilərlər.
Allah isə Quranda insanlara haqsız yerə hücüm etməyin, günahsız insanları öldürməyin böyük günah olduğunu bildirir. Allah bir ayəsində belə xəbər verir: “...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...” (Maidə Surəsi, 32)
Tək bir insanın öldürülməsi bütün insanların öldürülməsi hesab olunursa, törədilən cinayətlərin, qətillərin və gündəmdəki adı ilə “intahar hücumları” nın nə qədər böyük günah olduğu açıqdır.
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura Surəsi, 42)
Terroristlər əxlaqi və insani dəyərlərini itirmiş, zalım və qəddar bir cəmiyyət qurmağı planlayır. Terroristlərin təzyiq etmək üçün istifadə etdiyi qruplar ən cuzi qığılcımda belə partlamağa hazır hala gələr və bunun ardınca dərhal dava-dalaş başlatarlar.
Hz. Məhəmməd (s.ə.v.) ictimai asayiş və dincliyi təmin etmişdir
Peyğəmbər Əfəndimiz Məkkədən Mədinəyə hicrət etdikdən sonra, çox fərqli insan qurupları ilə rastlaşmışdır. O dövrdə Mədinədə üstün nüfuza sahib olan Yəhudilər, müxtəlif Xristian birlikləri və o günə qədər İslamı qəbul etməmiş, köhnə dini inanclarını davam etdirən müşriklər bir yerdə yaşayırdılar. Hz. Məhəmməd belə bir mühitdə, ictimai birliyi və barışı təmin etmək məqsədilə Mədinədəki kosmopolit quruluşu müxtəlif ictimai müqavilələrlə qaynaşdırmış, yüzdən çox birlik ilə bəzən məktubla, bəzən də şəxsən özü danışaraq müxtəlif razılaşmalar əldə etmiş, onlarla sülh müqavilələri bağlamışdı. (T. W. Arnold, İngilis missioner araşdırmaçı) Peyğəmbərimizin qurduğu bu ictimai birliyin əhəmiyyətini belə ifadə edir:
"Əvvəllər tək bir qayda-qanuna qətiliklə tabe olmayan Ərəbistan, birdən-birə siyasi birlik halına gəldi və o başçıya özünü təslim etdi. Yüz nəfərlik kiçik ictimai qrupdan meydana gələn və davamlı olaraq bir-birlərilə qarşılıqlı düşmənçilik edən kiçik-böyük nə qədər qəbilələr vardısa, Hz. Məhəmməd onları birlik halına gətirdi."
Bundan əlavə, Peyğəmbər Əfəndimiz daha əvvəl Müsəlmanlara zülm edən müşrikləri Məkkəni fəth etdikdən sonra da sərbəst buraxmış, onlara böyük bir xoşməramla yanaşmışdır. Əvvəllər Ərəb cəmiyyətində Hz. Məhəmmədin göstərdiyi bu üstün əxlaqın bənzərinə heç rast gəlinməmiş bir vəziyyət idi və insanlar arasında təqdirlə qarşılanmışdı.
Peyğəmbər Əfəndimizdən gözəl əxlaq nümunələri
Yaşadığı dövrdə digər ölkələrdə də əsl ədalətin tətbiq olunması mövzusunda Hz. Məhəmməd bütün Müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz hökm etdiyi hər ölkənin yerli xalqlarına qarşı Quranda bildirilən xoşməramı və ədaləti tətbiq etmiş, onlarla hər iki tərəfin də məmnun qalacağı və ən kiçik narazıçılığa belə yol vermədiyi müqavilələr bağlamışdır. Buna görə də, hansı dinə və irqə mənsub olursa olsun, hər ölkənin xalqı İslamın gətirdiyi barış, xoşməram və ədalətdən hər zaman məmnun qalmışdır. Hz. Məhəmməd və yanındakı səhabələr “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.” (Ə'raf Surəsi, 181) ayəsində göstərildiyi kimi, insanlar arasında ədaləti təmin edən bir ümmət olmuşlar.
Ərəb Yarımadasının Cənub qisimindəki Xristian Necran Xalqı ilə bağlanılan müqavilə də Peyğəmbər Əfəndimizin xoşməram və ədalətinin ən gözəl nümunələrindən biridir. Bağlanılan müqavilənin maddələrindən biri belədir:
"Necranlıların və maiyetindəkilərin canları, malları, dinləri, varları və yoxları, ailələri, kilsələri və sahib olduları hər şey Allahın və Allahın peyğəmbərinin himayəsi altına alınacaq."
Peyğəmbərimiz bu və buna bənzər müqavilələrlə İslamın gətirdiyi gözəl əxlaqın cəmiyyət içində təcəlli etməsinə və kitab əhlinin də Müsəlmanlarla birlikdə hüzur və barış dolu bir həyat davam etdirməsinə vəsilə olmuşdur.