QURANDA DİQQƏT ÇƏKƏN RƏQƏMLƏR
ucgen

QURANDA DİQQƏT ÇƏKƏN RƏQƏMLƏR

1365

Bir-biri ilə əlaqəli olan surələrdə müxtəlif hesablamalar nəticəsində alınmış rəqəmlərin eyniliyi diqqətçəkicidir. Bu araşdırmada surələrdəki heca və hərf miqdarı, hərf növləri, əbcəd hesabları kimi müxtəlif yönlərdən hesablamalar barədə məlumat verilir və ortaya çıxan rəqəmlərdəki heyrətamiz bənzərlik nümayiş etdirilir.[1] Bu hissədəki hesabların əlavə şərhə ehtiyacı yoxdur, eyni üsullarla bu hesablamaları aparan hər kəs eyni nəticəni alacaq.


Qurani-Kərim mənaca hikmət və elmi üstünlüyü ilə yanaşı, riyazi baxımdan  da zəngin və heyrətamiz nizamdan ibarətdir. Nəbə surəsinin 29-cu ayəsində Rəbbimiz "Biz hər bir şeyi hesablayıb yazmışıq" deyə buyurur. Cin surəsinin 28-ci ayəsində isə "... (Allah) hər şeyi ayrı-ayrılıqda hesaba alır" buyrulmuşdur. Qurani-Kərimlə əlaqədar əldə edilmiş möcüzəvi riyazi nizam, eyni zamanda, Uca Rəbbimizin "sonsuz da olsa, hər şeyin sayını bilən" mənasını verən "Əl-Muhsin" isminin təcəllisidir.



HZ. MUSA İLƏ 40 GECƏLİK VƏDLƏŞMƏ

 

O zaman Biz Musaya (vəhy üçün) qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.

(Bəqərə surəsi, 51)

 

 

"40 gecə" mənasını verən "ərbainə leylətən" ifadəsindən başlayaraq ayənin sonuna qədər olan hərf sayı 40-dır.

Ayədəki "ərbainə leylətən" (40 gecə) ifadəsinə qədər olan nöqtəli hərflərin əbcəd hesabı da 40-dır. (Ən kiçik əbcəd hesabı ilə)

Bu ifadə Quranda Bəqərə surəsinin 40-cı ayəsindən başlayır.

Bu sayın başladığı 40-cı ayənin heca sayı 40-dır.[i]

 

Bundan başqa:

"Ərbainə leylətən" (40 gecə) ifadəsi Bəqərə surəsinin 51-ci ayəsindən başqa, Əraf surəsinin 142-ci ayəsində də keçir. İşarə əlaməti kimi yenə Əraf surəsinin 143-cü və 155-ci ayələrində zikr edilir.

a) Bu ayələr arasındakı surələr bunlardır: "Bəqərə surəsi", "Ali İmran surəsi", "Nisa surəsi", "Maidə surəsi", " Ənam surəsi", "Əraf surəsi".

Bu surələrin adlarındakı hecanın ümumi sayı 40-dır.

(Su-rə-tul-Bə-qə-rə-ti, Su-rə-tu A-li İm-ra-nə, Su-rə-tun-Ni-sa-i, Su-rə-tul-Ma-i-də-ti, Su-rə-tul-Ən-a-mi, Su-rə-tul-Ə-ra-fi)

b) Surələrin adlarında olan ("Əl-Bəqərə", "Ali İmran", "Ən-Nisa", "Əl-Maidə", "Əl-Ənam", "Əl-Əraf") kəlmələrdəki hərflərin sayı da 40-dır.

 

 


DAŞDAN 12 ÇEŞMƏNİN FIŞQIRMASI

 

O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. (Daşdanon iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. (Onlara dedik): “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!” 

(Bəqərə surəsi, 60)

 

Ayədə "on iki" mənasını verən  "isnəta əşratə" ifadəsinə qədər olan kəlmələrin sayı 12-dir. 
 
"(Daşdan) 12 çeşmə fışqırdı" mənasını verən "infəcərət minhu isnəta aşərətə aynən" ifadəsindəki nöqtəli hərflərin sayı 12-dir.
 
"İnfəcərət minhu isnəta aşərətə aynən" ifadəsində istifadə olunmuş hərflərin tipi də 12-dir.[ii]

 

ÜÇ MİN MƏLƏYİN KÖMƏYİ

 

O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mə-ləyin köməyinizə çatması, sizə bəs etmirmi?"

(Ali İmran surəsi, 124)

 

"Mələklərdən üç min" mənasını verən "səlasəti alafin min əl-məlaikəti" ifadəsinin əbcəd hesabı üç mindir. (Böyük əbcəd hesabı ilə)

 

BEŞ MİN MƏLƏYİN KÖMƏYİ

 

Əlbəttə, siz səbr etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.

(Ali İmran surəsi, 125)

 

Ayədə "mələklər" mənasını verən "əl-məlaikəti" ifadəsinin ilk hərfinə qədər olan hərflərin əbcəd hesabı beş mindir. (Kiçik əbcəd hesabı ilə)

 

12 ETİBARLI NƏZARƏTÇİNİN GÖNDƏRİLMƏSİ

 

 

Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və (kasıblara könüllü yardım etməklə) Allaha gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, (bilsin ki,) artıq o, doğru yoldan azmışdır”.

(Maidə surəsi, 12)

"12 etibarlı nəzarətçi" mənasını verən "isnəy aşəra nakiba" ifadəsindəki hərflərin sayı 12-dir. 

Ayənin əvvəlindən "isnəy aşəra" (on iki) ifadəsinə qədər surənin adı olan Maidə kəlməsindəki hərflərin təkrarlanma sayı: 12.[iii]

Ayənin sıra nömrəsi 12.

Ayənin ilk və son hərflərinin əbcəd hesabı 12-dir. (Ən kiçik əbcəd hesabı ilə)[iv]

 

HZ. MUSA İLƏ 30 GECƏ VƏ 10 GECƏLİK VƏDLƏŞMƏ

"30 gecə" mənasını verən "səlasinə ləylətən" ifadəsindən etibarən ibarənin sonuna qədər olan heca sayı 30-dur.[v]

"Səlasinə ləylətən" (30 gecə) ifadəsindən sonra ayənin sonuna qədər "səlasinə ləylətən" ifadəsinə aid hərflərin sayı 30-dur.[vi]

"Səlasinə" (30) kəlməsindən etibarən ibarənin sonuna qədər olan heca sayı - 30.[vii]

Ayədə "səlasinə" (30) kəlməsindən sonra ayənin sonuna qədər surənin müqədda hərfləri olan "əlif, ləm, mim, sad" hərflərinin istifadə sayı 30-dur.[viii] 

Ayədə "əşr" (10) kəlməsinə qədər olan nöqtəli hərflərin sayı - 10.

"Əşr" (10) kəlməsindən sonra ibarənin sonuna qədər olan nöqtəsiz hərflərin sayı - 10.

"Əşr" (10) kəlməsi Əraf surəsində sondan əvvələ doğru 10-cu səhifədə yerləşir.

Ayədə "əşr" (10) kəlməsinə qədər surənin müqədda hərfləri sayılan "əlif, ləm, mim, sad" hərflərinin istifadə sayı 10-dur.[ix]

"Və buna on (gecə də) əlavə etdik." mənasını verən "və ətməmnaha biəşrin" ifadəsində istifadə olunan hərflərin növü 10-dur.[x]

 

12 QƏBİLƏ VƏ DAŞDAN FIŞQIRAN 12 ÇEŞMƏ

 

Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, (özlərinə də:) “Sizə ruzi kimi verdiyimiz pak şeylər-dən yeyin!”(– dedik.) Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. 

(Əraf surəsi, 160)

 

Ayədə "isnətəy əşratə" (on iki) ifadəsinə qədər "isnətəy əşratə" ifadəsindəki hərflər 12 dəfə keçir.[xi]

"İsnətəy əşratə" (on iki) ifadəsindən etibarən ibarə sonuna qədər istifadə edilən hərflərin növü - 12.[xii]

"İsnəta əşratə" (on iki) ifadəsindən etibarən ibarə sonuna qədər "isnəta əşratə" ifadəsində olan hərflər 12 dəfə keçir.[xiii]

"İsnətəy əşratə" (on iki) ilə "isnəta əşratə" (on iki) arasında bu kəlmələrə aid olan hərflərin mövcud olduğu kəlmə sayı - 12.[xv]

Mövcud olduğu ibarədə "isnəta əşratə ayna" (on iki çeşmə) ifadəsinə qədər istifadə edilən hərflərin növü - 12.[xvi]

 

ALLAH QATINDA AYLARIN SAYININ 12 OLMASI

 

Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. 

(Tövbə surəsi, 36)

 

 

Ayədə "isna aşəra" (on iki) ifadəsinə qədər olan hecaların sayı 12-dir. 

"İsna aşəra" (on iki) ifadəsindən sonra ibarə sonuna qədər olan nöqtəli hərflərin sayı da 12-dir.

 

70 DƏFƏ BAĞIŞLANMA DİLƏMƏ

 

Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz. 

(Tövbə surəsi, 80)

 

"Səb'inə mərratən" (yetmiş dəfə) ifadəsindən etibarən ayənin sonuna qədər olan hərflərin sayı 70-dir.[xvii]

"Səb'inə mərratən" (yetmiş dəfə) ifadəsindən etibarən ibarə sonuna qədər istifadə olunan hərf növlərinin əbcəd hesabı 70-dir.[xviii] (Ən kiçik əbcəd hesabı ilə).

Bu ayədəki nöqtəsiz hərflərin sayı 70-dir.[xix]

 

İLLƏRİN SAYINI VƏ HESABI BİLMƏ

 

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir. 

(Yunus surəsi, 5)

 

 

Bir Hicri ayı ya 29 gün, ya da 30 gün çəkir. (Başqa ehtimal ola bilməz)
 
Qəməri ay 29 və ya 30 gündür. Ayədə "illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur" mənasını verən "kaddərahu mənazilə lita'ləmu adədə'ssininə vəlhisab" ifadəsinə qədər olan hərflərin sayı - 29.

"Ay" mənasını verən "Əl-Qəmər"in əbcəd hesabı 29-dur. (Ən kiçik əbcəd hesabı ilə)

  

Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik. 

(İsra surəsi, 12)

 


Bir Hicri ili 354 və ya 355 gün davam edir. (Başqa ehtimal mümkün deyil)

 
"İllərin sayını və hesabı biləsiniz deyə" mənasını verən "lita'ləmu adədə'ssininə vəl hisab" ifadəsinə qədər olan hərflərin əbcəd hesabı - 354. (Ən kiçik əbcəd hesabı ilə)

 

 

 BƏNZƏR 10 SURƏ GƏTİRƏ BİLMƏMƏLƏ
 

 

Yoxsa onlar: “(Muhəmməd) onu özün­­dən uydurdu!”– deyirlər. De: “Əgər doğ­­ru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allah­­dan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!” 

(Hud surəsi, 13)

 

Mövcud olduğu ibarədə "əşri" (on) kəlməsinə qədər istifadə olunmuş hərflərin növü - 10.[xx]

Ayədə "əşri" (on) kəlməsinə qədər olan nöqtəli hərflərin sayı - 10.[xxi]

Ayədə "ona bənzər uydurulmuş on surə" mənasını verən "biəşri suvərin mislihi muftərəyatin" ifadəsinə qədər olan hecaların sayı - 10.[xxii]

"De: “Əgər doğ­­ru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin" mənasını verən "kul fə'tu biəşri suvərin mislihi muftərəyatın" ifadəsindəki nöqtəli hərflərin sayı - 10.

"Ona bənzər uydurulmuş on surə" mənasını verən "əşri suvərin mislihi" ifadəsindəki hərflərin sayı - 10.

"Əşri suvərin mislihi" (ona bənzər uydurulmuş on surə) ifadəsindən sonra ayənin sonuna qədər olan kəlmə sayı - 10.

"Ona bənzər uydurulmuş on surə" mənasını verən "biəşri suvərin mislihi" ifadəsinin hərf növü - 10.[xxiii]

Ayədə "əşri suvərin" (on surə) ifadəsinə qədər "əşri suvərin" ifadəsindəki hərflər 10 dəfə keçir.[xxiv]


 

 HZ. YUSUFUN YUXUSU VƏ 11 ULDUZ

Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. 

(Yusuf surəsi, 4)

"On bir ulduz" mənasını verən "əhadə aşəra kəvkəbən" ifadəsindəki hərflərin sayı 11-dir. 

"Əhadə aşəra kəvkəbən" (on bir ulduz) ifadəsinə qədər olan kəlmələrin sayı - 11.

Ayədə "əhadə aşəra kəvkəbən" (on bir ulduz) ifadəsinə qədər "əhadə aşəra kəvkəbən" ifadəsindəki hərflər 11 dəfə keçir.[xxv]

 

İNSANDAKI XROMOSOM SAYI

 

O, insanı nütfədən yaratdı. O isə gözlənilmədən açıq-aşkar mübahisəçiyə çevrildi. 

(Nəhl surəsi, 4)

 

Yetkin insanın bədənində təxminən 100 trilyon hüceyrə vardır. Hüceyrələrin hamısı eyni genetik quruluşa malikdir. Bu genetik quruluş hüceyrənin nüvəsinin daxilində yerləşən xromosomlarda mövcud olur. Bir insan hüceyrəsində 23 cüt, yəni 46 ədəd xromosom vardır. Bunların 23-ü anaya, digər 23-ü isə ataya aiddir. Bu xromosomlarda həmin insanın xüsusiyyətlərinə aid informasiyanın saxlandığı DNT molekulları vardır. Elm aləminə insan hüceyrəsindəki xromosom sayının 46 olduğu yalnız XX əsrin ikinci yarısında bəlli olmuşdur.

 

Quranda "məni" və "nütfə" kəlmələri əsas mənanı deyil, başqa mənaları ifadə edir.  "Məni" bütöv, "nütfə" isə onun bir parçasını ifadə etmək üçün istifadə olunmuşdur.
 
"Nütfə" kəlməsi ibarədə istifadə olunma yerinə görə, dilin qrammatik qaydalarına görə, aşağıda nütfətin, nütfətə, nütfətən kimi müxtəlif şəkillərdə oxunur. Lakin burada məna dəyişikliyi ola bilməz.
 
"Nütfətin" (nütfə) kəlməsinin əbcəd hesabı - 23. (Ən kiçik əbcəd hesabı ilə)

Surədə "nütfətin" kəlməsinə qədər istifadə olunmuş hərflərin növü - 23.[xxvi]

Ayədə "nütfətin" kəlməsinə qədər istifadə olunmuş hərf növlərinin əbcəd hesabı - 23.[xxvii] (Ən kiçik əbcəd hesabı ilə)


Surədə "nütfətin" kəlməsinə qədər olan nöqtəli hərflərin sayı - 46.
 

 

Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! 

(Muminun surəsi, 14)

 

 

 "Nütfətə" kəlməsinin əbcəd hesabı - 23. (Ən kiçik əbcəd hesabı ilə)
Muminun surəsinin 13-cü ayəsindəki "nütfətən" ifadəsindən etibarən 14-cü ayədəki "nütfətə" ifadəsinə qədər olan hərflərin sayı - 23.
Ayədə "nütfətə" ifadəsinə qədər istifadə edilmiş hərf növlərinin əbcəd hesabı - 46.[xxviii] (Ən kiçik əbcəd hesabı ilə)

"Nütfətə" ifadəsindən sonra ibarə sonuna qədər "nütfətə" ifadəsinə aid hərflərin əbcəd hesabı - 46.[xxix] (Ən kiçik əbcəd hesabı ilə)

Surədəki "nütfətə" ifadəsinə qədər "nütfətə" kəlməsinə aid hərflərin mövcud olduğu kəlmə sayı - 46.

 

 

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. 

(Fatir surəsi, 11)

 

 

 "Nütfətin" ifadəsinin əbcəd hesabı - 23. (Ən kiçik əbcəd hesabı ilə)
"Nütfətin" ifadəsindən etibarən ayənin sonuna qədər istifadə olunmuş hərflərin növü - 23.[xxx]

 

 

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. Hərçənd ki, içərinizdə (qocalmamışdan) əvvəl öldürülənlər də var. (Bu ona görədir) ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız. 

(Ğafir surəsi, 67)

 

 

 "Nütfətin" kəlməsinin əbcəd hesabı - 23. (Ən kiçik əbcəd hesabı ilə)
"Nütfətin" kəlməsindən etibarən ibarə sonuna qədər olan nöqtəli hərflərin sayı - 23.

"Nütfətin" kəlməsi ayədə sondan əvvələ doğru 23-cü kəlmədir.


 Bu ayədə istifadə olunmuş hərflərin növü 23-dür.[xxxii]

Ayədə "nütfətin" kəlməsinə qədər olan nöqtəli hərflərin əbcəd hesabı - 46. (Ən kiçik əbcəd hesabı ilə)

Bu ayədəki nöqtəli hərflərin sayı - 46.

 

 

(Bir qətrə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən. 

(Nəcm surəsi, 46)

 

 

 "Nütfətin" ifadəsinin əbcəd hesabı - 23. (Ən kiçik əbcəd hesabı ilə)
"Nütfətin" ifadəsindən sonra surənin sonuna qədər "nütfətin" ifadəsinin hərfləri 46 dəfə keçir.[xxxiii]

 "Nütfətin" ifadəsi 46-cı ayədə keçir.

 

 

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. 

(İnsan surəsi, 2)

 

 

 "Nütfətin" kəlməsinin əbcəd hesabı - 23. (Ən kiçik əbcəd hesabı ilə)
"Nütfətin" kəlməsindən etibarən ibarə sonuna qədər olan nöqtəli hərflərin əbcəd hesabı - 23. (Ən kiçik əbcəd hesabı ilə)

 

 

Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi? 

(Qiyamə surəsi, 37)

 

Qiyamə surəsinin 37-ci ayəsindəki "nütfə" ilə İnsan surəsinin 2-ci ayəsindəki "nütfə" arasında istifadə olunmuş hərf növü - 23.[xxxiv]


Qiyamə surəsində 37-ci ayədəki "nütfə"dən etibarən İnsan surəsi 2-ci ayədəki "nütfə"yə qədər "nütfə"yə aid hərflərin olduğu kəlmə sayı - 23.[xxxv]

 

PƏTƏKDƏKİ BUCAQLAR

 

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. 
Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. 

(Nəhl surəsi, 68-69)

 

Bildiyimiz kimi, bal arısı istehsal etdiyi balı altıbucaqlı evlərinə -pətəklərə doldurur. Pətək üçün ən ideal forma altıbucaqdır. Əgər pətəyin gözləri beşbucaqlı, səkkizbucaqlı, doqquzbucaqlı və s. formada olsaydı, bütün kənarları bir-biri ilə örtülməzdi. Belə olduğu halda, pətəyin gözləri arasında istifadə olunmayan hissələr qalardı. Ancaq arılar Allahın ilhamı ilə altıbucaqlı pətəklər hörərək, ən az bal mumu ilə maksimum bal hazırlayıb saxlayırlar. 
 
Bal arısından, baldan və pətəkdən Quranda yalnız bu ayələrdə bəhs edilir.  Bu ayələrdəki hərflərin əbcəd hesabı 720-dir. (Ən kiçik əbcəd hesabı ilə)

Pətəkdəki gözlərin daxili bucaqlarının cəmi 720 dərəcədir.

Pətəkdəki hər bir göz altıbucaqlıdır. Altıbucaqdakı hər bir daxili bucaq da 120 dərəcədir.

Nəhl surəsində bu mövzuya çatana qədər olan ibarə sayı - 120.

 

KƏHF ƏHLİ VƏ MAĞARADA 309 İL QALMALARI

 

Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? 

(Kəhf surəsi, 9)

 

 

"Kəhf Əhli" mənasını verən "Əshabəl-Kəhf" ifadəsinin əbcəd hesabı - 238. (Kiçik əbcəd hesabı ilə)

Surədə "Əshabəl-Kəhfi" (Kəhf Əhli) ifadəsinə qədər olan heca sayı da 238-dir.[xxxvi]
 
Ayədə "Əshabəl-Kəhfi"yə (Kəhf Əhli) qədər istifadə olunmuş hərf növü - 7.[xxxvii]

"Əshabəl-Kəhfi" (Kəhf Əhli) ifadəsindən etibarən ayənin sonuna qədər olan söz sayı - 7. 

Surədə Əshabi-Kəhf qissəsindəki Rəbbimizin "Allah" kimi zikr edilən ismi 7 dəfə keçir.

"Əshabəl-Kəhfi" (Mağara Əhli) səhifədəki 7-ci ibarədə yer alır.

Bu ayə səhifədə sondan əvvələ doğru 7-ci ayədir.

 

Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). 

(Kəhf surəsi, 11)

 

 

Quranda Əshabi-Kəhfin mağarada nə qədər qaldıqları bu ayədə belə bildirilir: "Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar(Kəhf surəsi, 25). Müfəssirlər (təfsirçilər) bu ayəni açıqlayarkən, Kəhf Əhlinin Günəş ilinə görə 300 il, Qəməri təqvimə görə isə 309 il yatdıqlarına işarə edildiyini izah edirlər.


"Neçə illərlə" mənasını verən "sininə adəda" ifadəsinə qədər olan heca sayı – 309-dur.[xxxviii]

Surədə "sininə adəda" ifadəsinə qədər olan nöqtəsiz hərflərin sayı - 309. 

  

Sonra iki dəstədən hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. 

(Kəhf surəsi, 12)

 

Bu ayəyə qədər olan hecaların sayı - 309.[xxxix]

 

"Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar."  

(Kəhf surəsi, 25)

 

 

Quranda Əshabi-Kəhfin mağarada qaldıqları müddətin birbaşa 309 il deyil, 9 il də əlavə olaraq qeyd edilməsi olduqca hikmətlidir. Çünki ifadə tərzi ilə Günəş və Ay illəri (Şəmsi və Qəməri illər) arasındakı fərqə diqqət çəkilir (Ən doğrusunu Allah bilir).


Bildiyimiz kimi, Günəş ili Dünyanın Günəş ətrafında fırlanması nəticəsində əmələ gəlir və Dünyanın müəyyən nöqtəsindən 2 dəfə ard-arda keçməsi arasında qalan 365,242217 Günəş günü bir Günəş ilini meydana gətirir. Ay ili isə 354,36768 gündən ibarətdir ki, bu da Ayın Dünya ətrafında 12 dəfə fırlanması ilə meydana gəlir. Hesablayanda Günəş və Ay ili arasında 10,874537 günlük fərq ortaya çıxır. Bu hesablamaya görə 100 Günəş ili 103 Ay ilinə bərabər olur.

300 Günəş ilinin Ay ili ilə üst-üstə düşməsi üçün ayədəki kimi düz 9 il də əlavə etmək lazım gəlir.
Surədə bu ayəyə qədər olan ayə nömrələrinin cəmi - 300. (Miladi 300 il, Hicri 309 il deməkdir.)

Əshabi-Kəhfdən və yuxuda olduqları müddətdən son dəfə bəhs edən bu səhifədən sonra Quranın sonuna qədər olan səhifələrin sayı - 309. 

Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri də )dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!" (Kəhf surəsi, 19)

 

 

 HZ. MUSANIN DOQQUZ MÖCÜZƏSİ
 

 

"Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!” 

(Nəml surəsi, 12)


"9 möcüzə" mənasını verən "tis'i ayatin" ifadəsindən sonra ibarə sonuna qədər olan hecaların sayı - 9.

Ayədə "tis'i ayatin" (9 möcüzə) ifadəsinə qədər "tis'i ayatin" ifadəsindəki hərflər 9 sözdə keçir.

"Tis'i ayatin" (9 möcüzə) ifadəsindən etibarən ayənin sonuna qədər olan kəlmə sayı - 9.

"Tis'i ayatin" (9 möcüzə) surədə sondan əvvələ doğru 9-cu səhifədə yer alır.

Ayədə "9" mənasını verən "tis'i" kəlməsinə qədər olan nöqtəsiz hərflərin sayı - 9.

"Tis'i" (9) kəlməsindən etibarən ibarə sonuna qədər istifadə olunmuş nöqtəsiz hərflərin sayı - 9.[xli]

"Tis'i" (9) ayədə sondan əvvələ doğru 9-cu sözdür.

Surənin müqədda hərfləri olan "ta, sin" hərflərinin əbcəd hesabı 9. (Ən kiçik əbcəd hesabı ilə)
 

 

 

 ŞƏHƏRDƏKİ DOQQUZ ADAM

 

Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. 

(Nəml surəsi, 48)

 

"9 adam" mənasını verən "tis'atu rahtin" ifadəsindən etibarən ayənin sonuna qədər "tis'atu rahtin" ifadəsindəki hərflər 9 dəfə keçir.[xlii]

"Tis'atu rahtin" (9 adam) ifadəsindən etibarən ayənin sonuna qədər olan nöqtəli hərflərin sayı - 9.

"Tis'atu rahtin" (9 adam) ifadəsindən etibarən ayənin sonuna qədər olan nöqtəsiz hərflərin sayı - 9.[xliii]

"Tis'atu rahtin" (9 adam) ifadəsində surənin müqədda hərfləri olan "ta, sin"ə aid hərflərin əbcəd hesabı - 9.[xliv] (Ən kiçik əbcəd hesabı ilə)

Hz. Saleh və Səmud qövmü qissəsindəki ayələrin sayı - 9.[xlv]

 

 99 QOYUN MÜBAHİSƏSİ

 

"Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”. 

(Sad surəsi, 23)

 

99 qoyunla bağlı 21-ci ayədə izah olunur. Hz. Davudun bəhsinin əvvəlindən - 17-ci ayədən 21-ci ayəyə qədər olan hecaların sayı 99-dur.[xlvi]

99 qoyunla bağlı mübahisədən 22-ci ayədə bəhs olunur. 99 qoyun mübahisəsi barədə 22-ci ayənin 2-ci ibarəsində bəhs olunmağa başlanır və bu ibarə surədə sondan əvvələ doğru 99-cu ibarədir.

99 qoyun mübahisəsinin bəhs olunduğu 22-ci ayənin 2-ci ibarəsindən etibarən, 24-cü ayədəki "onun qoyunları" mənasını verən "niacihi" ifadəsinə qədər olan hecaların sayı da 99-dur.

Surədə "99 qoyun" mənasını verən "tis'un və tis'unə na'cətən" ifadəsinin keçdiyi 23-cü ayəyə qədər ayələrin sonlarındakı hərflərin əbcəd hesabı - 99.[xlvii] (Ən kiçik əbcəd hesabı ilə)

"Bu qardaşımın 99 qoyunu var" mənasını verən "haza ahi lehü tis'un və tis'unə na'cətən" ifadəsinin əbcəd hesabı da 99-dur. (Ən kiçik əbcəd hesabı ilə)

 

YEDDİ GÖY

 

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? 

(Mülk surəsi, 3)

 

"7 göy" mənasını verən "səba səmavat" ifadəsində istifadə olunmuş hərf növü - 7.[xlviii]

Ayədə "səba səmavat" (7 səma) ifadəsinə qədər olan hərf sayı - 7.

"Səba" (7) kəlməsindən etibarən ayənin sonuna qədər "səba" kəlməsindəki hərflər 7 dəfə keçir.[xlix]

Surədə "səba" (7) kəlməsinə qədər "səba" kəlməsinin hərfləri 7 dəfə keçir.[l]

"Səba" (7) kəlməsindən sonra ibarə sonuna qədər olan heca sayı - 7.

 

 ON GECƏYƏ AND İÇMƏ

 

And olsun dan yerinə! And olsun on gecəyə! 

(Fəcr surəsi, 1-2)

 

Surədə "10 gecə" mənasını verən "ləyalin əşr" ifadəsinə qədər bu ifadəyə aid hərflər 10 dəfə keçir.[li]

Surədə "ləyalin əşr" (10 gecə) ifadəsinə qədər olan nöqtəsiz hərflərin sayı 10.

 

 



[1] Səcavənd: Qurani-Kərimi mənasına uyğun olaraq oxumaq üçün istifadə edilən  işarələr. 
İbarə: Səcavəndlə və ya ayənin əvvəli, ya da sonu ilə bir-birindən ayrılan ifadələr.


[i] Ayə sonunda dayanaraq.
[iiƏlif, nun, fə, cim, ra, tə, mim, hə, sə, ayn, şin, yə
[iii] Mim: 3, əlif: 8, dal: 1, tə: 0
[iv] Vav, ləm
[v] İbarə sonunda dayanaraq.
[vi] Sə: 0, ləm: 9, yə: 10, nun: 5, tə: 6, ləməlif: 2
[vii] İbarə sonunda dayanaraq.
[viii] Əlif: 11, ləm: 11, mim: 7, sad: 1, ləməlif: 2
[ix] Əlif: 4, ləm: 3, mim: 3, sad: 0
[x] Vav, əlif, tə, mim, nun,hə, bə, ayn, şin, ra
[xi] Əlif: 2, sə: 1, nun:2, tə: 2, yə: 1, ayn: 2, şin: 1, ra: 1
[xii] Əlif, sə, nun, tə, yə, ayn, şin, ra, sin, bə, ta, mim
[xiii] Əlif: 3, sə: 1, nun: 2, tə: 2, ayn: 2, şin: 1, ra:1
[xv] Buradakı yazı fərqi sözün cümlədə obyekt, subyekt olma vəziyyətinə görə dəyişməsindən irəli gələn qrammatika  fərqidir.
[xvi] Fə, əlif, nun, bə, cim, sin, tə, mim, hə, sə, ayn, şin
[xvii] Ləməlif: 2
[xviii] Sin, bə, ayn, yə, nun, mim, ra, tə, fə, ləm, ğayn, əlif, hə
[xix] Ləməlif: 2
[xx] Kaf, ləm, fə, əlif, tə, vav, bə, ayn, şin, ra
[xxi] Əlif: 5, ləm:3, ra: 2
[xxii] Səcavənd ta'da dayanaraq.
[xxiii] Bə, ayn, şin, ra, sin , vav, mim, sə, ləm, hə
[xxiv] Ayn, şin, ra, sin, vav
[xxv] Əlif: 7, ha: 0, dal: 0, ayn: 0, şin: o, ra:1, kəf:0, vav: , bə: 2
[xxvi] Əlif, tə, yə, mim, ra, ləm, hə, fə, sin, ayn, cim, vav, bə, ha, nun, şin, kəf, zə(zeyn), dal, zəl, kaf, xa, dad. Ləməlif iki. Bismillah daxil və ya xaric.
[xxvii] Xa, ləm, kaf, əlif, nun, sin, mim
[xxviii] Sə, mim, xa, ləm, kaf, nun, əlif, ta, fə, tə
[xxix] Nun: 3, ta: 0, fə: 3, tə: 4
[xxx] Nun, ta, fə, tə, sə, mim, cim, ayn, ləm, kəf, əlif, zə, vav, ha, yə, dad, bə, hə, ra, kaf, sad, zəl, sin. Ləməlif iki
[xxxii] Hə, vav, əlif, ləm, zəl, yə, xa, kaf, kəf, mim, nun, tə, ra, bə, sə, ta, fə, ayn, cim, ğayn, şin, dal, sin, ləməlif iki.
[xxxiii] Nun: 23, ta: 1, fə: 9, tə: 13.
[xxxiv] Mim, nun, yə, sə, kəf, əlif, ayn, ləm, kaf, tə, fə, xa, sin, vav, cim, hə, zə, zəl, ra, bə, dal, ha, şin. Bismillah daxil və ya xaric.
[xxxv] Bismillah daxil.
[xxxvi] Bismillah daxil.
[xxxvii] Əlif, mim, ha, sin, bə, tə, nun
[xxxviii] Bismillah daxil.
[xxxix] Bismillah daxil.
[xli] Sin, ayn, əlif, ləm, yə, ra, vav, mim, hə
[xlii] tə: 2, sin: 2, ayn: 1, ra: 2, hə: 1, ta: 1
[xliii] sin, dal, vav, yə, əlif, ləm, ra, sad, ha, ləməlif iki
[xliv] ta: 1, sin: 1
[xlv] 45-ci ayədən etibarən 53-cü ayəyə qədər: 45, 46, 47, 48, 49, 50, 51, 52, 53.
[xlvi] Səcavənd "mim"də, "ta"da və "cim"də dayanaraq.
[xlvii] Ra, kaf, sad, bə, bə, dal, kaf, bə, bə, bə, bə, dal, bə, bə, kaf, bə, bə, kaf, bə, bə, bə, ta, bə
[xlviii] Sin, bə, ayn, mim, vav, əlif, tə
[xlix] Sin: 2, bə: 3, ayn: 2
[l] "Ləməlif" iki
[li] Ləm: 3, yə: 1, əlif: 2, ayn: 1, şin: 1, ra: 2
[lii] Ləm: 5, yə: 1, əlif: 4. Bismillah daxil.

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo