ALLAH BİRDİR
Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur... (Bəqərə Surəsi, 163)
... O Allah, birdir. (İxlas Surəsi, 1)
İncil
...Allahımız Rəbb yeganə Rəbbdir. Allahın Rəbbi bütün qəlbinlə,bütün varlığınla,bütün düşüncənlə və bütün gücünlə sev...İlahiyyatçı Ona dedi:” Müəllim sən yaxşı dedin,həqiqəti söylədin,Allah yeganədir,Ondan başqası yoxdur. (Mark, 12: 29-32)
Tövrat
Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur!. (1-ci Salnamələr, 17: 20)
RƏB, özü Allahdır, Ondan başqası yoxdur biləsn deyə sənə bu göstərildi. (Tesniyə, 4: 35)
ALLAH HƏR ŞEYİN RƏBBİDİR
Həqiqətən, sizin Allahınız birdir! O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.. (Saffat Surəsi, 4-5)
İncil
“ Ey Pərvərdigarımız! yeri,göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən.”(Həvarilərin İşləri, 4:24)
YALNIZ ALLAHA QULLUQ ETMƏK
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”..." (Ali İmran Surəsi, 64)
İncil
...” Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et.” (Matta, 4: 10)
Tövrat
Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmrlərimi tərk etsəniz,gedib başqa allahlara qulluq edərək səcdə etsəniz,Mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam… (2-səlnamələr,7: 19-20)
ALLAHI UCALTMAQ
Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur.... (Yunus Surəsi, 65)
Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!. (Buruc Surəsi, 15)
(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!. (Əla Surəsi, 1)
İncil
Əsrlərin Padşahı ,ölməz,görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin. (Paulun Timoteyə 1-ci Məktubu, 1: 17)
Tövrat
Ya Rəbb,əzəmət,qüdrət,calal,zəfər və şöhrət Sənə məxsusdur,çünki göydə və yerdə olan hər şey Senindir. Ya Rəbb, padşahlıq Senindir və Hökümdar olaraq hər şeydən ucasan .Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökümranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. İndi Ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik. (1-ci salnamələr, 29: 11-13)
Ey xalqların tayfaları,Rəbbə verin – Ehtişamı ,qüdrəti Rəbbə verin . (1-ci salnamələr, 16: 28)
ALLAHA ŞÜKR ETMƏK
Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur.... (Səba Surəsi, 1)
Tövrat
Dərgahına şükürlərlə,Həyətlərinə həmdlərlə gəlin.Ona şükür edin.İsminə alqış söyləyin. (Məzmur, 100: 4)
Rəbbə həmd edin!... (Məzmur, 113: 1)
... Sənə şükür və həmd olsun ki, ... (Daniel, 2: 23)
Ey Allah,biz Sənə şükür edirik,Bizə doğma olan isminə şükür olsun ... (Məzmur, 75: 1)
ALLAHIN ADLARI
O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!). O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 22-24)
Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir). Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır! Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir! (Hədid Surəsi, 2-6)
Tövrat
Odur göyləri ,yeri,dənizi,dənizdəkiləri yaradan,... (Məzmur, 146: 6)
Rəbb əzəmətlidir,bol həmdə layiqdir,Onun əzəməti insan ağlına sığmaz. (Məzmur, 145: 3)
Rəbb lütfkar və rəhmlidir,Həddsiz səbirli və bol məhəbbətlidir.Rəbb hamıya xeyirxahlıq edər.. (Məzmur, 145: 8-9)
Rəbb bütün yollarında adildir,Hər işində sadiqdir. (Məzmur, 145: 17)
Rəbb Onu sevənlərin hamısını hifz edər,Bütün pis adamların isə kökünü kəsər. (Mezmur, 145: 20)
Rəbb rəhimli və lütfkardır,Hədsiz səbirli və bol məhəbbətlidir. (Məzmur, 103: 8)
... Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur.Vaxtı və dövrü dəyişdirən Odur, O,padşahları taxtdan salar və taxta qoyar,Müdriklərə hikmət aqillərə ağıl verər.Dərin və gizli sirləri O açar,qaranlıqda qalanı O bilər,İşıqla əhatə olunan Odur." (Daniel, 2: 20-22)
Rəbb Allahdır,siz bunu bilin,O bizi yaradıb,biz Ona aidik, Xalqıyıq ... (Məzmur, 100: 3)
ALLAH VƏDİNDƏN DÖNMƏZ
... Allahdan daha çox əhdə vəfa edən kimdir? ...(Tövbə Surəsi, 111)
Tövrat
... bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı seylərdən heç biri boşa çıxmadı.Hamısı sizin üçün yerinə yetdi... (Yeşu, 23: 14)
ALLAH HƏR YERİ ƏHATƏ EDƏNDİR
... Və yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!. (Fussilət Surəsi, 54)
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!. (Bəqərə Surəsi, 115)
Tövrat
Əgər göylərə çıxasam, Sən ordasan,Ölülər diyarında yatsam, Sən ordasan, Qanad alıb gündoğana uşsam belə,Dənizi keçeb gunbatana qonsam belə,Sənin sağ əlin bələdçim olacaq... (Məzmur, 139: 8-10)
ALLAH GİZLİNİN GİZLİSİNİ BİLƏR
Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur. (Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır... (Ta ha Surəsi, 6-7)
(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!. (Yunus Surəsi, 61)
Tövrat
Oturuşumu–duruşumu Özün bilirsən,Fikirlərimi uzaqdan duyursan.Getməyimə, yatmağıma nəzarət edirsən,Nə yollardan keçdiyimi bilirsən,Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb ,hamısını tamamilə bilirsən (Məzmur, 139: 2-4)
ALLAHI BURAXIB BÜTLƏRƏ İBADƏT EDƏNLƏR
(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!”." (Ənkəbut Surəsi, 25)
Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır! (Allah eyibsizdir, nöqsansızdır. O, hamıdan. (Qəsəs Surəsi, 68)
Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. (Ə'raf Surəsi, 194)
İncil
Onlar Allahın həqiqətini yalanla əvəz etdilər,Yaradanın yerinə yaradılana səcdə və ibadət etdilər; o Yradana əbadi alqış olsun!... (Paulun Romalılara Məktubu, 1: 25)
Tövrat
Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz,buna görə də bir daha sizi qurtarmayacağam.Gedin seçdiyiniz allahlara fəryad edin,qoy bu əzablı vaxtinizda onlar sizi qurtarsinlar . (Hakimlər, 10: 13-14)
İsrail övladlari Rəbbin gözündə pis olan işlər görərək Baal butlərinə qulluq etdilər.Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara- ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər..Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. (Hakimlər, 2: 11-13)
İNSANLARIN DEYİL ALLAHIN MƏMNUNİYYƏTİNİ ARZULAMAQ
Ey möminlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki) Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!. (Tövbə Surəsi, 62)
İncil
Əksinə Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil,ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. (Paulun Saloniklərə 1-ci Məktubu, 2: 4)
ALLAHIN ENDİRDİYİ SÖZƏ TƏSLİM OLMAQ
Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun!. (Zumər Surəsi, 55)
Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!. (Əhzab Surəsi, 2)
İncil
Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən,canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin . (Yaqubun Məktubu, 1: 21)
Tövrat
Qoy ümidlərini Allaha bağlasınlar,Allahın işlərini unutmasınlar,Əmrlərini yerinə yetirsinlər.(Məzmur, 78: 7)
Allahın əhdini pozanlar belə etdilər,Sənin qanunlarınla yaşamaq istəmədilər. (Məzmur, 78: 10)
Mənim qaydalarıma görə rəftar edirsə,Hökmlərimə sədaqətlə əməl edirsə, Bu adam salehdir.. (Yezekel, 18: 9)
ALLAHA YÖNƏLMƏK
Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.. (Müzzəmmil Surəsi, 8)
Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir... (Rə'd Surəsi, 22)
Tövrat
"Rəbbi,Onun qüvvətini arayın,Daim hüzurunu axtarın!" (1-ci salnamələr, 16: 11)
EŞİDİB-TƏTBİQ ETMƏK
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!. (Zumər Surəsi, 18)
Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!. (Nur Surəsi, 51)
İncil
Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil,ona əməl edənlər saleh sayılır. (Paulun Romalılara Məktubu, 2: 13)
Tövrat
Qoy ümidlərini Allaha bağlasınlar,Allahın işlərini unutmasınlar,Əmrlərini yerinə yetirsinlər . (Məzmur, 78: 7)
ALLAH HƏR ŞEYİ BİR QƏDƏR İLƏ YARATMIŞDIR
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!).' (Qəmər Surəsi, 49-50)
Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.. (Rum Surəsi, 8)
Tövrat
Hər şeyin öz vaxtı var,göylər altında hər işin öz vaxtı var;" (Vaiz, 3: 1)
Bunu bilirəm ki,Allahın etdiyi hər iş qalır:ona nə bir şey artırmaq ,nə də bir şey əksiltmək olar... (Vaiz, 3: 14)
HƏR ŞEY KİTABDA YAZILIDIR
(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!. (Yunus Surəsi, 61)
Tövrat
Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü.Ömrüm başlamazdan əvvəl mənə təyin etdiyin hər bir günü kitabına yazmısan. (Məzmur, 139: 16)
HAQSIZ YERƏ İNSAN ÖLDÜRMƏMƏK
... Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.. (Furqan Surəsi, 68)
İncil
... Qətl etmə.Zina etmə.Oğurluq etmə.Yalandan şahidlik etmə.Kimisə aldatma.Ata-anana hörmət et. (Mark, 10: 19)
Tövrat
Qətl etmə! (Çıxış, 20: 13)
... “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək özünü murdarlayan şəhər! Sən tökdüyün qana görə təksirkar oldun... (Yezekel, 22: 3)
... Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir.Sədaqət,məhəbbət ,Allahı tanımaq Bu yerdə yox olub.Lənət,yalan,qətl,oğurluq və zina Hər yerə yayılıb.Qoluzorluluq edərək Qan üstünə qan tökürlər.Bundan ötrü ölkə yas tutur... (Huşə, 4: 1-3)
ZİNA ETMƏMƏK
Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur! (İsra Surəsi, 32)
Tövrat
Zina etmə. (Çıxış, 20: 14)
İncil
O sözünə davam etdi:”İnsanı murdar edən insandan cıxandır.Çünki insanların daxilindən, ürəyindən pisfikirlər,cinsiəxlaqsızlıq,oğurluq,qatillik,zinakarlıq,tamahkarlıq,şərəməllər,hiylə,pozğunluq,paxıllıq,küfr,lovğalıq və ağılsızlıq çıxar.Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir.”" (Mark, 7: 20-23)
OĞURLUQ ETMƏMƏK
Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə.Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!(Mumtəhənə Surəsi, 12)
Tövrat
Oğurlamayın,bir-birinizə yalan satıb aldatmayın... (Levililər, 19: 11)
YALAN ŞAHİDLİK ETMƏMƏK
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);. (Furqan Surəsi, 72)
Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! ... (Nisa Surəsi, 135)
Tövrat
Boş xəbər gəzdirməyin.Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın.Şər iş görən izdihama qoşulmayın.Məhkəmədə coxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın.Kasıba da məhkəmədə meylini salma. (Çıxış, 23: 1-3)
Şərə haqq vermək,salehi məhkum etmək... (Süleymanın Məsəlləri, 17: 15)
İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin çünki Allahımız Rəbbdə haqsızlıq,tərəfkeşlık,rüşvətxorluq yoxdur.(2-ci salnamələr 19:7)
KİMSƏNİN HAQQINI YEMƏMƏK
(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!. (Rum Surəsi, 38)
Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver... (İsra Surəsi, 26)
Tövrat
"Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma.Allahdan qorx.Rəbb mənəm.Məhkəmədə haqsızlıq etməyin.Nə yoxsula üstünlük ver ,nə də varlıya meyl sal,amma bir-birinizi ədalətlə mühakimə edin." (Levililər, 19: 14-15)
Kimsəyə haqsızlıq etmirsə, borclunun girovunu qaytarırsa, Soyğunçuluq etmirsə,Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,Sələmlə borc pul vermirsə, Müamilə götürmürsə, pis əməldən çəkinirsə , İki adam arasında ədalətlə mühakimə edirsə (Yezekel, 18: 7-8)
ANA-ATAYA HÖRMƏT
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (İsra Surəsi, 23-24)
Tövrat
Ata- anana hörmət et... (Çıxış, 20: 12)
MÖHTACLARIN QORUNMASI
... “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.." (Bəqərə Surəsi, 215)
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa Surəsi, 75)
(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir! (Bəqərə surəsi, 273)
Tövrat
Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Heç bir dul qadına və yetimə əziyyət verməyin.Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm... (Çıxış, 22: 21-23)
Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin.Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin. (Məzmur, 82: 3-4))
Çünki qardaşlarından səbəbsiz girov aldın, Onları lüt qoydun. Yorğuna bir içim su vermədin, Ac olandan çörəyini əsirgədin. Qol gücünlə ölkəyə sahib oldun, Hörmətli insan kim orada yaşadın, Dul qadınları əliboş qaytardın, yetimlərin qol-qanadını qırdın.(Əyyub 22, 6-9 )
Sərf etmək
Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!. (Ali İmran Surəsi, 92)
(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!. (Bəqərə Surəsi, 273)
..." (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!”."... (Bəqərə Surəsi, 219)
İncil
... İki köynəyi olan birini köynəyi olmayana versin.Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün... (Luka, 3: 11)
Ehtiyac içində olan müqəddəslərə yardım etməyə çərik olun.Qonaq pərvər olmağa səy göstərin.. (Paulun Romalılara Məktubu, 12: 13)
Onların arasında heç kim yoxsul deyildi.Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, həvarilərin ixtiyarına verərdi.Bu da hər kəsə ehtiyacına görə paylanardı . (Həvarilərin İşləri, 4: 34-35)
SƏRF ETMƏDƏ NÜMAYİŞDƏN ÇƏKİNMƏK
Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xətrinə xərcləyənləri… (Nisa Surəsi, 38)
Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.… (Bəqərə Surəsi, 264)
Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar.... (Bəqərə Surəsi, 271)
İncil
Eytiyatlı olun , siz saleh iç görəndə bunu insanların önündə , onlara göstərmək üçün etməyin.... (Matta, 6: 1 )
Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər.Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin verdiyini bilməsin.Belə ki verdiyin sədəqə gizlə qalsın.... (Matta, 6: 2-4)
YAXŞILIQ EDƏNLƏRİN GÖRƏCƏKLƏRİ QARŞILIQ
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!. (Bəqərə Surəsi, 110)
İncil
Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin ,əliaçıq olub öz mallarını başqaları ilə bölüşsünlər. Beləliklə gələcək uçun özlərinə sağlam təməl olan bir xəzinə toplasınlar. (Paulun Timoteyə 1. Məktubu, 6: 18-19)
RUZİNİ VERƏN ALLAHDIR
Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).. (Hud Surəsi, 6)
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir). (Rə'd Surəsi, 26)
İncil
Buna görə sizə deyirəm :” Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin.Can yeməkdən bədən isə geyməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın onlar nə əkir nə biçir ,nə də anbarlarda saxlayır.... Siz onlardan daha dəyəri deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrunu bir anlıq belə, uzada bilər?...Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar.Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın.Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. (Matta, 6: 25-27, 31-33)
Tövrat
YA Rəbb hamının gözü Sənə baxır,Vaxtlı-vaxtdında onlara azuqə verirsən. Əlini açırsan,btün canlıları doyunca yedirirsən. Rəbb bütün yollarında adildir,Hər işində sadiqdir. (Məzmur, 145: 15-17)
İBADƏTDƏ NÜMAYİŞDƏN ÇƏKİNMƏK
Vay halına namaz qılanların–o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun Surəsi, 4-5-6)
İncil
Dua etdiyin zaman ikiüzlülər kimi olmayın.Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər.Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.Amma sen dua etdiyin zaman öz otaöına gir və qapını örtüb gizlində ... dua et. (Matta 6: 5-6 )
İsa təlim öyrədərək belə dedi: “ İlahiyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı,sinaqoqlarda baş kürsüləri,ziyafətlərdə yuxarı başı tutmağı xoşlayırlar.Onalr dul qadınların evlərini yeyib dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər.Bu adamların cəzası ağır olacaq.”." (Mark, 12: 38-40)
Tövrat
... Sən onların dilərinə yaxınsan,Amma urəklərindən uzaqsan.. (Yeremya, 12: 2)
SƏMİMİ DUA
Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz." (Ə'raf Surəsi, 55)
Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!. (Ə'raf Surəsi, 205)
O, Hayy (diri) olandır. Ondan başqa İlah yoxdur; elə isə dini yalnız özünə xalis edənlər olaraq Ona dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin Surəsi, 65)
Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur). (Bəqərə Surəsi, 153)
... “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”." (Bəqərə Surəsi, 286)
İncil
Hər cür dua və yalvarışla ,həmişə Ruhun idarəsi ilə dua edin... (Paulun Efeslilere Məktubu 6:18)
Özünüzü duaya həsr edin və duada sükür edərək oyaq durun. (Paulun Kolosselilərə Məktubu 4:2)
Bİz isə özümüzü duaya və Allahın kəlamını yaymağa həsr edək. (Həvarilərin İşləri, 6: 4)
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin.Çünki onlar düşünür ki ,cox söz söyləməklə eşidiləcəklər.Siz onlara bənzəməyin.Buna görə siz belə dua edin:... Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin.Göydə olduğu kimi Yerdə də sənin iradadən olsun.Gündəlik çörəyimiz bizə bu gün ver.Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla.Bizi sınağa çəkmə ,Lakin bizi şərdən xilas et.Çünki padşahlıq,qüdrət və izzət Əbədi olaraq Sənindir.Amin.(Matta, 6: 7-13)
Tövrat
Ya Rəbb,eşit duamı,yalvararkən məni dinlə,Mənə sədaqətin , salehliyin naminə cavab söylə.. (Məzmur, 143: 1)
Sənə sarı əllərimi açmışam,Bir quraq torpaq kimi Senin üçün susamışam.Ya Rəbb mənə tez cavab ver..Hər səhər məhəbbətini mənə hiss etdir,Çünki Sənə güvənirəm,Gedəcəyim yolu mənə bildir,Çünki varlığımı Sənə verirəm.Ya Rəbb məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm,Mənə Sənin iradənə əməl etməyi öyrət, Çünki mənim Alllahım Sənsən. Düz yer üçün mənə yol göstər.Slehliyin naminə canımı dardan qurtar.Məhəbbətin naminə yağılarımı məhv et...(Məzmur, 143: 6-12)
ALLAH DUA EDƏNLƏRİN DUASINA CAVAB VERƏR
"“Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”" (Bəqərə Surəsi, 186)
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?. (Nəml Surəsi, 62)
İncil
Diləyin, sizə veriləcək,axtarın,tapacaqsınız,qapını döyün və sizə açılacaq.Çünki hər diləyən alar,axtaran tapar,qapı döyənə açılar.. (Matta, 7: 7-8)
Buna görə sizə deyirəm :dua edib hər nə dilərsəniz, inanın ki, artıq almısıniz və istədiyiniz sizin üçün ediləcək. (Mark, 11: 24)
Tövrat
Dar günündə Məni çağırdın,Mən də səni qurtardım... (Məzmur, 81: 7)
ALLAH QORXUSU
O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab Surəsi, 39)
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.. (Rə'd Surəsi, 21)
Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. (Səcdə Surəsi, 16)
Tövrat
Uz ölkəsində Əyyub adlı bir şəxs var idi.O kamil,əməlisaleh,Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. (Əyyub, 1: 1)
Rəbb qorxusu safdır, əbədi yaşayır,Rəbbin hökümləri haqqdır,hamısı ədalətlidir,Onlar qızıldan,bol miqdarda olan qızılda da cox sevilir,Onlar baldan ,şanı balından da şirindir. (Məzmur, 19: 9-10)
Rəbbdən qorxub Ona xidmət edin, həm titrəyin həm də sevinin. (Məzmur, 2: 11)
Nə bəxtiyardır Rəbbdən qorxan,Onun yolları ilə gedən! (Məzmur, 128: 1-2)
ALLAH ONDAN QORXANA ANLAYIŞ GÜCÜ VERƏR
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!. (Ənfal Surəsi, 29)
Tövrat
Rəbb qorxusu hikmətin başlanğıcıdır,Buna əməl edənlərin sağlam düşüncəsi vardır.Ona əbədi olaraq həmdlər olsun! (Məzmur, 111: 10)
MAL YIĞIB TOPLAMAMAQ
Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!.. O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!). (Tövbə Surəsi, 34-35)
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!. (Hüməzə Surəsi, 2-9)
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir). (Rə'd Surəsi, 26)
Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Ali İmran Surəsi, 180)
İncil
Qızıl-gümüşünız paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizin od kimi yandırıb yaxacaq .Bu axır zamanda var-dövlət yığmısınız (Yaqubun Məktubu, 5: 3)
Yer üzündə özünüzə xəzinələr yığmayın.Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın.Orada nə güvə nə pas onlərı məhv edər nə də oğrular girib oğurlayar.Çünki xəzinə hardadırsa, ürəyində orada olacaq. (Matda, 6: 19-21)
Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox ,zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.. (Paulun Timoteyə 1-ci Məktubu, 6: 17)
Tövrat
Pul sevən puldan doymaz, Var-dövlət sevən də qazancdan. Bu da puçdur.Var-dövlət coxaldıqca Onu yeyənlərdə coxalır.Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var? (Vaiz, 5: 10-11)
Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək..." (Sefanya, 1: 18)
Əməlisalehi kamıllik yolu aparar,Xəyanətkar əyriliyindən məhv olar .Heç kimi var-dövləti qəzəb günündən xilas etməz .Amma salehlik insanı ölümdən qurtarar. (Süleymanın Məsəlləri, 11: 3-4)
RƏB belə deyir: “Müdrik müdrikliyi ilə öyünməsin ,Varli öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət ,ədalət və salehlik yaratdığını Dərk edir və Məni tanıyır.Çünki Mən bunlardan xəşlanıram “ Rəbb belə bəyan edir. (Yeremya, 9: 23-24)
MAL SEVGİSİNİ ALLAHA ŞİRK QOŞMAMAQ
Allah (müşriklərlə müvəhhid möminlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tərif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz! (Zumər Surəsi, 29)
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.. (Ali İmran Surəsi, 14)
İncil
Heç kim iki ağaya qulluq edə biməz.Çünki ya birinə nifrət edib obirisini sevəcək ya da birinə bağlı qalıb o birinə xor baxacaq.Siz həm Allaha həm də sərvətə qulluq edə bilməzsiniz. (Matta, 6: 24)
Çünki hər cür pisliyi kökü pulpərəstlikdir.Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi cox əzab verdilər. Amma sən ,ey Allah adamı bu ,şeylərdən qaç.Salehliyin ,möminliyin ,imanın ,məhəbətin ,dözümün ,həlimliyin ardınca get . (Paulun Timoteyə 1-ci Məktubu, 6: 10-11)
TƏVAZÖKAR OLMAQ
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə Surəsi, 54)
... Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver! (Həcc Surəsi, 34)
İncil
Tamamilə itaətkar və həlim, səbrli olub bir-birinizə məhəbbətlə dözün. (Paulun Efeslilərə Məktubu, 4: 2)
Lakin allah daha cox lütf verir. Bunun üçün belə deyilir : “Allah məğrurlara qarşıdır,İtaətkarlara isə lütf göstərir “ (Yaqubun Məktubu, 4: 6)
Tövrat
Eşidin və qulaq asın, qürurlu olmayın, Çünki Rəbb belə söylədi. (Yeremya, 13: 15)
Ey Rəbbin hökümünə əməl edən sizlər , Olkədəki itaətkar insanlar,Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın!... (Sefanya, 2: 3)
(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!” (Ə'raf Surəsi, 13)
Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən (İsra Surəsi, 37)
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman Surəsi, 18)
İncil
Aranızda ən böyük olan xidmətçiniz olsun .Kim özünü yüksəldərsə ,aşağı tutlacaq və kim özünü aşağı tutarsa ,yüksəldiləcək. (Matta, 23: 11-12)
Məğrurlara dedim :” Daha məğrurluq etməyin “, Pislərə dedim : “ Gücünüzü göstərməyin , bBuynuz çıxartmayın , Dikbaş-dikbaş anışmayın”(Məzmur, 75: 4-7)
Xalq arasında xəbərçilik etmə ... (Levililər, 19: 16)
BOŞ –BOŞ DANIŞMAQDAN ÜZ ÇEVİRMƏK
Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!” – deyirlər. (Qəsəs Surəsi, 55)
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz); (Furqan Surəsi, 72)
İncil
Bu əmrin məqsədi pak ürəkdən , təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.Bəzi adamlar isə bunlardan azaraq boşbozağlığa qapıldılar.(Paulun Timoteyə 1-ci Məktubu, 1: 5-6)
Lakin axmaq mübahisələrdən , nəsil şəcərələrindən ,münaqişələrdən ,Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. (Paulun Titusa Məktubu, 3: 9)
Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıq insanı daha allahsızlığa aparır. (Paulun Timoteyə 2-ci Məktubu, 2: 16)
Tövrat
Hikmətli adamın ağzından lütfkar sözlər çıxar,Lakin ağılsız öz dili ilə həlakına yol açar.Onun dilindəki sözlər ağılsızlıqla başlanar,Danışığının axırı da sarsaqlıqdır.Ağılsız adam cox söz danışar.Heç kəs nə olacağını bilməz... (Vaiz, 10: 12-14)
MÜBAHİSƏDƏN UZAQ DURMAQ
(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir.… (Ən'am Surəsi, 68)
... İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir... (Kəhf Surəsi, 54)
nlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər! (Zuxruf Surəsi, 58)
İncil
Axmaq və cahil mübahisələrdən uzaq ol.Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən.(Paulun Timoteyə 2-ci Məktubu, 2: 23)
Lakin axmaq mübahisələrdən ,nəsil şəcərələrindən,münaqişələrdən,Qanunla bağlı dava-dalaşlardan uzaq dur.Çünki bunlar faydasız və boş şeylərdir. (Paulun Titusa Məktubu, 3: 9)
Rəbbin qulu davakar olmamalıdır.Əksinə hamı ilə mülayim rəftar etməli,öyrətməyə qabil ,səbirli olmalıdır.Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. (Paulun Timoteyə 2-ci Məktubu, 2: 24-25)
İNSANLARI ƏN GÖZƏL ŞƏKİLDƏ SƏBİRLƏ XƏBƏRDAR ETMƏK, MÜLAYİM DAVRANMAQ
(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! (Nəhl Surəsi, 125)
Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər! (Ali İmran Surəsi, 159)
(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə Surəsi, 21-22)
İncil
... Allahın kəlamını vəz edəsən,hansı vaxt olursa olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmət ,xəbərdərlıq və nəsihət verəsən. (Paulun Timoteyə 2-ci Məktubu, 4: 1-2)
Ağsaqqalla ağır danışma ,ona ata kimi ,cavanlara isə qardaş kimi ,ağbirçəklərə ana kimi ,gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver. (Paulun Timoteyə 1-ci Məktubu, 5: 1-2)
İmanlılara xatırlat ki,başçılara və hakimlərə tabe olub itaət etsinlər.Hər cür xeyirli iş görməyə hazır olsunlar.Heç kimə şər atmasınlar,davakar deyil mülayim olsunlar və bütün insanlara həlim davransınlar. (Paulun Titusa Məktubu, 3: 1-2)
Qardaşlar ,əgər bir insan bir təsdiq üstündə tutulsa... onu həlimlik ruhu ilə bərpa edin.Sən də sınağa düşməmək üçün özünə fikir ver. (Paulun Galatiyalılara Məktubu, 6: 1)
Ağzınızdan heç bir pis söz çıxmasın ,amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. (Paulun Efeslilərə Məktubu 4:29)
PİSLİYİ YAXŞILIQLA UZAQLAŞDIRMAQ
Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət Surəsi, 34)
Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) – məhz onları (gözəl) axirət yurdu - (Rə'd Surəsi, 22)
İncil
Pisliyiə pisliklə ,söyüşə də söyüşlə cavab verməyin ,əksinə xeyir- dua edin.Çünki bunun üçün çağrılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. (Peterin 1-ci Məktubu, 3: 9)
... avaralara nəsihət verin,cəsarətsizləri ruhlandırın,zəiflərə yardım edin,hamıya qarşı səbirli olun.Diqqətli olun ki ,heç kim pisliyə pisliklə cavab verməsin,əksinə bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın." (Paulun Saloniklilərə 1-ci Məktubu, 5: 14-15)
BAĞIŞLAMAQ, XOŞGÖRÜLÜ OLMAQ
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (Nur Surəsi, 22)
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali İmran Surəsi, 134)
Ya Rəsulum!) Bəndələrimə de: “(Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra Surəsi, 53)
İncil
Beləliklə ,Allahın seçilmişləri ,müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti ,xeyirxahlıq ,itaətkarlıq həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa ,bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.. (Paulun Koloselilərə Məktubu, 3: 12-13)
Tövrat
Səfeh dərhal qəzəbini üzə verər ,Uzaqgörən şərəfsizliyin üstünü örtər . (Süleymanın Məsəlləri, 12: 16)
Hövsələsiz səfeh-səfeh iş görər... (Süleymanın Məsəlləri, 14: 17)
Gec qəzəblənənin böyük dərrakəsi var,Hövsələsizlərdən səfehlik çıxar. (Süleymanın Məsəlləri, 14: 29)
YAXŞILIĞI ƏMR EDƏRKƏN ÖZÜNÜ UNUTMAMAQ
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? (Bəqərə Surəsi, 44)
İncil
Sən nə üçün qardaşının gözündə çöpü görürsən ,amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola –ola qardaşına necə deyə bilərsən : “Qoy gözündəki çöpü çıxarım !” Ey ikiüzlü ,öz gözündən tiri çıxar ,onda aydın görərsən ki,qardaşının gözündəki çöpü necə çıxarmaq olar (Matta, 7: 3-5)
Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki ,Allahın hökmündən qaça biləcəksən? (Paulun Romalılara Məktubu, 2: 3)
"ALLAH DİLƏSƏ EDƏCƏYƏM" DEMƏK
Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!” – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə vesin!)” – de. (Kəhf Surəsi, 23-24)
İncil
İndi siz belə deyirsiniz : “ Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq”.Əslində isə sabah nə baş verəcəyini bilmirsinz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonrada yox olan buxardır.Bunun əvəzinə “əgər Rəbb istəyərsə sağ qalarıq , bu və yə digər işi görəriq” deməlisiniz. (Yaqubun Məktubu, 4: 13-15)
SALAM VERMƏK
... Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın... (Nur Surəsi, 61)
İncil
O evə girərkən ev sakinlərini salamlayın. (Matda, 10: 12)
QORXMAMAQ VƏ HÜZNƏ QAPILMAMAQ
O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab Surəsi, 39)
Onlar: “Ey Rəbbimiz! (Fironun möcüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” – dedilər. (Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! (Ta ha Surəsi, 45-46)
O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali İmran Surəsi, 173-175)
İncil
Amma salehlik uğrunda əzab çəksəniz belə , siz bəxtiyarsınız .İnsanların hədə qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin. (Peterin 1-ci Məktubu, 3: 14)
Tövrat
Qüvvətli olun və ürəkli olun, qorxmayın və onların üzlərindən qorxmayın, çünki səninlə birlikdə gedən Allahın Rəbdir, səni boşa çıxarmaz və səni buraxmaz. (Tesniye, 31: 6)
Və sənin qarşında gedən Rəbdir. O səninlə olacaq, səni boşa çıxarmaz və səni buraxmaz, qorxma və yılgınlığa düşmə. (Tesniye, 31: 8)
“Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan coxlu qoşundan qorxmayın , ruhdan düşməyin ,çünki bizimlə olan onunla olandan böyükdür.” (2-ci salnamələr, 32: 7)
ALLAH QORXUSUNUN, GÖZƏL ƏXLAQIN ƏHƏMİYYƏTİ
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız. (Ə'raf Surəsi, 26)
İncil
Qoy sizin bəzəyiniz saşçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyinməklə zahiri şeylər deyil ,gizli olan daxili varlığınız , həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun .Bu Allahın qarşısında cox dəyərlidir.(Peteren 1-ci Məktubu, 3: 3-4).
Tövrat
... Allahdan qorx ,Onun əmrlərini yerinə yetir. Bəli insanın əsas vəzifəsi budur.Çünki Allah hər şeyi gizli olan hər şeyi – istər yaxşı olsun istər pis –Mühakimə edəcək. (Vaiz, 12: 13-14)
YALANDAN UZAQ OLMAQ
... Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin -. (Həcc Surəsi, 30)
İncil
Buna görə yalanı kənara atın... (Paulun Efeslilərə Məktubu, 4: 25)
Tövrat
Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın." (Levililər, 19: 11)
Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın.Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə coxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın.(Çıxış, 23: 1-2)
GÖNDƏRİLƏN PEYĞƏMBƏRİ QISQANMALARI
Məgər Quran aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Quranım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar! (Sad Surəsi, 8)
(İsrail övladının) peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!” (Bəqərə Surəsi, 247)
... "Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?” (Zuxruf Surəsi, 31)
İncil
Şənbə günü olanda O,sinaqoqda təlim öyrətməyə başladı .Onu dinləyən adamların coxu təəcüblənərək dedi: “Bu adamda belə şeylər hardandır ? Bu necə hikmətdir Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir ? Bu adam həmin dülgər deyilmi ? Məryəmin oğlu ,Yaqubun ,Yusifin , Yahudanın və Şimonun qardaşı deyilmi ? Onun bacıları burada – bizim aramızda yaşamırmı ? Onların İsaya acığı tutdu.(Mark, 6: 2-3)
İMAN ETMƏK ÜÇÜN MÖCÜZƏ İSTƏMƏLƏRİ
Kafir olanlar: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır! (Rad Surəsi, 7)
(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə; Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ya Rəsulum!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!) (İsra Surəsi, 90-93)
İncil
Onda İsa ona dedi :” Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz “.(Yəhya ,4 : 48 )
Onlar İsaya dedilər : “ Sən nə əlamət göstərərsən ki , görüb Sənə inanaq ? Nə iş görəcəksən ? (Yəhya, 6: 30)
PEYĞƏMBƏRLƏRƏ ATILAN CADUGƏRLİK BÖHTANI
(Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər. Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər! (Zəriyət Surəsi, 52-53)
İncil
İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər.Çünki fikirləşirdilər ki , O,ağlını itirib. Yerüsəlimdə gələn ilahiyyətçılar isə deyirdilər : “ O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur “. (Mark, 3: 21-22)
PEYĞƏMBƏRLƏR ÖZ İSTƏKLƏRİNƏ GÖRƏ DANIŞMAZLAR
Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi. (Nəcm Surəsi, 2-5)
"... (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim)....." (Kəhf Surəsi, 82)
İncil
Mən Özümdən heç nə edə bilmərəm , eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. (Yəhya, 5: 30)
Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir . Səhər aşılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. Hər şeydən əvvəl bunu bilməlisiniz ki , Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şəhr etmək olmaz .Çünki heç vaxt peyğmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır,lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi. (Peterin İkinci Məktubu, 1: 19-21)
Tövrat
... 0nlar üçün qardaşları arasından sənin kimi bir peyğəmbər çıxaracağam; və sözlərimi onun ağızına qoyacağam, və ona əmr edəcəyəm hər şeyi onlara söyləyəcək. (Tesniye, 18: 18)
DÜNYA HƏYATININ KEÇİCİLİYİ
Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər). (Ənkəbut Surəsi, 64)
Tövrat
Biz bütün atalarımız kimi Senin önündə bir qərib və qonağıq.Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. (1-ci salnamələr , 29: 15)
İNKAR EDƏNLƏRİN QİYAMƏT GÜNÜ KOR OLARAQ GƏTİRİLMƏSİ
Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar! (İsra Surəsi, 72)
... Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (Ta ha Surəsi, 124)
Tövrat
... Adamlar elə bəla göndərəcəyəm ki , kor kimi hara gedəcəklərini bilməyəcəklər ,Çünki Mən Rəbb qarşı günah ediblər.... (sefanya, 1: 17)
HESAB VERMƏ
Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir! (Həcc Surəsi, 7)
Yer uzanıb dümdüz olacağı; Qoynunda olanları bayıra atıb boşaldacağı; Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)! Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!) Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcək Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: “Ay öldüm!” – deyə şivən qopardacaq, Və Cəhənnəmə vasil olacaqdır! (İnşiqaq Surəsi, 3-12)
Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar! Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir! Hər kəsə öz əməlinin cəzası (əvəzi) veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir! (Zumər Surəsi, 68-70)
İncil
Qəbirlərindən çıxacaq ,yaxşılıq edənlər həyat üçün diriləcək ,pislik edənlərsə hökm üçün diriləcək. (Yəhya , 5: 29)
Tövrat
Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,...sə nə cür etdinsə ,sənə də belə ediləcək .Əməllərinin əvəzi öz başına gələcək. (Avdiya , 1: 15)
İNSAN TƏK BAŞINA HESAB VERƏCƏK
iz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur. (Ən'am Surəsi, 94)
İncil
Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək. (Paulun Romalılara Məktubu, 14: 12)
ALLAH HƏR KƏSƏ ETDİYİNİN QARŞILIĞINI VERƏCƏK
(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir: ) “Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir! (Casiyə Surəsi, 28)
Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır! (Bəqərə Surəsi, 281)
İncil
Allah hər kəsə əməlinə görə əvəzini verəcək : dözümlə yaxşı əməl sahibi olaraq izzət , hörmət və ölməzlik axtaranlara əbədi həyat , özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlara baş əyənlərə isə qəzəb hiddət göndərəcək.(Paulun Romalılara Məktubu, 2: 6-8)
Tövrat
Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,... sən nə cür etdinsə ,sənə də belə ediləcək , Əməllərinin əvəzi öz başına gələcək !(Avdiya, 1: 15)
DÜNYADAKI ZƏNGİNLİK AXİRƏTDƏ İNSANA BİR FAYDA VERMƏYƏCƏK
Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar! (Ali İmran Surəsi, 10)
Tövrat
Rəbbinin qəzəb günü Qızıl –gümüşləri Onları qurtara bilməyəcək ... (Sefanya, 1: 18)
ALLAHIN İNSANLARA VAXT VERMƏSİ, MÜƏYYƏN BİR VAXTA QƏDƏR TƏXİRƏ SALMASI
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl Surəsi, 61)
Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların (öz əzab) vaxtı vardır (O zaman) onlar (Allahın əzabından qaçıb canlarını qurtarmağa) əsla bir yer tapa bilməzlər! (Kəhf Surəsi, 58)
İncil
Bəziləri bunu gecikmə sayar,amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbr edir. Çünki O heç kəsin həlak olmasını istəmir ., amma hər kəsin tövbə etməsini istəyir. (Peterin 2-ci Məktubu, 3: 9)
GÖNDƏRİLƏN ELÇİLƏRƏ VƏ İNANANLARA ZÜLM EDİLMƏSİ
(Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər! (Hicr Surəsi, 10-11)
"(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir! (Ənkəbut Surəsi, 18)
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal Surəsi, 30)
Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) vədidir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı vəd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı. (Əhzab Surəsi, 22)
İncil
Nə bəxtiyardır salehlik uğurunda təqib edilənlər! Çünki səmavi padşahlıq onlarındır. İnsanlar Mənə görə siz təhqir edib təqib edəndə , yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!
Sevinin və şadlanın ! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. (Matta, 5: 10-12)
İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək , sinaqoqlarında qamçılayacaqlar . Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə vəlilərin və padşahların qarşısına aparılacaqsınız.. (Matta, 10: 17-18)
Həvariləri içəri çağırıb qamçılatdılar və əmr verdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər .Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar. Onlar hər gön məbəddə və evlərdə təlim öyrətməkdən , İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər . (Həvarilərin İşləri, 5: 40-42)
Tövrat
Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək. (Əyyub, 8: 22)
ALLAH YOLUNDA HİCRƏT EDİB ZÜLM GÖRƏNLƏRİN MÜKAFATI
Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər! (Nəhl Surəsi, 41)
İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi möminlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir! (Ənfal Surəsi, 74)
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ali İmran Surəsi, 195)
İncil
İsa cavab verdi : “ Sizə doğrusunu deyirəm : Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki , indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər , qardaşlar , bacılar , analar , uşaqlar , tarlalar ,gələcək dövrdə isə əbədi həyat almasın. (Mark, 10: 29-30)
Bu şeylər Allahın ədalətli hökmünün nəticəsidir ki,nəticədə uğrunda indi əzab çəkdiyiniz Allahın padşahlığına layiq salılasınız. Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət , əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq verəcək.... (Paulun Selaniklilərə 2-ci Məktubu, 1: 5-8)
İMAN EDƏNLƏRİN SAYININ AZ OLMASI
Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə müşriklərinin) əksəriyyəti iman gətirən deyildir! (Yusuf Surəsi, 103)
Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz. (Rə'd Surəsi, 1)
Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! (Ən'am Surəsi, 116)
İncil
Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir.Bu qapıdan girənlər coxdur.Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdir. (Matta, 7: 13-14)
ALLAHın İMAN EDƏNLƏRİ XÜSUSİ OLARAQ SEÇMƏSİ
(Ya Rəsulum!) De: “Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?! (Nəml Surəsi, 59)
İncil
Biz də dayanmadan Allaha şükür edirik ki , siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil , həqiqətən ,Allahın kəlamı olaraq qəbul etdiniz. (Paulun Saloniklilərə 2-ci məktubu, 2: 13)
Tövrat
... Allahın Rəbb Özünə xidmət etmək üçün, və Rəbbin adı ilə mübarək etmək üçün onları seçdi… (Tesniyə, 21: 5)
ALLAHIN İMAN EDƏNLƏRƏ MƏRHƏMƏTİ
.... “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi.... (Nisa Surəsi, 94)
İncil
Çünki iman vasitəsilə ,lütflə xilas oldunuz. Bu sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.Əməllərlə deyil ki , heç kim öyünə bilməsin . (Paulun Efeslilərə Məktubu, 2: 8-9)
Tövrat
Sən çətinlikdə ikən, və bütün bu şeylər başına gəldiyi zaman, son günlərdə Allahın Rəbbə dönəcəksən, və Onun sözünü dinləyəcəksən; çünki Allahın Rəbb çox ağrıyan Allahdır; səni buraxmaz, və səni həlak etməz, və atalarına and etdiyi onlarla olan əhdini unutmaz. (Tesniyə, 4: 30-31)
DÜNYƏVİ HEÇ BİR İŞ İNANANLARIN ALLAHIN RAZILIĞINI AXTARIŞLARINI MANEƏ TÖRƏTMƏZ
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur Surəsi, 37)
İncil
... Allahın kəlamını vəz etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil. (Həvarilərin İşləri, 6: 2)
İMAN EDƏNLƏRLƏ BİRLİKDƏ OLMAQ
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə! (Kəhf Surəsi, 28)
İncil
... Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə səlehliyin , imanın , məhəbbətin və sülhün ardınca get. (Paulun Timoteyə 2-ci Məktubu, 2: 22)
İMAN EDƏNLƏRİN QARDAŞLIĞI
Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali İmran Surəsi, 103)
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər.... (Tövbə Surəsi, 71)
İncil
Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birbirinizi qabaqlayın. (Paulun Romalılara Məktubu, 12: 10)
Çünki kim Allahın iradəsini yerinə yetirirsə Mənim qardaçım ,bacım və anam odur. (Mark, 3: 35)
ALLAHIN DİNİNƏ SIX SARILMAQ
Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik! (Ə'raf Surəsi, 170)
Buna görə də sən özünə vəhy olunandan (Qurandan) yapış. Həqiqətən, sən düz yoldasan! (Zuxruf Surəsi, 43)
Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ... (Ali İmran Surəsi, 103)
İncil
Beləliklə, qardaşlar , möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın. (Paulun Saloniklilərə 2-ci Məktubu, 2: 15)
Həm başqalarına sağlam təlimlə nasihət verməyə , həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır. (Paulun Titusa Məktubu, 1: 9)
İMAN EDƏNLƏRİN HƏYATI VƏ ÖLÜMÜ ALLAH ÜÇÜNDÜR
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ən'am Surəsi, 162)
O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. (Bəqərə Surəsi, 156)
İncil
Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük. Yaşayırıqsa Rəbb üçün yaşayırıq ,ölürüksə Rəbb üçün ölürük .Buna görə də yaşasaq da , ölsək də Rəbbə məxsusuq. (Paulun Romalılara Məktubu, 14: 7-8)
ATALARININ DİNİNƏ TABE OLMAQ
Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?) (Bəqərə Surəsi, 170)
İncil
Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz.Sonra İsa onlara dedi : “ Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız. (Mark, 7: 8-9)
Tövrat
Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar , başqa allahları tərəftarı olub onlara qulluq etdilər... (Yeremya, 11: 10)
DİNDƏ TƏRİQƏTLƏRƏ AYRILMAMAQ
(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” ... (Şura Surəsi, 13)
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bəzisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər. (Rum Surəsi, 32)
Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı). (Beyyinə Surəsi, 4)
Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! (Ənfal Surəsi, 46)
İncil
... hamınız həmfikir olun.Qoy aranızda dəstəbazlıq olmasın , eyni düşüncədə və eyni ağılda birləşin. (Paulun Korinflilərə 1-ci Məktubu, 1: 10)
İNSANIN YARADILIŞI
Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur! (Mu'minun Surəsi, 12-14)
Tövrat
Əllərin mənə quruluş verdi , məni yaratdı ,...Məni palçıqdan düzəltdin...Ət və dərini əynimə geyindirdin ,məni sümük və vətərlərlə hördün.. (Əyyub, 10: 8-11)
Məni Allahın Ruhu yaratdı .Külli-İxtiyarın nəfəsi mənə həyat verdi. (Əyyub, 33: 4)
Mən də Allahın nəzərində sənin kimiyəm ,Mən də palçıqdan düzəldilmişəm. (Əyyub, 33: 6)
NƏFS DAİM PİSLİYİ ƏMR EDİR
And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! (Şəms Surəsi, 7-9)
... Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa Surəsi, 128)
Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. .. (Yusuf Surəsi, 53)
İncil
Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz (Paulun Romalılara Məktubu, 6: 12)
Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq ,murdarlıq ,pozğunluq , bütpərəstlik, sehrbazlıq , düşmənçilik,münaqişə ,qısqanclıq,hiddət , özünü göstərmə ,nifaq ,təfriqlər,paxıllıq ,eyş-işrət və buna bənzər şeylərdir.Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də , xəbərdarlıq edirəm ki , bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar. (Paulun Galatiyalılara Məktubu, 5: 19-21)
O sözünə davam etdi : “İnsanı murdar edən insandan çıxandır.Çünki insanların daxilindən , ürəyindən pis fikirlər ,cinsi əxlaqsızlıq ,oğurluq ,qatillik ,zinakarlıq,tamahkarlıq, şər əməllər ,hiylə ,pozğunluq, paxıllıq ,küfr,lovğalıq və ağılsızlıq çıxar. (Mark 7: 20-22)
PİS ƏXLAQ XÜSUSİYYƏTLƏRİ
(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana; Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya - O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə! Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi. (Qələm Surəsi, 10-15)
Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar). (Məryəm Surəsi, 59)
İncil
Onlar hər cür haqsızlıq ,pislik ,tamahkarlıq və kinlə doludurlar,paxıllıq ,qatillik , münaqişə ruhu ,hiylə və pis niyyətlə dolub daşdılar.Onlar qeybətçi, böhtançı ...söyüşçı, məğrur, təkəbbürlü ,pis işlərdə bacarıqlı, ata –anaya itaətsiz,axmaq ,xain, səfqətsiz və rəhmsizdir. (Paulun Romalılara Məktubu, 1: 29-31)
Tövrat
Qoy ata-babaları kimi olmasınlar,Çünki onlar dikbaş ,üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük ,könülləri vəfasız idi. (Məzmur 78: 8)
Deyək ki bu adamın bir oğlu olur. Əgər bu oğul zorakılıq edib qan tökürsə, Soydaşına qarşı bu işlərdən birini görürsə , Atası bunlardan heç birini etmədiyi halda ,oğul dağlarda gətirilən qurbanlardan yeyirsə Qonşusunun arvadını ləkələyirsə ,Fəqirə və yoxsula haqsızlıq edirsə,Soyğunçuluq edirsə ,Girovu qaytarmırsa Gözlərini bütlərə dikirsə ,İyrənc işlər görürsə (Yezekel, 18: 10-12)
Əlləri qurğu qurmağı öyrənməsin deyə Hiyləgərlərin fəndini pozur.Müdrikləri hiylə qurarkən yaxalayır,Fəndgirlərin oyununa son qoyur. (Əyyub, 5: 12, 13)
GÖZ, ÜRƏK VƏ QULAQLARIN LAQEYDLƏŞMƏSİ İLƏ ƏLAQƏDAR AYƏLƏR
(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)” (Fussilət Surəsi, 5)
Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə Surəsi, 7)
(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: ”Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, - deyərlər. (Ən'am Surəsi, 25)
Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Ə'raf Surəsi, 179)
İncil
Çünki bu xalqın ürəyi kütləşdi,Qulaqları ağır eşitdi,Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar,Və Mənə sarı dönməsinlər ki ,Mən onlara şəfa verim. (Matta, 13: 15)
Gözləriniz ola-ola görmürsünüzmü ? Qulaqlarınız ola-ola eşitmirsinizmi? (Mark, 8: 18-19)
Get bu xalqa bunu çatdır: “ Eşitdikcə eşidəcəksiniz,amma anlamayacaqsınız,Gördükcə görəcəksiniz amma qanmayacaqsınız,Çünki bu xalqın ürəyi kütləşdi ,Qulaqları ağır eşitdi,Gözlərini yumdular ki,Gözləri ilə görməsinlər,Qulaqları ilə eşitməsinlər,Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dənməsinlər ki ... (Həvarilərin İşləri, 28: 26-27)
İNKARÇILARIN ÖZLƏRİNİ AĞILLI HESAB ETMƏLƏRİ
Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər. (Bəqərə Surəsi, 13)
İncil
Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub. (Paulun Romalılara Məktubu, 1: 22)
İMAN ETMƏYƏNLƏRİN ÜZƏRİNDƏKİ ALÇALDILMA
Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər. (Yunus Surəsi, 100)
İncil
Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki,bir-birlərinin bədənini rüsvay etsinlər... (Paulun Romalılara Məktubu, 1: 24)
GÖZƏL ƏXLAQA UYĞUN GƏLMƏYƏNLƏRİ DOST HESAB ETMƏK
(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır. (Mücadilə Surəsi, 22)
Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! (Mumtəhənə Surəsi, 9)
İncil
Əslində mən sizə yazmışdım ki,siz özünü bacı–qardaş adlandırıb, lakin əxlaqsızlıq ,tamahkarlıq,bütpərəstlik,böhtançılıq,əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə yemək belə ,yeməyin . (Paulun Korinflilərə 1-ci Məktubu, 5: 11)
Əxlaqsızlığın,hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə , aranızda çəkilməsin , çünki müqqədəslərə yaramaz...Qoy heç kim sizi boş sözlərlə aldatmasın .Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir.Buna görə də onların şəriki olmayın. (Paulun Efeslilərə Məktubu, 5: 3, 6-7)
ALLAH QATINDA BİR GÜN SAYMAQDA OLDUĞUMUZ MİN İL KİMİDİR
(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir! (Həcc Surəsi, 47)
İncil
... Rəbb üçün bir gön min il kimidir , min ilsə bir gün kimidir.Bəziləri bunu gecikmə sayar , amma Rəbb vədini yerinə yetirməkdə gecikməz , lakin sizə görə səbir edir.Çünki O heç kəsin həlak olmasını istəmir ,amma hər kəsin tövbə etməsini istəyir.. (Peterin 2-ci Məktubu 3:8-9)
HEÇ KİM BAŞQASININ GÜNAHI YÜKLƏNMƏZ
Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik! (İsra Surəsi, 15)
Tövrat
Yalnız günah işlədən adam öləcək.Oğul atanın təqsirinin məsuliyyətini daşımaz , ata da oğlunun təqsirinin məsuliyyətini daşımaz.Saleh adam salehliyinin , pis adam isə pisliyinin əvəzini alacaq. (Yezekel, 18: 20)
İNSANLARIN ÖZ ƏLLƏRİYLƏ ETDİKLƏRİ SƏBƏBİYLƏ CƏZALANDIRILMALARI
Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər. (Şura Surəsi, 30)
Tövrat
Hər şey pis işlərimizdən və böyük günahlarımızdan ötrü başımıza gəldi , lakin, Ey Allahımız ,Sən bizi təqsirlərimizin layiq olduğundan az cəzalandırdın .Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı –bunları bizə verdin.(Ezra, 9: 13)
TƏVƏKKÜL
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran Surəsi, 160)
Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər! (Maidə Surəsi, 11)
Tövrat
Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi. (2-ci Salnamələr, 26: 5)
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə... (Süleymanın Məsəlləri, 3: 5)
Ey ordular Rəbbi , sənə güvənən nə bəxtiyardır! (Məzmur, 84: 12)
YOLLARI İSTİQAMƏTLƏNDİRMƏK ALLAHA AİDDİR
Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı. (Nəhl Surəsi, 9)
Tövrat
Bütün yollarında Onu tanı,O sənin yollarını düzəldər. (Süleymanın Məsəlləri, 3: 6)
QİYAMƏT GÜNÜ
Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; V.Məmmədəliyev Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! (Qiyamət Surəsi, 6-11)
Ulduzlar sönəcəyi; Göy yarılacağı; Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı); Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman, (Mürsəlat Surəsi, 8-11)
O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə büruzə verir). (Ta ha Surəsi, 15)
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Ə'raf Surəsi, 187)
O gün göy göyərmiş mis kimi olacaq; Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır. Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır). (Məaric Surəsi, 8-10)
(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!... (Rəhman Surəsi, 37)
İncil
Amma o günlərdə , o əzab-əziyyətdən sonra Günəş tutulacaq , Ay nurunu saçmayacaq ,Ulduzlar göydən töküləcək ... (Mark, 13: 24-25)
Ehtiyatlı olun ,oyaq olun. Çünki bilmirsiniz ki , o an nə vaxt gələcək. (Mark, 13: 33)
Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla , bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin .Çünki o gün yer üzündə yaşayanlarının hamısının üstünə gələcək. (Luka, 21: 34-35)
... O gün göylər böyük qurultu ilə aradan qalxacaq . Ünsürlər yanaraq məhv olacaq .Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.Hər şey belə məhv olacaqsa ,siz nə cür insanlar olmalısınız ? Müqəddəs həyat sürməli , mömin olmalısınız .Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz.O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. (Peterin 2-ci Məktubu, 3: 10-12)
Tövrat
... Rəbbin günü yaxındır! Günəş və ay qaralır, ulduzlar işıqlarını gizlədir... (Yoel, 3: 14-15)
... Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır .O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! Buna görə hamının əlləri yanına düşəcək ,Hər kəs qorxub ürəyini yüyəcək. Hər bir adamı dəhşət bürüyəcək , Dərd və iztirab içində boğulacaq , Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, uzləri qızaracaq .Budur Rəbbin günü gəlir,Amansızlıqla,qeyzlə ,qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin Oradakı günahkarları məhv etsin.Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq ,Ay nurunu saçmayacaq.(Yeşaya 13: 6-10)
Vay o günə! Budur Rəbbin o günü yaxındır ,O gün Külli-İxtiyar fəlakət gətirəcək. (Yoel, 1: 15)
Rəbbin mötəşəm günü yaxınlaşır, Yaxınlaşır,tez gələcək.Rəbbin günündə fəryad səsi çıxacaq ,İgid adam belə ,fəryad edəcək .O gün qəzəb günüdür: Hər tərəfi əziyyət və məşəqqətin, viran və talanın , qaranlıq və zülmətin ,qara buludların bürüdüyü gündür! (Sefanya, 1: 14-15)