Quran ayələrində insanın ana bətnindəki yaranma mərhələləri ilə əlaqədar mühüm məlumatlar verilir. Ayələrdə ana bətnində əvvəlcə sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlərin əmələ gələrək bu sümükləri əhatə etdiyi belə xəbər verilir:
"Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (Müminun surəsi, 14)
Yaxın vaxtlara qədər ana bətnində sümüklərlə əzələlərin birlikdə əmələ gələrək inkişaf etdikləri zənn edilirdi. Ancaq ana bətnində formalaşmanı tədqiq edən embriologiya elmindəki nailiyyət bu düşüncənin yanlış olduğunu və bu mövzuda Quranda bildirilənlərin əksiksiz bir şəkildə doğru olduğunu ortaya cıxarmışdır. Aparılan mikroskopik tədqiqatlar göstərir ki, ana bətnində tam ayələrdə bildirildiyi kimi, bir inkişaf gedir. Əvvəlcə rüşeymdə qığırdaq toxuma əmələ gəlir, ardından isə bu qığırdaq toxuma sümükləşir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafında toxumadan seçilərək bir yerə gəlir və bu sümükləri əhatə edir. Göründüyü kimi, müasir embriologiyanın əldə etdiyi məlumatlar insanın Quranda bildirilən əmələgəlmə mərhələləri ilə tam bir uyğunluq təşkil edir. Qığırdaq Allah'ın bənzərsiz yaratmasının dəlillərindən biridir. Qığırdaq toxumalar xüsusi olaraq yaradılmış və həyati əhəmiyyət kəsb edir. Qığırdaqda insan əli ilə əsla meydana gətirilə bilməyəcək qədər mükəmməl bir sistem var. İnsan bu mükəmməl sistemin varlığı sayəsində onurğasının, oynaqlarının funksiyalarını necə meydana gətirəcəyini, ya da nəfəs ala bilmək üçün nəfəs borusunu necə davamlı olaraq açıq tutmaq lazım olduğunu heç fikirləşməz. Qığırdaqdakı bu mükəmməl yaradılış Uca Rəbbimizin üstün yaratma sənətinin çox kiçik bir hissəsini bizə göstərir. Uca Allah bir ayədə belə buyurur:
"Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allah'dır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır." (Ənam surəsi, 102)
Qığırdaq kimi Allah'ın üstün yaratmasının nümunələri insanın Allah'a yönəlməsi, Onun ucalığını və böyüklüyünü qavraması, bildiyi və bilmədiyi bir çox üstün xüsusiyyətlə qüsursuz vücud verən Allah'a şükür etməsi üçün bir vəsilədir.