Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)
Bir çox insan özlərinə başqa bir adamı nümunə götürür və bu adama bənzəmək üçün səy göstərirlər. Hətta mədəniyyətindən danışığına, geyim tərzindən rəftarına qədər o adamı təqlid edər, onun həyat şəklini mənimsəyərlər. Ancaq bu nümunələrin demək olar ki, hamısı ya bir çox istiqamətdən natamamdır, ya da bütövlükdə insanları səhv yola çəkən bir əxlaq və anlayışa malikdir. İnsanlıq üçün ən gözəl əxlaq və rəftar nümunəsi Peyğəmbərimiz hz. Muhəmməddir. Peyğəmbərimizin (səv) gözəl əxlaqının və rəftarının qaynağı isə Qurandır. Peyğəmbərimiz (səv) və ətrafındakı möminlər Quranı özlərinə rəhbər etmiş, Quran əxlaqı ilə əxlaqlanmış, Allah’dan şiddətlə qorxan, Onu dərin bir sevgi ilə sevən, vicdanlı insanlardır.
Allah, iman gətirənləri "yer üzünün xəlifələri" (Ənam surəsi, 165) xüsusiyyəti ilə şərəfləndirmiş, onlara həm bu dünyada, həm də axirət həyatlarında izzət və şərəf vermişdir.
Peyğəmbərimizin (səv) idarəsində olan cəmiyyətlərdə dinclik, xoşbəxtlik, güvən, ədalət, sevgi, dostluq, qardaşlıq, insaniyyət, şəfqət, mərhəmət, köməksevərlik, fədakarlıq kimi əxlaqi xüsusiyyətlər ən mükəmməl şəkliylə yaşanmışdır. Necə ki bu dövr tarixdə "Əsri Səadət" olaraq adlandırılmışdır. Allah ixlas sahibi olan möminlərin dünya həyatında alacaqları bu qarşılığı belə müjdələyir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.(Nəhl surəsi, 97)
Bu səbəbdən dövrümüzdə də Quranla və Peyğəmbərimizin (səv) sünnəsi ilə düşünən, hökm verən, danışan və qərar verən bir nəsilin yetişməsi çox əhəmiyyətlidir.
Peyğəmbərlərin əxlaqını özlərinə nümunə götürən, yalnız Allah’ın razılığını hədəf alan bu saleh müsəlman cəmiyyətinin xüsusiyyətləri Quran ayələrində bütün təfsilatları ilə izah edilmişdir. Bu saleh möminlərin bəzi xüsusiyyətləri belədir:
= Yalnız Allah'a qulluq edərlər (Fatihə, “Kitabı açan” surəsi, 4)
= Allah'a təslim olmuşlar (Tövbə, “Tövbə” surəsi, 51)
= Allah’a qarşı aciz olduqlarını bilirlər (Cin, “Cinlər” surəsi, 22)
= Allah’dan qorxurlar, Onun bəyənməyəcəyi bir əxlaq içərisində olmaqdan şiddətlə çəkinirlər (Rəd, “Göy gurultusu” surəsi, 21)
= İstənilən hal və vəziyyətdə Allah’a şükr edirlər (Bəqərə, “İnək” surəsi, 172)
= Alicənab və bağışlayıcıdırlar (Hicr, “Hicr” surəsi, 85)
= Təvazökardırlar (Furqan, “Haqqı batildən ayıran” surəsi, 63)
= Mərhəmətli və yumşaq xasiyyətlidirlər (Tövbə, “Tövbə” surəsi, 128)
= Yaxşılığı əmr etməyə və pislikdən çəkindirməyə çalışırlar (Ali-İmran, “İmranın ailəsi” surəsi, 104)
= Birlik və bərabərlik ruhu içərisində olurlar (Səf, “Səf” surəsi, 4)
= Günahkarlara əsla arxa durmurlar, daim haqqı və ədaləti müdafiə edirlər (Nisa, “Qadınlar” surəsi, 105, Nisa, “Qadınlar” surəsi, 58)
= Heç kəsin haqqını yeməzlər (Şüəra, “Şairlər” surəsi, 184)
= Sözlərinə sadiqdirlər (Bəqərə, “İnək” surəsi, 177)
= Boş şeylərdən daim üz çevirir, hər zaman faydalı yol üzərində olurlar (Furqan, “Haqqı batildən ayıran” surəsi, 72)
= Səbirlidirlər, çətinliklərdən əsla qorxmurlar (Ali-İmran, “İmranın ailəsi” surəsi, 146, Hud, “Hud” surəsi, 55)
= Etibarlı və cəsurdurlar (Yunis, “Yunus” surəsi, 71)
= Dinlərinə bağlıdırlar (Əraf, “Sədd” surəsi, 89)
= Fikirlərini zorla qəbul etdirmirlər, qarşılıqlı müzakirə edirlər (Nəhl, “Bal arısı” surəsi, 125)
= Gördükləri işlərdən mənfəət güdmürlər (Şura, “Şura” surəsi, 23)
= Haqqı söyləməkdən çəkinmirlər (Maidə, “Süfrə” surəsi, 54)
= Sənət və estetikdən zövq alırlar
= Fanatizmə və xurafata qarşıdırlar
Yuxarıdakı xüsusiyyətləri daşıyan nəsillər hazırda yer üzünün bir çox bölgəsində yaşanan əxlaqi degenerasiyanın, döyüşlərin, zalımlıqların, səfalətin, bəlaların, hiylə və saxtakarlıqların, çətinlik və sıxıntıların yox olub, yerini sülhün, təhlükəsizliyin, ədalətin, dincliyin, alicənablığın, qardaşlığın və köməksevərliyin almasına vəsilə olacaqlar. Çünki Quran əxlaqı bütün bəşəriyyətə maddi və mənəvi zənginlik, gözəllik və aydınlıq gətirir. Quran əxlaqının insanlar arasında geniş yayılaraq yaşanması ilə yer üzündəki bütün problemlər çox qısa müddət ərzində həll olar.
Allah Quranda, "Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir." (Bəqərə surəsi, 208) şəklində buyuraraq insanları Quran əxlaqını yaşamağa çağırmışdır.
Yaşadıqları cəmiyyətin batil ənənə və adətlərinin, öyrəndikləri səhv məlumatların arxasınca düşməyib, dinin gerçək qaynağı olan Qurana tabe olanlar ayədə ifadə edildiyi kimi İslama girmiş olacaqlar. Əks halda bir çox batil inancları olan, öz eqoist həvəs və istəkləri üçün yaşayan, kiçik hədəflər arxasınca qaçan, fanatik, mühafizəkar, səmimiyyətsiz, qorxaq, özünə inamı olmayan, dar düşüncəli, cahil, dinin əslini qavramayıb mistik düşüncələrlə inancını yaşatmağa çalışan, ağılsız, bəsirətsiz, mühakiməsi korşalmış, dindən kənar qayda və prinsiplərin altında əzilmiş, əxlaqsızlıqda sərhəd tanımayan cəmiyyətlər meydana gələcək. Əlbəttə, belə şəxslərdən ibarət olan cəmiyyətdə xoşgörüşlü, aydın, mədəni, dinc və etibarlı bir həyatın yaşanmayacağı məlumdur.
Bu mövzu ilə bağlı Bədiüzzaman Səid Nursi belə söyləyir:
"Milləti İslamiyənin səadəti yalnız və yalnız İslamın əsasları ilə ola bilər. Yoxsa ədalət məhv olar, asayiş alt-üst olar. Əxlaqsızlıq və murdar xasiyyətlər üstün gələr. İş yalançıların və yaltaqların əlində qalar" demişdir. (Xütbeyi Şamiyə, s. 79)
Bu səbəbdən həqiqətən iman gətirən hər insane ona səmimi iman nəsib etdiyi, hidayətə çatdırdığı, peyğəmbərimiz hz. Muhəmmədi bilib tanımaqla şərəfləndirildiyi üçün Allah’a şükür etməlidir. Bunun ən gözəl şükrünü də Quran ilə xəbər verilən əxlaqı tam mənada yaşamaqla və Peyğəmbərimizin (səv) keçdiyi yolu izləməklə göstərməlidir. Bunun əksi Allah’a qarşı nankor bir davranış olar. Belə bir davranışın axirətdəki qarşılığı isə çətin ola bilər.