Quran asanlığa yönəldən rəhbərdir
ucgen

Quran asanlığa yönəldən rəhbərdir

2370

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Taha surəsi, 2-3)

Allah tarix boyu bütün insanlara doğrunu tapmaları və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar, bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:

 
“Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir (Ali İmran surəsi, 4)

 

Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq mənalarından uzaqlaşdırılmışdır.  Ancaq Allah son müqəddəs kitab olan Quranın təhrif olunmasının mümkün olmadığına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağını bildirmişdir:

 

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

 

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

 

Quranın qiyamətə qədər etibarlı olduğunu və qorunacağını bilən möminlər bunun hüzur və rahatlığını yaşayarlar. Quran insanın hər hökmündən və əmrindən qəti olduğu, ürəklərdə heç bir şəkk-şübhə meydana gəlmədən tabe olunacaq bir kitabdır. İnsanlar üçün bu cür "etibarlı" bir yol göstəricisinin olması çox böyük nemət və Allah qatından verilmiş bir rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verir:

 
… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

 

Quranı bilən hər insan yaradılış məqsədini, Allahın məmnuniyyətini, rəhmətini, cənnətini qazanmanın yolunu, cənnət və cəhənnəmdə necə bir həyat olacağını, Allahın yaratmasındakı sirrləri, ən gözəl əxlaqı, bir çox məlumatı doğru və əskiksiz şəkildə öyrənər.

Bir insanın din haqqında soruşa biləcəyi və başqa insanlar tərəfindən veriləcək hər cür suallara da cavab Qurandadır. Allah bir ayəsində bunu belə buyurur:

 

Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. (Furqan surəsi, 33)

Quran ayələrində din haqqında hər şeyin məlumatı verildiyi kimi, insanların ixtilafa düşəcəkləri heç bir mövzu da buraxılmamışdır. Allah Quranın endirilmə səbəblərindən birinin insanların ixtilafa düşdükləri mövzuların açıqlanması olduğunu belə bildirmişdir:

 
Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. (Furqan surəsi, 33)

 

Ayədə göründüyü kimi Quran Allaha iman gətirən, saleh qullar üçün böyük rəhmət və hər mövzuda yol göstəricidir. Allah Quran yolu ilə bizə bilmədiyimiz yaradılışın sirri olan mövzuları bildirir və bütün insanları bu məlumatlarla xəbərdar edir. Məsələn, Quranda şeytanın varlığı, xüsusiyyətləri, məqsədi, insanlara hansı istiqamətlərdən yaxınlaşa biləcəyi, nə kimi üsullardan istifadə edə biləcəyi və hiyləgər xarakteri haqqında məlumat verilir. Bununla yanaşı, bir insanın şeytanın təsirindən necə çıxa biləcəyi göstərilir. Quranda şeytan haqqında izah edilənlər möminlər üçün böyük asanlıqdır. Çünki bunun sayəsində şeytan kimi hiyləgər, gizli yollarla yaxınlaşan bir düşmənə qarşı insanlar daima ayıq olurlar.

Quran son dərəcə aydın olan və hər kəsə xitab edən bir kitabdır. Buna görə insanların axirət günündə Allaha dünyada etdikləri işlər üçün hesab verərkən "Mən bundan xəbərsizdim, mənə bildirilməmişdi" deyə bəhanə göstərə biləcəkləri heç bir mövzu yoxdur. Allah insanları Quran vasitəsi ilə ən gözəl şəkildə xəbərdar etmiş və həyatları ilə bağlı çox vacib mövzularla məlumatlandırmışdır.

Allah asanlıq olsun deyə Quranda insanların daha asan qavrayıb anlaya bilmələri üçün ayələri müxtəlif şəkillərdə açıqlamışdır. Allah Quranın bu üslubunu ayələrində belə bildirir:

 

Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik (Əraf surəsi, 52)

… Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər. (Ənam surəsi, 65)

 

 

Allahın bu hökmlərinə baxmayaraq, insanların etdikləri səhvlərdən biri isə Quranın hər insan tərəfindən aydın başa düşülmədiyini fikirləşmələridir. Çox insan Quranın başa düşülməsi və yaşana bilməsi üçün mükəmməl təhsilə ehtiyac olduğunu zənn edir. Bu mühakiməni yürüdən kəslərin böyük qismi isə əslində bir dəfə belə olsun Quranı oxumamışdır. Bəlkə də oxumuşdur, amma anlamağa çalışmamışdır, daha əvvəldən ayələri anlamayacağına özünü inandırmışdır. Halbuki Quran Allahın ayələrində bildirdiyi kimi açıq-aşkardır. Səmimi olaraq Quranı oxuyan hər insanın onu asanlıqla anlaya biləcəyi bir üslubdadır.

Quranın dilinin olduqca anlaşılan olması insanlar üçün çox böyük bir nemətdir. Allah insanların Quranı rahatlıqla oxuyub anlamaları üçün asanlaşdırdığını ayədə belə bildirir:

 

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən. (Məryəm surəsi, 97)

 

Allah rəhmətinin və mərhəmətinin təzahürü olaraq, insanların anlaması üçün dinini bu qədər asanlaşdırmışdır. Bu halda insanın öhdəsinə düşən sadəcə Allahın bildirdikləri üzərində düşünmək və onları tətbiq etməkdir. Bir çox insan bu qədər asan bir yolu qoyub, çətin olanı seçir. Özlərinə səhv yol göstəricilərini axtarmaqla, həyatlarının məqsədini öyrənə biləcəkləri, əbədi qurtuluşlarına vəsilə olacaq Qurandan uzaq yaşayırlar. Bu ayədə bildirildiyi kimi, Peyğəmbərimiz (səv) də bu mövzuda Allaha belə səslənmişdir:

 

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – dedi (Furqan surəsi, 30)

 

Qəlbləri razı qalmış, Allaha bağlanan əsl möminlər isə Quranın hökm və hikmət sahibi olan Rəbbimizdən göndərilmiş bir hidayət olduğunu bilirlər. Allah Quranın "möminlər üçün şəfa və rəhmət" (İsra surəsi, 82) olduğunu da bildirmişdir. Quran ayələri ilə insanın ağlında meydana gələ biləcək suallar və şübhələr tamamilə aradan qalxar, insan özü üçün ən uyğun olan əxlaqı və həyat formasını öyrənmiş olar.

Bu çox əhəmiyyətli bir məqamdır: Allah insanları İslam qayda-qanunlarına uyğun olaraq yaşadıqları üçün xoşbəxt, dinc, sağlam yaratmışdır. Bunları əldə etmək üçün Qurandan başqa yol axtaranlar minlərlə, milyardlarla il keçsə də heç bir zaman axtardıqlarını tapa bilməyəcəklər. İnsanın dünyada və axirətdə rahatlaması üçün tək yol Allahın insanlar üçün endirdiyi Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə tabe olmasıdır. Allahın ayəsində bildirildiyi kimi Quran insanları qaranlıqlardan aydınlığa çıxaran yeganə haqq Kitabdır:

 

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

 

Allah kitabının nuruna təslim olanlar, yol göstəricilərinə tabe olanlar, Allahın diləməsi ilə dünyada və axirətdə daim asanlıqlarla qarşılaşacaq, gözəl həyat yaşayacaqlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr