Həll yolu Quran əxlaqıdır
ucgen

Həll yolu Quran əxlaqıdır

2491

Hər davranışının əvəzini görəcəyini və Allah'a qovuşacağını bilən bir insanla heç kimə hesab vermək məcburiyyətində olmadığını düşünən insanın davlanışları arasında böyük fərq var. Allah qorxusu olmayan bir insan hər cür pis hərəkəti edə bilər və mənfəəti olduğuna görə hər cür əxlaqsızlığa göz yuma bilər. Məsələn, dünyəvi, adi bir mənfəət üçün gözünü belə qırpmadan adam öldürə bilər. Halbuki, Allah'a və axirət gününə iman gətirsə, əsla axirətdə hesabını verə bilməyəcəyi hərəkəti etməz.

İnsanların əxlaqsızlıqlarının və zalımlıqlarının səbəblərindən biri də dünyaya ehtirasla bağlamalarıdır. Bu cür insanlar dünyada kasıb olma, gələcəklərini zəmanət altına almama narahatlığını keçirirlər. Bu səbəbdən, bir çox insanda rüşvət, oğurluq, yalan şahidlik, fahişəlik kimi günahlar adət halına çevrilir. Ancaq Allah'a iman gətirən bir insan üçün Allah'ın razı olması hər şeydən üstündür. Belə bir insan Allah'ın razılığını itirəcəyini bildiyi şeydən çəkinər. Sadəcə Allah'dan qorxar. Nə ölüm, nə aclıq, nə də başqa bir çətinlik onu doğru bildiyi yoldan ayıra bilməz. Dolayısı ilə, Allah qorxusu olan bir insan heç vaxt, heç bir şəraitdə Quran əxlaqından vaz keçməz. Tək olanda da Allah'ın onu gördüyünü və eşitdiyini bildiyi üçün vicdansızca, zalımca davranmaz.

Dinsizlik isə vicdansızlığı təşviq edər. Məsələn, maşın sürən bir şəxs yoldan keçən adamı vurarsa, sonra da hadisə yerindən qaçarsa bu, həmin adamın dindən uzaq olmasının göstəricisidir. Vurduğu adamı vicdansızca yolda qoyan şəxs insanlardan qaçaraq qurtulacağını düşünür. Amma həmin anda Allah'ın onun hər anına şahid olduğunu düşünməz.

Dindən uzaq olan insanların vicdansız davranışlarına aid başqa bir misal da göstərə bilərik. Məsələn, tibbi biliyi olmadığı halda, həkim işləyən insanlar. Bu şəxslər kifayət qədər məlumatları və təcrübələri olmadığı halda rahatlıqla insanları aldadır, onların sağlamlıqlarına zərər vurur, ölümlərinə səbəb olurlar. Allah'dan qorxmayan insanların bu vicdansız hərəkətləri ilə hər yerdə qarşılaşmaq mümkündür. Allah'ın əzabını uzaq görən, düşünməyən bir insan rahatlıqla məsum və günahsız bir insana iftira ata bilər. Onun üçün vacib olan şey insanları öz söylədiklərinə inandırmaqdır. 

Allah'dan qorxmayan insan digər insanlara dəyər verməz. Məsələn, yaşlı insanlara hörmət edilməməsinin, bir çox kafe sahibinin mətbəxində təmizliyə riayət edilməməsinin, təcili yardıma ehtiyacı olan xəstələrə lazımi qayğının və yardımın göstərməməsi, bir ovuc torpaq üçün milyonlarla məsum insanın qətl edilməsinin səbəbi insanlarda Allah qorxusunun olmamasıdır. Allah qorxusu olan bir insan eyni zamanda vicdanına uyan və daim Quran əxlaqına uyğun hərəkət edən bir insandır. Quranda bütün insanlara təmənnasız olaraq yaxşılıq etmələri, insanlara köməklik göstərmələri, onların həyatını yaxşılaşdırmağa çalışmaları əmr edilir. Bir ayədə "Yaxşılığı təmənna məqsədilə etmə!" (Muddəssir surəsi, 6) əmri ilə insanın heç bir mənfəət gözləməməsinə diqqət çəkilmişdir. Allah'ın bu əmrlərinə uyan və hərəkətlərində dünyəvi mənfəət güdməyən insanın bir məqsədi vardır: o da Allah'ın ondan razı olması, onu cənnətə layiq bir qul olaraq qəbul etməsidir.

Bu xüsusiyyətlərin əldə edilməsi ancaq Quran əxlaqına uymaqla mümkün ola bilər. Allah bir ayəsində imanın gətirdiyi ağıla belə diqqət çəkir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir(Ənfal surəsi, 29)

İnsanlar bəzən qarşılaşdıqları problemləri həll etməyə çalışırlar. Amma bu insanlar  imanın qazandırdığı qavrayışa, həll etmə qabiliyyətinə, bəsirət və fərasətə sahib olmadıqları üçün yetərli nəticə əldə edə bilməzlər. Çox vaxt imanın bəxş etdiyi şövqü yaşamayan bu insanlar qərarlarını həyata keçirməyə tələsməz və ya bəzi vacib nüansları görmədikləri üçün müxtəlif mərhələlərdə ilişərlər.

Bir misal göstərək. Bu gün küçələrdə yaşayan kimsəsiz uşaqlar dünya ölkələrinin qlobal problemlərindən biridir. Ancaq bu uşaqlara sahib çıxmağa, onların cinayət törətmələrinə, narkotik maddələrdən istifadə etməsinə mane olmaq və bu problemi həll etmək mümkün olmur. Görülən cılız tədbirlər, edilən kiçik yardımlar yetərli olmadığından bu insanlar küçələrdə yaşayır, nəticədə də ya bir cinayət törədib həbs olunurlar, ya intihar edirlər, ya da baxımsızlıqdan ölürlər. Hansı ki, bu uşaqlara Quran əxlaqı öyrədilsə, lazımi imkanlar verilsə onlar yuxarıda qeyd etdiyimiz xətalı yollara düşməzlər. Allah'dan qorxduqları üçün cinayətə yönəlməz, əksinə dövlətlərinə, millətlərinə fayda verməyə çalışarlar.

Bu mövzuda başqa bir misal da göstərə bilərik. Müalicə xərcləri çox olan bir xəstəliyə tutulan insanların vəziyyəti daha ağırdır. Əgər xəstəliyə tutulan insan varlıdırsa, xəstəlikdən müalicə olunub qurtula bilər, əgər xəstə kasıbdırsa, bu xərcləri ödəyə bilmədiyi üçün ölümə məhkum edilir. Heç kim bu problemi həll etməyə çalışmır və ağıllı təklif irəli sürmür.

Şübhəsiz ki, bu laqeyd münasibətin əsasında yenə də Allah qorxusunun əskikliyi və bundan qaynaqlanan bir ağılsızlıq durur. Doğrunu yanlışdan ayıra bilməyən insanlar qarşılaşdıqları problemlərə də çarə tapa bilmirlər. Bu, inkarçı insanlara xas olan xüsusiyyətdir. Allah Quran'da bu xarakterli insanların vəziyyətini belə bildirir:

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, (haqqı) anlamazlar. (Bəqərə surəsi, 171)

Hadisələrə vicdanla, ağılla yanaşan insanlar əskiklikləri və ehtiyacları asanlıqla təsbit edir, məsələni həll etmək üçün tezliklə çıxış yolu tapırlar. İnsanların çoxu əskiklikləri ya görmür, ya da görməzlikdən gəlirlər. Vicdanlarını narahat etsə də, nə edəcəklərini bilmir və ya hərəkət etməyə tənbəllik edirlər. Çünki həyatlarının böyük hissəsini bu mövzuya ayırmaq məcburiyyətində qalacaqlarını düşünür və rahatlıqlarını pozmaq istəmirlər. Ancaq ağıllı və vicdanlı insanlar bu şəxslərin yerinə işləri yaxşı təşkil edə bilirlər, insanları gücləri və imkanları dairəsində yönləndirə və şövqləndirə bilirlər ki, bunun da nəticəsində  bir çox problem sürətlə həll edilir.

Təşviq etmək və insanları təhrik edərək xeyirli işlərdə vasitəçi olmaq Quranda məqbul göstərilən xüsusiyyətdir:

Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır. (Nisa surəsi, 85)

Əksinə davranmaq isə inkarçıların xüsusiyyəti kimi göstərilmiş və insanlara bu cür əxlaqdan uzaqlaşmaq əmr edilmişdir.

Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz, kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz. (Fəcr surəsi, 17-20)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr