Müsəlmanın ən səciyyəvi xüsusiyyətlərindən biri də istənilən vəziyyətdə müsbət əhval-ruhiyyədə olmasıdır. Müsəlman hər şeydə xeyir görür, hikmət axtarır. Ən çətin anlarda belə heç vaxt ümidsiz olmur. Çünki hər şeyi Allah`ın yaratdığına, Onun “ol” deməsi ilə istədiyi hər şeyi etməyə qadir olduğuna iman gətirir. Ortada mənfi kimi görünən vəziyyət varsa, bununla Allah tərəfindən imtahan olunduğunun şüurundadır. Allah`ın o vəziyyəti yaratmasındaki xeyri, hikməti düşünür və dərhal “...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz”(Bəqərə surəsi, 216) ayəsini xatırlayar. Belə ruh dərinliyinə sahib olan müsəlman üçün hər şey gözəlliyə çevrilir. Çətinlik də, sıxıntı da olsa, bunların hamısını ona verənin Allah olduğunu bilir. Allah müsəlmanların ən əziz dostu, köməkçisi, vəlisidir. İnsana dostundan gələn hər şey çox gözəldir, dəyərlidir. Allah`ın yaratdığı hər şeydə çoxlu xeyir və hikmət var.
Allah dünya həyatında Ona könüldən, şirk qoşmadan iman gətirənlərin ruhlarını cənnətə layiq olacaq şəkildə yetişdirir. Bu təlimin hər mərhələsi isə Allah`ın diləməsi ilə müsəlmanların cənnətə bir addım da yaxınlaşmasına vəsilə olur. Bu əxlaqla hərəkət edən müsəlman sadəcə çevrəsindəki hadisələri və ya öz vəziyyətini deyil, eyni zamanda öz əxlaqı inkişafını da dəyərləndirir. Əxlaqında ortaya çıxan əksikliklərə, davranışlarındakı yanlışlara da xeyir gözü ilə baxır. İman gətirmək səhvsiz olmaq demək deyil. Allah insanı aciz, qüsurlu və zəif yaradıb. Müsəlman da hər insan kimi səhv edir. Amma cahil insanlardan fərqi vicdanən doğrunu hiss edəndə, yaxud da özü hiss etməsə belə, biri tərəfindən xatırladılanda bilə-bilə yanlışına davam etməməsidir. Dərhal peşman olub, Allah`a sığınıb tövbə etməsi və səhvindən dərs çıxarıb bir daha təkrarlamamağa niyyət etməsidir. Bu da müsəlmanın səmimiyyətinin bir göstəricisidir. Allah müsəlmanların səhv edəndə necə davranmalı olduqlarını bizə belə bildirir:
“O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allah’ı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allah’dan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.” (Ali İmran surəsi, 135)
Müsəlman Allah`ın ruhunu daşıyan dəyərli varlıqdır. Belə insanın xətalarını gözündə böyütməsi, buna görə özünü dəyərsiz hiss etməsi, Qurana əsasən doğru davranış deyil. Səhvi yaradan, onu insanın qədərində o insana etdirən Allah`dır. İnsan hələ dünyaya gəlməzdən əvvəl hansı tarixdə, hansı saatda, harada o səhvi edəcəyi onsuz da qədərdə bəllidir. İnsan o anı min dəfə də başdan yaşasa, eyni tarixdə, eyni saatda, eyni yerdə yenə də o səhvi edəcəkdir. Bu səbəbdən səhvinə görə insanın özünə qarşı sui-zənnə girməsi, əzik ruh halında yaşaması yanlışdır. Müsəlman heç vaxt və heç bir vəziyyətdə digər insanların razılığını güdməz. “İnsanlar nə deyər görəsən, hal-hazırda haqqımda nə düşünürlər, mənə olan sevgiləri azaldımı, mənə qarşı güvənləri sarsıldımı?- kimi düşüncələrlə vəsvəsəyə qapılmazlar. Müsəlman sadəcə Allah`ın razılığını qazanmağı düşünər. Bir səhvi, qüsuru olanda da sadəcə Allah`dan bağışlanma diləyər və günahlarını Allah`ın bağışlayacağını umar. Allah`ın sonsuz bağışlayan olduğunu bilər. Onun üçün əsas vacib olan Allah`ın ondan razı qalmasıdır. Hz. İbrahimin “Din günü xətalarımı bağışlayacağını umduğum da Odur”(Şuəra surəsi, 82) deyərək etdiyi duası müsəlmanlar üçün bu barədə çox gözəl örnəkdir.
Müsəlman imanlı olduğu və Allah`a güvəndiyi üçün özünü həmişə gözəl əxlaqlı və dəyərli görür. Özünə həmişə hörmət edir. Allah`ın “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.” (Ali İmran surəsi, 139) ayəsini həmişə yadında saxlayır və özünə də bu cəhətdən qiymət verir. Bir müsəlman digər müsəlmanlar tərəfindən sevilmək və güvənilmək istəyir. Ancaq o sevgini yaradacaq və digər möminlərin qəlbində güvən hissi yaradanın Allah olduğunu bilir. Bu təvəkkülün rahatlığını yaşayır. Səhv edəndə, əksiklikləri ortaya çıxanda bilir ki, bu ona qarşı sevgini azaltmayacaq. Əksinə bu onlara qarşı sevgini daha da artıracaq. Çünki əhəmiyyətli olan edilən səhv yox, o səhv qarşısında o insanın göstərdiyi davranışdır. Müsəlman Allah`dan qorxduğu üçün, səhv edəndə vicdanən çox narahat olur. Dərhal Quran əxlaqına uyğun düşünür və doğrunu görür. Sonra isə etdiyi səhvlərinə görə peşmançılıq hiss edir və Allah`a sığınaraq səhvini düzəltməyə, əxlaqını daha da gözəlləşdirməyə çalışır. İnsan səhv etdikcə acizliyini daha çox anlayır. Allah`a nə qədər möhtac olduğunu daha dərindən qavrayır. Bu ruh halı da insanın həm Allah`a olan itaətini, həm də təvazökarlığını artırır. Allah digər möminlərin qəlbində o insana qarşı şəfqət hissi yaradır.
Şeytan insanlara səhv edəndə sevilməyəcəkləri barədə vəsvəsə verməyə, onu bu şəkildə ümidsizliyə salmağa, şövqünü qırmağa və gücsüzləşdirməyə çalışsa da, əslində Quran əxlaqının hakim olduğu mömin topluluğunda bunun əksi yaşanılır.
Möminin əsas vəzifəsi var gücü ilə Quran əxlaqını həyatına hakim etməsi və həmişə, hər etdiyi işdə Allah`ın razılığının ən çoxunu axtarmasıdır. Bu niyyətdə olan, qətiyyətli və qərarlı şəkildə Allah üçün yaşayan bir insanın sevilməməsi, bu insana güvənilməməsi onsuz da, Quran əxlaqına əsasən mümkün deyil. Müəlmanın bunu bilməsi və digər müsəlmanların da onu imanına görə sevəcəyinə, o sevgini qəlblərdə ancaq Allah`ın yaradacağına güvənməsi də imanına görədir. Allah bu gerçəyi belə bildirir:
“İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq.” (Məryəm surəsi, 96)
Adnan Oktar'ın Arab Newsdə nəşr olunan məqaləsi: