İman gətirənlər Allah’a olan güclü sevgiləri və səmimi bağlılıqlarına görə Allah’ın yaratdığı varlıqları çox sevər, bunların hər birində Allah’ın təzahürlərini görərlər. Quranın “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, ruku edərək namaz qılır və zəkat verirlər.” (Maidə surəsi, 55) ayəsində bildirildiyi kimi, iman gətirənlər Allah’ın insanlara göndərdiyi peyğəmbərlərə və saleh möminlərə qarşı da dərin sevgi bəsləyirlər. Allah’ın bütün insanlara nümunə olaraq yaratdığı peyğəmbərlər dərin imana sahib olan, üstün əxlaqlı insanlardır. Allah’ın “Həqiqətən, Allah’ın Rəsulu Allah’a, qiyamət gününə ümid bəsləyənlər və Allah’ı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab surəsi, 21) ayəsi ilə xəbər verdiyi kimi, Peyğəmbərimiz hz. Məhəmmədin həyatında və əxlaqında iman gətirənlər üçün gözəl nümunələr və hikmətlər vardır. Peyğəmbərimizin (səv) Allah’a olan dərin bağlılığı, təqvası, səbri, ağlı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti, şövqü və bir çox gözəl xüsusiyyəti bütün müsəlmanlara nümunə olmuşdur.
Allah’ın bütün elçiləri və peyğəmbərləri Rəbbimizin razılığını qazanmış üstün əxlaqlı insanlardır. Allah Quranda peyğəmbərlərin gözəl əxlaqlarına dair nümunələr vermiş və onları tərifləmişdir. Peyğəmbərimiz hz. Məhəmməd, hz. Musa, hz. İsa, hz. İbrahim, hz. Harun, hz. Yəhya, hz. Yusif, hz. Yunus, hz. Yaqub, hz. İsmayıl, hz. Süleyman, hz. Davud və bütün peyğəmbərlər, elçilər Allah’a olan səmimi imanları, hörmət dolu qorxuları, təqvaları və gözəl əxlaqları ilə insanlara nümunə olmuşlar. Quranı rəhbər tutub elçiləri bütün xüsusiyyətləri ilə tanıyan möminlər onların əxlaqına çatmaq, onlar kimi Allah’ın dostluğunu qazanmaq və cənnətdə onlarla birlikdə olmaq üçün xeyirli işlərdə yarışar və ciddi şəkildə çalışarlar. Möminlərin peyğəmbərlərə olan dərin sevgisi onların sevgi anlayışlarını da ortaya qoyur. İman gətirənlərin sevgisi onların imanından, gözəl əxlaqından və təqvasından qaynaqlanır. Bir insanın bu xüsusiyyətlərini bilmək onunla heç görüşməsən də, ona qarşı dərin və səmimi bir sevginin yaranmasına səbəb olar.
İman gətirənlər elçiləri görməsələr də, yanlarında olmasalar da, onlara qarşı səmimi sevgi və bağlılıq hiss edərlər. Allah’ın onları bütün inananlara rəhmət olaraq göndərməsi və bir çox Quran ayəsində onlardan sevgi və təriflə bəhs etməsi iman gətirənlərin elçilərə olan sevgilərini daha da artırır. İman gətirənlər peyğəmbərlərdən və elçilərdən hörmət, sevgi və təriflə bəhs edir, onları daim özlərindən üstün görürlər. Hər fürsətdə onların Allah’a olan təslimiyyətlərini, sevgilərini, gözəl əxlaq xüsusiyyətlərini bütün insanlara izah edir və onları da elçilərin yoluna dəvət edirlər.
“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi.” (Ali-İmran surəsi, 164)
Allah Quranda iman gətirənlərin elçilərə olan sevgisinə diqqət çəkmiş və peyğəmbərlərin möminlər üçün öz nəfslərindən daha öndə olduğunu bildirmişdir:
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”. (Əhzab surəsi, 6)
Allah Quranın bir çox ayəsində peyğəmbərlərin gözəl əxlaqına və üstün xüsusiyyətləri bildirmişdir. Peyğəmbərlərin sevgi və təriflə salamlandığı ayələrdən bəziləri belədir:
“Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq” Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona və İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!” (Saffat surəsi, 108-113)
“Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “Musaya və Haruna salam olsun!”. Həqiqətən, Biz, yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi.”(Saffat surəsi, 119-122)
“Həqiqətən, İlyas da peyğəmbərlərdəndi.”, “Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “İlyasinə salam olsun!” Həqiqətən, Biz, yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi.”(Saffat surəsi, 123, 129-132)
“Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz, yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi. Biz, həmçinin İsmayılı, Əlyəsəni, Yunisi və Lutu da və onların aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da onları seçdik və düz yola yönəltdik.”(Ənam surəsi, 84-87)
“Allah onlardan, onlar da Allah’dan razıdırlar. Onlar Allah’ın firqəsidirlər.” (Mücadilə surəsi, 22)
Allah Quranda peyğəmbərlərimizi belə salamlayır:
“Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allah’a həmd olsun!” (Saffat surəsi, 181-182)
Peyğəmbərlər Allah’a ən yaxın, ən saleh möminlərdəndir. Allah’ın ən çox sevdikləri, möminlərin də ən çox sevdikləridir. Buna görə möminlər də peyğəmbərlərimizə olan sevgilərini onları Allah’ın Quranda salamladığı kimi, sevgi ilə tərifləyərək və anaraq göstərməli, onların yoluna və əxlaqlarına tam olaraq uymaq üçün çalışmalıdırlar.
“Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı gətirdi. (Ona) iman gətirin! Bu, sizin üçün xeyirli olar.” (Nisa surəsi, 170)
“İman gətirib yaxşı işlər görənləri zülmətdən nura çıxartmaq üçün Allah’ın açıq-aşkar ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir”. (Talaq surəsi, 11)
Allah’ı sevən Allah’ın dostu olan möminləri də sevər
Allah’ın sevdiyi möminlərin də sevdiyidir, Allah’ın dostu, möminlərin də dostudur, Allah kimdən razıdırsa, möminlər də ondan razıdır, Allah’ı sevən, Allah’ın sevdiyi qullarını da sevər. Allah yolunda olan saleh möminlər Allah’ın ən sevdiyi bəndələridir. Buna görə də möminlər bir-birlərini çox sevir və bir-birlərinə bağlıdırlar. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından və mərhəmətindən bəhs edilir. Bu ayələrdən bəziləri belədir:
“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!” (Kəhf surəsi, 28)
“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Saff surəsi, 4)
“Hamılıqla Allah’ın ipinə möhkəm sarılın və ayrılmayın. Allah’ın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə izah edir ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran surəsi, 103)
“Mömin kişilərlə mömin qadınlar bir-birləriə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah’a və Peyğəmbərinə itaət edərlər”. (Tovbə surəsi, 71)
“İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cəhd edənlər və sığınacaq verib kömək istəyənlər – məhz onlar bir-birlərinə dostdurlar”. (Ənfal surəsi, 72)