Adnan Oktarın 6 yanvar 2010 tarixli Qaziantep və Samsun Aks TV reportajından
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala : "Xeyr sən bu möhtəşəm yaradılışa" Allahın möhtəşəm yaratmasına "və onların inkarına" insanların inkar etməsinə "çaşdın qaldın (təəccübləndin)" deyir. Yəni onların imansızlığına və Allahın yaratdığı bu ehtişama da heyrətlənirsən. "Onlar isə istehza (lağ) edirlər." deyir."Onlara (Quranla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar". "Bir ayə (möcüzə) gördüklərində də, lağ edib əylənirlər", yəni istədiyin möcüzəni göstər, istədiyin şeyi izah et lağ etmək küfrün əsas xüsusiyyətlərindəndir, gecə-gündüz lağ edər, "O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar". Birdən, bütün insanlar yerdən qalxıb duracaqlar, belə çılpaq lüm-lüt olaraq qalxacaqlar. Nə baş verdiyinə bir məna verə bilməyəcəklər, huşunumu itirdilər deyə çaşıb qalarlar, ərazini də tam tanıya bilməyəcəklər. Ətrafındakı insanları, kütləni tam qavraya bilməyəcəklər. Amma sonra tək bir nöqtəyə doğru qaçmağa başlayırlar. Dikili bir şeyə doğru qaçarlar, çağırıcıya uyarlar. Bax o zaman deyərlər ki: "Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!" Qəsd edilən budur, demək ki, biz öldük dirildik deyirlər. Amma şübhə edirlər, yəni yenə də anlaya bilmirlər. Yəni dirilib dirilmədiyini anlaya bilmir. Allah: "“Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!” (Allah mələklərə belə buyuracaqdır: ) “Yığın bir yerə zülm (küfr) edənləri, onların yoldaşlarını və ibadət etdiklərini -" deyir. Niyə yoldaşı da? Çünki məsələn, bir oğlan qıza deyir ki, haşa mən dinsizəm, imansızam, içərəm, rüsvayçılıq çıxararam, ağızım da xarabdır, amma belə gözəl xüsusiyyətlərim var, tipim düz, zibil kimi pulum var, evim var, avtomobilim var, yazlıq, qışlıq evim var, hamısı var. Qız da: “Heç problem deyil, heç dərd deyil, yetər ki, bu barədə əsas xüsuslara sahibsən onsuz da əxlaqsız olmağın, tərs olmağın, zalım olmağın, dinsiz, imansız olmağın heç onlar problem deyil. Sən əsl lazım olanı etmisən onsuz da” deyir. Aşiq olduğunu söyləyir. Dəlilər kimi aşiq olduğunu, yoxsa biləyimi kəsərəm yaxud başımı itirərəm, həb içərəm deyir, bilməm nə edərəm, söhbətə başlayır, dəlilər kimi sevdiyini söyləyir. Bu səmimiyyətsizlikdir; sevgi Allah üçün olar. Onun üçün Allah onu cəza olaraq yoldaşıyla birlikdə cəhənnəmə atır. Yəni bu tərz seçkilər üçün, çünki sevginin mənşəyi, məsələn, mən səni sevirəm, nə üçün, məsələn Allahın təcəllisi olduğun üçün varlığından çox zövq alıram. Niyə? Əlində, üzündə nur var, təmizlik var, əfəndilik var, hörmət ediləcək bir insansan, dəyər veriləcək bir insansan, ona görə sevirəm, ona görə də xoşuma gəlir. Kimi sevirəm? Allahı sevirəm? Allah mənə nə göstərir? Sənin görünüşünü beynimdə təcəlli etdirir. Çöldə sənin görünüşün qapqaranlıq və şəffafsan. Təbii ki, atomların quruluşuna görə, elə deyilmi? Nüvənin quruluşu, neytron, protonların quruluşuna görə şəffafsan. Bu bütün elm adamlarının qəbul etdikləri bir şeydir. Rəng də yoxdur. İndi görüntü olaraq tərtəmiz rəngli, şən, şirin bir varlıq olaraq görünürsən. Bu rəngi, görünüşü kim verir? Allah verir. Ürəyimə məhəbbəti, sevgini kim salır? Allah salır. Gözəl ola bilərsən, təsirlənmərəm. Yəni baxaram, divara baxar kimi baxaram. Söhbət və sevginin meydana gəlməsi ayrı bir möcüzədir. İnsan ətdən, sümükdən niyə təsirlənsin ki? O zaman qəssabda əti gördüyümüzdə hipnoz olmamız lazım. Məsələn, quşbaşını, pirzolanı filan. Amma o qızartma baxımından normaldır. İndi bunlardan bəhs edincə ağzım sulandı. Bu səbəbdən bütün təriflər Allahadır. Təbii ki, biz səni təriflədiyimizdə, birbaşa Allah təriflənər. Çünki yaradan, sevdirən, görünüşü meydana gətirən, maddəni meydana gətirən, beynimizi də yaradan Odur. Onun danışmasını yaradan Odur. Mənim danışmamı yaradan Odur. Geriyə nə qaldı? Geriyə bir kölgə qalır. Yəni kölgə varlıqlar, Allahın təcəllisi qalır, elə deyilmi?. Allahdan başqa heç bir şey mütləq varlıq deyil. Yalnız Allah vardır və Allahın təcəlliləri, inşaAllah. Onun üçün bəzən, məsələn kompliment dediyim kəslər estağfirullah deyir … Mənim oradakı tərifim Allahadır. Allaha pərəstişkaram, yəni onu bilməlidir, inşaAllah.Bu tərifi öz üstünə götürməməlidir, inşaAllah. Bu səbəbdən, məsələn biz uşaqları da göstəririk, uşaqların gözəlliklərini göstəririk. Hamısı Allahın təcəlliləridir. Cənnətdə də Allah təcəlli edəcək. Allahın təcəllisini gördüyümüzdə eşqdən, məhəbbətdən sanki hipnoz olacağıq. Yəni zövqdən beynimiz parçalanacaq kimi olacaq. Bu nədir? Allah eşqindəndir. Allahı sevməmizdən qaynaqlanır. Küfrün elə bir şeyi yoxdur. Axirətdə belə deyərlər; "Rəbbinizə söyləyin, sizə verdiklərindən bizə də versin". Cəhənnəm əhli azmış, çaşmış, tarazlıq itmiş, beyinləri xəstə vəziyyətindədirlər, inşaAllah.