İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "(İşimiz bitdi!) Artıq yaxalandıq! (Musa) dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (Şüəra surəsi, 61-62)
(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə Surəsi, 214)
Hz. Musa (ə) və onunla birlikdə olan möminlər iki dənizin birləşdiyi yerə gəlib çatanda bir tərəfdə dəniz, digər tərəfdə isə Fironun əsgərləri var idi. O vaxt Fironun yanındakı adamlardan biri Hz. Musaya (ə) və səhabələrinə Fironun qalib gəldiyini və Hz. Musanın (ə) artıq edə biləcəyi heç bir şey qalmadığını düşünə bilərdi. Hətta Hz. Musanın (ə) yanında olan, ona və onun gətirdiyi haqq dinə iman etmiş insanlardan bəziləri də "Artıq yaxalandıq” dedilər.
Halbuki Allah belə bir vəziyyət yaradaraq onları imtahan edirdi. Fironu da əsgərlərini də idarə edən yalnız Allah idi. Digər tərəfdən də dənizin sularına hökm edən yeganə güc də yenə yalnız Rəbbimizə aid idi. Allah Hz. Musanın (ə) və ona inananların Allahdan başqa bir güc olmadığını və Allahın hər şeyə güc çatdıra biləcək bir qüdrət sahibi olduğunu başa düşmələri üçün belə bir vəziyyət yaratmışdı. O an xilas ola bilməyəcəklərini fikirləşənlər isə qəflətə düşmüşdülər. Düşdükləri o vəziyyətdən yalnız öz gücləri ilə xilas ola biləcəklərini zənn etmişdilər. Mövcud olan şərtlərə qarşı öz güclərinin çatmayacağını görəndəisə "çarəsiz” olduqlarını düşünmüşdülər.
Əgər "bütün gücün Allaha aid olduğunu” daha yaxşı qavrasaydılar şərtlər nə qədər çətin olsa da Allaha sığınıb, Allahdan kömək istəyə biləcəklərini unutmazdılar. Allahın hakimiyyətinin və qüdrətinin sərhədsiz olduğunu, əgər istəsəən imkansız kimi görünən hadisələrə belə çarələr yarada biləcəyini bilərdilər.
Halbuki Hz. Musa (ə) o çətin anda, bu həqiqətin fərqindəydi. O yanındakı bəzi insanlar kimi "yaxalandıq” demədi. Həmin insanların etdiyi hərəkətə qarşı çıxdı. "Xeyr, şübhəsiz Rəbbim mənimlə bərabərdir; mənə yol göstərəcəkdir” dedi. Bir çox insanın panikaya və qorxuya qapılaraq, həyacanlandığı bir anda Hz. Musa (ə) Allaha könüldən bir imanla güvəndi. Zahirən heç bir xilas yolu görünmədiyi halda o, Allahın yardımından qətiyyən ümidini kəsmədi. Allahın bir çıxış yolu yaradacağından qəti şəkildəəmin olan bir əxlaq göstərdi. Özünün heç bir gücü olmadığını, ancaq Allahın dilədiyi hər şeyi etməyə qadir olduğunu bilirdi. Allahın yaxşıları, gönüldən iman edənləri mütləq qoruyacağına, ondan kömək istəyənə mütləq bir yol açacağına güvənirdi. Bu səbəblə də belə çətin bir şəraitə düşdüyü zaman Hz. Musanın (ə) ilk etdiyi Allaha sığınmaq, Allahın ismini ucaltmaq, Allaha dua etmək və Allahın köməyinin çox yaxın olduğuna qəti şəkildə inanmaq oldu.
Allah Hz. Musanın (ə) bu dərin imanına və Allaha olan təslimiyyətinə qarşılıq insanların heç gözləmədikləri və heyrətlə izlədikləri bir möcüzə yaratdı:
Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
O biriləri (Firon tayfasını) isə suya qərq etdik.
Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) (Şüəra surəsi,63-68)
İnsanın Allahın Quranda bildirdiyi bu rəvayətdən götürə biləcəyi həddən artıq çox öyüd var. Allah Quranın bir çox ayəsində qullarına "dua etmələrini, dua edənin duasına mütləq cavab verəcəyini” xəbər vermişdir. Allah "səmimi iman edən qullarına mütləq köməkedəcəyini” vəd etmişdir. "Allahdan lazımi qədər qorxub, çəkinənlərə mütləq bir çıxış yolu göstərəcəyini” bildirmişdir. "Əgər qəlblərində bir xeyir və gözəllik görərsə, o qullarına olduqları vəziyyətdən çox daha gözəli ilə qarşılıq verəcəyini” xəbər vermişdir.
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə Surəsi, 186)
Möminlərə kömək etmək Bizə vacibdir!.... (Rum Surəsi, 47)
Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah (Öz əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir”. (Ənfal Surəsi, 70)
Allah Quranın hər bir ayəsini bir çox hikmət ilə birlikdə yaratmışdır. Şübhəsiz ki, Hz. Musanın (ə) əxlaqında çox vacib bir sirr vardır. Allaha könüldən güvənən hər insan üçün Allah Qatından xüsusi bir yardım vardır. Allaha sarsılmaz bir təvəkkül ilə təslim olaraq inanmaq həqiqi imanın bir göstəricisidir. Allaha olan belə bir inam həyatının sonuna qədər möminin xilasıdır. Allah bu əxlaqına görə onu həyatının sonuna qədər qoruyacaq, hər sıxıntını və çətinliyi keçməsinə kömək edəcək. Belə bir insan, həyatı boyunca nə cür maneə ilə qarşılaşsa da bunların heç biri onun üçün problem olmayacaq. Allaha olan inamı Allahın ona mütləq çıxış yolunu göstərməsi ilə nəticələnəcək. Çünki, Allahın Quranda da bildirdiyi kimi:
Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qurandan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!) (Loğman surəsi, 22)
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (Bəqərə surəsi, 22)
Bu səbəblə insan həyatı boyu necə böyük, necə bənzərsiz və necə çətin sıxıntılarla qarşılaşırsa qarşılaşsın Quranda bildirilən bu sirri unutmamalıdır. Allah istəyəndə dənizi ikiyə yaran, suları dayandırıb möminlərə keçə biləcəkləri bir yol açandır. Allah istəyəndə çox az bir mömin topluluğunu çox böyük və çok təchizatlı güc sahibi topluluqlara qalib gətirəndir. Allah istəyəndə insanların görə bilmədiyi minlərlə mələk ilə möminlərə kömək edəndir. Allah istəyəndə insanların bəsirətlərini bağlayaraq möminlər əleyhində hərəkət etmələrini əngəlləyəndir. Allah istəyəndə ən çətin xəstəliklərə şəfa verəndir. Allah istəyəndə yaşı ötmüş və sonsuz da olsa dilədiyi quluna uşaq bəxş edəndir.
Allah insanların Rəbbimizin yaratmaqdaki sərhədsiz gücünü qavraya bilmələri üçün Quranda bir çox misal vermişdir. Əlbəttə ki, Allah bütün hadisələri imtahanın bir gərəyi olaraq, adətullaha uygun yaratmaqda, insanların dualarına, onların ağıllarının ixtiyarını qaldırmayacaq şəkildə qarşılıq verməkdədir. Ancaq vacib olan insanın Allahın bu gücünün sərhədsizliyini qavraya bilməsi, Rəbbimizi lazımi qədər dəyərləndirə bilməsidir. Allaha dua edərkən Onu düzgün dəyərləndirərək və bunu nəzərə alaraq etməlidir. Allahın səmimi bir quluna mütləq yardım edəcəyindən qəti şəkildə əmin olmalı, əsla şüphəyə düşməməlidir. Allah istəsə insanı imtahan etmək üçün duaya dərhal qarşılıq verməyə bilər. Ya da Allah insanı düşdüyü sıxıntını dərhal ortadan qaldırmaya bilər. Mömin bunda da Allahın təqdiretdiyi bir çox xeyir və hikmət olduğunu biləcək, həyatının sonuna qədər bir an belə şübhəyə düşmədən Allaha güvənməyə, Allaha dua etməyə, yardımı Allahdan istəməyə davam edəcəkdir.