Bizə Allahın Quranda bildirdiyi sirlərin ən əhəmiyyətlilərindən biri bəzi insanların Quranı anlaya bilməmələridir. Bu, əslində çox böyük bir sirdir. Çünki Quran çox açıq, çox aydın olar bir kitabdır. Diləyən hər insan Quranı oxuya bilər, Allahın əmrlərini, bəyəndiyi əxlaqı, cənnət və cəhənnəmin xüsusiyyətlərini və əlinizdəki bu kitabın mövzusu olan bir çox sirri Qurandan öyrənə bilər. Ancaq Allahın yaratdığı bir hikmət olaraq insanların bir qismi çox açıq olmasına baxmayaraq, Quranı anlaya bilməz. Üstəlik bu insanlar atom mühəndisi, biologiya professoru ola bilər, fizika, kimya, riyaziyyat kimi ən çətin elm sahələrini çox yaxşı anlaya bilər, üstəlik buddizmi, hinduizmi, şintoizmi, materializmi, kommunizmi qavrayar, amma Quranı anlaya bilməzlər. Quran xarici sistemlərin kompleks strukturlarını həyatlarına keçirən insanlar Allahın açıq-aşkar və asan dinini heç cür qavraya bilmir, ən açıq mövzuları belə həll edə bilməzlər.
Beləcə ən asan olanı anlaya bilməməsi ilə onların üzərində əhəmiyyətli bir möcüzə təcəlli edir. Allah onların bu qədər şiddətli bir anlayış və qavrayış əskikliyinə sahib olduqlarını göstərərək, bəzi insanların fərqli bir yaradılışda olduğunu açıqlayır. Digər tərəfdən bu, bütün insanların ürəklərinin, ağıl və anlayışlarının hamısının Allahın idarəsində olduğunun bir dəlilidir. Çünki Allah təkəbbürlü, yəni Allaha boyun əyməyən kəslərin ürəklərini, qavrayışlarını bağlayacağını söyləyir. Qurandan başqa hər şeyi anlayıb, sırf Quranı anlaya bilməmələri Allahın onları ayələrindən uzaqlaşdırdığını, səmimiyyətsizliklərinə görə onları Qurandan uzaq tutduğunu göstərməkdədir. Allahın Quranda bu mövzuyla əlaqədar olaraq bildirdiyi ayələrdən bəziləri belədir:
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. (İsra surəsi, 45)
Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)
Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər. (Ənam surəsi, 25)
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)
Ayələrdə də göründüyü kimi, inkar edənlərin ayələri anlaya bilməmələrinin sirri Allahın qavrayışlarını bağlamasıdır. Allah inkar etdiklərinə görə bu insanların ürəklərini möhürləmişdir; beləcə Quranı anlaya bilməzlər. Bu eyni zamanda Allahın böyüklüyünü, hər insanın ürəyinin, düşüncələrinin hakimi olduğunu göstərən böyük bir möcüzədir.