Qapı zəngi, addım səsi, avtomobil siqnalı, kağız xışıltısı... Gündəlik həyatda eşitdiyimiz səslərin demək olar ki, hamısının hansı mənbədən gəldiyini anlayırıq. Ancaq əvvəlcədən hər hansı hadisə ilə əlaqələndirdiyimiz səslər istisna olmaqla, əksər səslər ruhumuza təsir etmir. Lakin bu, eşitdiyimiz musiqiyə aid deyil.
Musiqi Allahın insanlar üçün yaratdığı nemətdir. Səs dalğaları vasitəsilə insanın zövq alması böyük möcüzədir. Havada dolaşan səs dalğaları toplanır və sonra bu səs dalğaları sinir oyanmalarına çevrilərək beyinə ötürülür. Bu səsin beyin tərəfindən musiqi kimi ayırd edilib xoşagələn səs kimi qavranılması Allahın istədiyi səsə məna verməsi və bizə bu səsi xoş göstərməsi ilə olur. Eşitmə prosesini texniki baxımdan təhlil etsək, qapı cırıltısını eşitdikdə baş verən proseslərlə bir simfoniyanı dinlədikdə həyata keçən proseslərin eyni olduğunu görərik. 15-20000 hers (10 m-lik orqanın verdiyi səs tonu) tezliyə malik titrəyişləri qulaq seyvanı toplayaraq qulaq yoluna ötürür, səs buradan qulaq pərdəsinə çatır. Qulaq pərdəsi də orta qulaqdakı kiçik sümükləri titrədir və səs titrəyişləri mexaniki titrəyişlərə çevrilir. Bu mexaniki titrəyişlər də daxili qulaqdakı ilbiz adlı orqanoidin içindəki mayeni titrədir. İlbizin daxili çəpərlərindəki tüklər isə titrəyişləri sinir oyanmalarına çevirərək beyinə göndərir və bunlar beyində şərh edilir.
Əlbəttə, təqribən 1,5 kq-lıq ət parçası olan beyinin bu səslərdən məna çıxarması, sevinci, coşqunu, həyəcanı, rahatlığı ayırd etməsi mümkün deyil. Səsləri yaradan, onlara məna verən və bu vasitə ilə ruhumuzda təsir meydana gətirən də, şübhəsiz, Allahdır. Bu qədər qüsursuz sistemin mükəmməl işləməsi Allahın varlığının və böyüklüyünün dəlillərindəndir.
Allah beyinin içindəki səssizlikdə musiqini və ruhumuza təsirini yaradır. İnstrumental musiqi alətlərinin ardıcıl səslərinin insan ruhunda sevinc, xoşbəxtlik, həyəcan əmələ gətirməsi ancaq Allahın istəyi ilə baş verir. Bu da Allah rəhməti və nemətidir.
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)
Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz? (Fatir surəsi, 3)